Ata-babalarımız həyati əhəmiyyət kəsb edən təbiət hadisələrini müşahidə edərək xalq təqvimi tərtib edib, bu təqvimə  uyğun olaraq təsərrüfat işlərini qurublar.

Erkən yaz xalq təqvimin ən təzadlı, dəyişkən dövrüdür. Çünki rəncbər ata-babalarımız Novruz bayramından sonra təbiətdə baş verən dəyişikliklərin hər birinə xüsusi ad veriblər.

Tədqiqatçıların əksəriyyəti qışı üç dövrə (“Böyük çillə, Kiçik çillə və Boz ay”) bölürlər. Eybalı Mehrəliyev digərlərindən fərqli olaraq qışın son ayını (20 fevral – 20 mart) “Alaçalpo”, martın 6-dan aprelin 6-na qədər olan dövrü isə “Boz ay” adlandırır. Bir çox yaşayış məntəqələrində bu vaxt əsən külək də “Boz külək” adlanır. Baharın əvvəlində əsən isti küləyə “Tumurcuq açan”, ağacların çiçək açan dövründə yağan qara isə “Gültökən” deyilir. Bu hadisə tez-tez baş verdiyi üçün təcrübəli bağbanlar peyin, yaş küləş odlayıb tüstüsünü ağaclara verirlər. Odu bir neçə yerdə elə yandırırlar ki, tüstü bağı əhatə etsin. Bu cür tüstüvermə çiçəkləri mənfi 5-6 dərəcə şaxtadan qoruya bilir. Novruz nəğmələrində də bu barədə gözəl bir deyim vardır:

Qılınc çəkdi şaxta bağa,

Şaftalımı, sinabımı yandırdı.

Gecə yarı neçə-neçə,

Şah budağı şaqqıldatdı, sındırdı.

Gördüm getdi dirrik əldən,

Tez yapışdım qara beldən.

Bağ üstündə peyinniyə addadım,

Peyinniyi çalaladım, oddadım.

Dözəmmədi şaxta ala tüstüyə.

Pislik qaldı, qaragünlü pisdiyə.

Armud, alma və heyva ağacları digərlərinə nisbətən gec çiçəkləyir. Adətən, alma və heyva çiçəkləyən zaman əkinlərə yaz suyunun verilməsi vaxtı hesab edilir. Ona görə də yaz suyu bəzi yaşayış məskənlərində “Armudavar” və ya “Heyva suyu”, “Xəkov”, “Göy suyu”, “Yelmik suyu” adlanır. Bəzən alma-heyva çiçəkləyən dövrdə də qar yağır və buna “Heyvagülü qarı” deyirlər. Yazın ilk 15-20 günündə yarı qar, yarı dolu formasında yağıntı düşür və bu, el arasında “Çoban yarması” adlanır.

Yazda təbiətlə bağlı digər inanclar da mövcuddur. İnama görə, göy guruldamasa, çöldə bitən pencərləri yemək düzgün deyildir. Axır çərşənbədə oynanılan “Kodu”, “Qodu-qodu” mərasimi oyun olmayıb, digər vaxtlarda yağış və ya Günəşi çağırmaq üçün keçirilən mərasimdir. Bundan başqa, inanca görə, il quraqlıq keçəndə qırx keçəlin adı tutulub, ipə qırx düyün vurularaq suya atılardı. Digər bir inanca görə,bu dövrdə ulağın başını yuduqda yağış yağar. Çox yağış yağdıqda isə palçıqdan kökə düzəldib təndirə yapardılar ki, yağış kəssin.

