Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztekin rəhbərliyi ilə Türkiyədən gəlmiş elm adamlarından ibarət nümayəndə heyətinin və azərbaycanlı tarixçi alimlərin iştirakı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə NUHÇIXAN-a daimi nümayəndəlikdən məlumat verilib.

Tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, eyni zamanda, Azərbaycanda və Türkiyədə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək, bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, Ermənistan silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Qeyd edilib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır, qəddar və müqayisəsiz cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü, məqsədli davamı idi.

“Tarixi həqiqətdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni şovinistlərinin, qaniçənlərinin öz himayədarları ilə birlikdə davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Onlar tarixi dədə-baba torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar həm də ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi keçmiş Sovet İttifaqı dövründə də davam etmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan yüz minlərlə dinc azərbaycanlı bu ərazidən zorla qovulmuş, bununla da tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan uzun illər apardığı mənfur siyasətin nəticəsində məhz qədim türk torpağında monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri yüz illərdir ki, ağır zəhmətlə qurulmuş, yaradılmış doğma kəndlərimizin, şəhərlərimizin dağılması, on minlərə günahsız soydaşımızın ölümü ilə nəticələnmişdir. Hələ 1948-1953-cü illərdə keçmiş Sovet İttifaqı rəhbərliyinin qərarı ilə Ermənistandan 150 mindən çox azərbaycanlı deportasiya olunmuş və beləliklə, daha sonralar yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşmüşdür. Bütün insani dəyərləri tapdalayan, beynəlxalq hüququn normalarını ayaqlar altına atan Ermənistan sonralar ölkəmizin Dağlıq Qarabağ vilayətini özünə birləşdirmək üçün Xocalı soyqırımını törətməklə həm də bəşəriyyət tarixində rast gəlinməyən hərəkətlərə, görünməmiş cinayət və vəhşiliyə hazır olduğunu bütün dünyaya bir daha göstərmiş oldu”, - deyə Bəxtiyar Əsgərov bildirib.

Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı əsl fitnəkar, cinayətkar erməni siyasətinin nəticəsidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli qalanı, düşmən üçün böyük maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək və azərbaycanlıları qorxutmaq niyyəti idi. Beləliklə, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktını həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 dinc sakin -qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz erməni işgəncələrinə, təhqir və həqarətlərə məruz qaldı. 155 nəfərin taleyindən hələ də xəbər yoxdur. Xocalıda öldürülmüş soydaşlarımızın 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca idi. Bu amansız faciədə 8 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Vandal erməni caniləri bu faciə zamanı 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirmişlər. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Meyitlərin təhqir olunması isə erməni vandallarının insanlığa sığmayan vəhşiliyinin daha dəhşətli bir faktı idi”.

Bəxtiyar Əsgərov deyib: “Təəssüf edirik ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə nəinki siyasi qiymət verilməsinə nail olmamış, bu qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün belə heç bir real iş görməmişdir. Lakin Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq dövlət səviyyəsində siyasi-hüquqi müstəvidə qiymət verilmişdir. 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı müvafiq Fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı günü kimi qeyd edilməyə başlandı. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı ayrıca Sərəncam da imzalamış, soyqırımının ildönümü ilə bağlı tədbirlərin birində, xocalılılarla görüşdə bu hadisəni əsrin ən dəhşətli faciəsi adlandırmışdır. Ulu Öndər Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulayaraq demişdir: “Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, Xocalı soyqırımı bütün azərbaycanlıların, dost, qardaş xalqların birgə dərdi, dünya erməniləri tərəfindən törədilən vəhşiliklərsə bütün bəşəriyyət tarixinin qanlı cinayət səhifələridir. Məhz bu cür yanaşmadan sonra aparılan təbliğat öz nəticəsini vermiş və verməkdədir. Ümummilli Liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etməyə başladı. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan bir çox həqiqətlərin üstünə işıq salındı. Ulu öndər Heydər Əliyev Prezident kimi fəaliyyətinin əsas hissəsini də ermənilərin işğalı altında olan torpaqların azad olunması məsələsinə həsr etdi. Azərbaycan həqiqətləri dünyaya çatdırıldı, beynəlxalq təşkilatların diqqəti regiona yönəldildi və Ermənistanın bölgədə apardığı təcavüzkar siyasət tamamilə ifşa olundu. Bu gün Xocalı soyqırımı dünyanın bir çox ölkələrində rəsmən tanınır və hər il soyqırımının ildönümləri qeyd edilir, bir çox xalqlar tərəfindən bu faciə açıq, qəti şəkildə pislənir, lənətlənir. Eləcə də bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair tarixi qərarlar qəbul etməkdədirlər. Bəli, qeyd etdiyimiz kimi, dünya artıq qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Bu cinayət cəzasız qalmamalıdır və əminik ki, qalmayacaq. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən, təbii ki, ittiham edilməlidir. Bəli, beynəlxalq təşkilatlar, daha çox ölkələr, onların parlamentləri bu gün Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlərə, xüsusilə, Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verirlər və verməlidirlər.

