NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Elektron Nəzarət Portalı”nın  təqdimatı münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov qeyd edib ki, muxtar respublikada tikinti-quraşdırma işlərinin həcmi ildən-ilə artır.

Yeni sosial obyektlər, inzibati binalar istifadəyə verilir və ya əsaslı şəkildə yenidən qurulur. Tikinti-quraşdırma işlərinin dəyərinin hesablanmasına nəzarət edilməsi diqqətdə saxlanılır. Bildirilib ki, aparılan nəzarət tədbirləri çərçivəsində tikinti quruculuq işlərinin dəyərinin ödənilməsi üçün sənədlərdə bəzən bilərəkdən, bəzən isə texniki səhvliklər ucbatından artıq vəsaitlərin sərf olunduğu, qiymət intizamına riayət edilmədiyi aşkar olunub. Bu məqsədlə Maliyyə Nazirliyi tərəfindən “Elektron Nəzarət Portalı” hazırlanıb. Qeyd edilib ki, portalın yaradılmasında məqsəd muxtar respublikada həyata keçirilən tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsindən ibarətdir.  

Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək muxtar respublikada həyata keçirilən tikinti quruculuq işlərinin maliyyələşməsində aparılan nəzarət tədbirləri barədə danışıb. Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 2017-ci ildən Dövlət satınalmalarına nəzarət sektoru vasitəsi ilə muxtar respublikada aparılan tikinti quruculuq işlərinin maliyyələşməsinə nəzarəti həyata keçirir. 2019-cu ildə aparılan nəzarət tədbirləri nəticəsində büdcə vəsaitləri hesabına satın alınan inventar, avadanlıqların bazar dəyəri ilə realizə edilməsinə və 2 milyon 800 min manatdan çox vəsaitə qənaət edilməsinə nail olunub.Təkcə 2019-cu ilin son aylarında aparılan yoxlama ilə 260 min manatdan çox maliyyə vəsaitinin əsassız xərcləndiyi aşkarlanıb və müvafiq quruma həmin məbləğdə vəsaitlərin təqsirli şəxslərdən tutularaq bərpa edilməsi üçün məktub ünvanlanıb.

Daha sonra qeyd edilən nöqsanların profilaktikası məqsədilə hazırlanmış “Elektron Nəzarət Portalı”nın tətbiqi, sistemin iş prinsipi və üstünlükləri barədə iştirakçılara ətraflı məlumat verilib. 

Bildirilib ki, Portal Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2020-ci il üçün “Dövlət müəssisə və təşkilatları tərəfindən dövlət büdcəsi vəsaiti hesabına alınan tikinti, santexnik və elektrik işlərinin smeta qiymətləri kitabı”nda əks olunmuş qiymətlərin elektron versiyası ilə təchiz edilib. Bazaya daxil edilmiş mal-material, iş və xidmətlər Forma 2 sənədlərinə yalnız bazada müəyyən edilmiş qiymətə daxil edilə biləcək ki, bununla həm qiymətinə baxılmamış, həm də təsdiq edilmiş, lakin təhrif olunaraq və ya  texniki səhvlik ucbatından yüksək qiymətə yazılmış mal-material, iş və xidmətlərin mövcudluğu riski sıfıra endiriləcək.

Sistemin tətbiqi hər hansı tikinti obyektinə, hətta tikinti obyektində bölmələrə maliyyə vəsaitlərinin sərfi, sərf olunan tikinti materiallarının sayı, əlavə edilməsi zəruri olan yeni mal-materialların siyahısı və digər məsələlər haqqında mükəmməl və dəqiq statistik hesabatların əldə olunmasına şərait yaradacaq.

Artıq 2020-ci il üçün tikintisi nəzərdə tutulan və həyata keçirilən bütün tikinti obyektləri nəzarət portalına əlavə edilib. Bununla real vaxt rejimində tikintisi həyata keçirilən obyektlərə çəkilən xərclər, tikinti materiallarının istifadəsinə dair ani hesabatlar almaq mümkündür.

