Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir.

Ərazinin ekoloji baxımdan əlverişli olması və qədim təsərrüfatçılıq ənənələri burada özünəməxsus dada, keyfiyyətə, əmtəə görünüşünə malik müxtəlif meyvə sortlarının becərilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikasında bu sahənin inkişafı məqsədilə kompleks tədbirlər həyata keçirilir, meyvəçilik və tərəvəzçiliklə məşğul olanlara güzəştli kreditlər verilir, meliorativ tədbirlər görülür, məhsulların satışı üçün yarmarkalar təşkil olunur. Qazanılan nailiyyətlərin əsasında “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurla icra olunması dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının əsas məqsədi muxtar respublikanın meyvə və tərəvəzə olan tələbatının yerli istehsal hesabına ödənilməsi, kənardan gətirilən sort meyvə tinglərinin, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılması, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, kənd əhalisinin məşğulluğunun artırılması, sahibkarlığın stimullaşdırılması məqsədilə bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Proqramda 28 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur. 2016-2017-ci illəri əhatə edən Kəngərli rayonu ərazisində 100 hektar sahədə püstə bağının salınması, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi laboratoriyasının fəaliyyətinin gücləndirilməsi və müasir avadanlıqlarla təmin edilməsi ilə bağlı tapşırıqların icrası başa çatdırılmışdır.

2020-ci ilin yanvar-mart aylarında Dövlət Proqramının icrası istiqamətində Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün tədqiqat işləri davam etdirilmiş, tədqiqat aparılan sahələrdə becərilən kənd təsərrüfatı bitkilərindən nəzərdə tutulan məhsuldarlığın alınması üçün üzvi və mineral gübrə normaları müəyyənləşdirilmiş, Kəngərli rayonunun Böyükdüz, Xok bələdiyyələrinin və “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyəti Cəmiyyətinin istifadəsinə verilmiş torpaqların qida maddələri ilə təmin olunma kartoqramları hazırlanmışdır. Eyni zamanda Şərur rayonunun Axura, Dizə, Gümüşlü, Həmzəli, Şahbuz rayonunun Aşağı Qışlaq, Biçənək və Yuxarı Qışlaq bələdiyyələri üzrə hazırlanan işçi planlar torpaq analizlərinin aparılması üçün “Araz” Elm İstehsalat Birliyinə təhvil verilmişdir. Yüksək məhsuldarlığa malik meyvə-tərəvəz sortları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi əməkdaşlarının 3 elmi məqaləsi xarici jurnallarda çap edilmiş, 6 məqaləsi isə kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Əkin sahələrinin genişləndirilməsi məhsuldarlığın artırılmasına səbəb olan əsas amillərdəndir. Əkinçilərin hər hansı məhsulu rüsum ödəmədən muxtar respublikaya gətirmələrinə şərait yaradılması bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu bir daha sübut edir ki, kənd əhalisinin məşğulluğunun artırılması, meyvə və tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və aqrar sektorun davamlı inkişafı dövlət tərəfindən diqqət yetirilən başlıca sahələrdəndir. 2020-ci ilin yanvar-mart aylarında da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 188 əkinçinin 1680 ton toxumluq kartofunu idxal rüsumu ödəmədən muxtar respublikaya gətirmələrinə köməklik göstərilmişdir.

Kənd təsərrüfatında əsas hədəf məhsuldarlığın yüksəldilməsidir. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri də müasir meliorasiya və irriqasiya sistemlərinin qurulmasıdır. Əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrindən bol məhsul götürülməsində mütərəqqi suvarma sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Dövlət Proqramında torpaqların su ilə təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin tikintisinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə qeyd olunan dövrdə Şərur rayonunda 33,4, Babək rayonunda 106,4, Sədərək rayonunda 2,2 hektar olmaqla, ümumilikdə 142 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 127 kilometr uzunluğundakı kanallarda və 10 kilometr kollektorda lildən təmizlənmə, hidrotexniki qurğularda isə təmir-bərpa işləri aparılmışdır.

Şərur rayonunun İbadulla kəndində əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq üçün 1 subartezian quyusu qazılaraq istifadəyə verilmiş, Şahbuz rayonunun Külüs kəndində 400 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün nasos stansiyasının və yüksək təzyiqli boru xəttinin tikintisi davam etdirilmiş, Babək rayonunun Kültəpə, Şahbuz rayonunun Türkeş kəndlərinin hər birində 1 subartezian quyusu təmir edilərək balansa alınmışdır. Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni əkin sahələrinin suvarma suyu ilə təminatı üçün 850 metr suvarma boru xətti quraşdırılmış, 3 subartezian quyusu bərpa olunmuşdur.

