Ölkəmiz elmin bir çox sahələrində olduğu kimi, türkologiya sahəsində də görkəmli alimləri ilə tanınmışdır.

Akademiklər M.Şirəliyev, A.Axundov, K.Abdulla, N.Cəfərov, müxbir üzvlər Ə.Dəmirçizadə, A.Qurbanov, Z.Budaqova, R.Məhərrəmova, professorlar F.Zeynalov, A.Babayev, Y.Seyidov, M.Adilov, Ə.Abdullayev və başqalarının tədqiqatları ölkəmizdə türkologiya elminin inkişaf səviyyəsinin mühüm göstəricisi kimi diqqəti cəlb edir. “Sovetskaya türkoloqiya” jurnalının Bakıda nəşr olunması Azərbaycanda türkologiyanın hansı səviyyədə olduğunu təsdiq edir.

Respublikamızda türkologiya sahəsində tanınmış alimlərdən biri də Azərbaycan MEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor, əməkdar müəllim Əbülfəz Aman oğlu Quliyevdir. 

Əbülfəz Quliyev 1950-ci il martın 27-də Naxçıvan şəhərində doğulub. O, 1966-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub və 1971-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. Ömrünün bir ilini Naxçıvan şəhərində dil-ədəbiyyat müəllimi işlədikdən sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətini davam etdirib. Əbülfəz müəllim ömrünün 50 ilə yaxın bir dövrünü ali təhsil ocağında dilçiliyin müxtəlif sahələrindən mühazirələr oxunmasına həsr edib. O, burada baş müəllim, dosent və professor kimi fəaliyyətini davam etdirib. 1993-2003-cü illərdə “Azərbaycan dilçiliyi” kafedrasının müdiri vəzifəsində işləyib. Bu gün də Naxçıvan Dövlət Universitetində professor kimi pedaqoji fəaliyyət göstərir.

 Əbülfəz Quliyev 1979-cu ildə “Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)” mövzusunda namizədlik, 2003-cü ildə “Qədim türk onomastikasının leksik-semantik sistemi” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1989-cu ildə dosent, 2006-cı ildə isə professor elmi adını alıb.

Alim 2003-cü ildə Azərbaycan MEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna direktor, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Görkəmli türkoloq alimin tədqiqatlarında qədim türk abidələrinin dilindən geniş bəhs etmiş, bununla bağlı bir sıra əsərlər nəşr etdirmişdir: “Qədim türk yazılı abidələri dilinin sintaksisi” (1990), “Qədim türk yazılı abidələri dilinin sözlüyü” (1992), “Qədim türk onomastik sözlüyü” (1999), “Qədim trük onomastikasının semantik sistemi” (I, II hissə, 2002) və b.

Ə.Quliyev əski türk yazılı abidələrinə, xüsusilə Orxim-Yenisey abidələrinə, qədim türk onomastikası və folkloruna həsr olunmuş tədqiqatları ilə Azərbaycan dilçiliyində, bütövlükdə türkologiya sahəsində öz sözünü deməyi bacarmış, yeri və mövqeyini müəyyənləşdirmişdir. “Orxon-Yenisey abidələrində feilin  təsriflənməyən formaları” (1997), “Orxon-Yenisey abidələrində toponim və etnonimlər” (2004), “Qədim türk onomastikası” (2007, “Qədim uyğur türklərinin onomastikası” kimi kitab və monoqrafiyaları onun türkologiya sahəsində ciddi bir tədqiqatçı olduğunu göstərmişdir.

Alimin yaradıcılığında Naxçıvanın dialekt və şivələri, onun sözlüyü, xarakterik cəhətlərinin təhlili mühüm yer tutur. Onun bu istiqamətdə apardığı tədqiqatların nəticəsi kimi hazırladığı kitablar həm ölkəmizdə, həm də Türkiyə Cümhuriyyətində nəşr olunmuşdur. “Nahçıvan ağızı” (Ankara, 2009), “Nahçıvan ağızlarının söz varlığı” (Ankara, 2011), “Azərbaycan dilinin Naxçıvan və şivələrinin lüğəti” (həmmüəllif, Naxçıvan, 2017) və başqa əsərləri bu qəbildəndir.

