Milli bayramımız Novruz minilliklər boyu xalqımızın dəyərlər sistemi ilə çulğalanaraq formalaşıb bu günə qədər gəlib çıxıb.

Ehtiva etdiyi bir çox inam, inanac, o cümlədən müxtəlif adətlərlə yanaşı, xalqımızın birliyinə, bütövlüyünə, həmrəy olmasına vəsilə olmuş dəyərlər sistemi bu mənada Novruzu ümumxalq bayramına çevirib, ona xalqımızın ən əziz, ən ülvi el şənliyi adını qazandırıb. Novruz bayramı zamanı icra edilən yaşlıları ziyarət etmək, həmrəyliyə vəsilə olan qonaq getmək (qonaqçılıq) və küsülülərin barışması (barışıq) kimi adət-ənənələr xalqımızın birliyinə yönəlmiş dəyərlər sisteminin formalaşması baxımından xüsusi önəm kəsb edir.

Novruz bayramı, qeyd edildiyi kimi, özündə ehtiva etdiyi bir çox dəyərlər sistemi ilə diqqət çəkir. Bir çoxu minilliklərin süzgəcindən süzülüb günümüzə qədər gəlib çatan bu dəyərlər sistemi içərisində ağsaqqal və ağbirçəkləri ziyarət etmək, onların görüşünə getmək və xeyir-dualarını almaq xüsusi yer tutur. Belə ki, Novruz bayramı ərəfəsində, xüsusilə də bayramın səhəri günü insanlar ailələrinin, tayfalarının, o cümlədən el ağsaqqalı, ağbirçəyi sayılan şəxsləri bir çox hallarda əllərində müxtəlif hədiyyələrlə ziyarət edir, onlara ehtiramlarını bildirirlər. Çünki ağsaqqala, ağbirçəyə hörmət, onlara qayğı və ehtiram cəmiyyətimiz üçün olduqca vacib sayılır. Və bu dəyərin yaşadılması, davam etdirilməsi cəmiyyətimizdə gənc-yaşlı münasibətlərinin düzgün qurulmasına bilavasitə xidmət göstərir.

Milli bayramımız Novruzun minilliklər boyu yaşatdığı dəyərlərdən biri də insanların bir-birinə bayram ərəfəsində qonaq getməsi, qohum, qonşuları, habelə xəstə insanları ziyarət etməsi hesab olunur.  Xüsusilə də cəmiyyətimizdə mühüm əhəmiyyət kəsb edən qohumluq, qonşuluq münasibətlərinin qorunmasında müstəsna rol oynayan bu dəyərin icra edilməsi bu gün üçün olduqca vacibdir.

Novruz bayramı zamanı icra edilən və milli birliyimizə, bütövlüyümüzə, həmrəyliyimizə müstəsna təsirləri olan adətlərdən biri də küsülülərin barışması və yaxud da barışdırılması ənənəsidir. Bir növ, barışıq ayini kimi icra edilən bu Novruz adətində küsülülər barışdırılır, aradakı soyuqluğa, narazılığa son qoyulur. 

Bundan başqa, Novruz bayramında xalqımızın dəyərlər sistemində xüsusi yer tutan yardımlaşma, paylaşma kimi adətlər də mövcuddur. Belə ki, Novruzun son çərşənbəsində - ilaxır çərşənbədə insanların, xüsusilə də uşaqların evlərə papaqatması (şalatma, qurşaqatma) və bayramın səhərisi günü bir-birlərinə bayram təbrikinə getməsi, bunlara qarşılıq olaraq papaqların (şalların) doldurulması, bayram təbrikinə gələnlərin isə əlidolu göndərilməsi xalqımızın minillər boyu yardımlaşması, bu və ya digər nemətlərin paylaşması kimi bir dəyərə sahib olmasınının göstəricisidir. Qeyd edək ki, bu Novruz adəti də özü-özlüyündə xalqımızın birliyinin, bərabərliyinin yaşadılmasıması və formalaşmasında müstəsna əhəmiyyət daşıyır.   

İnanırıq ki, Novruz bayramı ərəfəsində icra edilən və yaşadılan bu dəyərlər xalqımızın birliyinə, bütövlüyünə, münasibətlər sisteminin qorunmasına olduqca böyük fayda verəcək. Məhz buna görə də bu adətlərin qorunması, yaşadılması bu günümüz və gələcəyimiz üçün vacibdir.

                                                          Anar Qasımov

                                                      “Yeni həyat”qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvana uçuşlar bərpa edilir

29-05-2020-18-51 Xəbərlər

Naxçıvana uçuşlar bərpa edilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdar...

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

28-05-2020-16-22 Xəbərlər

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan ...