Muxtar respublikada ərzаq təhlükəsizliyinin təmin оlunmаsındа, əhalinin ərzаq məhsullаrınа оlаn tələbаtının ödənilməsində, еmаl müəssisələrinin хаmmаllа təchiz edilməsində kənd təsərrüfаtı məhsullаrı istеhsаlının mühüm əhəmiyyəti vardır. Ona görə də аqrаr sеktоrun inkişаfına ciddi önəm verilir, intensiv metodlara və müasir texnologiyalara əsaslanan kənd təsərrüfаtı məhsullаrı istеhsаlının həcmi ilbəil artır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də tədarük edilən məhsulların saxlanılması üçün soyuducu anbarların tikintisidir. Çünki soyuducu anbarlar kənd təsərrüfatı məhsullarının bazara çıxış müddətinin artırılmasında mühüm rol oynayır. Muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların ilboyu yüksək keyfiyyətlə saxlanılması və bazara təklif olunmasına xidmət edən soyuducu anbarların yaradılması da diqqət mərkəzindədir. Birinci rübdə bu məqsədlə işlər davam etdirilmiş, Şərur rayonunun Yuxarı Aralıq kəndində dövlət maliyyə dəstəyi hesabına 1 fiziki şəxs tərəfindən soyuducu anbarın genişləndirilərək 300 tona çatdırılması, Babək rayonunun Nehrəm kəndində özəl investisiya qoyuluşu hesabına “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tutumu 2500 ton olan soyuducu anbarın yaradılması başa çatdırılmışdır. Eyni zamanda Şərur rayonunun Düdəngə kəndində dövlət maliyyə dəstəyi hesabına 1 fiziki şəxs tərəfindən tutumu 200 ton olan, Culfa rayonunun Yaycı kəndində özəl investisiya qoyuluşu hesabına 1 fiziki şəxs tərəfindən tutumu 35 ton olan soyuducu anbarın yaradılması davam etdirilmişdir. Hazırda muxtar respublikada tutumu 18 min 740 ton olan 39 soyuducu anbar vardır.

Aqrar sahədə istehsal olunan məhsulların keyfiyyəti onların satış qabiliyyətini xarakterizə edən ən mühüm amillərdəndir. Dövlət Proqramının icrası məqsədilə həyata keçirilən monitorinqlər vasitəsilə meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyəti nəzarətdə saxlanılır. 2020-ci ilin ötən dövründə ümumilikdə meyvə-tərəvəz məhsullarının 160 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılmış, nəticələrin texniki normativ hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən olunmuş, 5 məhsul sertifikatlaşdırılmışdır.

Proqrama uyğun olaraq ötən dövrdə sağlam rəqabət mühitinin yaradılması və daxili bazarın qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı dövründə həmin məhsulların qonşu ölkələrdən idxalının qarşısı alınmış, istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırmalarına şərait yaradılması üçün hər həftənin şənbə-bazar günləri və Novruz bayramı ərəfəsində yarmarkalar təşkil оlunmuşdur. Bayram günlərində keçirilən yarmarkalara muxtar respublikada fəaliyyət göstərən 360 ailə təsərrüfatı subyekti dəvət olunmuşdur.

Ötən dövrdə meyvə və tərəvəzçilik təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmış, dövlət maliyyə dəstəyi hesabına Tumbul kəndində meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, Şərur rayonunun Ələkli kəndində istixana təsərrüfatının, Babək rayonunun Nehrəm kəndində meyvə-tərəvəz məhsullarının qablaşdırılması və meyvə araqlarının hazırlanması sahəsinin, Culfa rayonunun Milax kəndində tingçilik sahəsinin yaradılması, Babək rayonunun Məzrə kəndində 1 hektar ərazidə salınmış üzüm bağının fəaliyyətinin stimullaşdırılması başa çatdırılmışdır. Şərur rayonunun Muğanlı kəndində meyvə-tərəvəz məhsullarının qablaşdırılması, Oğlanqala kəndində istixana təsərrüfatının fəaliyyətinin bərpası, Danyeri kəndində bağçılıq təsərrüfatının, Babək rayonunun Xəlilli kəndində 12 hektar torpaq sahəsində qarğıdalı və bostan bitkiləri əkininin, Sirab kəndində 6 hektarda bağçılıq təsərrüfatının yaradılması, Şahbuz rayonunun Kolanı kəndində bağçılıq təsərrüfatının fəaliyyətinin stimullaşdırılması, Gömür kəndində müxtəlif çeşidli meyvə araqlarının hazırlanması, Sədərək rayonunun Sədərək kəndində meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi sahəsinin yaradılması davam etdirilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublikada kənd təsərrüfatı yönümlü 32 layihənin maliyyələşdirilməsinə 416 min 500 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Muxtar respublikada Arazboyu düzənlik ərazilərdə, Naxçıvançay, Əlincəçay, Gilançay çayları boyunca  meyvə bağlarının salınması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, üzümçülüyün inkişaf etdirilməsi, şoranlaşmış və ya erroziyaya uğramış torpaqların əkin dövriyyəsinə daxil edilməsi, yeni suvarma metodlarının tətbiqi, kiçikhəcmli meyvəqurutma istehsalı sahəsinin, kənd təsərrüfatı cəmiyyətlərinin və birliklərinin yaradılması ilə bağlı fermer və sahibkarlar arasında maarifləndirmə tədbirləri həyata keçirilmişdir. 2020-ci ilin yanvar-mart aylarında çay vadilərində suvarma imkanları olan ərazilərdə ümumilikdə     3,5 hektar sahədə yeni meyvə bağları salınmış, 9 hektar sahədə meyvə və giləmeyvə toxumlarından istifadə edilməklə toxumla əkin, 3,7 hektar sahədə müxtəlif meyvə tingləri ilə bərpa işləri aparılmışdır. Kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində, əsasən dağlıq və dağətəyi zonalarda, relyefi mürəkkəb olan ərazilərdə və kənd  təsərrüfatı üçün yararsız olan torpaqlarda meyvə və giləmeyvə toxumlarından istifadə olunmaqla       33 hektar sahədə 165 kiloqram toxumla əkin işləri aparılmışdır. Ötən dövrdə tingçilik sahələrində 1,1 hektardan çox ərazidə müxtəlif növ meyvə toxumlarından ibarət toxmacarlıq, yerli üzüm sortlarından ibarət qələm kökləndirmə sahələri yaradılmış, 13 min 500 ədəd üzüm, 410 ədəd qovaq qələmi əkilmiş, 4 min 820 dibçəkdə müxtəlif növ meyvə tingi yetişdirilmiş, Ordubad Milli Parkı ərazisində 400 müxtəlif cır meyvə ağaclarına calaq vurulmuşdur. Ümumiyyətlə, yanvar-mart aylarında Dövlət Proqramının icrası istiqamətində muxtar respublikada 3,8 hektarı üzüm bağı olmaqla 44,4 hektar sahədə yeni meyvə bağları salınmış, 30,9 hektar sahədə meyvə tingləri ilə bərpa işləri aparılmış, 47 min 176 müxtəlif növ meyvə tingi, 6 min 675 üzüm kolu əkilmişdir.

