Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intibah və çiçəklənmə dövrünü yaşayır.

Möhtəşəm şəkildə yenidən qurulan, gözəlləşən, gözlərimizin önündə günü-gündən dəyişən qədim Naxçıvan Şərqdə yeni doğulmuş Günəş timsalındadır. O Günəşin şəfəqləri hər bir naxçıvanlının yoluna işıq salır, hər birimizi qurmağa, yaratmağa sövq edir, nail olduğumuz inkişafa öz töhfəmizi verməyə ruhlandırır. Bu yolla böyük inam və qətiyyətlə addımlayan diyarımızda inkişafın təməli böyük öndər Heydər Əliyevlə başlayıb. O yol bütün naxçıvanlıları xoşbəxtliyə, işıqlı sabahlara qovuşdurub.

Burada böyük rus yazıçısı L.Tolstoyun sözlərini xatırlayıram: “Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır”. Məhz biz naxçıvanlılar da XX əsrin son qərinəsində öz xoşbəxtliyimizi, nicatımızı Heydər Əliyevlə tapacağımıza inandıq, ona güvəndik və bu günümüz üçün dahi şəxsiyyətə borcluyuq. Borcluyuq ki, bu gündən sabaha inamı sönmüş Naxçıvan dahi rəhbərin uzaqgörən siyasəti, idarəetmə bacarığı, şəxsi nüfuzu ilə yurdumuzu labüd bəlalardan, bizi isə həmin bəlaların caynağından qurtardı. Borcluyuq ki, bizə yeni Naxçıvan qurdu. Borcluyuq ki, onun qurduğu Naxçıvan bu gün məhz ulu öndərin yolu ilə gedir. Borcluyuq ki, o yolu bundan sonra da uğurla davam etdirək, bizdən sonrakı nəsil də o yolun yolçuları olsun.

Bugünkü Naxçıvan modelini ölkəmizin digər yerlərindən, xarici ölkələrdən gələn qonaqlar da görür, təəccüblərini gizlətmirlər. Görürlər ki, blokada şəraitində olsa da, 96 illik muxtariyyət yolu keçmiş Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Diyarımızın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında uğurla gələcəyə addımlayır. Bu inkişaf bir addımlığımızda yaşayan nankor ermənilərə gözdağıdır və həmişə də belə olacaq.

Muxtar respublikada həyatın ayrılmaz ritminə çevrilən quruculuq tədbirləri, iqtisadi və sosial sahədəki irəliləyişlər adilikdən uzaq, möcüzənin reallığa çevrildiyi həqiqətdir. Naxçıvanın son illərini vaxtilə çiçəklənmə dövrü kimi tanınan, sivilizasiyanın yüksək zirvəsinə çatmış Atabəylər dövrünün Naxçıvanı ilə də müqayisə etmək olar. Beş min ildən artıq şəhərsalma mədəniyyətinə malik olan bu diyar bu gün özünün gənclik və xoşbəxtlik çağını ona görə yaşayır ki, bu məkanda ulu öndər Heydər Əliyevin yolu uğurla davam etdirilir. Sosial həyatın bütün sahələrində analoqu olmayan uğurlar ona görə qazanılır ki, Heydər Əliyev yolunun xoşbəxt sabahlara gedən həyat gəmisinin sükanı etibarlı əllərdədir. Ötən illərdə qazanılan hər bir uğurun kökündə məhz Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, düzgün idarəetmə dayanır. İnkişaf bu dahi şəxsiyyətin xalqın tələbi ilə siyasi hakimiyyətə ikinci qayıdışından sonra ölkəmizin hər bir guşəsində gedən quruculuğun, mənəvi-siyasi, iqtisadi intibahın, Azərbaycanı Azərbaycana qaytarmaq xəttinin tərkib hissəsi, Naxçıvan Muxtar Respublikasının timsalında konkret əyani ifadəsidir. Bu, danılmaz həqiqətdir. Həmin həqiqətin fövqündə isə yenidənqurmadan yeniləşməyə qədəm qoyan Naxçıvan görünür: rahat, abad yolları, göz­oxşayan küçələri, binaları, bağları, parkları ilə, eyni zamanda ötən minilliklərdən xəbər verən memarlıq inciləri ilə, qızılgüllər gülüstanına dönən seyrəngahları, bağçaları ilə yeniləşən qədim, ulu, bu gün isə gənc, cavan və müasir Naxçıvan...

