2018-ci ilin may ayında Naxçıvan Dövlət Televiziyası ölkəyə və bütün dünyaya yayılan xoş bir xəbəri tamaşaçılarına çatdırdı-Günnüt kəndi düşmən nəzarətindən azad edilib!  

İsti bir yaz günündə göydə qəfil çaxan ildırım effekti yaradan bu xəbəri çatdıran televiziya əməkdaşlarının sırasında mənim də adım vardı. Əlbəttə qürur duyulası bir haldır. Amma daha çox qüruru bu uğurlu əməliyyatı düşünən və həyata keçirənlərlə duymaq lazımdır. Çünki 2016-cı ilin şərəfli “Aprel döyüşləri”ndən sonra bu əməliyyat təkcə ölkə vətəndaşlarında ruh yüksəkliyini, qələbə inamını artırmadı, həm də öz xalqında yalançı qalib obrazı formalaşdıran  Ermənistan hakimiyyətində soyuq duş effekti yaratdı.

İki il əvvəl  Günnütə etdiyimiz ilk səfəri bu gün də olduğu kimi xatırlayıram. Hərbiçilərimizin müşayiəti ilə uzun illərdən bəri kol-kos basan yollarla Günnütə tərəf irəlilədikcə hər yerdə qurulan müdafiə istehkamları, əraziyə toplaşan hərbi texnika və əsgərlər bir anlığa adamı 1990-cı illərə aparırdı. Amma o zaman xof və bir qədər də çaşqınlıq içərisində olan döyüşçülərdən fərqli olaraq  bugünkü əsgərlərin simasında qalib görkəmi, döyüş ruhu  və hətta bir gecədə dağları aşıb qədim Şərur-Dərələyəz mahalının xəritəsini dəyişməyə hazır olan qəhrəman görkəmi var idi. Yol boyu ordu birləşmələrinin yerləşdirilməsində hər şey yüksək peşəkarlıqdan  xəbər verirdi. Sanki dünyanın ən güclü hərbi qüdrəti sayılan Amerika Birləşmiş Ştatlarının ordusu haqqında çəkilən filmlərə baxırdıq. Bu artıq müasir  Azərbaycan Ordusunun real vəziyyəti idi. Çay yatağı ilə  uzanan yolun sonunda Günnüt ərazisinə çatanda bizi burada arı saxlayanlar qarşıladı. Günnüt əməliyyatından dərhal sonra bura öz arı pətəklərini gətirmişdilər. Arılar ətirli Günnüt çiçəklərindən vızıltı ilə, bəlkə də acgözlüklə bal toplayırdı. Sanki hər çiçəyin üstündə bir arı vardı. Vallah, təbiətdə olan canlılar da doğma yerlər, yaylaqlar üçün darıxır. Bu fürsətdən isə ilk istifadə edən yəqin ki, arılar idi. Uzaqda düşmən səngərləri aydın görünürdü. Arıçılara: -Bəs qorxmursunuz, düşmənlə  sərhəddin bu qədər yaxınına gəlmisiniz? sualıma, yaşlı arıçı əsgərlərimizi göstərərək, - bunlar olan yerdə nə qorxu?!- cavabını verdi. 

Buradan o tərəfə yollar daha rahat idi. Çünki hərbi texnikanın köməyi ilə az bir zamanda ön xəttdəki səngərlərə qədər rahat yol çəkilmişdi. Bu yol qayaları və təpələri inadla yaran ekskovatora atılan düşmən güllələrinin altında hamarlanıb, düzənlənmişdi. Amma hələ də yol çəkilişi davam edirdi. Hərbiçilərimiz söz vermişdilər ki, bizi ən son nöqtəyə qədər aparacaqlar. Ona görə də son səngərə getmək üçün bir qədər piyada qalxmalı olduq. Səngər qurtarandan sonra əsgərlərimizin tutduğu mövqedən düşmənin kəndləri, əsgəri əraziləri və səngərləri ovuc içi kimi görünürdü. Amma, mənim diqqətimi daha çox çəkən Günnüt kəndinin ərazisi, ətrafdakı yastı təpələr və onları əhatə edən uca dağlar oldu. Bir may günündə Günnüt lalələri sanki yaşıl otların arasından ucalan alov idi. Bu laləlik isə daha çox kəndin dağıdılan, ara-sıra görünən qəbirlərdən bəlli olan qəbristanlığında açılmışdı. Bəlkə də hər lalə bir şəhidin, ya da  burada uyuyan kənd sakinlərinin ruhunu tərənnüm edirdi. Bir zaman yad baxışların nəzarətində olan torpağın altında qalan ruhlar indi doğmalarını görüb lalələrin rənglərində yenidən pərvazlanırdı... Bilmirəm, amma çox xoş bir mənzərə idi. Bir qədər aralıda dayanıb düşməni gecə-gündüz nəzarətdə saxlayan əsgər və zabitlərimizə baxdıqca QƏLƏBƏ deyilən mücərrəd sözün anlamını dərk edirdim. Bu idi Qarabağ savaşı başlayandan təşnəsində olduğumuz Qələbə. Bir zaman düşmənin işğal edərək at oynatdığı torpağı ondan çox az, minimal itki ilə (Günnüt əməliyyatında Adil Tatarov adlı əsgərimiz qəhrəmanlıqla şəhid olub və uğrunda döyüşdüyü səngər də indi onun adını daşıyır)  geri almaq və Azərbaycan Ordusunun hərb tarixinə növbəti uğuru yazmaq qürurvericidir.  Çünki 11 min hektarlıq bir ərazini düşməndən azad edərək  əsgərlərimiz ən hündür, starteji yüksəklikləri və düşmənin öz ərazisində hərəkətini də “quşbaxışı” nöqtədən  nəzarətə götürmüşdü. Ətrafda artıq hər şey ovuc içi kimi görünürdü. 

