Mayın 22-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirib.

Nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış, Şərqdə, türk dünyasında və İslam aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, keçdiyi şərəfli yoldan danışıb. Qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, qəhrəman xalqımızın öz müqəddəratını təyin etməyə həmişə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu qısa dövr Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin yaranmasında müstəsna xidmətləri olmuş görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin, bir sözlə, torpağı vətən etmiş babalarımızın adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Xalq Cumhuriyyətinin yaradılması Azərbaycanın dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Xalqımızın ümummilli lideri Heydər Əliyev dəfələrlə qeyd edib ki, müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonu-XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Nümayəndəliyin rəhbəri bildirib: “Həmin illərdə qabaqcıl şəxsiyyətlər, mütəfəkkirlər, ziyalılar xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, dövlətçiliyimizi, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın böyük oğlu Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu xüsusi vurğulayırdı. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bundan başqa, təqvimimizdə Ordu, Respublika günləri və bu kimi digər tarixlərin məhz Cümhuriyyət dövründə ayrıca hüquq qazanması, müəyyənləşdirilməsi də xüsusi qeyd edilməlidir. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan dəyərin, hörmət və ehtiramın nümunəsidir. Böyük Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb. Ümummilli lider Heydər Əliyev bu barədə deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi”.

“Azərbaycan Xalq Cümhuriyyətinin doğma vətənimizin, ölkəmizin dövlətçilik tarixindəki rolu daim xatırlanır, müstəqillik fədailərinin, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, imzalanmış sərəncamlar bunu aşkar şəkildə həm ifadə edir, həm də qurucusu Heydər Əliyev olan müasir müstəqil Azərbaycanın öz tarixi keçmişinə nə qədər bağlı olduğunu göstərir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Cümhuriyyətin 90 və 100 illik yubileylərinin, Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin keçirilməsi haqqında müvafiq sərəncamları bu qəbildən olan nümunələr sırasında xüsusi olaraq qeyd edilməlidir”, - deyən daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur. Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin nadir siyasəti nəticəsində hazırda beynəlxalq arenada özünə layiqli yer tutan Azərbaycan Respublikası həm Cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir. Bütün bunların fonunda iki başlıca nüans özünü göstərir: birincisi, hər kəs aydın dərk edir ki, Azərbaycan xalqı dövlət qurmağı, ona sahiblənməyi və onu müstəqil şəkildə, məharətlə idarə etməyi bacarır. İkincisi, istər həyata keçirilən müstəqil siyasət, istərsə də dövlətçilik ənənələrinin yaşadılması Azərbaycan cəmiyyətində vətəndaşların belə özlərini milli dövlətlə birlikdə hiss etmələrini şərtləndirir. Prezident İlham Əliyevin qeyd olunan Sərəncamında bütün bu məsələlər öz əksini tapıb. Sərəncamda deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”.

Bəxtiyar Əsgərov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edərkən təəssüf hissi ilə vurğulayıb ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mübarizəsini sonadək davam etdirməyə imkan vermədi, Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək özünün müstəqillik mübarizəsi üçün böyük potensial yaratdı və bunun məntiqi nəticəsi kimi ötən əsrin sonlarında Azərbaycan əsrin əvvəllərində itirdiyi müstəqilliyini bərpa etdi. Lakin bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə rastlaşdı. Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim məkrli, nankor erməni amili ilə üzləşmiş, Azərbaycanın müstəqil dövlət olmasını istəməyənlər isə “erməni məsələsi”ndən yetərincə və məharətlə istifadə ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə edib: “Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”. Nəhayət, bu işlər nəticəsiz qalmayıb və 1991-ci ildə azadlıq mübarizəsinə qalxan xalqımız Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına nail olub.

Sonda Bəxtiyar Əsgərov bir daha vurğulayıb ki, Xalq Cümhuriyyətinin dövlət xadimlərinin tarixdə ən böyük xidmətlərindən biri də bugünkü müstəqil və qüdrətli Azərbaycan dövlətinin yaradılmasına zəmin hazırlamaqdır. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Cümhuriyyət ənənələrinə sadiq qalaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu quruculuq mərhələsi də asan başa gəlmədi və çox ciddi sınaqlardan keçdi. Lakin Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan Respublikası mürəkkəb vəziyyətə, xarici təhdid və təzyiqlərə sinə gərərək, öz müstəqilliyini qorumağı bacardı, dövlətçiliyin möhkəmləndirilməsi üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi və torpaqları üzərində tam suverenliyin bərpa edilməsi üçün mübarizə aparmaqdadır. Hazırda ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar dönmədən həyata keçirilir, ölkə iqtisadiyyatı sürətlə inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl addımlar atılır, vətəndaş məmnunluğu təmin edilir. Bütün bunlar Azərbaycanın getdikcə daha da qüdrətli dövlətə çevrilməsinə və beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin arzusunda olduğu müstəqilliyimizin, azadlığımızın daimi, əbədi olmasına xidmət edir. Bu gün müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi varisi kimi dünya birliyində öz layiqli yerini tutub. Biz hamımız azərbaycanlı olmağımızla, milli, müstəqil dövlətimizdə yaşamağımızla qürur duyuruq!

