Doğma diyarımızda bol olan təbii sərvətlər, əlverişli coğrafi mühit hələ Neolit dövründən insanların bu ərazidə məskunlaşmasına, öz maddi və mənəvi ehtiyaclarını yerli xammalla təmin etməsinə səbəb olub.

Muxtar respublika ərazisində olan təbii sərvətlərdən biri də onun termal və mineral su yataqlarıdır.Spesifik geoloji-tektonik quruluş burada müxtəlif kimyəvi tərkibli, fiziki xüsusiyyətli, temperatur və debitli mineral,eləcə də termal suların əmələ gəlməsinə şərait yaradıbdır. Ərazidə yaşayan insanlar min illərdir ki,bu sulardan istifadə edib, onların müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyətini təyin edərək müalicə üsullarını emprik yolla nəsildən-nəslə ötürüblər. Müasir dövrdə də insanlar dəri xəstəliklərinin müalicəsində bulaqlardan təbii halda çıxan çoxçeşidli sulardan istifadə edirlər.Bu cür müalicəvi süfrə sularından biri də muxtar respublikamızdan və ölkəmizdən kənarda şöhrət tapan, adıyla və dadıyla seçilən “Sirab” mineral suyudur.

Sirab kəndi ərazisində olan bəzi toponimlər yerli əhalinin mineral sulara qədim dövrlərdən bəri böyük əhəmiyyət verdiyini göstərir. Tədqiqatçıların bir çoxu Sirab adının etimologiyasını “Sirli su”, “Baş su”, “Ən yaxşı su” kimi izah edirlər. Sirab kəndinin şimal-şərqində 4 kilometr məsafədə, əsasən, antik və ilk orta əsrlərə aid “Nuvars” yaşayış yeri mövcuddur. Fikrimizcə, bu oykonimin birinci hissəsi “Nuv”, “Nuf”, “Nuh”, ikinci hissəsi “As” və ya “Aras” kimi izah edilməlidir. “As” və “Aras” sözləri isə türkdilli xalqlarda su mənasında işlədilir. Ümumilikdə, Nuvars sözü “Nufaras”, “Nuh suyu”, “Həyat verən su”, “Peyğəmbər suyu” mənasında işlədililibdir. Buradakı mineral çöküntülər yaşayış yerində yüz illər boyu mineral su axdığını təsdiq edir.

Muxtar respublika ərazisində olan mineral bulaqların bəziləri müəyyən zaman kəsiyində öz minerallarının çökməsi nəticəsində çıxış borusu qapanır və mineral su kənar sahələrdəki bulaqlardan  çıxmağa başlayır. Sirab kəndindəki “Şorsu” və “Kəlbəağıl” su sahələri arasında “Əhəngağıl” sahəsinin yaxınlığında uzun illər mineral suyun axdığını təsdiq edən çöküntülər mövcuddur.Elmi ədəbiyyatda da göstərilir ki, termal mineral sular yer üzərinə təzahür edərkən müxtəlif şəkildə çöküntülər əmələ gətirirlər. Bu çöküntülər dənəvari, kristallıq, stalaktit, stalaqmit və tozvari şəkildə olur. Onlar aroqonit, travertin, oxra və başqa mineral maddələr əmələ gətirir. Bu çöküntülər miqdarca bəzən çox olduğundan sənaye əhəmiyyətinə malik olurlar.Məsələn, Sirab mineral su yatağında əmələ gələn aroqonitlərdən əla növ mərmər kimi istifadə edilirdi.Lakin mərmər ehtiyatının azlığı səbəbindən istifadə dayandırıldı.

