Buta milli mədəniyyətimizin sehirli dünyası, əfsunlu aləmidir. Yüz  illərdir ki, hamını sehirləyir-sözlərdən, bayatılardan, dastanlardan keçirib aparır, nəğmələrə çevrilir, ilmələrdə xalı-xalçalarımıza misilsiz gözəllik gətirir.

Rənglərdə göyqurşağı qədər əlvanlıq, füsunkarlıq yaradır.

Butanın tarixi qədimlərdən gəlir. Bu sözün, bu naxışın dürlü-dürlü mənaları var. Buta ilahidən gələn tale kimi də qəbul edilir.

Şərq xalqlarının söz toplusunda “buta” kəlməsi geniş yayılaraq “alov” və ya “od”  kimi mənalandırılır. Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov diliminin  təsviridir. Buta folklorumuzda da, libasımızda da, evimizdə də, qabımızda da, bəzəyimizdə də  kimliyimizdən, kecmişimizdən, ulularımızdan, elimizdən, arzumuzdan xəbər verir.

Azərbaycan dilinin izahlı lüğətində  “buta” sözü “qönçə” mənasındadır. “Buta”nı sirli və mənalı edən  onun daxilində təsvir olunan müxtəlif quruluşlu elementlər “bükülmüş buta” yaxud “sirli buta” adlandırılması ilə rəmzi xarakter ifadə edir.“Butanın” məna çalarlarının dərin olması isə onun daşıdığı “sirli yaddaşın” kibernetik xüsusiyyətli olmasından irəli gəlir. “Buta” haqqında semantik anlamlar onun görünən tərəfidir. Lakin “buta”nın mənası “çox” sözü ilə daha da sirli qalır. Çünki, qədim Türk dillərində “çox” sözü “Bütə” adlanırdı.                                  

“Buta” motivinin alovu,  odu ifadə etməsi isə onun atəşpəstlər arasında geniş yayılmasından qaynaqlanır. Qədim inananclara görə, iki tərəfdə yandırılmış tonqalların ortasından keçirilən insanı od pis ruhlardan təmizləyirdi. Novruz bayramında tonqalın üstündən tullanmaq, həmin inancın təzahürüdür. Türklərin Novruz anlayışında tonqaldan tullanmaq və odun insanı təmizləməsi haqqındakı təsəvvürü qədim Türk inanc sistemindən qaynaqlanır. Oddan keçmək  “Allahdan səadət tapmaq” mənasına gəlirdi .

İndi də Novruz bayramının rəmzləri sırasında “buta” önəmli atributlardan sayılır. Bayram sovqatlarının və geyimlərin bəzənməsində “buta” elementi və ona oxşar formalardan geniş istifadə, milli ənənənin varis elementlərinə çevrilib. Bu varisliklə “od”un timsalında istiliyi, “tumurcuq”un yetişməsində azuqə və bolluğu və artımı, “qönçə”nin simasında sevgini aşiqliyi ifadə etməklə milli yaddaşın sirli qatlarını əhatə edibdir.

İsimlə cismin sirrini min illərdir, canında-qanında saxlayan əfsunlu  buta ucalıqdan, munislikdən, müqqəddəslik taxtı-tacına gedən yolun rəmzi obrazıdır. Qərib, dərdli kədərli  tale süjetinin özüdür. Dərgahın sirrinə agah olub bu sehrin qapısını acmaqdır. Qəmli bir sərgüzəştin “qüdrətdən yazılı” vərəqləridir.

Buta yazısında yalnız ilahidən, qeybdən gələn səs yazıya, naxışa dönüb,  izi nağıla, dastana, xalı-xalcaya düşən “ilahi səs”, “müqəddəs səs” özü olur. “Səni mənə  buta verdi yaradan”-  sədası Aşıq Qəribin, Kərəmin naləsində folklor dünyasının günəşinə çevrilib. Min illər boyu halallığa eşqlə yetmək müdrikliyini yaşadıb haqdan buta alanlar. Yananların ahı folklor dünyamızın günəşinə çevrilib, isidib, oyadıb, yaşadıb.

