NUHÇIXAN xəbər verir ki, fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzüblər.

Sonra sessiya öz işinə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə və “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 dekabr tarixli Sərəncamına uyğun olaraq 2020-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.2-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin nəticələri haqqında protokollar, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 14 fevral tarixli Qərarı Ali Məhkəməyə təqdim edilmişdir. Seçki sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, seçici ­siyahılarına daxil edilmiş 271 min 771 nəfərdən 190 min 669-u, yəni 70,2 faizi seçkidə iştirak etmişdir. Seçki qutularında aşkar edilən bülletenlərdən 187 min 807-si, yəni 98,5 faizi etibarlı hesab edilmişdir. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməmiş, aşkarlıq təmin edilmiş, müxtəlif xarici və yerli, o cümlədən siyasi partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləmişlər.

Bildirilmişdir ki, təqdim edilmiş sənədlərin təhlili nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin qanunvericiliyə uyğun olduğu, demokratik, aşkarlıq və hər kəsin öz iradəsini sərbəst ifadə etdiyi şəraitdə keçirildiyi müəyyən edilmişdir. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Konstitusiya icraatı qaydasında işə baxaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrinə uyğun olaraq keçirilmiş seçkilərin nəticələrini 2020-ci il 22 fevral tarixli Qərarı ilə bütövlükdə təsdiq etmişdir.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.4-cü maddəsinə uyğun olaraq bu Qərar qətidir. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il 9 fevralda keçirilmiş seçkilərdə 45 seçki dairəsi üzrə seçilmiş 45 deputatın səlahiyyətləri təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini Əli Qədimov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş deputatların siyahısını oxumuşdur.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının ilk iclasına 23 saylı Cəhri Seçki Dairəsindən seçilmiş deputat Hacıfəxrəddin Səfərli sədrlik etmişdir.

9 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş 45 deputatın hamısı sessiyada iştirak etdiyindən sessiya öz işinə başlamağa səlahiyyətli hesab edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsi müzakirə edilmişdir.

18 saylı Nehrəm Seçki Dairəsindən seçilmiş deputat Hüseyn Niftəliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmək üçün Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürərək demişdir: 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərin nəticəsi bir daha təsdiq etdi ki, ümummilli liderimiz Heydər Əliyevin yoluna alternativ yoxdur. 1995-ci ildən ötən dövrdə bu yolun davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurların qazanılmasına səbəb olmuş, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət inkişaf etdirilmiş, ordu quruculuğu sahəsində tədbirlər görülmüşdür. Həmçinin yerli istehsalın həcmi artmış, yeni istehsal müəssisələri yaradılmış, iş yerləri açılmış, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılmış, ərzaq, enerji və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Əvvəllər daxili tələbatı idxal hesabına ödənən Naxçıvan Muxtar Respublikasının bu gün böyük ixrac potensialı vardır. Genişmiqyaslı tikinti-quruculuq işləri şəhər və kəndləri abadlaşdırmış, yeni yollar, körpülər salınmış, məktəblər, xəstəxanalar idman kompleksləri istifadəyə verilmişdir. Vaxt vardı muxtar respublika əhalisi bir tərəfdən erməni işğalı, digər tərəfdən, sözün həqiqi mənasında, aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün isə Naxçıvan etibarlı qorunur, müdafiə edilir. İnsanlar rahat və təhlükəsiz yaşayırlar. Məskunlaşma ilbəil artır. Bütün bunlar qədim diyarın turizm potensialının artmasına səbəb olmuş, Naxçıvan şəhəri dünyanın 50 ən təhlükəsiz və səyahət edilən şəhərləri sırasına daxil edilmişdir. Bu gün biz ulu öndərin arzuladığı Naxçıvanda yaşayırıq. Muxtar respublikanın inkişaf və tərəqqi tarixinin şahidləriyik.

Hüseyn Niftəliyev demişdir: “Mən həm seçicilərin və deputat həmkarlarımın, həm də bütün muxtar respublika əhalisinin yekdil fikrini ifadə edərək 7 saylı Aralıq Seçki Dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmiş Vasif Yusif oğlu Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə namizədliyini irəli sürürəm!”
Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə irəli sürülmüş namizədin açıq səsvermə yolu ilə seçilməsini təklif etmişlər. Səsvermənin nəticələrini hesablamaq üçün 3 nəfərdən ibarət hesablayıcı komissiya seçilmişdir.
Sonra səsvermə keçirilmişdir.