“Sirab” mineral suyu dedikdə Sirab kəndi ərazisində bir-birindən aralı müxtəlif su qaynaqları nəzərdə tutulur. Bunların ən məşhuru isə “Şorsu” və “Kəlbəağıl” dərəsində çıxan mineral bulaqlardır. Əvvəllər Sirab suyu Kəlbəağıl sahəsində təbii halda bir yerdən, çox da böyük olmayan debitlə çıxırdı.Çıxdığı sahədə bir metr diametrdə təndir kimi çala əmələ gətiribdir. Bulaq 1 kilometrə yaxın uzunluğu olan çay dərəsinin başlanğıcında yerləşirdi. Həmin sahədə bu gün də kars süxurlarının yuyulması nəticəsində əmələ gələn örtülü arxac (ağıl) vardır. Elə Kəlbəağıl toponimi də buradan yaranıbdır. “Kəlbə” ya ad, ya da “Kərbəlayı” sözünün xalq dilində qısaldılmış formasıdır. Görünür, ağıl həmin şəxsə məxsus olub.

Şorsu dərəsində isə 0.5 kilometrlik məsafədə 10 bulaq olubdur ki, bunların 4-ü nisbətən çoxdebitli olub. Bəziləri isə buruq quyuları qazılarkən yox olub. Burada qazılmış iki buruq quyusunun materialları 1080 metr dərinliyə qədər sahənin geoloji quruluşu və çat tektonikası haqqında tam təsəvvür yaradır. Mütəxəssislər təsdiq edirlər ki, Şorsu sahəsində istər təbii bulaqlar, istərsə də artezian quyularındakı sular borjomi tiplidir. Sirab kəndində 1950-ci illərin əvvəllərində qazılan iki nömrəli buruqdan fontan şəklində çıxan su sonradan sex şəraitində şüşələrə doldurulmağa başladı. Beləliklə, 70 il bundan öncə ilk dəfə olaraq “Sirab” mineral suyunun sənaye üsulu ilə istehsalına başlanıldı. Buna qədər insanlar fərdi qaydada təbii qaynaqdan çıxan suyu butulkalara doldurub satmaq üçün Naxçıvan şəhərinə aparardılar.

1950-1960-cı illərin yaz-yay mövsümündə mineral suyun yatağına istər kənd əhalisi, istərsə də kənardan gələnlər böyük maraq göstərirdilər. Avtomobil nəqliyyatı və digər minik vasitəsi olmayanlar uzaq məsafəni piyada qət edib kəndə gələr, fontanın ətrafında pərdə çəkərək növbə ilə yuyunar, neçə yerdə ocaq qalanar, qazan asılardı.

Mineral sular əhaliyə çox qədim zamanlardan məlum olsa da, muxtar respublikanın mineral suları haqqında elmi ədəbiyyatda məlumat 1930-cu ildən verilir (A.A.Florinin, 1930, Əziz Əsgərov, 1954). İlk vaxtlar bəzi geoloqlar mineral suları qısa təsvir ediblər. Lakin ilk dəfə Mirəli Qaşqay bir sıra mineral su yataqları, o cümlədən, Sirab mineral su yatağı haqqında “Azərbaycanın mineral su yataqları” (1952) monoqrafiyasında geniş məlumat veribdir. Görkəmli alim, hidroloq, professor Əziz Həmzə oğlu Əsgərov 1939-cu ildən Naxçıvan Muxtar Respublikasının mineral su bulaqlarının öyrənilməsi ilə ciddi məşğul olmağa başlayıbdır. 1950-ci ildən etibarən isə o, bütün qüvvəsini “Sirab” karbon qazlı mineral su yatağının tam öyrənilməsinə yönəldibdir. 1952-ci ildə isə Azərbaycan SSR Geologiya İdarəsi Hidrogeoloji Ekspedisiyası Sirab mineral su yatağında tədqiqat işləri aparıb. 1959-1966-cı illərdə “Azərbminsugeokaptaj” Respublika Ekspedisiyası Ramazan Əliquliyevin rəhbərliyi və iştirakı ilə “Sirab” mineral su yatağında kompleks geoloji xəritəalma, kəşfiyyat, hidrogeoloji və təcrübi işlər aparılıb.