Tədbir çıxışlarla davam etdirilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

05-08-2020-16-56 Xəbərlər

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

“Naxçıvan” Universitetinin  Beynəlxalq əlaqələr şöbəsi yeni akademik  ildə daha ...

Ötən günün mənzərəsi - VİDEO

05-08-2020-11-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

05-08-2020-11-32 Rəsmi

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev avqustun 5-də Bakı şəhərinin Yasamal rayonu ərazisində av...

AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

04-08-2020-20-44 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi katibi, biologiya üz...

Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin altı ay ərzində yerli hava xətləri ilə 58 mindən artıq sərnişin daşınıb

04-08-2020-19-42 Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin altı ay ərzində yerli hava xətləri ilə 58 mindən artıq sərnişin daşınıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanınd...

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

04-08-2020-17-47 Rəsmi

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 4-də Na...

Naxçıvanda sabaha olan hava proqnozu

04-08-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb...

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

04-08-2020-13-31 Xəbərlər

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtaha...

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

04-08-2020-10-46 Xəbərlər

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ o...

Nakhchivan news - VİDEO

04-08-2020-10-02 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

03-08-2020-18-39 Xəbərlər

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda Naxçıvanbank Açı...

Sərxanlı kəndində yeni içməli su şəbəkəsi qurulacaq - VİDEO

03-08-2020-18-11 Xəbərlər

Sərxanlı kəndində yeni içməli su şəbəkəsi qurulacaq - VİDEO

Muxtar respublikada insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində hə...

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

03-08-2020-17-45 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında y...

Türkiyəli hərbçilər Naxçıvanla yaxından tanış olublar

03-08-2020-17-30 Xəbərlər

Türkiyəli hərbçilər Naxçıvanla yaxından tanış olublar

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda keçirilən Azərbaycan-T...

Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək

03-08-2020-16-58 Xəbərlər

Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək

Avqust 5-dən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonl...

Yas mərasimlərinə qoyulan qadağa davam edəcək

03-08-2020-16-52 Xəbərlər

Yas mərasimlərinə qoyulan qadağa davam edəcək

31 avqust tarixinədək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, e...

Əshabi-Kəhf ziyarətgahı Qurban bayramı günlərində insanların ən çox üz tutduğu məkanlardan biridir - VİDEO

03-08-2020-16-36 Xəbərlər

Əshabi-Kəhf ziyarətgahı Qurban bayramı günlərində insanların ən çox üz tutduğu məkanlardan biridir - VİDEO

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ən qədim zamanlardan müqəd...

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib

03-08-2020-16-11 Xəbərlər

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alı...

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə

03-08-2020-14-20 Xəbərlər

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtaha...

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

02-08-2020-15-20 Xəbərlər

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə b...

Viruslara qarşı mübarizənin təbii vasitəsi – heyvanın faydaları

02-08-2020-14-31 Xəbərlər

Viruslara qarşı mübarizənin təbii vasitəsi – heyvanın faydaları

Tərkibi vitamin və minerallarla zəngin olan heyva qədim zamanlardan bir çox xəst...

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

01-08-2020-16-55 Xəbərlər

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda Azərbaycan-Türkiyə bir...

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

01-08-2020-14-00 Xəbərlər

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur şəhər Sutəmizləyici Qurğula...

Ötən günün mənzərəsi - VİDEO

01-08-2020-12-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

01-08-2020-11-50 Xəbərlər

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib.

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

01-08-2020-09-00 Xəbərlər

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər ...

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

31-07-2020-15-49 Xəbərlər

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayram...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

31-07-2020-14-47 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustda havanın orta aylıq...

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

31-07-2020-14-18 Xəbərlər

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

Muxtar respublikamızın böyük sənaye müəssisələri arasında xüsusi yeri ilə seçi...