Naxçıvan xalçaları ümumilikdə Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirib.

Bu xalçaları bəzəyən əsas elemetlərdən şaquli istiqaməti zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və s. xalqın genetik yaddaşından silinməyən inanclar və təsəvvürlərlə bağlıdır. Toxunan naxışlar sistemi semantika müəllifliyindən asılı olmayaraq bir məkan üzərində real şəkildə və ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və dinamik ahəngdarlıq verir.

Naxçıvan xalçaları üzərində tez-tez rast gəlinən bir çox heyvan təsvirləri vardır. Bunlardan qoç, əjdaha, dəvə, at, ayı, və s kimi rəsmləri nümunə göstərmək olar. Araşdırmalar göstərir ki, qoç türkdilli xalqlar arasında uzaq keçmişlərdən müqəddəs heyvanlardan biri sayılıb. Qədimdə türklər yer allahına qoç, göy allahına at qurban kəsiblər.

Naxçıvan xalça sənəti nümunələri üzərində digər bir heyvan təsvirlərindən biri də əjdaha rəsmidir. Əjdəha motivi ən çox “Vərni”lərdə simmetriya əsasında yerləşdirilibdir. Onlar uzun quyruq və qoşabuynuzlu təsvir olunubdu. Adətən əjdaha təsvirinin daxili hissəsində, elə bil ki, su üzərində süzən quşlar toxunubdu. Yaşlı toxucuların verdiyi məlumatlara görə, bunlar əjdahanı suyun qoruyucusu kimi təmsil edirlər.

Naxçıvan xalçaları üzərində tez-tez təsadüf edilən təsvirli motivlərdən biri də tovuzquşu rəsmidir. Xalılarda bu quşun obrazı çox stilizə edilmiş bir tərzdə tətbiq olunur. Xalça muzeylərində belə kompozisiyalı qoşa tovuzquşu təsvirli rəsmlərə tez-tez rast gəlmək olur. Yaşlı xalçaçı ustalarının verdiyi məlumatlara görə qoşa tovuz quşlarından biri erkək, o biri dişi olub ailə və ocaq obrazının təsviri kimi qəbul edilir. Xalça üzərində tovuzquşu təsvirinin belə geniş yayılması səbəbsiz olmayıbdır. Toplanılan materiallardan məlum olur ki, uzaq keşmişlərdə tovuzquşu türkdilli xalqlar arasında müqəddəs ocağın tanrısı sayılıbdır. Azərbaycanda bu quşun rəmzi xarakter daşıyan təsviri də vardır. O, alov diliminə bənzər “buta” rəsmidir. Keçmişdə Azərbaycanda “tovuzlu”, ”butalı” adlı xüsusi xalılar toxunubdu. Xovlu xalçaların bəzəyinə çevrilən “buta” elementi isə öz bədii quruluşuna və texniki üslubuna görə digər məktəblərdən fərqlənərək, “Naxçıvan butası” adını daşıyır.

Naxçıvanın xovsuz xalçaları və xalça məmulatları üzərində qartal və qoşa başlı qartal təsvirləri də vardır. Babək rayonunun Payız kəndində XX əsrdə toxunmuş kilimin qırmızı rəngli ara sahəsi üzərində qara rəngdə qoşa başlı qartal təsvirləri işlənibdir. Əski türklərdə qartal müqəddəs sayılaraq hakimiyyət nişanəsi idi. Qoşa başlı qartal türk uluslarının, türk cəmiyyətinin quruluşunun rəmzi idi. Biri xəzinə, digəri dövləti tərənnüm edirdi. Dövləti xəzinəsiz, xəzinənəni isə dövlətsiz təsəvvür etmirdilər.

Xalçalar üzərində quş motivli təsvirlərə daha çox rast gəlinir. Qədim türk mifologiyasına görə quş mistik dünyanın simvoludur. O, dünyasını dəyişdikdən sonra insanların ruhlarını əbədiyyətə qovuşduran vasitəçidir. Bu mənada quş müqəddəs məkanın elçisi, əbədiyyət rəmzidir. Quş yaşanan zamanla yaşanmış zaman, yəni ruhlar dünyası arasında əlaqə yaradan bir qüvvə sayılır. Bu, insanın dünyasını dəyişdikdən sonra onun ruhunun o biri dünyaya quş şəklində köçməsi kimi yozulur. Bu mənada da quş müqəddəs varlıq hesab edilir. Elə ona görədir ki, insan dünyasını dəyişdikdə xalq deyimində belə bir söz işlənir: “elə bil bir quş idi uçdu, getdi”.

Naxçıvan xalçalarında çox işlənən elementlərdən biri də nəbati naxışlardır. Bu naxışlar xalçalar üzərində iki formada-həndəsiləşmiş yəni düzxətli və əyri xətli toxunubdur. Xalçalar üzərində ən çox təsadüf edilən həyat ağacı, sərv, nar, palıd ağacları təsvirləridir. Ümumiyyətlə, ağac, bitki aləmi ilə ruhsal vəhdət, insanın, nəslin, soyun, icmanın nəbatatla bağlılığı türklər qədər heç bir xalqda mövcud deyil. Ağac, bitki, göylük, nəbatat türk mədəniyyətinin mühüm anlayışlarıdır.

Xalça bir simvoldur, rəngərin dili ilə yazılan kitabələrdir.Hər ilmənin öz fəlsəfəsi, hər rəngin öz ruhu, hər naxışın bir hikməti var. Xalçalar- keçmişdən bugünə yol gələn özündə böyük mətləbləri saxlayan səlnamələrdir.

Sara Haçıyeva  

AMEA Naxçıvan Bölməsi, tarix üzrə fəlsəfə doktoru, dosent

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...

Naxçıvanda sabaha olan hava proqnozu

30-05-2020-15-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 30-a gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvana uçuşlar bərpa edilir

29-05-2020-18-51 Xəbərlər

Naxçıvana uçuşlar bərpa edilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdar...

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

28-05-2020-16-22 Xəbərlər

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan ...

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

28-05-2020-12-50 Xəbərlər

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıc...

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

28-05-2020-12-26 Xəbərlər

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Kons...

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

27-05-2020-16-53 Xəbərlər

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə s...

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

27-05-2020-16-50 Xəbərlər

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respu...

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

27-05-2020-16-44 Rəsmi

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: "Bizim qarşımızda duran əsas məqsəd, və...

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

27-05-2020-16-15 Xəbərlər

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

Mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istif...

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

27-05-2020-15-06 Xəbərlər

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

27-05-2020-13-29 Xəbərlər

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub. Doğulanların 5...

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

27-05-2020-11-16 Xəbərlər

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlə...

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

27-05-2020-10-34 Xəbərlər

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriy...

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

26-05-2020-17-14 Xəbərlər

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

Muxtar respublikanın ən böyük kəndlərindən olan Babək rayonun Nehrəm kəndində iç...

145-in KADRARXASI - Fərhad Zamanbəyov

26-05-2020-15-40 Xəbərlər

145-in  KADRARXASI - Fərhad  Zamanbəyov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.  

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

26-05-2020-15-05 Xəbərlər

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

Naxçıvanda müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ ...

Sosial şəbəkələrdə - VİDEO

26-05-2020-13-57 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

26-05-2020-11-12 Xəbərlər

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəllik...

İsti yaz günlərində ağaclara qulluq qaydası

26-05-2020-10-29 Xəbərlər

İsti yaz günlərində ağaclara qulluq qaydası

Əkilən ağacların bitiş faizinin yüksək olması üçün yay aylarında onlara düzgün a...

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

26-05-2020-09-31 Xəbərlər

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən b...