“Sirab” mineral su yatağının öyrənilməsində Sirab və Məmmədrza Dizə kəndinin sakinlərinin də zəhməti az olmayıb. Vəli Paşayev, Qasım Fərzəliyev, buruq ustaları Nəcəfxan Həsənəliyev, Fərəməz Quliyev, Beytulla İmanov, Abbasəli Bağırovu göstərmək olar. Sirab hidrogeoloji partiyasının qazma işləri üzrə texniki rəhbəri Seyfulla Orucov və texnik Orucəli Fərzəliyev haliyədə yaşayırlar.

Aparılan elmi tədqiqatlar nəticəsində Sirab suyunun qastridlər, mədə və bağırsaqların yara xəstəliyi, xroniki kolit və enterekolit, nəfəs yollarının xroniki iltihabı prosesləri, piylənmə, yüngül formalı şəkər xəstəliyi zamanı gözəl müalicəvi əhəmiyyətə malik olduğu müəyyən edilib. Tədqiqatçılardan Mehdi Sultanov qeyd edirdi ki, Sirab suyunu qəbul etmiş üç nəfər şəkərli diabet xəstəsində qanda şəkərin miqdarının azalması ilə yanaşı, ümumi vəziyyətlərinin də son dərəcə yaxşılaşması müşahidə olunub.

Naxçıvan Muxtar Respublikasında ilk dəfə elmlər namizədi Rza Rzayev Sirab mineral suyunu aerozol şəklində yuxarı tənəffüs yollarının xroniki xəstəliklərində müalicə məqsədilə xəstələrə tətbiq edib və çox gözəl nəticələrə nail olub. Sonradan burun-boğaz-qulaq xəstəlikləri şöbəsində 200 xəstə üzərində müayinə aparılıbdır.

Hələ 1935-1936-cı illərdə Naxçıvan MSSR Səhiyyə Komissarlığının təşəbbüsü ilə Sirab mineral suyunu şüşələrə dolduraraq müalicə məqsədi ilə tətbiqi üçün təşəbbüs irəli sürülüb. Lakin münasib şəraitin olmaması və o zaman bulaqlardakı suyun debitinin azlığı sonradan bu təşəbbüsü icrasız qoyubdur. 1950-ci ildən Naxçıvan MSSR Səhiyyə Nazirliyi tərəfindən yarı mexanikləşdirilmiş zavod yaradılmaqla, hər gün 2000 litrədək su şüşələrə doldurularaq Azərbaycanın rayonlarına “Naxçıvan suyu” adı ilə göndərilirdi. Naxçıvan Yerli Sənaye İstehsal İdarəsi tərəfindən çayın yatağında tikilib, çox da böyük olmayan sudoldurma sexinin ilk təşkilatçısı və icraçısı Qaraş Paşayev olubdur. O, Sirab mineral su istehsalının əsasını qoyanlardan sayılır.İki saylı quyunun sutka ərzində verdiyi 40 kubmetr su bu normaya kifayət edirdi.

1954-cü ildə baş verən  güclü sel zavoda gedən yolu və sexin bir hissəsini sıradan çıxardığı üçün təbiətin bəxş etdiyi bu nemət bir müddət istifadəsiz qaldı. Daha sonra Şorsu dərəsinin girəcəyində təhlükəsiz yerdə ikimərtəbəli, taxtadan fin evi qurularaq sex fəaliyyətini davam etdirdi. İki nömrəli quyu ilə yanaşı, daşdan çıxan təbii bulağın suyundan da doldurmada istifadə edilirdi və “Sirab” etiketi vurulurdu. Sexə rəhbərliyi yenə də Qaraş Paşayev edirdi.

1959-cu ildə Sirab mineral su yatağında böyük hidroloji tədqiqat işləri aparılmağa başlanıldı. Bir il sonra  Şorsu dərəsindəki bulaqların sutkalıq su debitinin azlığına görə, sex, Kəlbəağıl dərəsinə köçürüldü.

Aparılan kəşfiyyat işləri başa çatdıqdan sonra, Sirab mineral su yatağının istismar ehtiyatı hesablandı, 1967-ci ildə dövlət ehtiyat komissiyası tərəfindən layihə təsdiqləndi və illik istehsal gücü 10 milyon şüşə olan zavod tikilib istifadəyə verildi. 1984-cü ildə zavodda yeni texnoloji avadanlıq tətbiq olundu və əlavə iki xətt quraşdırılaraq, zavodun illik istehsal gücü 4.5 milyon butulkaya çatdırıldı.

