Bitkilər insan orqanizmi üçün çox faydalı olan birləşmələrin və o cümlədən təbii antioksidantların ən önəmli qaynağıdır.

Buna görə də faydalı bitkilərin tərkibindəki önəmli birləşmələrin öyrənilməsi və insan qidasında onların istifadə məsələsi dövrümüzdə mühüm əhəmiyyətə malik məsələlərdəndir. Təbii sərvət olan bitkilər qida məhsullarının, dərman preparatlarının və bir sıra faydalı, əvəzolunmaz təbii birləşmələrin mənbəyi kimi çox qədim zamanlardan bəri insanlar tərəfindən müxtəlif məqsədlər üçün geniş şəkildə istifadə edilib. Qidalarda mövcud olan və insan orqanizmini zərərli sərbəst radikallardan qoruyan başlıca təbii antioksidantlar əsasən vitaminlər, karotinoidlər, polifenollu birləşmələr və flavonoidlərdir. Bu birləşmələr əsasən müxtəlif tərəvəzlərdə, meyvələrdə, taxıllarda və dərman bitkilərində bol miqdarda olurlar. Meyvə-tərəvəzin tərkibində insan orqanizmi üçün zəruri olan bir çox maddələr: şəkərlər, üzvi turşular, azotlu maddələr, yağlar, ətirli və boya maddələri, mineral duzlar, vitaminlər, fermentlər, qlükozidlər, fitonsidlər və pektin maddələri vardır ki, bu maddələr insan orqanizminin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırırlar və insan qidasında böyük əhəmiyyət kəsb edirlər. Bir çox təbii birləşmələr əvəzedilməz xassələrə malikdirlər və bunlara xalq təsərrüfatının müxtəlif sahələrində, o cümlədən, tibb, əczaçılıq və yeyinti sənayesində kəskin ehtiyac duyulmaqdadır. Hər il yenilənə bilən və buna görə də tükənməz ehtiyata, çox müxtəlif növ tərkibinə malik olan Naxçıvan Muxtar Respublika florası təbii bioloji fəal maddələrin mənbəyidir.

Bitkilərdə fərqli miqdarda və fərqli keyfiyyətdə boya maddələri mövcuddur. Tərkibində müxtəlif boya maddələri olduğundan, müxtəlif meyvə-tərəvəzin rəngi də müxtəlif olur. Qədim zamanlardan XX əsrin əvvəllərinə qədər Azərbaycanda boyaq bitkilərindən xalçaçılıq sahəsində geniş istifadə olunub. Xüsusi xalq boyama üsulları nəticəsində solmaz və davamlı olan qırmızı, narıncı, sarı, qəhvəyi, şabalıdı, qara və s. rənglər alınıb. Bu rənglər xalça məmulatı sıradan çıxana qədər öz təravətini saxladığından Azərbaycanda istehsal olunan xalçalar əntiq sayılaraq yüksək qiymətə satılıb. Amma 1870-ci illərdə süni boyaların kəşfi ilə əlaqədar olaraq təbii boyalar sıradan çıxıb. Belə ki, təbii boyalarla boyanma vaxt tələb edir, çox enerji sərf olunur. Amma süni boyalarla 100 qram boyadan 40 kq-a qədər yun ipi boyamaq olur. Halbuki tədqiqatlar süni boyalarla boyanmış iplərin yuyulmağa, atmosferin fiziki-kimyəvi təsirinə qarşı davamsız olduğunu göstərir. Ümumiyyətlə, tədqiqatlar süni boyaların ömrü qısaltdığını, xərçəng, serroz, əsəb-sinir sistemi xəstəliklərini əmələ gətirdiyini göstərir. Daha çox uşaqlara təsir edən bu boyalar onların boy və zehni cəhətdən inkişafının qarşısını alır, embrionlarda uşağın inkişafına təsir göstərir. Hətta uşaq oyuncaqları müxtəlif zəhərli maddələrlə boyanır ki, bu da onların zehni cəhətdən kəm olması ilə nəticələnir.