Artıq muxtar respublikada elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın, inkişafa nail olunmasın. Sürətlə gözəlləşən Naxçıvanın simasını dəyişdirən təkcə abad küçələr, rahat yollar, yaraşıqlı parklar, binalar deyil. Aparılan uğurlu siyasət sayəsində adamların dünyagörüşü, həyata baxışları da dəyişib. Ürəklə, həvəslə görülən işlərin könülaçan fərəhli nəticələri isə göz qabağındadır. Doğma yurda sonsuz məhəbbətin ifadəsi hər addımda hiss olunur. Bu isə hər birimizin qəlbini dağa döndərir. Azərbaycanın ən qədim yurd yerlərindən biri, hər daşında, qayasında minilliklərin izini yaşadan, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvanın simvoluna çevrilən tarixi-memarlıq nümunələri qorunub saxlanılır, yeni tikintilər isə elə inşa olunur ki, tarixlə vəhdət yaranır. Naxçıvanlılar isə bütün bu proseslərdə fəal iştirak etməyi artıq vətəndaşlıq borcuna çeviriblər.

Ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımız, Naxçıvan haqqında deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Böyük fəxrlə, qürur hissi ilə deyə bilərik ki, dahi rəhbərin bu diyarla bağlı arzu və istəkləri Qurucu Rəhbərin böyük diqqət və qayğısı ilə naxçıvanlılar tərəfindən sonsuz məhəbbətlə həyata keçirilərək yeni müstəviyə qədəm qoyub. Belə ki, iqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər yüksələn xətlə davam etdirilməkdə, istehsal sahələrində məhsul istehsalı artmaqda, müxtəlif sahələrdə göstərilən xidmətlərin səviyyəsi günbə­gün yüksəlməkdədir.

Bütün bunlar onu göstərir ki, naxçıvanlılar ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan sabitliyə və quruculuq işlərinə öz layiqli töhfəsini verməyə, nailiyyətləri daha da artırmağa çalışırlar. Bunun ifadəsidir ki, muxtar respublika özünün iqtisadi, sosial inkişaf sürətinə görə ölkənin regionları arasında lider mövqeyə yüksəlib. Nəyin sayəsində? Əlbəttə ki, gələcəyə istiqamətlənmiş inkişaf pro­qramlarının qəbul edilib qısa müddətdə və yüksək səviyyədə həyata keçirilməsi, ən müasir texnologiyaların tətbiqi, sahibkarlığın inkişafına dəstək verilməsi və digər amillər hesabına.

Bu gün qürurla söyləmək olar ki, paytaxt Naxçıvan şəhərində olduğu kimi, rayon mərkəzlərində, ən ucqar dağ və sərhəd kəndlərində belə, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaradıb. Naxçıvanda inkişaf həm də kompleks abadlaşaraq müasirləşən yeni kənd modellərinin timsalında özünü göstərir. Kəndlər başdan-başa dəyişir, geniş quruculuq və abadlıq işlərinin aparıldığı, yeni pilot layihələrin tətbiq olunduğu ünvanlara çevrilir. Təhsil, mədəniyyət, səhiyyə, rabitə sahələri üçün onlarla yeni binanın inşa olunması, onların maddi-texniki bazalarının gücləndirilməsi həmin yaşayış məntəqələrinin hər birini müasir Azərbaycan kəndinə çevirib. Bunların hamısı isə insan amilinə, onun layiq olduğu şəkildə yaşamaq hüququna hesablanmış addımlardır. Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, məşğulluğun, xüsusilə də gənclərin faydalı əmək məşğulluğunun artırılması və ümumilikdə, muxtar respublika iqtisadiyyatının güclü inkişafına nail olunması da xüsusi vurğulanmalıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər artıq dinamik xarakter alaraq prioritet vəzifəyə çevrilib.

Bu inkişaf prosesində elm, təhsil, səhiyyə və mədəniyyətin xüsusi yeri və payı var. Fikrimizcə, bu sahələrdə ciddi islahatlar aparıb yeniləşməyə nail olmadan əsl intibah səviyyəsinə çatmaq mümkün deyildir. Müasir dünyamızda elm və təhsil yeniləşmənin əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur. Ona görə də muxtar respublikada bu istiqamətdə dövlət səviyyəsində aparılan siyasət ardıcıl və məqsədyönlü proqram şəklində həyata keçirilir. Naxçıvanın qədimliyi, minilliklərə dayanan yaşı, milli-tarixi ənənələri, ulu tariximizdən soraq verən toponimləri, arxeoloji abidələri, qayaüstü rəsmləri əsaslı şəkildə tədqiq edilir, abidələri bərpa olunur. Çünki o qiymətli abidələr bu qədim yurd yerinin şərəf tarixidir, daşlaşmış pasportudur. Dünənimizlə bu günümüz arasında körpüdür, ulu babalarımızın yadigarlarıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri öz çıxışlarında dəfələrlə vurğalayıb ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. İcbari tibbi sığortanın tətbiqi isə göstərilən dövlət qayğısının növbəti təzahürüdür.