1990-cı illərdə ölkədə siyasi və iqtisadi sahədə baş verən dağıdıcı proseslər Sirab mineral su zavodunun da işi dayandırmasına və demək olar ki, tamamilə dağılmasına səbəb oldu. İstər zavodun köhnə binasında, istərsə də evlərdə antisanitar vəziyyətdə, kustar üsulla su doldurulmağa başlanıldı.Hamının ümumi etiketdən istifadə etməsi, nəzarətsizlik səbəbindən Şərur rayonunun da bir çox kəndlərində də saxta “Sirab” suyu istehsal olunurdu və Şahtaxtı, eləcə də Sədərək gömrük keçid məntəqələrindən satışa göndərilirdi.

Müstəqillik illəri “Sirab” suyuna da necə deyərlər “can verdi”. Bu dövrdə muxtar respublikada yeni istehsal sahələri yaradıldı, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olundu, sənaye müasir texnika və texnologiya ilə təchiz edildi. 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrildi. Sonrakı illərdə dövlət maliyyə dəstəyi hesabına Babək  “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar aldı. Hal-hazırda “Sirab” mineal sular zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə  qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” təbii mineral müalicəvi süfrə suyunun müxtəlif həcmli pet və şüşə butulkalara doldurulması həyata keçirilir. Bu gün 100-dən çox işçinin çalışdığı müəssisədə 21 çeşiddə  məhsul istehsal olunur.

Maddələr mübadiləsinin pozğunluğu, qaraciyər, öd, mədə bağırsaq xəstəlikləri, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən, allerqik rinit xəstəliyinə tutulmuş insanlara “Sirab” içmələri məsləhət görülür. Bu gün süfrələrimizin bəzəyi olan “Sirab” mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Minerallarla zəngin olan “Sirab” suyu daxili tələbatı ödəməklə yanaşı, Rusiya, Belarusiya, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Küveyt, Ukrayna və Baltikyanı ölkələrə də göndərilir.Bu məqamda mühüm bir faktı qeyd edək ki, ötən il ərzində zavodda istehsal olunan 1 milyon 134 min 954 ədəd müxtəlif ölçüdəki  qazlı və qazsız, şüşə qazlı, premium şüşə qazlı və qazsız məhsullar xarici ölkələrə ixrac olunub. Müəssisə cari ildə Ukrayna Respublikasına 20 min 450 ədəd olmaqla müxtəlif ölçüdə və tərkibdə məhsul ixrac edib. Belə proqnoz edilir ki, “İxrac ili”ndə istehsalı artıraraq 1 milyon 248 min 368 ədəd müxtəlif ölçüdə qazlı və qazsız su muxtar respublikadan  xaricə çıxarılacaq.

“Sirab” ASC-də bütün istehsal prosesi İSO standartlarına  keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə Almaniyanın “IQNET”və “DQS” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 9001-2015 və İSO 22000-2005 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Bu isə “Sirab” suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi və Avropa bazarına girişinin açarıdır. Dünya standartlarına cavab verə biləcək yüksəkkeyfiyyətli məhsul istehsal etməsi “Sirab” mineral  suyunun bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanmasına səbəb olubdur. Belə ki,“Sirab” ASC 2005-ci ilin may ayında İsveçrənin Cenevre şəhərində “Biznesdə yüksək keyfiyyətə görə” Qızıl medalına layiq görülübdür. 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən “Qida məhsulları və içkilərin XII forumu”nda Qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII Beynəlxalq “PRODEKSPO 2010” sərgisində gümüş, 2011 və 2018-ci illərdə Moskva şəhərində keçirilən XVIII Beynəlxalq “PRODEKSPO-2011” və XXV Beynəlxalq “PRODEKSPO 2018” sərgilərində qızıl medallara layiq görülübdür.    