“Buta” türk dünyasının ədəbi irsində, dastanlarda yeniləşmənin və daxili aləmin kökündən yenilənməsinə işarə verən simvoldur. Türk dastanlarında belə dəyişmələr “buta almaq”, “məhəbbət aləminə girmək” və digər “ruhi sovqat”ların verilməsi ilə baş verir.    

“Kitabi Dədə-Qorqud” dastanının “Qazan xanın evinin yağmalanması boyu”nda, “Oğlum Uruz ox atanda buta qalmış”, yaxud “Bamsı Beyrək boyu”nda,  “Məgər Sultanım, Dəli Qarçar dəxi… yoldaşları ilə buta atıb oturardı” və başqa kəlmələr bir növ obrazlaşdırılıb və poetik – simvolik səciyyə daşımaqla gücləndirilib.

“Buta” almaq dastanlarımızda ilahi sovqat almaq mərhələsinin ən yaxşı nümunəsinə çevrilir.  Еşq yanğısı vеrən içki, badə də butanın əsas еlеmеntlərindən biridir. Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də sеçilir. Aşiqə buta vеrilməsi, yaxud оna dоlu qabdan еşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gеdib xoşbəxtliyə qоvuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Buta vеrilməsi, buta alınması yuxuda baş vеrdiyindən yuxu və buta bir vəhdət təşkil еdir. Dastanlarımızdakı buta qəhrəmanları əvvəlcə aciz, əllərindən iş-güc gəlməyən gənclər olsalar da, buta alandan sonra yenilməz bir qəhrəmana çevrilirlər. Bu fağırlığın - acizliyin arxasında haqqa, ruhaniyyata mənəvi bağlılıq teli dayanır. Həmin aşiqlər, buta almışlar isə haqq vergili, haqq aşiqləri kimi bilavasitə mənəvi dünyanın sakinləridirlər və sevgi , eşq hissi də ülvilik daşıyıcısı olmaqla ruhani keyfiyyəti özündə əks etdirir.

Digər tərəfdən isə o, aşiqlərdən birinin mağarada, o birisinin bağda, başqa birisinin isə atasının qəbri üstündə yatmaqla röyada eşq badəsi içirilib buta almaları da mahiyyətcə eyni müstəvidə hadisələrin cərəyan etməsindən xəbər verir. Belə ki, mağara bir məkan kimi o dünya ilə bu dünyanın ortaq sərhədi olmaqla xaotik bir yeri işarələyirsə, bağ-bağça ətirli-güllü cənnət aləminin ünsürü olmaqla yenə bu dünya ilə axirət evinin ortaq cəhətlərini birləşdirən məkanı ümumiləşdirir. Atasının qəbri üstündə yatan Qəribin də buta aldığı məkan elə birbaşa göründüyü kimi, yeraltı dünya sakinlərinin - ölülərin ruhlarının uyuduğu, eyni zamanda dirilərin də gəlib ziyarət elədiyi gorgah yeridir ki, bu da özlüyündə hər iki dünyanın ortaq məxrəcinin ünvanıdır. Başqa sözlə, aşiqlərə buta, o dünya ilə bu dünyanın kəsişdiyi bir məkanda və eyni zamanda o dünya ilə bu dünyanın kəsişdiyi bir məqamda - zaman müstəvisində verilir. Bütün buta alan aşiqlər butanı məhz belə bir xaotik məqamda - o dünya ilə bu dünyanın arasında kliniki ölümə bənzər zaman situasiyasında almış olurlar. Demək, yuxarıda qeyd etdiyim kimi, aşiqlərin fağırlığı - acizlikləri onların bu dünyaya bağlı olmadıqlarından irəli gəlirsə, onların aşiqlik məqamına yetişmə anı da bu dünyadan təcrid olunduqları zaman - yuxuda baş verir.

Aşiqlərə badə içirib buta verən müqəddəs obrazlar da - nurani dərviş, Xızır, Həzrəti Əli, ya hatif (qaibanə səs) obrazları da - eyni missiyanı yerinə yetirməklə bir müstəvidə birləşirlər. Bu keyfiyyət də buta vermənin növbəti ümumiləşdirici cəhətidir.

