Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 2020-ci il fevralın 21-dən martın 11 dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə saat 10-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə Mərkəzin saytında elanın tam mətnində tanış ola bilərlər.

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək üçün tələb olunan məbləği (20 AZN) “Şəxsi kabinet”lərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların “Şəxsi kabinet”lərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin aşağıdakı xüsusi hallarda bu abituriyentlər əlavə olaraq 2020-ci il martın 29-da və iyulun 5-də bəzi fənn və yaxud fənlərdən imtahan verirlər.

Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.

İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.

İmtahanın birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır. Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdikdən (etdirdikdən) sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 27-si qapalı, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli olmaqla 30 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 1 saat 30 dəqiqə vaxt ayrılır. Qapalı tipli tapşırıqlar 0 və ya 1 balla, açıq tipli tapşırıqlar isə qiymətləndirmə meyarlarına əsasən 0, və ya 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

- Dinləyib-anlama mətni üzrə 4 tapşırıq (3 qapalı tipli və 1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli);

- Dil qaydaları üzrə 10 qapalı tipli tapşırıq;

- Oxuyub-anlamaya dair 2 mətn, hər mətn üzrə 8 tapşırıq (7 qapalı tipli və 1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli).

Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan iki dəfə – 2020-ci il mayın 3-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 31-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Bu imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2019-cu ildə həmin imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və Azərbaycan dili (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda abituriyentlər imtahanda iştirak etmək üçün müvafiq qaydada ödəniş edirlər.

İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

Tələbə qəbulu elanının tam mətni ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

31-03-2020-18-28 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

31-03-2020-18-27 Xəbərlər

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövl...

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

31-03-2020-17-46 Xəbərlər

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraa...

Günün şeiri...

31-03-2020-17-25 Xəbərlər

Günün şeiri...

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırım Günündən 102 il ötür. NUHÇIXAN Azərb...

Naxçıvanda sabaha olan hava proqnozu

31-03-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında aprelin 1-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

31-03-2020-11-40 Xəbərlər

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması...

Dağlar, sizdə nəyim qaldı

31-03-2020-10-30 Xəbərlər

Dağlar, sizdə nəyim qaldı

Şahidlərin dilindən yaddaşlara köçən Zəngəzur hadisələri

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

31-03-2020-09-40 Xəbərlər

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində ...

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

30-03-2020-16-11 Xəbərlər

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

30-03-2020-15-39 Xəbərlər

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

Türkiyənin nüfuzlu “Yeşil İğdır” və “15 Temmuz” qəzetləri “Naxçıvanda koronaviru...

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020-11-55 Xəbərlər

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.

Naxçıvanda sabaha olan hava proqnozu

29-03-2020-16-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 30-na gözlənilən hava proqnozu açıqlanıb....

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

29-03-2020-16-04 Xəbərlər

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

Hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyann...

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

29-03-2020-13-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-...

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

29-03-2020-13-57 Xəbərlər

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb.

Bitki rənglərinin faydaları

29-03-2020-11-58 Xəbərlər

Bitki rənglərinin faydaları

Bitkilər insan orqanizmi üçün çox faydalı olan birləşmələrin və o cümlədən təbii...

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

28-03-2020-16-27 Xəbərlər

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması ...

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

28-03-2020-15-59 Xəbərlər

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

Şərur rayonunun münbit torpaqlarında qarğıdalı bitkisi yaxşı inkişaf edir.

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

28-03-2020-15-32 Xəbərlər

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Naxçıvanda sabaha olan hava proqnozu

28-03-2020-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb....

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

28-03-2020-14-28 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təma...

Çirişin bilmədiyimiz faydaları

28-03-2020-12-40 Xəbərlər

Çirişin bilmədiyimiz faydaları

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəng...

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

28-03-2020-11-48 Xəbərlər

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

28-03-2020-10-48 Xəbərlər

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq diqqət mərkəzindədir. Bu mövs...

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

28-03-2020-10-20 Xəbərlər

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin...

Ötən günün mənzərəsi - VİDEO

28-03-2020-09-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

27-03-2020-23-07 Xəbərlər

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə m...

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

27-03-2020-22-32 Xəbərlər

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

Tələbələr yaradılan şəraitə görə dövlət başçısına minnətdardırlar. 

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

27-03-2020-20-13 Xəbərlər

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dəmiryol Nəqliyyatında  Polis Şöbəsi üçün yeni...

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

27-03-2020-19-43 Xəbərlər

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz s...