Qeyd edilib ki, portala yalnız Naxçıvan Muxtar Respublikasından daxil olmaq mümkündür və sistemə daxil olmasına icazə verilən bütün subyektlər Maliyyə Nazirliyi tərəfindən istifadəçi adı və şifrə ilə təmin edilib. Sistem mümkün kiber hücumlardan tam mühafizə edilir.

                                                            Turab Hacızadə

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

10-07-2020-10-37 Xəbərlər

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

Bu gün ölkənin ən tirajlı gündəlik qəzetlərindən biri olan "İki sahil”in ilk nöm...

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

10-07-2020-09-19 Xəbərlər

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün sə...

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

09-07-2020-17-54 Xəbərlər

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin xüsusi bandrolu ilə “Akademisyen Ki...

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu hesabat verdi

09-07-2020-17-12 Xəbərlər

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu  hesabat verdi

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən ...

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

09-07-2020-16-50 Xəbərlər

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redak...

Naxçıvanda sabaha olan hava proqnozu

09-07-2020-16-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb....

Ali Məclisin Sədri Sərəncam imzaladı

09-07-2020-14-53 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc...

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

09-07-2020-14-00 Xəbərlər

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Şərur Rayon Baytarlıq İ...

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

09-07-2020-12-48 Xəbərlər

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ...

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09-07-2020-12-04 Xəbərlər

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

09-07-2020-10-02 Xəbərlər

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

Mətbuat hər bir xalqın mədəni intibahında, milli təfəkkür tərzinin və siyasi şüu...

Ötən günün mənzərəsi - VİDEO

09-07-2020-09-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

9 iyul Azərbaycan diplomatlarının peşə bayramıdır

09-07-2020-00-00 Xəbərlər

9 iyul Azərbaycan diplomatlarının peşə bayramıdır

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə...

Şərur sakinləri tikilən sosial obyektlərə görə minnətdarlıq edir - VİDEO

08-07-2020-18-16 Xəbərlər

Şərur sakinləri tikilən sosial obyektlərə görə minnətdarlıq edir - VİDEO

Muxtar respublikamızda əhalinin fəaliyyəti və rahatlığı üçün hər cür şərait yara...

Naxçıvanda sabaha olan hava proqnozu

08-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

08-07-2020-17-02 Rəsmi

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Alternativ və b...

Onlayn ekskursiyanın bu dəfə ünvanı Cəlil Məmmədquluzadənin ev muzeyi olub

08-07-2020-16-37 Xəbərlər

Onlayn ekskursiyanın bu dəfə ünvanı Cəlil Məmmədquluzadənin ev muzeyi olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadənin Naxçıvan ...

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

08-07-2020-14-00 Xəbərlər

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

08-07-2020-12-39 Xəbərlər

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir.

DİM: iyulun 10-da 41 şəhər və rayonda imtahanlar keçiriləcək

08-07-2020-11-57 Xəbərlər

DİM: iyulun 10-da 41 şəhər və rayonda imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...

Ötən günün mənzərəsi - VİDEO

08-07-2020-10-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

07-07-2020-19-14 Xəbərlər

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

Muxtar respublikada yerli istehsal və xaricdən idxal olunan ərzaq məhsullarının ...

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

07-07-2020-18-16 Xəbərlər

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

VƏ YA USTAD HÜSEYN HƏŞİMLİYƏ ONUN OLMADIĞI DÜNYADAN MƏKTUB. Salam, Müəllim. M...

Məzun rəssamların sərgisi təşkil edildi

07-07-2020-15-36 Xəbərlər

Məzun rəssamların sərgisi təşkil edildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncə...

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

07-07-2020-15-15 Xəbərlər

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələ...

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

07-07-2020-14-50 Xəbərlər

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bil...

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

07-07-2020-13-26 Xəbərlər

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

Uca Yaradanın insan oğlunun “əyninə biçdiyi”, müəyyən etdiyi bir yol var.

Ötən günün mənzərəsi - VİDEO

07-07-2020-11-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

145-in KADRARXASI - Şərəf Mənsimova

07-07-2020-11-23 Xəbərlər

145-in KADRARXASI - Şərəf Mənsimova

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07-07-2020-08-45 Xəbərlər

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ...