Azərbaycan tarix elminin inkişafına töhfələr bəxş edən tanınmış arxeoloq alim, professor, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin bu il 65 yaşı tamam olur.

O, iyun ayının 5-də Kəngərli rayonunun Böyükdüz kəndində anadan olub. 1977-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) Tarix fakültəsini bitirib, 1986-cı ildə namizədlik, 2005-ci ildə doktorluq disertasiyasını müdafiə edib. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Əmək fəaliyyətinə 1977-ci ildə müəllim kimi başlayan Vəli Baxşəliyev 1983-cü ildə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında müdir, 1986-cı ildə Naxçıvan Regional Elmi Mərkəzində kiçik elmi işçi, aparıcı elmi işçi, elmi katib, 2003-cü ildə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi vəzifəsində çalışıb. Hazırda isə həmin institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiridir.

Vəli Baxşəliyev Azərbaycan tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 30 kitab və monoqrafiyanın, dərs vəsaitinin müəllifidir. Onun “Azərbaycan arxeologiyası”, “Naxçıvanın tarixi abidələri”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvanın Erkən Dəmir dövrü abidələri”, “Nəhəcirdə arxeoloji araşdırmalar”, “Ovçulartəpəsi”, “Duzdağın qədim duz mədənləri”, “Qədim Şərur”, “Qədim Ordubad”, “Şortəpə” və digər kitabları işıq üzü görüb.

Alimin muxtar respublika ərazisində apardığı arxeoloji araşdırmalar nəticəsində tarix və arxeologiya elmimizə işıq salan çoxsaylı tədqiqat əsərləri təkcə Naxçıvanın deyil, ümummillikdə Cənubi Qafqaz, Yaxın Şərq və Azərbaycan tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Arxeoloq alimin gərgin əməyi və axtarışları əsasında Azərbaycan, türk, alman, ingilis və rus dillərində çap olunan kitab və monoqrafiyalar, çoxsaylı sanbalı elmi əsərlər, həm də Naxçıvanda aparılan arxeoloji araşdırmaların beynəlxalq aləmdə tanınmasına zəmin yaradır.

Professor Vəli Baxşəliyev Azərbaycanın sərhədlərindən kənarda da elmi ictimaiyyət tərəfindən tanınan nüfuzlu alimlərimizdən biridir. Onun tədqiqatları xarici ölkə mütəxəssisləri tərəfindən izlənilir, yalnız 2019-cu ildə onun əsərlərinə 300-dən artıq istinad edilib. Görkəmli alimin Türkiyə, İran, Rusiya, ABŞ, Almaniya, İtaliyada 5 monoqrafiyası, 50-ə yaxın elmi əsəri, eyni zamanda “Web of science” və “Scopus” indeksli dərgilərdə 30-dan artıq məqaləsi çap edilib. Elmi-kütləvi məqalələri Türkiyə, İran və Fransanın müxtəlif qəzetlərində dərc olunub.

Naxçıvanda beynəlxalq və yerli arxeoloji ekspedisiyaların rəhbəri, iştirakçısı olan Vəli Baxşəliyev Şərur, Culfa, Ordubad, Babək, Sədərək rayonlarının ərazisində yeni abidələr qeydə alıb. Eyni zamanda I Kültəpə, II Kültəpə, Oğlanqala, Ovçulartəpəsi, Çalxanqala, Qazançıqala, Naxçıvantəpə və yüzlərlə digər arxeoloji abidələrin tədqiqində iştirak edib. Abidələrimizdə ABŞ və Fransa arxeoloqları ilə birlikdə tədqiqatlar aparıb. Bu tədqiqatlar indi də davam etməkdədir. Bir çox xarici ölkələrin və Azərbaycanın elm, təhsil müəssisələrinin tədqiqatçıları ilə sıx elmi əməkdaşlığını davam etdirən Vəli Baxşəliyev Almaniya, Fransa, Türkiyə, İran, Rusiya, Gürcüstan və digər xarici ölkələrdə beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak edərək Azərbaycan arxeologiya elmini layiqincə təmsil edib.

Görkəmli alimin apardığı tədqiqatlar nəticəsində eramızdan əvvəl VI-I minilliklərdə Naxçıvanda qədim metallurgiya və metalişləmə sənətinin yerli xammal mənbələri əsasında meydana gəlib inkişaf etdiyi, eyni zamanda qədim mədəniyyətlərin, sənət əsərlərinin Azərbaycan xalqının enoqrafiyası və folkloru ilə sıx bağlı olduğu öyrənilib. Aparılan tədqiqatlar nəticəsində Naxçıvanın Dalma Təpə, Kür-Araz və Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin vətəni olduğu müəyyən edilib. Naxçıvanın qədim mədəniyyətlərinin Ön Asiya və Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı münasibətlərinin tədqiqilə müəyyənləşdirib ki, Orta Tunc dövrü Boyalı qablar mədəniyyəti Cənubi Qafqazın digər ölkələrinə Naxçıvandan yayılıb. Bunlarla yanaşı, Naxçıvanın qədim mədəniyyətlərinin dövrləşdirilməsi ilə bağlı Neolit, Eneolit, Erkən və Orta Tunc dövrü abidələri üçün yeni dövrləşdirmə müəyyənləşdirilib. Gəmiqaya təsvirlərinin böyük bir qisminin semantik məzmunu açılıb və bu təsvirlərin Azərbaycan xalqının ulu əcdadlarına məxsus olduğu elmi şəkildə sübut edilib.

