Hər fəslin özünəməxsus gözəllikləri olduğu kimi, özünəməxsus da yeməkləri, mövsümə uyğun mətbəx nümunələri var. Yaz fəsillərin bəzəkli gəlini, erkən yaz isə bu gəlinin baş tacıdır.

Qışda zəif düşən insan orqanizmi yazın təbii nemətləri ilə yenidən canlanır. İlk növbədə üz tutduğumuz erkən yazın təbii neməti sayılan çöl pencərləri olur. Dağlarımızın məhsulu o qədər çoxdur ki, yığdıqca tükənmir, artıb-çoxalır. Dağ pencərlərindən müxtəlif cür yeməklər,o cümlədən  qutab və kətələr bişirilir.

Süfrələrimizin soyuq qəlyanaltısı sayılan kətələrin hazırlanması qaydasından söhbət açmaq istəyirəm. Kətə milli mətbəximizdə həmişə hazırlanan yeməkdir. Qadınlar günorta yeməyi zamanı süfrəyə isti-isti kətələr gətirməyi özlərinə bir fəxr bilir, bişirdikləri kətəyə ondan dadanların verdiyi qiymətlə qürurlanıblar.

Bölgələrimizdə kətə müxtəlif cür hazırlanır. Dağ kəndlərində ən çox kətə çirişdən  hazırlanır. Dağlardan yığılan çiriş arıtlanır, yuyulur, xırda-xırda doğranır. Doğranmış çiriş duzla ovulur. Süzgəcə qoyulur ki, suyu süzülsün. Kətə xəmiri hazırlamaq üçün un, süd, yağ, duz götürülür. Bərk xəmir yoğrulur. Xəmir özünü tutana qədər suyu süzülmüş çirişdən içlik hazırlanır. İçliyə dağ kəvəri, quzuqulağı qatılır. Xəmirdən xırda kündələr salınır. Oxlovla yayılan kündələr balaca lavaş formasında olur. İçərisinə hazır içlik əlavə olunur. Kənarları üstünə qatlanır. Təndirə yapılan kətənin aşağı tərəfi üçkünc formasına salınır. Aradan açıq olan yer “şırran” adlanır. Kətə üçün üzlük hazırlanır. Yumurta sındırılır, oraya azacıq duru yağ əlavə olunur. Hazır üzlük təndirə yapılacaq kətələrin üzərinə çəkilir. İsti bada yapılan kətənin hər iki üzü qızarır. İsti kətənin buğu çəkiləndən sonra “şırran” deyilən yerdən kətənin içərisinə zövqə görə kərə yağı və ya xama əlavə olunur. Bişmiş xama əlavə olunan kətə çox ləzzətli olur.

Yaylaqda olan qadınlar çox vaxt sacda kətə bişirirlər. Yoğrulan xəmir ərsəyə gələnə qədər ocaq qalanır. Kətə bişirilən sac tərsinə qoyulur. Közün sacdakı kətəni yandırmaması üçün ocaqlar  buxarı formasında təmizlənir, qurulur.  Belə ocaqda bişən kətənin hər yeri eyni qaydada olur. Sac kətəsi üçün üzlük hazırlanmır.

Bəzi bölgələrdə erkən yazda çıxan otlardan da kətə hazırlanır. Həyətdən  cincilim, quşəppəyi, qırxbuğum, gicitkən, əvəlik yığılır, təmizlənib yuyulur, doğranır. İçərisinə isladılmış lavaşa, doğranmış soğan, duz, istiot əlavə olunur. Hazırlanan içlik balaca lavaşların arasına qoyulur, kənarları bükülür, təndirdə və ya sacda bişirilir. Sacda bişən kətənin buğu öz içərisində qalır, kətə çox dadlı olur.

Kətə hazırlanarkən xəstələr də yaddan çıxarılmır. Mədə-bağırsağında problem olanlar üçün ən çox qırxbuğumdan kətə bişirilir. Xalq arasında qırxbuğum mədə və ürək xəstəliklərinin dərmanı hesab olunur. Kətəyə əlavə olunan dağ kəvəri də ürək xəstəliyinə yaxşı təsir edir. Quzuqulağı  arterial təzyiqə kömək edir, onu normal saxlayır.

Min bir dərdin dərmanı hesab edilən otlardan hazırlanan kətələr milli mətbəximizin qəlyanaltı kimi təqdim olunan yeməklərindəndir.