Həmcinin dastanlarımızda buta alan aşiqlər barəsində «göz evi örtülü, könül evi açıq”dır deyirlər. Könül evinin açıq olması onu bildirir ki, könül ruhaniyyət aləminin ifadəçisidir; yəni aşiqi bu dünyaya bağlayan cisminin gözü bu dünyadan təcrid olunub örtülü olduğu və ruhlara xas olan könül qapısının açıq olduğu zamanda aşiqə eşq badəsi nuş etdirilir. Dastanlarımızda deyildiyi kimi, «indiyədək əlindən heç bir iş gəlməyən Qurbani butanın gücü ilə aşiq, badənin gücü ilə aşıq olur».                             

Əsirlər ötdükcə buta tale kitabının cümlələri, alın yazısının kəlmələri kimi dastanlara, şeirlərə düşdü, sirli –sehirli ilmələrlə xalı-xalçalara toxundu, incə, zərif qadın geyimlərinə naxış-naxış yazıldı. Haqqa aşiqlik butadan başladı. Butadan haqq aşiqliyindən sonra dünyada “sevgili –cananın  gülü –rüxsarinə qarşı gözündən qanlı su axanların” cövrü-cəfa adlı dövranı başladı.

Araşqının zəri var,

Butası var, zəri var,

Xumar baxan gözlərin,

Ulduza bənzəri var.

Dörtelli bir bayatının yadında-yaddaşında saxladığı bu buta söhbəti dastanlarımızdan güc-qüdrət alıb gələn, özü də bir sehirli aləmə çevrilən ayrı bir möcüzəli dünyadır.  Buta almaq qəhrəmanın daxili aləmini, onun  bütün varlığını kökündən  dəyişdirir.  Butadan sonra isə  qəhrəman  tamamilə  dəyişir, bütün  sınaqlardan mərdanəliklə çıxır. Dastanlarımızda öz butasını alan qəhrəman haqq aşiqinə, haqq aşığına çevrilir. Butalı yollardan keçib, öz eşqi yolunda əzab-əziyyətlərə tuş olur.

Yer üzünə səs-soraq salan  xalçalarımızda isə buta elementinin xüsusi bir yeri var. El arasında xalçanın naxış-bəzəyini tərifləyən də belə deyirlər: “Butaları nə gözəldir. Badamı buta ilə doldur” . Həm də belə söyləyirlər ki, Azərbaycanda uzaq keçmişdən yaranıb günümüzə gəlib çatmış butalar alovun görünüşündən götürülüb. Sazlı- sözlü, nağllı- nəğməli, xalı-xalçalı, sehirli və müqəddəs dünyamıza işıq bir də butadan düşüb. Adi məntiqə sığmayan qeyri-adi bir məkana gedən yol, açılan qapıdır buta.

Buta ilə haqq nuru yayılıb sözlərimizə, rənglərimizə. Naxışlarımızda butalı arzular ilmə-ilmə gül açıb. Butalı ürəklərin çırpıntıları sözlərə çevrilir.

Yetiməm, atam yoxdur,

Qəribəm, butam yoxdur,

Düşdüm qəm dəryasına,

Qolumdan tutan yoxdur.

Butaya yetmək üçün yol varsa, çətin səfərlər varsa, qəriblik onun ağır yükü, çəkilməz əzabları, səngiməz nisgilləri də var.

Möcüzəli butalı yollar sözün, rəngin, ilmələrin sehri ilə qeyri-adi bir dünyadan soraq verir.

Butanın hər şeylə yanaşı, həm də bəd ruhlardan və pis gözlərdən qoruyan vasitə olduğu da düşünülürdü. Buna görə də azərbaycanlıların evləri üzərində buta şəkli olan xalçalar və başqa əşyalarla bəzədilirdi. Gəlinlərin və bəylərin toy paltarında butanın olması mütləq vacib idi

Azərbaycan türklərinə məxsus “buta” təsvirlərinin bəzisi inanc və təbiət, xasiyyət və könül, məişət və yer adları, digərləri isə tayfa və boyları ifadə edən ayrı – ayrı formalarla kodlaşaraq xalçalarda öz əksini tapıbdır.

