Günəbaxan çubuğundan düzəltdiyi “atını” yolun toz-torpağında sürüyə-sürüyə səbirsizlənirdi ki, bircə axşam düşsəydi  “Tarzan” filminə baxardı.

Bəzən  də içini qaranlıq alırdı ki, birdən işıqlar yanmaz, ya da başqa nəsə baş verər baxa bilməz, o zaman təmiz dilxorçuluq olar...

...Ertəsi gün səhər tezdən hamı baxdı ki, Fərzəli həyətlərindəki qollu-budaqlı, qocaman tut ağacından yoğun bir kəndir asıb, budaqdan-budağa tullanaraq tarzanlıq edir. Və tarzanlığı da təkcə tullanmaqla bitmirdi, həm də tarzansayağı qışqır-bağır salıb qonşuların baş-beynini aparırdı. Artıq hamıya aydın idi ki, axşam “Tarzan” filmini izləyənlərdən biri də Fərzəli olub. Onun bu hərəkətləri atası Haxverdiyə xüsusilə  ləzzət edirdi. Çünki, Fərzəli nə edirdisə Haxverdi düşünürdü ki, bunu heç kim bacarmaz və onun oğlundan heç yer üzündə yoxdu, ondan birdənədi. Lovğalığı, yalan-palan sözləri, riyakarlığı ilə Çeşməli kəndində ad çıxaran Haxverdi barədə həm də onu deyirdilər ki, bu adam yaltaqlığı hörmətdən salıb. Kəndin çayxanasında oturub danışanda o qədər özündən hörələyirdi ki, tanış-biliş pıçıltı ilə “Haxverdiyə yenə dərzi lazımdı”,- deyərək gülüşürdü...

...Ala danalarının kəndirini ağaca bağlayıb elə dana kimi də böyürən oğlunu görəndə Haqverdi adəti üzrə yenə də ləzzət çəkdi. “Oğuldu yee, oğul, o boyda ağacın başına necə çıxıb ə bu?! - deyə astadan dilləndi. Çox çəkmədi ki, Fərzəlini yanına çağırıb kürəyinə asta-asta vuraraq dedi:

  • Əəə, bə sən ora necə çıxıbsan?!
  • Tezdənnən ordayam, dədə...
  •  Halaldı, mənim oğlum belə də olmalıdı... Məndən sənə məsləhət: Ucalmaq, yüksəlmək üçün bundan sonra da nə lazımdırsa elə... Lap ən aşağı bildiyin  adamın da qabağında ikiqat əyil, qapısında süpürgə ol, əynində qaloş ol, çarıq ol, ancaq səni həmişə bu günkü kimi ucalarda görüm...

Ana gəzən ağacları balası budaq-budaq gəzər məsəli kimi, həmin gündən Haqxverdi nə tökürdüsə Fərzəli də onu yığışdırırdı. Seçilmək, ucalmaq üçün hər şeyi edirdi, ancaq lazım olan heç nəyi etmirdi: Dərslərini oxumurdu, zəhmətə qatlaşmırdı, evə heç bir kömək etmirdi, bədii kitab üzü açmırdı, özünü mənəvi baxımdan zənginləşdirmirdi... Əvəzində isə sinifdə, idman dərslərində, məhəllə oyunlarında uşaqları bir birinə qarşı qızışdırır, fiziki cəhətdən daha qüvvətli gənclərə yaltaqlanır, onların sağına-soluna keçir, ayaqqabılarını cütləyir, üst-başalarını təmizləyir, sinifdə yaxşı oxuyan uşaqları müəllimlərin gözündən salmaq üçün hər variantı sınaqdan çıxarırdı.

Gün gəldi, məqam yetişdi, Fərzəlinin də ali məktəblərə qəbul imtahanının vaxtı çatdı. Səhvləri o qədər çox oldu ki, bir-iki düzünü də vurub apardı. Və beləliklə, o, imtahanlarda sıfırın altında bal topladı. Kənddə hamı rişxənd və məzəylə deyirdi ki, Fərzəli imtahanlarda dövlətə borclu qalıb.

Sora əsgərlik dövrü başladı. Bir dəfə nümunəvi xidməti ilə ad-san qazanmış əsgər yoldaşı Zamiqin fərdi silahının darağını oğurlayıb postun yaxınlığındakı meşəlik ərazidə gizlətdi. Zamiq tabeliyindəki texniki vasitələrlə ehtiyatsız davrandığına görə ciddi cəza aldı. Fərzəli isə bir neçə gündən sonra darağı “tapan” əsgər kimi komandirin gözünə girə bildi. Haqq-ədalət yerini tapıb, hər şey ortaya çıxanda isə adəti üzrə yenə də itdəndüşmüş oldu.  Ancaq  xidmət müddətində bu cür oyunlar qurmağın da peşəkarına çevrildi.

Haxverdi də artıq öz növbəsində bütün “imkanlarını” işə salıb Fərzəliyə iş düzüb-qoşmaqla məşğul idi ki, əsgərlikdən qayıdanda boş qalmasın. Ona görə də, mərkəzi şəhərlərin birində özəl şirkətlər birliyinin rəhbəri olan uzaq qohumları Firdovsinin evinə kənd qatığı, bal, kənd yumurtası daşımaqdan yesir olmuşdu. Qabağında ikiqat qalmaqdan az qala beli əyilmişdi...

Bir müddət sonra artıq Fərzəli həmin şirkətin təsərrüfat işlərini idarə edirdi. Tez-tez də yalan, hiylə, kəm-kəsir, işçilərlə tərbiyəsiz rəftarı ilə gündəmə gəlirdi. Haxverdi də kənddə hey deyirdi ki, Firdovsi bütün işini Fərzəliyə tapşırıb, şirkəti Fərzəli idarə edir. Bu gün sabah öz şirkətini açacaq, onda görəssiz mənim oğlum kimdir...