Əbülfəz Quliyev həm ölkəmizdə, həm də türk dünyasında görkəmli dilçi-türkoloq alim kimi tanınır, onun tədqiqatlarının ciddiliyi və mötəbərliyi qəbul edilir. O, tədqiqatları ilə türkologiyanı zənginləşdirən, bu sahədə öz sözü, öz fikri olan türkoloq-alimlərdəndir. Təsadüfi deyildir ki, türkologiya ilə bağlı keçirilən tədbirlərdə alimin yeri və fəaliyyəti həmişə hiss olunur, o, apardığı tədqiqatları ilə həmin tədbirləri yeni fikirləri ilə zənginləşdirir. Türkoloqlar ona ciddi və məhsuldar bir alim kimi yanaşır və hörmət göstərirlər. Təkcə belə bir faktı qeyd etməliyik ki, alimin qədim türk onomastikasının leksik-semantik sisteminə aid tədqiqatı türkologiyada ilk dəfə olaraq qədim türk yazılı abidələrinin onomastikası tam şəkildə elmi ictimaiyyətə təqdim edilmişdir.

AMEA-nın müxbir üzvü Ə.Quliyevin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin inkişafında xidmət göstərdiyi kimi, türk abidələrinin, yazılarının öyrənilməsinə, Naxçıvan dialekt və şivələrinin tədqiqinə, XIX və XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş maarifçi ziyalıların, tarixi şəxsiyyətlərin, diplomatların xalqımıza tanıdılmasında da böyük xidmətlər göstərmişdir. Böyük mütəfəkkir və görkəmli ictimai xadim Məhəmmədağa Şahtaxtlını dilçi, naşir kimi tədqiq edən alim, onun publisistikasından da bəhs etmiş və bunlarla əlaqədar 2 kitab nəşr etdirmişdir.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinə akademik İsa Həbibbəylinin rəhbərliyi dövründən görkəmli alim, naşir və mütəfəkkirlərin taleyi və sənəti seriyasından əsərlər nəşr edilməyə başlanılmışdır. Belə kitablar Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Əliqulu Qəmküsar, Əziz Şərif, Məmməd Səid Ordubadi, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov kimi tarixi şəxsiyyətlərə həsr edilmişdir. Bu qəbildən olan seriyanı Ə.Quliyev davam etdirmiş, Məhəmmədhüseyn Təhmasib, Məmməd Araz, Nemətullah Naxçıvani və Ərtoğrol Cavidin taleyi və sənətindən bəhs edən əsərlər nəşr edilmişdir.

Əbülfəz Quliyev elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla, tərcümə sənəti ilə də məşğul olmuş, Naxçıvanın tarixi, tarixi coğrafiyası, toponimikası ilə də bağlı tərcümələr etmiş, əsərlər nəşr etdirmişdir. O, Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sini dilimizə uyğunlaşdıraraq, həm Azərbaycan, həm də Türkiyədə nəfis şəkildə nəşr etdirmişdir. Alim eyni zamanda XX yüzilliyin 20-ci illərində Naxçıvanın erməni işğalından xilas edilməsində böyük xidmətlər göstərmiş türk sərkərdəsi general Veysəl Ünüvarın Türkiyədə nəşr olunmuş “Bolşeviklərlə 8 ay üz-üzə” xatirələrini dilimizə uyğunlaşdıraraq “Naxçıvan: təlatüm və burulğanlar (1920-1921)” adı ilə nəşr etdirmişdir. Müəllif eyni zamanda rus şərqşünası A.V.Borovkovun Orta Asiyada tapılmış “Quran təfsirinin leksikası (XII-XIII əsrlər)” adlı irihəcmli monoqrafiyasını rus dilindən türk dilinə tərcümə etmiş  və bu əsər Türk Dil Qurumunun nəşriyyatında işıq üzü görmüşdür. Onun Naxçıvanın tanıdılması istiqamətində gördüyü uğurlu bir işi xüsusilə qeyd etməliyik. “Tarihte ve günümüzde Nahçıvan” əsəri Ankara Universiteti tərəfindən nəşr edilərək Türkiyə Cümhuriyyətində yayılmışdır. Ümumiyyətlə, alimin Türkiyə-Azərbaycan elmi, mədəni əlaqələrinin inkişafında xüsusi xidmətləri olmuşdur. Alim bir müddət Türkiyə tərəfinin xahişi ilə Qars Qafqaz Universitetində müəllim işləmiş, türkologiyanın bir sıra sahələrindən mühazirələr aparmış, türk tələbələrinin yüksək ixtisaslı kadrlar kimi formalaşmasına xidmətlər etmişdir. O, həm də Azərbaycan xalq ədəbiyyatında Naxçıvan nəğmələri və Azərbaycan mərasim nəğmələrindən bəhs edən kitabları orada türk dilində nəşr etdirmişdir.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün azərbaycanlı dostu, Azərbaycanın Türkiyədəki ilk səfiri İbrahim Əbilovla dostluğundan, birgə əməkdaşlığından bəhs edən “Qazi Mustafa Kamalın dostu” povesti Azərbaycan-Türkiyə dostluğuna həsr edilmişdir.