Geni dəyişdirilmiş məhsulların muxtar respublikaya idxalının və dövriyyəsinin qarşısının alınması məqsədilə həmin məhsulların siyahısı hazırlanaraq gömrük sərhəd buraxılış məntəqələrinə təqdim edilmiş, muxtar respublikaya idxal olunan qida məhsullarının markalanmasına nəzarət gücləndirilmişdir.

Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Yeni istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Dövlət maliyyə dəstəyi hesabına Şərur və Ordubad rayonlarında 1 limon istixana təsərrüfatının yaradılması başa çatdırılmış, Şərur rayonunda 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası davam etdirilmişdir.

Meyvə-tərəvəz sahələrinə investisiyaların cəlb edilməsi diqqətdə saxlanılmış, Şərur rayonunda 1 layihə üzrə bağçılıq təsərrüfatının yaradılmasına 5 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.

Əkin atlaslarına uyğun əkin aparılması məqsədilə Babək rayonunun Kərimbəyli və Kəngərli rayonunun Çalxanqala kəndlərində müvafiq rayon icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndələrinin, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir. Torpaqların qida maddələri ilə təmin olunmasına dair hazırlanmış yeni kartoqramlar müvafiq bələdiyyə sədrlərinə təqdim edilmiş, onlara kartoqramlardan istifadə qaydaları izah edilmişdir.

Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların vaxtında icra olunması muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması, meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və kənd əhalisinin məşğulluğunun artırılması sahəsində yeni imkanlar yaradacaqdır.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...

Naxçıvanda sabaha olan hava proqnozu

30-05-2020-15-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 30-a gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvana uçuşlar bərpa edilir

29-05-2020-18-51 Xəbərlər

Naxçıvana uçuşlar bərpa edilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdar...

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

28-05-2020-16-22 Xəbərlər

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan ...

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

28-05-2020-12-50 Xəbərlər

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıc...

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

28-05-2020-12-26 Xəbərlər

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Kons...

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

27-05-2020-16-53 Xəbərlər

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə s...

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

27-05-2020-16-50 Xəbərlər

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respu...

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

27-05-2020-16-44 Rəsmi

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: "Bizim qarşımızda duran əsas məqsəd, və...

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

27-05-2020-16-15 Xəbərlər

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

Mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istif...

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

27-05-2020-15-06 Xəbərlər

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

27-05-2020-13-29 Xəbərlər

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub. Doğulanların 5...

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

27-05-2020-11-16 Xəbərlər

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlə...

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

27-05-2020-10-34 Xəbərlər

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriy...

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

26-05-2020-17-14 Xəbərlər

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

Muxtar respublikanın ən böyük kəndlərindən olan Babək rayonun Nehrəm kəndində iç...

145-in KADRARXASI - Fərhad Zamanbəyov

26-05-2020-15-40 Xəbərlər

145-in  KADRARXASI - Fərhad  Zamanbəyov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.  

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

26-05-2020-15-05 Xəbərlər

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

Naxçıvanda müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ ...

Sosial şəbəkələrdə - VİDEO

26-05-2020-13-57 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

26-05-2020-11-12 Xəbərlər

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəllik...

İsti yaz günlərində ağaclara qulluq qaydası

26-05-2020-10-29 Xəbərlər

İsti yaz günlərində ağaclara qulluq qaydası

Əkilən ağacların bitiş faizinin yüksək olması üçün yay aylarında onlara düzgün a...

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

26-05-2020-09-31 Xəbərlər

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən b...