Naxış yaradıcılığında mühüm yer tutan butaların varis formalarının yenidən qruplaşmasına əhəmiyyətli səviyyədə ehtiyac duyulur. Həm fərdi, həm də kütləvi xarakterli “buta”ların simvolları xalçaların kompozisiyasında əhəmiyyətli məna daşıyırlar. Onların hansı məqsədlə toxunması təyinatlarının müəyyən edilməsinə təsir edəcək əlamətlərə malikdir. Bu əlamətlər içərisində onların rənglərinin rəmzi cəhətləri də önəmlidir. Keçmişdən bəri  geyimlərdə yer alan “buta”ların qadın baş örtüklərində rəng və element münasibətlərinin həm yaş həm də təbiətin fəsillərinə ahəngdar şəkildə uyğunlaşdırılması, püxtələşmiş mədəniyyət göstəricisidir. İndi də Azərbaycanda butalı təsvirləri ilə ağ, qırmızı, noxudu və sürməyi rəngli kəlağayılar, qız, gəlin, ana və nənə obrazını, təbiətin yaz, yay, payız və qış çalalarını  əks etdirməkdədir.

Türk xalçaçılığının hikmət xəzinəsinin zinəti olan “buta”ların, bir çoxu boyların adını daşıması ilə tarixi həqiqətlərə işıq salır. Bu butalar Azərbaycan və digər Türk xalqlarının xalçalarında “Əfşar buta”, “Bayandur buta”, “Qaşqay buta”, “Şahsevən buta”, “Yazır buta” və digər boyların adı ilə öz izlərini saxlayıb. Bəzən unudulmuş tayfa “buta”larının adlarını “Muğan buta”, “Aran buta”, “Gəncə buta”, “Hilə buta”, “Mil buta”, “Şirvan buta”, “Bakı buta” və bu kimi başqa butalar, yer yurd adları ilə əvəz olunub.

Həmcinin forma etibarı ilə Azərbaycanın dekorativ-tətbiqi incəsənət ənənəsində çox sayda buta növü var: “qarmaqlı-buta”, “qədim-buta”, “qotazlı-buta”, “bala-buta”, “həmli-buta”, “balalı-buta”, “evli-buta”, “qoşaarvadlı-buta” ,“cıqqa-buta”, “lələk-buta”, “küsülü-buta”, “qovuşan-buta”, “saya-buta”, “əyri-buta”, “dilikli-buta”, “qıvrım-buta”, “şabalıd-buta”, “zərxara-buta”, “badamı-buta”, “qotazlı-buta”, “çiçəkli-buta”, “yanar-buta” və s. Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşibdir.

Buta həm də məktub yazmanın bir forması kimi işlədilib - "yazılı buta". Butanın daxilinə məktublar, şeirlər, qarğışlar və alqışlar yazılıb ki, buta bütün bunların gerçəkləşdirilməsinə yardım etsin. Butanın daxilinə, həmçinin, sevgi və ya qəhrəmanlıq məzmunlu rəsmlər də əlavə edilib ki, belə butanı "yazılı man-buta" adlandırıblar.

Azərbaycan xalqına məxsus olan bu milli gözəllik nümunəsi əsirlərdir hər birimizi heyran qoyur , düşündürür.

Kələğayılarımızın, xalçalarımızın, milli geyimlərimizin, xonçalarımızın bəzəyinə, ən mühüm elementinə çevrilib, bizə keçmişlərdən soraq verir. Həzin bir sevgidən, aşiqin ilahi sevdasından  soraq verir. Ulularımızdan nə qalıbsa onlar  bizim üçün əvəzsizdir, toxunulmazdır,  müqəddəsdir. Bu milli irsi, keçmişin bizə ötürdüyü kodları öyrənib, yaşatmaqsa hər birimizin vətəndaşlıq borcu, mənəvi missiyasıdır.