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

28-05-2020-12-50 Xəbərlər

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıc...

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

28-05-2020-12-26 Xəbərlər

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Kons...

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

27-05-2020-16-53 Xəbərlər

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə s...

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

27-05-2020-16-50 Xəbərlər

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respu...

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

27-05-2020-16-44 Rəsmi

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: "Bizim qarşımızda duran əsas məqsəd, və...

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

27-05-2020-16-15 Xəbərlər

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

Mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istif...

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

27-05-2020-15-06 Xəbərlər

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

27-05-2020-13-29 Xəbərlər

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub. Doğulanların 5...

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

27-05-2020-11-16 Xəbərlər

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlə...

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

27-05-2020-10-34 Xəbərlər

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriy...

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

26-05-2020-17-14 Xəbərlər

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

Muxtar respublikanın ən böyük kəndlərindən olan Babək rayonun Nehrəm kəndində iç...

145-in KADRARXASI - Fərhad Zamanbəyov

26-05-2020-15-40 Xəbərlər

145-in  KADRARXASI - Fərhad  Zamanbəyov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.  

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

26-05-2020-15-05 Xəbərlər

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

Naxçıvanda müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ ...

Sosial şəbəkələrdə - VİDEO

26-05-2020-13-57 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

26-05-2020-11-12 Xəbərlər

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəllik...

İsti yaz günlərində ağaclara qulluq qaydası

26-05-2020-10-29 Xəbərlər

İsti yaz günlərində ağaclara qulluq qaydası

Əkilən ağacların bitiş faizinin yüksək olması üçün yay aylarında onlara düzgün a...

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

26-05-2020-09-31 Xəbərlər

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən b...

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə asfalt üzərində rəsm müsabiqəsi keçirildi

25-05-2020-18-08 Xəbərlər

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında ilk dəfə asfalt üzərində rəsm müsabiqəsi keçirildi

NUHÇIXAN Informasiya Agentliyi xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müd...

“Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini genişləndirib - VİDEO

25-05-2020-15-54 Xəbərlər

“Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini genişləndirib - VİDEO

Naxçıvan şəhərində 2010-cu ildən fəaliyyət göstərən “Məişət Xidməti” Məhdud Məsu...

Naxçıvanlı gənclər “Yaşıl kitab” filmini müzakirə ediblər

25-05-2020-13-28 Xəbərlər

Naxçıvanlı gənclər “Yaşıl kitab” filmini müzakirə ediblər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədə...

Ali təhsil ocağında beynəlxalq onlayn elmi konfrans keçirilib

25-05-2020-11-37 Xəbərlər

Ali təhsil ocağında beynəlxalq onlayn elmi konfrans keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb...

Şahbuzqalanın ətəyinə sığınan qədim yurd yeri - Şahbuzkənd

25-05-2020-11-15 Xəbərlər

Şahbuzqalanın ətəyinə sığınan qədim yurd yeri - Şahbuzkənd

Uzun illərdir ki, muxtar respublikamız sürətli inkişaf yoluna qədəm qoyub.

Abbasqulu Nəcəfzadə NDU tələbələrinə musiqi mədəniyyətimizin inkişafından danışıb

25-05-2020-10-51 Xəbərlər

Abbasqulu Nəcəfzadə NDU tələbələrinə musiqi mədəniyyətimizin inkişafından danışıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Konservatoriyada təşkil edilən nö...

Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

25-05-2020-09-29 Xəbərlər

Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Mayın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və ...

Şahmat üzrə yeniyetmələr arasında dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb

24-05-2020-21-16 Xəbərlər

Şahmat üzrə yeniyetmələr arasında dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb

Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı k...

Nazir müavini: Bayram günlərində hər bir vətəndaşın sanitar-gigiyenik qaydalara riayət etməsi vacibdir

24-05-2020-16-40 Xəbərlər

Nazir müavini: Bayram günlərində hər bir vətəndaşın sanitar-gigiyenik qaydalara riayət etməsi vacibdir

Ramazan bayramı günlərində karantin rejiminin kifayət qədər yumşaldılması, məhz ...

Ramazan bayramı insanları bərabərliyə və savab işlərə dəvət edir

24-05-2020-12-31 Xəbərlər

Ramazan bayramı insanları bərabərliyə və savab işlərə dəvət edir

Elə sözlər var ki, özündə bir çox mənanı ehtiva edir. Səbr, ibadət, birlik, bəra...

Çaşırın bilmədiyimiz faydaları

24-05-2020-11-46 Xəbərlər

Çaşırın bilmədiyimiz faydaları

Hər il yaz  mövsümündə dağları, yamacları  bəzəyən  çaşır  çoxillik ot bitkisidi...