Yazın gəlişi ilə köçəri quşlar ölkəmizə qayıdır sığırçınlar, qaranquşlar, durna qatarları baharın gəlişini müjdələyirlər. Adının əvvəlinə “Hacı” sözü əlavə edilən leyləyin gəlməsinin də xalq təqvimində öz yeri vardır. İnanclara görə leylək özü ilə az da olsa, qar gətirir.Bir də el arasında deyərlər ki, leyləyin yumurtasının üstünə qar yağmasa, bala çıxmaz. Keçmişdə ilk dəfə leyləyi görən uşaqlar ata-analarına muştuluğa qaçardılar. Ata-analar uşaqların muştuluğunu verdikdən sonra “Leyləyin ağzında nə gördüz?” –, deyə soruşardılar. Əgər leyləyin ağzında sünbül, ot olduğunu desələr, ilin məhsuldar olacağı, “Sümük, çöp gördük” desəydilər, ilin quraq keçəcəyi güman edilirdi. Xalq arasında belə inam formalaşıb ki, leylək gələn gün az da olsa, qar yağmalıdır. Ona görə Novruzdan sonra yağan qara “Leylək qarı” deyərlər.

Aprel ayının 15-nə kimi olan dövrə “Qarının borcu”, “Qarının mərdi” deyirlər. Rəvayətə görə, mart ayında havanın qərarsız olması, çöldə heyvanların yeyəcək tapa bilməməsindən narahat olan qarı martın çıxmasına sevinir. Sevinci yerə-göyə sığmayan qarı martın arxasınca deyinir:

Əldən aldın yorğanım,

Dərdə düşdü oğlağım.

Borca getdim samana,

Pislik qaldı yamana.

Mart, gözüvə barmağım,

Yaza çıxdı oğlağım.

Bunu eşidən mart hirslənir, apreldən 15 gün borc istəyir.

Baharın ilk ayı “Qara yaz” adlanır.Təbiəti uzun illər müşahidə edən babalarımız “Qara yaz” çıxana kimi ehtiyatlarını üzməz, ev üçün yanacaq, mal-heyvan üçün yem ehtiyatı saxlayardılar. Atalarımız deyiblər ki, bu dövr üçün 40 şələ odun, 40 çuval saman saxlamaq lazımdır. Qara yaz dövrünə həm də “qırtış”, “tarçıxan” dövr də deyirlər. Qırtış Naxçıvanın əsasən, aran zonasında “Qırxyaşar” adlanan ota deyilir.İlk bahardan yaşıl örtük əmələ gətirsə də, boyu çox alçaq olur və 30-40 gündən sonra saralıb ovulur. Qoyunlar qırxyaşarla qidalana bilsə də, keçilər və iribuynuzlu mal-qara qırxyaşarı yeyə bilmir. Elə ona görə də bu dövrə həm də “Dadar-doymaz”, “Davar-doymaz”, “Yatar-durmaz”- deyirlər. Qışdan arıq çıxan, xüsusi ilə qoca heyvanlar bu dövrdə yatdığı yerdən dura bilmir.

Maldarlar isə bu dövrə “Tarçıxın” deyirlər. Bəzi etnoqraflar tarçıx dövrünü yazın qırxı çıxdıqdan sonra mayın əvvəlinədək olduğunu, bundan sonra təzə-tər yaz otlarının cücərdiyini yazırlar. Tarçıx sözünün “tədricən çıxarılma” sözündən yarandığını da söyləyirlər. Çünki bu dövrdə xamlamasın deyə mal-qaranı otlağa bir başa aparmazdılar. Mal-qara çölə tədricən çıxarılardı. Bəzi mənbələrdə isə bunu “Tar çıxan” kimi izah edirlər ki, bu da həmin dövrdə qaramalın tövlədə tərləməsi ilə əlaqələndirilir. Xalq arasında belə bir deyim də vardır ki, malın ağzı tarçıxa çatdı, qorxusu yoxdur. Ölkəmizin aran zonasında isə köçəri tayfalar yazın ilk dövründə toyuqları açıqlıqda “tar” düzəldib orada saxlayırlar. Xalq təqvimində sutkanın vaxt bölgüsündən biri də toyuqların tara çıxdığı vaxt – yəni, “tarçıxan”dır. Axşamçağı toyuqlar tara, ya da uca başqa bir yerə çıxıb düzülürlər.Bu an “toyuq tara çıxan vaxt” adlanır.