Bəxtiyar Əsgərov faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətlərindən danışıb. Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm işlərin görülməsindən danışmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində sərgilər, yürüşlər və digər tədbirlərin təşkil olunduğu qeyd edilmişdir.

Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət kursu, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımları öz bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır qanlı cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bu günlərdə Almaniyanın Münxen şəhərində Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilmiş paneldə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tarix dərsi, onu dünya ictimaiyyəti qarşısında tarixi faktlarla darmadağın etməsi Azərbaycanın haqlı, dəyişməz mövqeyinin əsl qələbəsi, xalqımızın sevdiyi və seçdiyi böyük liderinə olan sonsuz inamının, məhəbbətinin təntənəsi idi.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının ildönümləri respublikamızın hər yerində böyük izdihamlı yürüşlərlə, mitinqlərlə müxtəlif tədbirlərlə hər il qeyd edilir. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə paytaxt Bakıda soyqırımı qurbanlarının xatirəsi on minlərlə insanın yürüşü ilə yad edilir. Paytaxtın Azadlıq meydanından başlayan, nəhəng insan kütləsindən ibarət ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu ağlasığmaz cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə keçirilir.

Tədbir zamanı B.Əsgərov diqqətə çatdırıb ki, hər il olduğu kimi, Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində də dərin ehtiramla anılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə Naxçıvanda Xocalı soyqırımı qurbanlarına ucaldılmış Xatirə Kompleksi bu diyarın Xocalını heç vaxt unutmayacağını ifadə edir. Blokada şəraitində yaşayan naxçıvanlılar hər il Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, bundan sonra da xalqımız və dövlətimiz tərəfindən Xocalı faciəsinin dünyada tanıdılması, nankor və məkrli qonşularımız olan ermənilərin iç üzünün aşkar edilməsi istiqamətində görülən işlər davam etdirilir və etdiriləcək. Azərbaycan xalqı ona qarşı həyata keçirilmiş erməni vəhşiliyini, erməni terrorizmini heç vaxt unutmayacaq. Ali Baş Komandanın əmri, Azərbaycan Ordusunun gücü və qüdrəti ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş doğma Dağlıq Qarabağ və ətraf ərazilərimiz düşmən tapdağından tezliklə azad olunacaq, soydaşlarımız zəbt edilmiş tarixi torpaqlarına – Dağlıq Qarabağa və ona bitişik yeddi rayona qayıdacaq, şəhidlərimizin qisası alınacaq və onların müqəddəs qanı yerdə qalmayacaq. Biz buna əminik ona görə ki, Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində bunu bir daha sübut edib”.

Tədbirdə tarixçi alimlər, professor Anar İsgəndərov və professor Musa Qasımlı çıxış edərək Xocalı faciəsinin türk xalqları tarixində ağır və dəhşətli bir soyqırımı aktı olduğundan bəhs ediblər. Qeyd olunub ki, bu qətliam təkcə türk dünyasına qarşı deyil, eyni zamanda, bütün dünyaya, insanlığa qarşı törədilmiş qanlı bir cinayətdir. Tarixən ermənilər tərəfindən türklərə qarşı törədilmiş kütləvi qırğınların acı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni terrorizminə qarşı birgə mübarizə aparılmasında türk birliyinin, həmrəyliyinin vacibliyi vurğulanıb.

Türkiyəli qonaqlardan professor İbrahim Öztək Anadolu Aydınlar Ocağının adından daimi nümayəndəliyin rəhbərinə təşəkkürünü bildirib, dostluq və birlik rəmzi olan açıqcanı ona təqdim edib. İbrahim Öztək tərəfindən hazırlanmış, Xocalı soyqırımına həsr olunmuş videoslayd və Kərim Kərimovun erməni terrorizmini göstərən karikaturaları nümayiş etdirilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...