Ə.Quliyev AMEA Naxçıvan Bölməsində bir sıra ümumiləşdirici əsərlərin hazırlanmasında yaxından iştirak etmişdir. İki cildlik “Naxçıvan ensiklopediyası”, üç cildlik “Folklor antologiyası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlasın və başqa əsərlərin hazırlanmasında ağıllı məsləhətləri, tövsiyələri və əməli fəaliyyəti ilə köməklik göstərmişdir.

Alim yaxşı tədqiqatçı olmaqla yanaşı, həm də müstəqil və mükəmməl pedaqoqdur. O, uzun illərdir ki, ali məktəbdə - Naxçıvan Dövlət Universitetində dilçiliyin müxtəlif sahələrindən mühazirələr aparır, tələbələrin yüksək ixtisaslı müəllim kimi formalaşmasına yardım edir. Əbülfəz müəllim filologiya fakültəsinin tələbələri üçün bir sıra dərs və tədris vəsaitləri hazırlayıb onların istifadəsinə vermişdir.

Əbülfəz Quliyev 50 ilə yaxındır ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Onun qələmindən 30-dan artıq kitab, monoqrafiya, dərs və tədris vəsaitləri, 300-dən çox elmi məqalə, bir o qədər də elmi-kütləvi məqalələr çıxmışdır. Onun kadr hazırlığında da xüsusi xidmətləri olmuşdur. Alimin rəhbərliyi ilə 13 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edərək elmi dərəcə almışdır. O, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri kimi geniş elmi-təşkilati iş aparır.

Professor Ə.Quliyev 17 ildir ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edir. Bu illərdə institutun kadr potensialı artırılmış, hazırlanmış kitab və monoqrafiyalar, elmi məqalələr respublikada və xarici ölkələrdə nəşr edilir.

Alim dünyanın onlarla ölkəsində - Rusiya, Türkiyə, Macarıstan, Polşa, İran, Bolqarıstan, Xorvatiya, Qazaxıstan, Türkmənistan, Qırğızıstanda keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycan elmini layiqincə təmsil etmiş, maraqlı və əhəmiyyətli elmi məruzələr etmişdir.

Ə.Quliyevin əməyi layiqincə qiymətləndirilmişdir. O, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. İran İslam Respublikasının Şəhriyar beynəlxalq mükafatına, AMEA Rəyasət Heyətinin Fəxri fərmanına və digər mükafatlara layiq görülmüşdür.

Hər bir insanın, xüsusilə alimin yubileyi onun gördüyü işlərə aid hesabatdır. Yetmiş illik ömrünün 50 ilini elm və təhsilin inkişafına, çiçəklənməsinə yönəldilmiş həyat mənalı və ibrətamizdir. Faydalı və mənalı ömür isə heç vaxt unudulmur.

İsmayıl Hacıyev

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...

Naxçıvanda sabaha olan hava proqnozu

30-05-2020-15-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 30-a gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvana uçuşlar bərpa edilir

29-05-2020-18-51 Xəbərlər

Naxçıvana uçuşlar bərpa edilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdar...

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

28-05-2020-16-22 Xəbərlər

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan ...

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

28-05-2020-12-50 Xəbərlər

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıc...

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

28-05-2020-12-26 Xəbərlər

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Kons...

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

27-05-2020-16-53 Xəbərlər

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə s...

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

27-05-2020-16-50 Xəbərlər

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respu...

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

27-05-2020-16-44 Rəsmi

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: "Bizim qarşımızda duran əsas məqsəd, və...

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

27-05-2020-16-15 Xəbərlər

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

Mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istif...

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

27-05-2020-15-06 Xəbərlər

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

27-05-2020-13-29 Xəbərlər

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub. Doğulanların 5...

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

27-05-2020-11-16 Xəbərlər

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlə...

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

27-05-2020-10-34 Xəbərlər

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriy...

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

26-05-2020-17-14 Xəbərlər

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

Muxtar respublikanın ən böyük kəndlərindən olan Babək rayonun Nehrəm kəndində iç...

145-in KADRARXASI - Fərhad Zamanbəyov

26-05-2020-15-40 Xəbərlər

145-in  KADRARXASI - Fərhad  Zamanbəyov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.  

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

26-05-2020-15-05 Xəbərlər

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

Naxçıvanda müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ ...

Sosial şəbəkələrdə - VİDEO

26-05-2020-13-57 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

26-05-2020-11-12 Xəbərlər

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəllik...

İsti yaz günlərində ağaclara qulluq qaydası

26-05-2020-10-29 Xəbərlər

İsti yaz günlərində ağaclara qulluq qaydası

Əkilən ağacların bitiş faizinin yüksək olması üçün yay aylarında onlara düzgün a...

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

26-05-2020-09-31 Xəbərlər

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən b...