 Meyvə-tərəvəz orqanizm üçün vitaminlərlə zəngin olan məhsul sayılır. Orqanizmin vitaminlərə olan tələbatını demək olar ki meyvə tərəvəz ödəyir və onlar müxtəlif vitaminlərin mənbəyidir. Meyvə  və tərəvəz B, C, K kimi vitaminlərlə olduqca zəngindir. Ümumiyyətlə, bitkilərdə, o cümlədən meyvə-tərəvəzdə A vitamini olmur, lakin onların tərkibində karotin vardır ki, bu da orqanizmdə A vitamininə çevrilir. Karotinin miqdarı ayrı-ayrı meyvə-tərəvəzdə müxtəlifdir. Tərəvəzlərin saxlanılması prosesində onlarda C vitamini azalır. C vitamininin miqdarı meyvə-tərəvəzin müxtəlifliyindən və onların becərildiyi yerdən asılı olaraq dəyişir, həmçinin ayrı-ayrı hissələrində müxtəlif miqdarda olur. Almanın qabığında ətlik hissəyə nisbətən 4 dəfə, gavalıda isə 10 dəfə çox C vitamini vardır. Sitrus meyvələrinin qabığında ətli hissəyə nisbətən C vitamini 3 dəfə çoxdur. Meyvə-tərəvəzdə P vitamininə də rast gəlinir. İlk dəfə bu vitamin limon qabığından alınıbdır. Meyvə-tərəvəzlərdəki flavonoid birləşmələri P vitamini aktivliyinə malikdirlər. Bu vitaminin olması şəraitində C vitaminin aktivliyi daha da artır.

Meyvə tərəvəzdə ən çox xlorofil, karotinoid kimi boya maddələri vardır. Xlorofil yaşıl piqment olduğundan meyvə-tərəvəzə yaşıl rəng verir. Meyvə-tərəvəzin əksəriyyətində boyayıcı maddələrdən karotinoidlər çox olur. Karotinoidlərin müxtəlifliyindən asılı olaraq təzə meyvə-tərəvəzlər sarı-qırmızı və narıncı rəngdə olurlar. Karotin, əsasən yerkökündə, pomidorda, ərikdə və sitrus meyvələrində daha çox rast gəlir və onlara narıncı rəng verir.

Antosianinlər yunan dilindən tərcümədə çiçək (anthos) və mavi (kianos) sözlərindən əmələ gəlibdir və bitkilərin meyvə, çiçək, yarpaq və kök kimi orqanlarında olan və bitkiyə çəhrayı, qırmızı, bənövşəyi və maviyə qədər geniş aralıqdakı rəng çalarları verən və suda həll olan təbii piqment qrupudur. Çiyələk, ərik, üzüm, nar, qırmızı turp kimi bir çox meyvə və tərəvəzlərin çəhrayıdan, bənövşəyi rəngə qədər dəyişən rənglərini verən maddələr antosianin qrupu piqmentlərdir. Ədəbiyyatlarda təxminən 500-ə yaxın antosianinlərin olduğu göstərilir. Bir çox meyvə, tərəvəz və çiçəklərin çox müxtəlif rənglərdə ola bilməsinin səbəbi də məhz bununla əlaqədardır.