Uzun illərin müşahidəsi göstərir ki, çox vaxt  aprelin 5-i və ona yaxın günlərdə havalar soyuyur, az da olsa qar yağır.Ona görə də xalq deyimində “Qorx aprelin beşindən, öküzü qoyar işindən” məsəli yaranıbdır. Maraqlıdır ki,qardaş Türkiyə ərazisində də “qorx nisanın beşindən, öküzü qoyar işindən” məsəli vardır.Bəzi bölgələrdə xalq təqvimində aprel ayının əvvəllərində 5-7 gün davam edən soyuq hava “Camışqıran” adlanır.

Xalq təqviminə görə, Novruz bayramından 15 gün keçən vaxta “Kərnəbut dövrü” deyilir. El arasında  “Kərnəbut çıxmamış üzüm bağlarının üstünü açmazlar” ifadəsi də vardır.

Bu gün təbiətdə baş verən dəyişikliklər onu göstərir ki, xalq təqvimindəki dövrlər əsassız deyildir. Onların hər biri ata-babalarımızın sınağından, müşahidəsindən keçərək günümüzədək gəlib çatıbdır. Bu dəyərləri gələcək nəsillərə ötürərək yaşatmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır.

                                                              Zaleh Novruzov

                                                             “Şərqin səhəri” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

04-06-2020-14-10 Xəbərlər

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonu...

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

04-06-2020-14-00 Xəbərlər

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iy...

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

04-06-2020-13-31 Xəbərlər

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu da...

Ötən günün mənzərəsi - VİDEO

04-06-2020-10-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

04-06-2020-10-20 Xəbərlər

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiri...

Naxçıvanda idman inkişafın yeni mərhələsində

04-06-2020-09-19 Xəbərlər

Naxçıvanda idman inkişafın yeni mərhələsində

Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də idmanın inkiş...

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

04-06-2020-09-00 Xəbərlər

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

Özbəkistanın orol24.uz portalında əsrlərə şahidlik etmiş, qədim tariximizin, zən...

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

03-06-2020-18-31 Xəbərlər

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlay...

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

03-06-2020-17-03 Xəbərlər

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

Muxtar respublikada taxıl biçininə son hazırlıq işləri gedir. Ordubad rayonunun ...

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

03-06-2020-15-50 Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Naxçıvanda qızlar mə...

Sinoptiklər xəbərdarlıq edirlər...

03-06-2020-15-06 Xəbərlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən ist...

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

03-06-2020-12-03 Xəbərlər

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

İyunun 3-ü saat 09:30-a olan məlumata əsasən, iyunun 6-da və 7-də 9 və 11-ci sin...

Ötən günün mənzərəsi - VİDEO

03-06-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

03-06-2020-09-00 Xəbərlər

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

Hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşması...

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

02-06-2020-17-24 Xəbərlər

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəss...

Naxçıvanda sabaha olan hava proqnozu

02-06-2020-16-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

02-06-2020-15-03 Xəbərlər

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

02-06-2020-14-21 Xəbərlər

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfi...

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

02-06-2020-14-00 Xəbərlər

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Peşə təhsili pilləsində təhsilala...

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

02-06-2020-10-44 Xəbərlər

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıva...

Ötən günün mənzərəsi - VİDEO

02-06-2020-10-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

02-06-2020-09-40 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

NUHÇIXAN  İnformasiya  Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu v...

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

02-06-2020-09-00 Xəbərlər

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

Naxçıvan Beynəlxalq Hava Limanı müasir tələblər səviyyəsində qurulub.

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

01-06-2020-19-11 Xəbərlər

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

Muxtar respublikanın bütün rayonları kimi qədim Ordubad da görkəmini dəyişir.

Naxçıvanda sabaha olan hava proqnozu

01-06-2020-18-18 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

01-06-2020-17-05 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta a...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

01-06-2020-16-14 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafi...

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...