Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından NUHÇIXAN-a daxil olan rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası muxtar respublikada Ali Məclisə seçkilər üzrə yaradılmış 45 seçki dairəsi üzrə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyalarından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək 17 fevral 2020-ci il tarixdə, dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim ­etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 2020-ci il 22 fevral tarixli Qərarına əsasən seçkilərin yekunları, bütövlükdə, təsdiq edildiyindən adları aşağıda qeyd olunan deputatlığa namizədlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşlar:

1 saylı Sədərək seçki dairəsi üzrə seçicilərin 2664-nün və ya 72,8 faiz səsini toplamış Qasımov Arif Mikayıl oğlu

2 saylı Heydərabad seçki dairəsi üzrə seçicilərin 3143-nün və ya 72,5 faiz səsini toplamış Əliyeva Vüsalə Abazər qızı

3 saylı Maxta seçki dairəsi üzrə seçicilərin 3862-nin və ya 76,3 faiz səsini toplamış Həsənov Nüsrət Firudin oğlu

4 saylı Yengicə seçki dairəsi üzrə seçicilərin 3274-nün və ya 67,2 faiz səsini toplamış Qəribli İsmayıl Cavanşir oğlu

5 saylı Alışar seçki dairəsi üzrə seçicilərin 3039-nun və ya 67,7 faiz səsini toplamış Babayev Əmir Baxşəli oğlu

6 saylı Çərçiboğan seçki dairəsi üzrə seçicilərin 2522-nin və ya 58,7 faiz səsini toplamış İsayev İsa Bünyad oğlu

7 saylı Yuxarı Aralıq seçki dairəsi üzrə seçicilərin 4678-nin və ya 94,6 faiz səsini toplamış Talıbov Vasif Yusif oğlu

8 saylı Düdəngə seçki dairəsi üzrə seçicilərin 3631-nin və ya 76,2 faiz səsini toplamış Vəliyev Musa Məmməd oğlu

9 saylı Mahmudkənd seçki dairəsi üzrə seçicilərin 2938-nin və ya 67,5 faiz səsini toplamış Möhbəliyev Telman Əli oğlu

10 saylı Şərur seçki dairəsi üzrə seçicilərin 3160-nın və ya 91,4 faiz səsini toplamış Zeynalov Azər Yadulla oğlu

11 saylı Həmzəli seçki dairəsi üzrə seçicilərin 3546-nın və ya 85,7 faiz səsini toplamış Məmmədova Yeganə Qurban qızı

12 saylı Yuxarı Daşarx seçki dairəsi üzrə seçicilərin 2425-nin və ya 66,6 faiz səsini toplamış Vəliyeva Günel Fəxrəddin qızı

13 saylı İbadulla seçki dairəsi üzrə seçicilərin 2590-nın və ya 68,5 faiz səsini toplamış Həsənova Turan Vaqif qızı

14 saylı Danyeri seçki dairəsi üzrə seçicilərin 3132-nin və ya 71,9 faiz səsini toplamış Əliyev Asim Yediyar oğlu

15 saylı Qarabağlar seçki dairəsi üzrə seçicilərin 1616-nın və ya 41,6 faiz səsini toplamış Quluyeva Sevda Rüstəm qızı

16 saylı Qıvraq seçki dairəsi üzrə seçicilərin 3497-nin və ya 75,9 faiz səsini toplamış İbrahimov Anar Adil oğlu

17 saylı Çalxanqala seçki dairəsi üzrə seçicilərin 2675-nin və ya 62 faiz səsini toplamış Məmmədov Ehtimad Cəfər oğlu

18 saylı Nehrəm seçki dairəsi üzrə seçicilərin 3615-nin və ya 81,2 faiz səsini toplamış Niftəliyev Hüseyn Əsrafil oğlu

19 saylı Babək qəsəbə seçki dairəsi üzrə seçicilərin 3750-nin və ya 80,4 faiz səsini toplamış Məmmədov İsa Mustafa oğlu

20 saylı Yarımca seçki dairəsi üzrə seçicilərin 3733-nün və ya 74,8 faiz səsini toplamış Allahverdiyeva Həbibə Rəşad qızı