Meyvə və tərəvəzlərin, ümumiyyətlə faydalı bitkilərin insan həyatı və sağlamlığı üçün əhəmiyyətli xüsusiyyətlərini saymaqla bitirmək mümkün deyildir. Ümumiyyətlə meyvə-tərəvəz böyümə və inkişafa kömək edir, hüceyrələrin yenilənməsinə və toxumaların bərpasına müsbət təsir göstərir, dəri, göz və diş əti sağlamlığı üçün faydalıdır, immunitetin artırılmasına, ürək-damar xəstəliklərinin qarşısının alınmasına, bağırsaqların fəaliyyətinin nizamlanmasına, zərərli maddələrin orqanizmdən atılmasına kömək edən əvəzolunmaz qidalardır. Hüceyrələrə ən çox zərər verən və sağlamlığa uzun müddət təsir edən qidalar əsasən şəkərlər, un və karbohidratlar kimi rəngsiz birləşmələr hesab olunur. Meyvə tərəvəzlər rənglərinə uyğun olaraq müxtəlif xüsusiyyətlərə malikdirlər. Ağ rəngli meyvə-tərəvəz immunitetin artırılmasına, qan şəkərinin düşməsinə, yaşıl rənglilər orqanizmdən toksik maddələrin atılmasına, diş və göz sağlamlığına, əzələ və sümüklərin yenilənməsinə, sarı rənglilər dərinin sağlam və gözəl olmasına, həzm sisteminin və beyin funksiyalarının nizamlanmasına, narıncı rənglilər antioksidant birləşmələrlə zəngin olduğu üçün xərçəng xəstəliyindən qoruyur, ürək xəstəlikləri riskini azaldır, immun sistemini gücləndirir. Qırmızı rəng ürəyin sağlamlığı üçün lazımlı olan fitokimyəvi birləşmələrlə zəngindir və yaddaşı gücləndirir, bənövşəyi rəngli meyvə tərəvəz yaşlanmanın qarşısını alan fitokimyəvi birləşmələrlə zəngindir və sümüklərin inkişafı üçün əhəmiyyətlidir. Bu xüsusiyyətləri nəzərə alaraq gün ərzində hər bir insan müxtəlif rəng və keyfiyyətdə olan bitkilərdən öz qidasında mütləq istifadə etməlidir.

Surə Rəhimova

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun

böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

04-06-2020-14-00 Xəbərlər

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iy...

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

04-06-2020-13-31 Xəbərlər

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu da...

Ötən günün mənzərəsi - VİDEO

04-06-2020-10-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

04-06-2020-10-20 Xəbərlər

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiri...

Naxçıvanda idman inkişafın yeni mərhələsində

04-06-2020-09-19 Xəbərlər

Naxçıvanda idman inkişafın yeni mərhələsində

Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də idmanın inkiş...

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

04-06-2020-09-00 Xəbərlər

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

Özbəkistanın orol24.uz portalında əsrlərə şahidlik etmiş, qədim tariximizin, zən...

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

03-06-2020-18-31 Xəbərlər

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlay...

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

03-06-2020-17-03 Xəbərlər

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

Muxtar respublikada taxıl biçininə son hazırlıq işləri gedir. Ordubad rayonunun ...

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

03-06-2020-15-50 Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Naxçıvanda qızlar mə...

Sinoptiklər xəbərdarlıq edirlər...

03-06-2020-15-06 Xəbərlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən ist...

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

03-06-2020-12-03 Xəbərlər

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

İyunun 3-ü saat 09:30-a olan məlumata əsasən, iyunun 6-da və 7-də 9 və 11-ci sin...

Ötən günün mənzərəsi - VİDEO

03-06-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

03-06-2020-09-00 Xəbərlər

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

Hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşması...

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

02-06-2020-17-24 Xəbərlər

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəss...

Naxçıvanda sabaha olan hava proqnozu

02-06-2020-16-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

02-06-2020-15-03 Xəbərlər

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

02-06-2020-14-21 Xəbərlər

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfi...

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

02-06-2020-14-00 Xəbərlər

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Peşə təhsili pilləsində təhsilala...

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

02-06-2020-10-44 Xəbərlər

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıva...

Ötən günün mənzərəsi - VİDEO

02-06-2020-10-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

02-06-2020-09-40 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

NUHÇIXAN  İnformasiya  Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu v...

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

02-06-2020-09-00 Xəbərlər

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

Naxçıvan Beynəlxalq Hava Limanı müasir tələblər səviyyəsində qurulub.

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

01-06-2020-19-11 Xəbərlər

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

Muxtar respublikanın bütün rayonları kimi qədim Ordubad da görkəmini dəyişir.

Naxçıvanda sabaha olan hava proqnozu

01-06-2020-18-18 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

01-06-2020-17-05 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta a...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

01-06-2020-16-14 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafi...

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

01-06-2020-13-31 Xəbərlər

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin Beynəlxalq əlaqələr və infor...