Əvvəllər özünü işgüzar, öz rəhbərinə sədaqətli göstərərək xüsusi yaltaqlanmaq bacarığı ilə dərin etibar qazanan Fərzəli yavaş-yavaş bu etibarı özünün şəxsi  maraqları naminə istifadə etməyə başladı. Çox  keçmədi ki, şirkət kəsirləri, iqtisadi tənəzzülü ilə gündəmə gəldi.  Firdovsi baxdı ki, nəinki irəliləyir, hətta günü-gündən batır. Fərzəli çörək yediyi qaba tüpürdükcə tüpürür: Oğurlayır, başqa adamların adına vəsaitləri yönəldərək nağdlaşdırmaqla mənimsəyir, bir-sözlə, çapıb-talayır, oğurladıqlarının da böyük bir qismini eyş-işrətə xərcləyir. Nəhayət, işin axırı məhkəmədə bitdi və Fərzəli 10 il həbs cəzası aldı. Haxverdinin ürəyi həbsxanaya yol döyməyə 7 il tab gətirdi. Arvadı Nubar da ondan 1 il sonra ağır xəstəlikdən həyatla vidalaşdı.

...15 il sonra Fərzəli öz doğma kəndlərinə qayıdanda darvazalarının ağzında uca otlar göyərmişdi. Paslı məftillə bağlanmış taxta darvazanı açıb həyətə girdi. Tövlə də, samanlıq da, evləri də sanki kiçilib bir balaca olmuşdu. Qocaman tut ağacı da yerində idi, amma artıq əldən düşdüyü hiss olunurdu. Evə girib bir vaxt “Tarzan” filmini izlədiyi ağ-qara televizoru yandırdı. Efirdə Azərbaycanın görkəmli təbiətşünas alimi Həsən bəy Zərdabi barədə film yayımlanırdı. Fimdə Həsən bəyin bu fikirləri onu silkələdi, sanki ildırım kimi vurdu: Ucalmaq üçün uca ağacların başına çıxmaq lazım deyil, körpə fidanlar əkmək lazımdır”...

Evdən çölə çıxıb qocaman tut ağacının altında var-gəl edib qara-qara fikrə getmişdi. Axı,  atası bir vaxtlar uca ağacların başına çıxdığına görə onunla fəxr etmişdi... Amma ona körpə fidanlar, balaca tinglər əkməklə ucalmağı öyrətməmişdi. Əgər öyrətsəydi, indi Fərzəli də uca insanlardan biri idi... Türmədən yenicə qayıtmış işsiz-gücsüz, hörmətsiz bir avara yox...

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

31-03-2020-18-28 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

31-03-2020-18-27 Xəbərlər

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövl...

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

31-03-2020-17-46 Xəbərlər

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraa...

Günün şeiri...

31-03-2020-17-25 Xəbərlər

Günün şeiri...

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırım Günündən 102 il ötür. NUHÇIXAN Azərb...

Naxçıvanda sabaha olan hava proqnozu

31-03-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında aprelin 1-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

31-03-2020-11-40 Xəbərlər

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması...

Dağlar, sizdə nəyim qaldı

31-03-2020-10-30 Xəbərlər

Dağlar, sizdə nəyim qaldı

Şahidlərin dilindən yaddaşlara köçən Zəngəzur hadisələri

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

31-03-2020-09-40 Xəbərlər

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində ...

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

30-03-2020-16-11 Xəbərlər

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

30-03-2020-15-39 Xəbərlər

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

Türkiyənin nüfuzlu “Yeşil İğdır” və “15 Temmuz” qəzetləri “Naxçıvanda koronaviru...

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020-11-55 Xəbərlər

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.

Naxçıvanda sabaha olan hava proqnozu

29-03-2020-16-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 30-na gözlənilən hava proqnozu açıqlanıb....

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

29-03-2020-16-04 Xəbərlər

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

Hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyann...

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

29-03-2020-13-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-...

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

29-03-2020-13-57 Xəbərlər

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb.

Bitki rənglərinin faydaları

29-03-2020-11-58 Xəbərlər

Bitki rənglərinin faydaları

Bitkilər insan orqanizmi üçün çox faydalı olan birləşmələrin və o cümlədən təbii...

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

28-03-2020-16-27 Xəbərlər

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması ...

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

28-03-2020-15-59 Xəbərlər

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

Şərur rayonunun münbit torpaqlarında qarğıdalı bitkisi yaxşı inkişaf edir.

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

28-03-2020-15-32 Xəbərlər

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Naxçıvanda sabaha olan hava proqnozu

28-03-2020-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb....

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

28-03-2020-14-28 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təma...

Çirişin bilmədiyimiz faydaları

28-03-2020-12-40 Xəbərlər

Çirişin bilmədiyimiz faydaları

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəng...

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

28-03-2020-11-48 Xəbərlər

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

28-03-2020-10-48 Xəbərlər

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq diqqət mərkəzindədir. Bu mövs...

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

28-03-2020-10-20 Xəbərlər

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin...

Ötən günün mənzərəsi - VİDEO

28-03-2020-09-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

27-03-2020-23-07 Xəbərlər

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə m...

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

27-03-2020-22-32 Xəbərlər

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

Tələbələr yaradılan şəraitə görə dövlət başçısına minnətdardırlar. 

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

27-03-2020-20-13 Xəbərlər

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dəmiryol Nəqliyyatında  Polis Şöbəsi üçün yeni...

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

27-03-2020-19-43 Xəbərlər

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz s...