Bir mənzərə isə lap maraqlı idi, indi azad çöllərində yaşılla qırmızının, bir qədər yüksəkdə isə mavi rəngin bir birinə qovuşması Tanrı tərəfindən  Günnütə təbii şəkildə  Azərbaycan Bayrağını çəkmişdi. 

Ən maraqlı məqam isə qəbristanlıqda doğmalarını ziyarətə gələn günnütlülərin qəribə sevinci idi. Dini və milli ənənəmizə görə məzaraları ziyarət edən insanlar bir qədər qəmgin, kədərli olurlar. Amma 26 illik həsrətdən sonra bura gələn günnütlülərin üzlərində çox qəribə bir ifadə var idi. Sevinc və kədərin qarışığı. Bu bəlkə də elə QÜRUR idi. Onlara doğmalarının məzarı üstündə Quran oxumağa şərait yaradan Azərbaycan əsgərinə qarşı duyulan qürur hissi.

..İndi Günnütdə mükəmməl infarstruktur yaradılıb. Ali Məclis Sədrinin etdiyi səfərlərdə verdiyi müvafiq tapşırıqlardan sonra  bir neçə istiqmətdə yollar çəkilib əsgər yataqxanaları, xidməti binalar inşa edilib. Əsgərlərə şəhərlərdə dislokasiya olan hərbi hissələrdəkindən  heç də fərqlənməyən şərait yaradılıb. Kitabxanadan tutmuş, ta ki istirahət guşələrinə qədər hər şey var. Yaradılan infarastruktur, möhkəmlənən səngərlər, hətta soyuq qış aylarında belə davamlı təmin edilən təchizat, istilik  təkcə ordumuza dövlətin qayğısı deyil, həm də bir addım o yanda bunları miskincəsinə ancaq müşahidə edən düşmənə mənəvi zərbədir.

P.S. Günnütdə bu qəhrəmanlıq tarixini yazan əsgər və zabitlərin heç biri televiziyaya müsahibə vermək istəmədi. Jurnalist inadımızı görüb günəşin şüaları altında yanan sifəti tunc rənginə çalan yüksək rütbəli zabit müsahibə məsələsinə konkret son qoydu: - Qarabağda, Şuşada mütləq sizə müsahibə verəcəm!

Nə deyirik, Günnütdən sonra sizi Şuşada  gözləyirik, Azərbaycan əsgəri !!!     

Səməd Canbaxşiyev

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...

Naxçıvanda sabaha olan hava proqnozu

30-05-2020-15-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 30-a gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvana uçuşlar bərpa edilir

29-05-2020-18-51 Xəbərlər

Naxçıvana uçuşlar bərpa edilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdar...

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

28-05-2020-16-22 Xəbərlər

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan ...

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

28-05-2020-12-50 Xəbərlər

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıc...

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

28-05-2020-12-26 Xəbərlər

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Kons...

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

27-05-2020-16-53 Xəbərlər

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə s...

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

27-05-2020-16-50 Xəbərlər

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respu...

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

27-05-2020-16-44 Rəsmi

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: "Bizim qarşımızda duran əsas məqsəd, və...

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

27-05-2020-16-15 Xəbərlər

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

Mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istif...

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

27-05-2020-15-06 Xəbərlər

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

27-05-2020-13-29 Xəbərlər

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub. Doğulanların 5...

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

27-05-2020-11-16 Xəbərlər

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlə...

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

27-05-2020-10-34 Xəbərlər

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriy...

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

26-05-2020-17-14 Xəbərlər

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

Muxtar respublikanın ən böyük kəndlərindən olan Babək rayonun Nehrəm kəndində iç...

145-in KADRARXASI - Fərhad Zamanbəyov

26-05-2020-15-40 Xəbərlər

145-in  KADRARXASI - Fərhad  Zamanbəyov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.  

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

26-05-2020-15-05 Xəbərlər

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

Naxçıvanda müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ ...

Sosial şəbəkələrdə - VİDEO

26-05-2020-13-57 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

26-05-2020-11-12 Xəbərlər

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəllik...

İsti yaz günlərində ağaclara qulluq qaydası

26-05-2020-10-29 Xəbərlər

İsti yaz günlərində ağaclara qulluq qaydası

Əkilən ağacların bitiş faizinin yüksək olması üçün yay aylarında onlara düzgün a...

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

26-05-2020-09-31 Xəbərlər

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən b...