Bir sözlə, hər damlasında həyat olan Sirab suyu bu gün muxtar respublikamızdan və ölkəmizdən kənarda kifayət qədər alıcı kütləsi toplaya bilib. Mineral su artıq Naxçıvanın brend məhsullarından birinə çevrilib.Ötən tarixə nəzər saldıqda görürük ki, “Sirab” mineral süfrə suyu sənaye üsulu ilə istehsal olunduğu vaxtdan ötən 70 il ərzində heç vaxt indiki qədər geniş imkanlara malik olmayıb. Pərakəndəlik, nəzarətsizlik,məhsul necə gəldi kustar üsulla qablara doldurub satışa çıxarmaq ənənəsi ötən əsrin 90-cı illərinin acı xatirəsi kimi tarixə qovuşub. Müstəqillik illərində Uca Yaradanın bu torpağa bəxş etdiyi təbii ehtiyatlardan, su mənbələrindən səmərəli istifadə olunması nəticəsində beynəlxalq sərgilərdə iştirak etmək, eləcə də reklam xarakterli videoçarxlar vasitəsilə  məhsul tanıdılır, xarici bazarlara çıxarılır, satışı təşkil olunur. Bütün bunlar həm də Naxçıvanda sahibkarlara olan dövlət qayğısının əyani ifadəsidir.

                                                                             Zaleh NOVRUZOV

 Bu yazı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

                                                                                           “Şərqin səhəri” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

04-06-2020-14-10 Xəbərlər

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonu...

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

04-06-2020-14-00 Xəbərlər

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iy...

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

04-06-2020-13-31 Xəbərlər

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu da...

Ötən günün mənzərəsi - VİDEO

04-06-2020-10-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

04-06-2020-10-20 Xəbərlər

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiri...

Naxçıvanda idman inkişafın yeni mərhələsində

04-06-2020-09-19 Xəbərlər

Naxçıvanda idman inkişafın yeni mərhələsində

Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də idmanın inkiş...

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

04-06-2020-09-00 Xəbərlər

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

Özbəkistanın orol24.uz portalında əsrlərə şahidlik etmiş, qədim tariximizin, zən...

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

03-06-2020-18-31 Xəbərlər

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlay...

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

03-06-2020-17-03 Xəbərlər

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

Muxtar respublikada taxıl biçininə son hazırlıq işləri gedir. Ordubad rayonunun ...

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

03-06-2020-15-50 Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Naxçıvanda qızlar mə...

Sinoptiklər xəbərdarlıq edirlər...

03-06-2020-15-06 Xəbərlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən ist...

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

03-06-2020-12-03 Xəbərlər

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

İyunun 3-ü saat 09:30-a olan məlumata əsasən, iyunun 6-da və 7-də 9 və 11-ci sin...

Ötən günün mənzərəsi - VİDEO

03-06-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

03-06-2020-09-00 Xəbərlər

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

Hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşması...

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

02-06-2020-17-24 Xəbərlər

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəss...

Naxçıvanda sabaha olan hava proqnozu

02-06-2020-16-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

02-06-2020-15-03 Xəbərlər

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

02-06-2020-14-21 Xəbərlər

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfi...

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

02-06-2020-14-00 Xəbərlər

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Peşə təhsili pilləsində təhsilala...

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

02-06-2020-10-44 Xəbərlər

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıva...

Ötən günün mənzərəsi - VİDEO

02-06-2020-10-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

02-06-2020-09-40 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

NUHÇIXAN  İnformasiya  Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu v...

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

02-06-2020-09-00 Xəbərlər

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

Naxçıvan Beynəlxalq Hava Limanı müasir tələblər səviyyəsində qurulub.

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

01-06-2020-19-11 Xəbərlər

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

Muxtar respublikanın bütün rayonları kimi qədim Ordubad da görkəmini dəyişir.

Naxçıvanda sabaha olan hava proqnozu

01-06-2020-18-18 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

01-06-2020-17-05 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta a...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

01-06-2020-16-14 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafi...

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...