Hesablayıcı komissiyanın yekun protokoluna əsasən səsvermədə iştirak edən 45 deputatın hamısı 7 saylı Aralıq Seçki Dairəsindən seçilmiş deputat Vasif Yusif oğlu Talıbovun lehinə səs vermişdir. Beləliklə, Vasif Yusif oğlu Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış etmişdir.

Sonra sessiya öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə davam etdirmişdir.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi
3. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
Sessiyanın iş qaydası təsdiq olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi məsələsi müzakirə edilmişdir.

10 saylı Şərur Şəhər Seçki Dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis Sədrinin birinci müavini seçilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov minnətdarlıq edərək göstərilən etimadı doğruldacağını bildirmişdir.

Sonra sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri seçilmişdir.
Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış etmiş, müzakirə olunan məsələ ilə bağlı qanun layihəsi qəbul olunmuşdur.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulamışdır.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırmışdır.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

28-03-2020-16-27 Xəbərlər

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması ...

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

28-03-2020-15-59 Xəbərlər

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

Şərur rayonunun münbit torpaqlarında qarğıdalı bitkisi yaxşı inkişaf edir.

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

28-03-2020-15-32 Xəbərlər

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Naxçıvanda sabaha olan hava proqnozu

28-03-2020-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb....

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

28-03-2020-14-28 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təma...

Çirişin bilmədiyimiz faydaları

28-03-2020-12-40 Xəbərlər

Çirişin bilmədiyimiz faydaları

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəng...

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

28-03-2020-11-48 Xəbərlər

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

28-03-2020-10-48 Xəbərlər

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq diqqət mərkəzindədir. Bu mövs...

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

28-03-2020-10-20 Xəbərlər

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin...

Ötən günün mənzərəsi - VİDEO

28-03-2020-09-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

27-03-2020-23-07 Xəbərlər

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə m...

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

27-03-2020-22-32 Xəbərlər

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

Tələbələr yaradılan şəraitə görə dövlət başçısına minnətdardırlar. 

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

27-03-2020-20-13 Xəbərlər

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dəmiryol Nəqliyyatında  Polis Şöbəsi üçün yeni...

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

27-03-2020-19-43 Xəbərlər

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz s...

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

27-03-2020-19-13 Xəbərlər

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qu...

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

27-03-2020-19-08 Rəsmi

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiya...

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

27-03-2020-18-10 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücum...

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

27-03-2020-17-38 Xəbərlər

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin...

Naxçıvanda sabaha olan hava proqnozu

27-03-2020-16-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb....

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

27-03-2020-15-42 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

AZAL aviaşirkəti Azərbaycan vətəndaşlarının nəzərinə qeyd-şərtsiz əməl etməli ol...

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

27-03-2020-15-19 Xəbərlər

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əmək...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

27-03-2020-14-59 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumat...

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

27-03-2020-14-34 Xəbərlər

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

"Bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla pa...

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

27-03-2020-13-56 Xəbərlər

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yeni tip koronavirus (COVID-19) infeksiyası r...

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

27-03-2020-12-30 Xəbərlər

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

Göbələk orqanizm üçün olduqca faydalı bir bitkidir. Onun tərkibi vitamin, minera...

Ötən günün mənzərəsi - VİDEO

27-03-2020-11-42 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Gigiyena qaydalarına əməl edək - VİDEO

27-03-2020-10-37 Xəbərlər

Gigiyena qaydalarına əməl edək - VİDEO

Təmizlik imandandır.

Görkəmli türkoloq alim və pedaqoq

27-03-2020-09-00 Xəbərlər

Görkəmli türkoloq alim və pedaqoq

Ölkəmiz elmin bir çox sahələrində olduğu kimi, türkologiya sahəsində də görkəmli...

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min 707 manat vəsait köçürüb

26-03-2020-23-55 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min 707 manat vəsait köçürüb

NUHÇIXAN xəbər verir ki, martın 26-da “Naxçıvan Muxtar Respublikasında Koronavir...