Muxtar respublikamızın keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. Bu uğurların, bu nailiyyətlərin qədrini bilməliyik. Çünki bunlar müstəqillik dövründə, eyni zamanda blokada şəraitində qazanılıb. Ona görə də nailiyyətlərimizi daha da artırmalı, dövlət müstəqilliyimizi daha da möhkəmləndirməli, ümummilli liderimizin yolunu davam etdirərək muxtar respublikamızın quruculuq sal­naməsini layiqli nümunələrlə zənginləşdirməliyik.

Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana səfərləri zamanı muxtar respublikamızın inkişafını yüksək qiymətləndirərək dediyi kimi: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, qurucu­luq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

Bu gün naxçıvanlılar düzgün seçilmiş yoldadırlar və hər birimiz o yolun günbəgün bizi daha xoş sabahlara apardığını görür, bu yolun əbədi olacağına inanırıq.

Qızıltac Şahbazova
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Naxçıvan Muxtar
Respublikasının Əməkdar müəllimi

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

28-03-2020-16-27 Xəbərlər

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması ...

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

28-03-2020-15-59 Xəbərlər

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

Şərur rayonunun münbit torpaqlarında qarğıdalı bitkisi yaxşı inkişaf edir.

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

28-03-2020-15-32 Xəbərlər

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Naxçıvanda sabaha olan hava proqnozu

28-03-2020-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb....

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

28-03-2020-14-28 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təma...

Çirişin bilmədiyimiz faydaları

28-03-2020-12-40 Xəbərlər

Çirişin bilmədiyimiz faydaları

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəng...

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

28-03-2020-11-48 Xəbərlər

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

28-03-2020-10-48 Xəbərlər

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq diqqət mərkəzindədir. Bu mövs...

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

28-03-2020-10-20 Xəbərlər

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin...

Ötən günün mənzərəsi - VİDEO

28-03-2020-09-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

27-03-2020-23-07 Xəbərlər

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə m...

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

27-03-2020-22-32 Xəbərlər

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

Tələbələr yaradılan şəraitə görə dövlət başçısına minnətdardırlar. 

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

27-03-2020-20-13 Xəbərlər

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dəmiryol Nəqliyyatında  Polis Şöbəsi üçün yeni...

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

27-03-2020-19-43 Xəbərlər

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz s...

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

27-03-2020-19-13 Xəbərlər

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qu...

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

27-03-2020-19-08 Rəsmi

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiya...

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

27-03-2020-18-10 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücum...

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

27-03-2020-17-38 Xəbərlər

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin...

Naxçıvanda sabaha olan hava proqnozu

27-03-2020-16-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb....

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

27-03-2020-15-42 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

AZAL aviaşirkəti Azərbaycan vətəndaşlarının nəzərinə qeyd-şərtsiz əməl etməli ol...

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

27-03-2020-15-19 Xəbərlər

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əmək...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

27-03-2020-14-59 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumat...

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

27-03-2020-14-34 Xəbərlər

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

"Bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla pa...

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

27-03-2020-13-56 Xəbərlər

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yeni tip koronavirus (COVID-19) infeksiyası r...

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

27-03-2020-12-30 Xəbərlər

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

Göbələk orqanizm üçün olduqca faydalı bir bitkidir. Onun tərkibi vitamin, minera...

Ötən günün mənzərəsi - VİDEO

27-03-2020-11-42 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Gigiyena qaydalarına əməl edək - VİDEO

27-03-2020-10-37 Xəbərlər

Gigiyena qaydalarına əməl edək - VİDEO

Təmizlik imandandır.

Görkəmli türkoloq alim və pedaqoq

27-03-2020-09-00 Xəbərlər

Görkəmli türkoloq alim və pedaqoq

Ölkəmiz elmin bir çox sahələrində olduğu kimi, türkologiya sahəsində də görkəmli...

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min 707 manat vəsait köçürüb

26-03-2020-23-55 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahının kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 55 min 707 manat vəsait köçürüb

NUHÇIXAN xəbər verir ki, martın 26-da “Naxçıvan Muxtar Respublikasında Koronavir...