Kətə hazırlanması xalqımızın birlik və mehribanlığını sübut edir. Bir həyətdə salınan təndirin tüstüsünə bir neçə qonşu yığışıb kətə yapar. Hazırlanan kətədən qonşulara da pay tutulması ailələrimizdə olan qayğıkeşlik və sədaqətin nümunəsidir. Növbar yaz yeməkləri hazırlananda evindən kənarda olanlara kətə göndərilməsi ailədə qadının öz ocağına bağlılığının bariz nümunəsidir.

Naxçıvanda kətə festivalının keçirilməsi milli mətbəximizin yeməklərinə verilən qiymətdir. Bərəkətli süfrələrimizin dadlı təamları nuşcanlıqla yeyilir. Qoy həmişə halallıqla əldə edilən nemətlərimiz süfrələrimizi bəzəsin. Zəngin mətbəximizin dadlı yeməkləri sizə sağlam bədən, pak duyğular, nikbin günlər bəxş etsin.                                               

                                                                       Alcəfər Nurməmmədov

                                                                           “Arazın səsi” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır

02-04-2020-16-56 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

02-04-2020-16-03 Xəbərlər

Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata g...

Naxçıvanda qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır

02-04-2020-15-17 Xəbərlər

Naxçıvanda qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmç...

Ermənistanda 660 nəfərdən çox koronavirusa yoluxan var

02-04-2020-14-52 Xəbərlər

Ermənistanda 660 nəfərdən çox koronavirusa yoluxan var

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır.

Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

02-04-2020-12-46 Xəbərlər

Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında zabit, gizir, müddətdən...

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02-04-2020-11-53 Xəbərlər

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarına sosial təcrid üçün əlverişli şərait y...

Ötən günün mənzərəsi - VİDEO

02-04-2020-11-25 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Kəlbəcərin işğalından 27 il ötür

02-04-2020-09-29 Xəbərlər

Kəlbəcərin işğalından 27 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalınd...

Şanlı Aprel döyüşlərindən dörd il ötür

02-04-2020-09-00 Xəbərlər

Şanlı Aprel döyüşlərindən dörd il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən...

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min 464 manat vəsait köçürüb

01-04-2020-19-12 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min 464 manat vəsait köçürüb

NUHÇIXAN xəbər verir ki, martın 31-də “Naxçıvan Muxtar Respublikasında Koronavir...

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 4 milyon manata çatıb - SİYAHI

01-04-2020-18-52 Xəbərlər

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 4 milyon manata çatıb - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir

01-04-2020-17-23 Xəbərlər

Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir

2 yaşını qeyd edən Nuhçıxan İnformasiya Agentliyi bu gün dünyanın harasında yaşa...

Naxçıvan xalçaları üzərindəki motivlər

01-04-2020-16-01 Xəbərlər

Naxçıvan xalçaları üzərindəki motivlər

Naxçıvan xalçaları ümumilikdə Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və ...

Ərzaq mağazalarında dezinfeksiya edilməsi vacib olan sahələr

01-04-2020-13-17 Xəbərlər

Ərzaq mağazalarında dezinfeksiya edilməsi vacib olan sahələr

Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) s...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb

01-04-2020-11-35 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmiz...

NUHÇIXAN xəbər verir ki...Yaxud, 2 yaşlı qəhrəman

01-04-2020-00-00 Xəbərlər

NUHÇIXAN xəbər verir ki...Yaxud, 2 yaşlı qəhrəman

Məhəccərin dirəyinə vurulan radio birdəfəlik sussa da  babamın hər səhər ilk işi...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

31-03-2020-18-28 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

31-03-2020-18-27 Xəbərlər

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövl...

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

31-03-2020-17-46 Xəbərlər

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraa...

Günün şeiri...

31-03-2020-17-25 Xəbərlər

Günün şeiri...

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırım Günündən 102 il ötür. NUHÇIXAN Azərb...

Naxçıvanda sabaha olan hava proqnozu

31-03-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında aprelin 1-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

31-03-2020-11-40 Xəbərlər

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması...

Dağlar, sizdə nəyim qaldı

31-03-2020-10-30 Xəbərlər

Dağlar, sizdə nəyim qaldı

Şahidlərin dilindən yaddaşlara köçən Zəngəzur hadisələri

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

31-03-2020-09-40 Xəbərlər

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində ...

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

30-03-2020-16-11 Xəbərlər

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

30-03-2020-15-39 Xəbərlər

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

Türkiyənin nüfuzlu “Yeşil İğdır” və “15 Temmuz” qəzetləri “Naxçıvanda koronaviru...

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020-11-55 Xəbərlər

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.

Naxçıvanda sabaha olan hava proqnozu

29-03-2020-16-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 30-na gözlənilən hava proqnozu açıqlanıb....

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

29-03-2020-16-04 Xəbərlər

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

Hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyann...

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

29-03-2020-13-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-...