Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial–iqtisadi islahatlar nəticəsində əmək resurslarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin icrası mart ayında da davam etdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən muxtar respublikada əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramının icrası ilə əlaqədar ötən ay 260 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. Onların 73-nü gənclər, 55-ni isə qadınlar təşkil edib. Həmçinin işlə təminolunanlardan 3-ü hərbi xidmətdən yeni tərxis olunan, 3-ü isə sağlamlıq imkanları məhdud şəxs olub. Mart ayında işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün 23 nəfər müvəqqəti və mövsümi işlərə göndərilib, ünvanlı sosial yardımın alınması üçün rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən vətəndaşlardan 5-i münasib işlə təmin edilib.

Ay ərzində sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 19 vətəndaşın hər birinə 1 baş yanıbalalı inək, 3 sakinin hər birinə isə 10 baş yanıbalalı qoyun verilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə Ordubad rayonunda özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə maarifləndirici görüş keçirilib, fərdi təsərrüfatlarını nümunəvi inkişaf etdirənlərlə bağlı həvəsləndirici tədbirlər görülüb.

Mart ayında aparılan monitorinqlər zamanı 12 obyektdə fərdi mühafizə vasitələrindən istifadə etməyən 18 işçi həmin vasitələrlə yerində təmin edilib, 4 işçi isə müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb.

Hesabat dövründə sosial könüllülərin ahılların evlərinə ziyarətləri davam etdirilib. Könüllülər mövsümi infeksion xəstəliklərin qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq ahılların evlərində təmizlik işləri aparıb, tibbi profilaktik məmulatları onlara təqdim ediblər. Müvafiq dövr ərzində 218 tənha ahıl və sağlamlıq imkanları məhdud vətəndaşlara evlərində sosial xidmət göstərilib ki, bunlardan 201-i 70 yaşdan yuxarı ahıl vətəndaşlardır. Eyni zamanda, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə muxtar respublikada sosial xidmət göstərilən ahıl qadınlar və Ahıllar Evinin qadın sakinləri sosial könüllülərin iştirakı ilə ziyarət olunub, onlara hədiyyələr verilib. Həmçinin bu münasibətlə, Naxçıvan şəhərində yaşayan Sosialist Əmək Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova və 110 yaşlı Şahbuz rayon sakini Ceyran Qafarova ilə də evlərində görüşlər keçirilib. Ötən ay, həmçinin 21 mart - Beynəlxalq Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar olaraq, muxtar respublikada yaşayan daun sindromlu 80 nəfərlə və Novruz bayramı münasibəti ilə sağlamlıq imkanları məhdud 1000 nəfərlə görüşlər keçirilib, onlara ərzaq sovqatları təqdim edilib.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq mart ayında 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları, məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlbi, xüsusi istedada malik olanların seçilməsi və aşkara çıxarılması üzrə tədbirlər davam etdirilib. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən bölmələrə 18, həmçinin mərkəzin defektoloji bölməsinin Ordubad rayon filialına 7, Şərur rayon filialına 5 sağlamlıq imkanları məhdud uşaq cəlb edilməklə, ümumilikdə, 30 nəfərlə reabilitasiya tədbirləri aparılıb. Görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə “Könül işığı” və “Şəfəq” adlı jurnalların növbəti buraxılışları çap edilib və “Könül işığı” jurnalı səsləndirilərək audio kitabxana xidmətinə əlavə olunub. Həmçinin, ötən ay Gənclik Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün animasiya filmi nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının icrasına uyğun olaraq Uşaq Bərpa Mərkəzində mart ayında ümumilikdə 6 nəfər ambulator müalicə alıb. Ay ərzində sağlamlıq imkanları məhdud 21 şəxsə 22 texniki reabilitasiya vasitələri verilib, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən sağlamlıq imkanları məhdud 18 şəxsə protez-ortopedik xidməti göstərilib, sağlamlıq imkanları məhdud 11 şəxs 31 köməkçi reabilitasiya vasitələri ilə təmin olunub. Bununla yanaşı, müvafiq dövr ərzində Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatına 4 göndəriş verilib, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 6 nəfərin müalicəsi təşkil olunub.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...

Naxçıvanda sabaha olan hava proqnozu

30-05-2020-15-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 30-a gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvana uçuşlar bərpa edilir

29-05-2020-18-51 Xəbərlər

Naxçıvana uçuşlar bərpa edilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdar...

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

28-05-2020-16-22 Xəbərlər

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan ...

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

28-05-2020-12-50 Xəbərlər

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıc...

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

28-05-2020-12-26 Xəbərlər

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Kons...

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

27-05-2020-16-53 Xəbərlər

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə s...

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

27-05-2020-16-50 Xəbərlər

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respu...

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

27-05-2020-16-44 Rəsmi

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: "Bizim qarşımızda duran əsas məqsəd, və...

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

27-05-2020-16-15 Xəbərlər

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

Mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istif...

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

27-05-2020-15-06 Xəbərlər

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

27-05-2020-13-29 Xəbərlər

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub. Doğulanların 5...

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

27-05-2020-11-16 Xəbərlər

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlə...

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

27-05-2020-10-34 Xəbərlər

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriy...

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

26-05-2020-17-14 Xəbərlər

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

Muxtar respublikanın ən böyük kəndlərindən olan Babək rayonun Nehrəm kəndində iç...

145-in KADRARXASI - Fərhad Zamanbəyov

26-05-2020-15-40 Xəbərlər

145-in  KADRARXASI - Fərhad  Zamanbəyov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.  

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

26-05-2020-15-05 Xəbərlər

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

Naxçıvanda müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ ...

Sosial şəbəkələrdə - VİDEO

26-05-2020-13-57 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

26-05-2020-11-12 Xəbərlər

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəllik...

İsti yaz günlərində ağaclara qulluq qaydası

26-05-2020-10-29 Xəbərlər

İsti yaz günlərində ağaclara qulluq qaydası

Əkilən ağacların bitiş faizinin yüksək olması üçün yay aylarında onlara düzgün a...

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

26-05-2020-09-31 Xəbərlər

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən b...