21 saylı Məzrə seçki dairəsi üzrə seçicilərin 3075-nin və ya 61,8 faiz səsini toplamış Həsənova Esmira Həsən qızı

22 saylı Şıxmahmud seçki dairəsi üzrə seçicilərin 3892-nin və ya 74,1 faiz səsini toplamış Məmmədli Turan Bəyməmməd qızı

23 saylı Cəhri seçki dairəsi üzrə seçicilərin 3225-nin və ya 67,8 faiz səsini toplamış Səfərli Hacıfəxrəddin Yəhya oğlu

24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8 faiz səsini toplamış Abbasov Vüqar Zakir oğlu

25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplamış Talıbov Seymur Vasif oğlu

26 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2829-nun və ya 76,3 faiz səsini toplamış Cəfərli Elman Yusif oğlu

27 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2265-nin və ya 63,8 faiz səsini toplamış Rzayeva Yazgül Həsənəli qızı

28 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2482-nin və ya 67,8 faiz səsini toplamış Cəlilzadə Aidə Məhəmməd qızı

29 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2834-nün və ya 71,7 faiz səsini toplamış Allahverdiyeva Aidə Məhərrəm qızı

30 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2586-nın və ya 64,2 faiz səsini toplamış Hacıyev Emin Davud oğlu

31 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3378-nin və ya 81,2 faiz səsini toplamış Məmmədov Nazim Məmməd oğlu

32 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2373-nün və ya 71,5 faiz səsini toplamış Bababəyli Nazim Səfərəli oğlu

33 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3348-nin və ya 81,7 faiz səsini toplamış Əzimov Behruz Nurəddin oğlu

34 saylı Şahbuz şəhər seçki dairəsi üzrə seçicilərin 2373-nün və ya 74,3 faiz səsini toplamış Məmmədov Rizvan Təmo oğlu

35 saylı Kolanı seçki dairəsi üzrə seçicilərin 2947-nin və ya 75,2 faiz səsini toplamış İsmayılov Cəbi Əziz oğlu

36 saylı Şahbuzkənd seçki dairəsi üzrə seçicilərin 2263-nün və ya 63,1 faiz səsini toplamış Bağırsoylu Hüseyn Qədirulla oğlu

37 saylı Culfa şəhər seçki dairəsi üzrə seçicilərin 3105-nin və ya 72,2 faiz səsini toplamış İbrahimov Qadir Abbas oğlu

38 saylı Yaycı seçki dairəsi üzrə seçicilərin 3102-nin və ya 73,8 faiz səsini toplamış Fərəcov Fərəc Rza oğlu

39 saylı Ərəzin seçki dairəsi üzrə seçicilərin 3296-nın və ya 75,8 faiz səsini toplamış Bağırov Zəbur David oğlu

40 saylı Saltaq seçki dairəsi üzrə seçicilərin 3251-nin və ya 82,3 faiz səsini toplamış Həşimli Hüseyn Məmməd oğlu

41 saylı Ordubad şəhər seçki dairəsi üzrə seçicilərin 2866-nın və ya 83,2 faiz səsini toplamış İsmayılov Ehtibar Şəhrud oğlu

42 saylı Ordubad şəhər seçki dairəsi üzrə seçicilərin 2463-nün və ya 67,4 faiz səsini toplamış Zeynalov Eldar Əhməd oğlu

43 saylı Yuxarı Əylis seçki dairəsi üzrə seçicilərin 2295-nin və ya 65,8 faiz səsini toplamış Cəfərli Əhəd Məmməd oğlu

44 saylı Vənənd seçki dairəsi üzrə seçicilərin 2644-nün və ya 68,3 faiz səsini toplamış Babayev Tofiq Süleyman oğlu

45 saylı Aza seçki dairəsi üzrə seçicilərin 2805-nin və ya 64,9 faiz səsini toplamış İbadov Telman Əsəd oğlu.
 

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarıında bildirilir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər təyin edilmişdir. 