 

                                                                               Lalə Allahverdiyeva

Naxçıvcan televiziyasının əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır

02-04-2020-16-56 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

02-04-2020-16-03 Xəbərlər

Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata g...

Naxçıvanda qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır

02-04-2020-15-17 Xəbərlər

Naxçıvanda qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmç...

Ermənistanda 660 nəfərdən çox koronavirusa yoluxan var

02-04-2020-14-52 Xəbərlər

Ermənistanda 660 nəfərdən çox koronavirusa yoluxan var

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır.

Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

02-04-2020-12-46 Xəbərlər

Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında zabit, gizir, müddətdən...

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02-04-2020-11-53 Xəbərlər

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarına sosial təcrid üçün əlverişli şərait y...

Ötən günün mənzərəsi - VİDEO

02-04-2020-11-25 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Kəlbəcərin işğalından 27 il ötür

02-04-2020-09-29 Xəbərlər

Kəlbəcərin işğalından 27 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalınd...

Şanlı Aprel döyüşlərindən dörd il ötür

02-04-2020-09-00 Xəbərlər

Şanlı Aprel döyüşlərindən dörd il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən...

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min 464 manat vəsait köçürüb

01-04-2020-19-12 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min 464 manat vəsait köçürüb

NUHÇIXAN xəbər verir ki, martın 31-də “Naxçıvan Muxtar Respublikasında Koronavir...

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 4 milyon manata çatıb - SİYAHI

01-04-2020-18-52 Xəbərlər

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 4 milyon manata çatıb - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir

01-04-2020-17-23 Xəbərlər

Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir

2 yaşını qeyd edən Nuhçıxan İnformasiya Agentliyi bu gün dünyanın harasında yaşa...

Naxçıvan xalçaları üzərindəki motivlər

01-04-2020-16-01 Xəbərlər

Naxçıvan xalçaları üzərindəki motivlər

Naxçıvan xalçaları ümumilikdə Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və ...

Ərzaq mağazalarında dezinfeksiya edilməsi vacib olan sahələr

01-04-2020-13-17 Xəbərlər

Ərzaq mağazalarında dezinfeksiya edilməsi vacib olan sahələr

Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) s...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb

01-04-2020-11-35 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmiz...

NUHÇIXAN xəbər verir ki...Yaxud, 2 yaşlı qəhrəman

01-04-2020-00-00 Xəbərlər

NUHÇIXAN xəbər verir ki...Yaxud, 2 yaşlı qəhrəman

Məhəccərin dirəyinə vurulan radio birdəfəlik sussa da  babamın hər səhər ilk işi...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

31-03-2020-18-28 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

31-03-2020-18-27 Xəbərlər

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövl...

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

31-03-2020-17-46 Xəbərlər

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraa...

Günün şeiri...

31-03-2020-17-25 Xəbərlər

Günün şeiri...

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırım Günündən 102 il ötür. NUHÇIXAN Azərb...

Naxçıvanda sabaha olan hava proqnozu

31-03-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında aprelin 1-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

31-03-2020-11-40 Xəbərlər

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması...

Dağlar, sizdə nəyim qaldı

31-03-2020-10-30 Xəbərlər

Dağlar, sizdə nəyim qaldı

Şahidlərin dilindən yaddaşlara köçən Zəngəzur hadisələri

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

31-03-2020-09-40 Xəbərlər

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində ...

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

30-03-2020-16-11 Xəbərlər

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

30-03-2020-15-39 Xəbərlər

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

Türkiyənin nüfuzlu “Yeşil İğdır” və “15 Temmuz” qəzetləri “Naxçıvanda koronaviru...

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020-11-55 Xəbərlər

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.

Naxçıvanda sabaha olan hava proqnozu

29-03-2020-16-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 30-na gözlənilən hava proqnozu açıqlanıb....

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

29-03-2020-16-04 Xəbərlər

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

Hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyann...

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

29-03-2020-13-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-...