Seçkilər təyin edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” hazırlanıb təsdiq olunmuşdur. Seçki komissiyalarının bütün fəaliyyəti “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və təsdiq olunmuş Təqvim Planına uyğun təşkil olunmuşdur.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 27.1-ci, 32-ci və 33-cü maddələrinə uyğun olaraq muxtar respublikanın ərazisində seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla dairə və məntəqə seçki komissiyaları təşkil edilmiş və tərkibi müxtəlif siyasi partiyaların və ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər ­sırasından formalaşdırılmışdır.

Seçki komissiyaları müvafiq bina, rabitə vasitələri, texniki avadanlıqlar və lazımi inventarlarla təmin olunaraq, onlara tələb olunan bütün sənədlər, dəftərxana ləvazimatları, əşyalar, təlimat, izah, qaydalar və digər metodiki vasitələr verilmişdir.

Mərkəzi Seçki Komissiyası tərəfindən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə seminar-müşavirələr keçirilmiş, hüquqi, metodiki, texniki­-təşkilatı köməklik göstərilmiş, seçici siyahıları, seçki bülletenləri və digər lazım olan sənədlər vaxtında hazırlanıb çatdırılmışdır.

Ali Məclisə seçkilər üzrə deputatlığa namizədlərin irəli sürülməsi qanuna uyğun keçirilmiş, Mərkəzi Seçki Komissiyasına bununla bağlı heç bir şikayət daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə namizədliyini irəli sürmək istəyən 140 nəfər müvafiq seçki komissiyalarına tələb olunan sənədləri təqdim edərək imza vərəqələri götürmüş, onlardan hamısı qanunla müəyyən olunmuş müddətdə imza vərəqələrini və onlara əlavə olunan digər sənədləri dairə seçki komissiyalarına təqdim edərək namizədlikləri qeydə alınmışdır.

Seçki günü səsvermənin gedişi zamanı seçicilərin rahat səs vermələri təmin olunmuş, vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı nə namizədlər, nə seçkiləri müşahidə edən şəxslər, nə də seçicilər tərəfindən Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil ­olmamışdır.

ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar bürosunun uzunmüddətli müşahidəçiləri seçkilərə start veriləndən Naxçıvan Muxtar Respublikasına gəlmiş, burada olduqları müddətdə muxtar respublikanın bütün ərazisində fəaliyyət göstərən açıq və qapalı məntəqələr, o cümlədən ucqar bölgədə yerləşən seçki məntəqələri ilə tanış olmuş, seçki günü müşahidə aparmışlar. Seçki başa çatdıqdan sonra isə əlavə olaraq 1 həftə də Naxçıvanda qalaraq, əhalinin yeni seçilmiş namizədə olan münasibətini və dairə seçki komissiyalarına şikayətlərin daxil olub-olmamasını öyrənmişlər.

Seçkilərə üç gün qalmış isə ATƏT-in və MDB Parlament Assambleyasının qısa müddətli müşahidəçiləri, həmçinin siyasi partiyaların Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınaraq Naxçıvan Muxtar Respublikasının bütün ərazisində müşahidə aparmaq statusu olan müşahidəçiləri demək olar ki, muxtar respublikanın bütün ərazisində səsvermə prosesini izləmişlər. Qeyd olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin gedişini müşahidə etsələr də, həm Milli Məclisə, həm də Ali Məclisə seçkilər üzrə səsvermə eyni yerdə olduğu üçün onlar Ali Məclisə seçkiləri də müşahidə etmiş və heç bir nöqsan və ya seçki pozuntusu qeydə almamışlar. Seçkilər başa çatdıqdan sonra Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyaları tərəfindən təqdim olunan protokolların və digər seçki sənədlərinin qəbul olunması seçki qanunvericiliyinə uyğun olaraq fasiləsiz həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası 45 seçki dairəsinin dairə seçki komissiyaları və onların tərkibində təşkil edilmiş 316 seçki məntəqəsinin məntəqə seçki komissiyaları tərəfindən “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 89-cu və 90-cı maddələrinə uyğun olaraq tərtib edilmiş səsvermənin nəticələrinin müəyyən edilməsi haqqında protokolları yoxlamışdır. Tərtib olunmuş protokollar seçki komissiyaları üzvlərinin hamısı tərəfindən heç bir xüsusi rəy qeyd olunmadan imzalanmışdır. Protokolların tam seçki qanunvericiliyinə uyğun tərtib olunması qənaətinə gəlinmişdir.

Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən 316 seçki məntəqəsindən səsvermənin nəticələri etibarsız hesab edilmiş və ya səsvermənin baş tutmadığı seçki məntəqələri olmamışdır.

Dairə və məntəqə seçki komissiyalarından Mərkəzi Seçki Komissiyasına daxil olmuş protokollara əsasən seçici siyahılarında qeydə alınmış 271771 (iki yüz yetmiş bir min yeddi yüz yetmiş bir) seçicidən 190669 (yüz doxsan min altı yüz altmış doqquz) nəfəri, yəni 70,16 faizi seçkilərdə iştirak etmiş, seçki qutularında olan seçki bülletenlərinin 187807 (yüz səksən yeddi min səkkiz yüz yeddi) ədədi, yəni 98,5 faizi etibarlı sayılmış, 2862 (iki min səkkiz yüz altmış iki) ədəd və ya 1,5 faiz bülleten etibarsız sayılmış, 81102 (səksən bir min yüz iki) bülleten isə istifadə edilmədiyi üçün ləğv edilmişdir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

28-03-2020-16-27 Xəbərlər

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması ...

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

28-03-2020-15-59 Xəbərlər

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

Şərur rayonunun münbit torpaqlarında qarğıdalı bitkisi yaxşı inkişaf edir.

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

28-03-2020-15-32 Xəbərlər

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Naxçıvanda sabaha olan hava proqnozu

28-03-2020-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb....

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

28-03-2020-14-28 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təma...

Çirişin bilmədiyimiz faydaları

28-03-2020-12-40 Xəbərlər

Çirişin bilmədiyimiz faydaları

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəng...

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

28-03-2020-11-48 Xəbərlər

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

28-03-2020-10-48 Xəbərlər

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq diqqət mərkəzindədir. Bu mövs...

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

28-03-2020-10-20 Xəbərlər

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin...

Ötən günün mənzərəsi - VİDEO

28-03-2020-09-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

27-03-2020-23-07 Xəbərlər

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə m...

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

27-03-2020-22-32 Xəbərlər

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

Tələbələr yaradılan şəraitə görə dövlət başçısına minnətdardırlar. 

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

27-03-2020-20-13 Xəbərlər

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dəmiryol Nəqliyyatında  Polis Şöbəsi üçün yeni...

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

27-03-2020-19-43 Xəbərlər

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz s...

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

27-03-2020-19-13 Xəbərlər

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qu...

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

27-03-2020-19-08 Rəsmi

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiya...

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

27-03-2020-18-10 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücum...

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

27-03-2020-17-38 Xəbərlər

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin...

Naxçıvanda sabaha olan hava proqnozu

27-03-2020-16-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb....

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

27-03-2020-15-42 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

AZAL aviaşirkəti Azərbaycan vətəndaşlarının nəzərinə qeyd-şərtsiz əməl etməli ol...

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

27-03-2020-15-19 Xəbərlər

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əmək...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

27-03-2020-14-59 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumat...

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

27-03-2020-14-34 Xəbərlər

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

"Bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla pa...

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

27-03-2020-13-56 Xəbərlər

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yeni tip koronavirus (COVID-19) infeksiyası r...

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

27-03-2020-12-30 Xəbərlər

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

Göbələk orqanizm üçün olduqca faydalı bir bitkidir. Onun tərkibi vitamin, minera...

Ötən günün mənzərəsi - VİDEO

27-03-2020-11-42 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Gigiyena qaydalarına əməl edək - VİDEO

27-03-2020-10-37 Xəbərlər

Gigiyena qaydalarına əməl edək - VİDEO

Təmizlik imandandır.

Görkəmli türkoloq alim və pedaqoq

27-03-2020-09-00 Xəbərlər

Görkəmli türkoloq alim və pedaqoq

Ölkəmiz elmin bir çox sahələrində olduğu kimi, türkologiya sahəsində də görkəmli...

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min 707 manat vəsait köçürüb

26-03-2020-23-55 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min 707 manat vəsait köçürüb

NUHÇIXAN xəbər verir ki, martın 26-da “Naxçıvan Muxtar Respublikasında Koronavir...