Alimin tarixi milyon illərə dayanan Naxçıvanda apardığı arxeoloji tədqiqatlarının nəticələri “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” və digər ümumiləşdirici fundamental əsərlərlərin hazırlanmasında istifadə edilib. Onun rəhbərliyi ilə Naxçıvan ərazisində qeydə alınmış 1200-dən artıq arxeoloji, tarix və mədəniyyət abidəsi haqqında elmi məlumatlar hazırlanıb və pasportlaşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun verdiyi qrant layihələrinin müsabiqəsində iştirak edib, onun rəhbərlik etdiyi “Naxçıvan tarixinin arxeoloji, etnoqrafik, epiqrafik və Şərq mənbələri əsasında tədqiqi, arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsi” adlı qrant layihəsi qalib gəlibdir.

Qeyd edək ki, Vəli Baxşəliyev gənc elmi işçilərin yetişməsində də müxtəsna xidmətləri olub. O, elmi-tədqiqat işləri ilə yanaşı 20 il Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. Alimin rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanıb.

Görkəmli alim muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslərdə də olur. Bununla yanaşı interaktiv və açıq dərslərdə iştirak edir. O, beş minillik dövlətçilik tarixi olan Azərbaycanın arxeologiya elmi ilə bağlı məktəblilərə məlumat verir, onlara bu elmin əhəmiyyətini aşılayır. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyaların fəaliyyəti və tədqiqatlar ilə şagirdləri əyani şəkildə tanış edir.

Dövlətimiz Vəli Baxşəliyevin elmi fəaliyyətindəki xidmətlərini yüksək qiymətləndirib. O, 2014-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalı ilə, 2019-cu ildə isə “AXC-nin 100 illiyi” medalı və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib.

Arxeologiya elminin inkişafında göstərdiyi xidmətlərinə görə AMEA-nın və Naxçıvan Bölməsinin Fəxri Fərmanlarına layiq görülüb.

Professor Vəli Baxşəliyev Bölmənin Rəyasət Heyətinin üzvü, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda yaradılan arxeoloji ekspedisiyanın rəhbəri, eləcə də “Elmi əsərlər” jurnalının ictimai elmlər seriyasının məhsul katibi və redaksiya heyətinin üzvü kimi hazırda fəaliyyətini davam etdirir. Həmçinin, beynəlxalq “Amisos” dərgisində redaksiya heyətinin üzvü, ARWA adlı beynəlxalq elmi təşkilatın, bir çox beynəlxal elmi konfranslarda redaksiya heyətinin üzvüdür.

Bir yazıya sığmayacaq səmərəli elmi fəaliyyət göstərən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvanın qədim yaşayış yerlərinin öyrənilməsi, təbliği sahəsində bu gün də yorulmadan gənclik enerjisi ilə araşdırmalarını davam etdirir. Onun rəhbərliyi altında hazırda Naxçıvanın arxeoloji tədqiqi istiqamətində sistemli araşdırmalar aparılır. Naxçıvantəpədə arxeoloji tədqiqatlarını davam etdirən alim inanırıq ki, daha neçə-neçə qədim yaşayış yerlərinin bu günə qədər sirr qalan tarixinin səhifələrinə işıq salacaq.

Yeni tapıntılarla arxeologiya elminə layiqli töhfələr, sanballı əsərlər bəxş edəcəyi ümüdilə görkəmli tarixçi alim Vəli Baxşəliyevi 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, elmi faliyyətində nailiyyətlər arzulayırıq.

Türkanə Bəylərli

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...

Naxçıvanda sabaha olan hava proqnozu

30-05-2020-15-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 30-a gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvana uçuşlar bərpa edilir

29-05-2020-18-51 Xəbərlər

Naxçıvana uçuşlar bərpa edilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdar...

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

28-05-2020-16-22 Xəbərlər

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan ...

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

28-05-2020-12-50 Xəbərlər

Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıc...

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

28-05-2020-12-26 Xəbərlər

28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Kons...

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

27-05-2020-16-53 Xəbərlər

Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə s...

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

27-05-2020-16-50 Xəbərlər

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respu...

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

27-05-2020-16-44 Rəsmi

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: "Bizim qarşımızda duran əsas məqsəd, və...

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

27-05-2020-16-15 Xəbərlər

Ali Məclisin Sədri açılışlar edib - VİDEO

Mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istif...

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

27-05-2020-15-06 Xəbərlər

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

27-05-2020-13-29 Xəbərlər

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub

Yanvar-mart ayları ərzində Azərbaycanda 28 min 690 körpə doğulub. Doğulanların 5...

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

27-05-2020-11-16 Xəbərlər

Gəlirli sahə olan arıçılığın inkişafına lazımi şərait yaradılıb

Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlə...

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

27-05-2020-10-34 Xəbərlər

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriy...

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

26-05-2020-17-14 Xəbərlər

Nehrəmdə içməli su və kanalizasiya xətlərinin tikintisi davam edir - VİDEO

Muxtar respublikanın ən böyük kəndlərindən olan Babək rayonun Nehrəm kəndində iç...

145-in KADRARXASI - Fərhad Zamanbəyov

26-05-2020-15-40 Xəbərlər

145-in  KADRARXASI - Fərhad  Zamanbəyov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.  

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

26-05-2020-15-05 Xəbərlər

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur - VİDEO

Naxçıvanda müalicəvi əhəmiyyətə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ ...

Sosial şəbəkələrdə - VİDEO

26-05-2020-13-57 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

26-05-2020-11-12 Xəbərlər

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 106 il ötür

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəllik...

İsti yaz günlərində ağaclara qulluq qaydası

26-05-2020-10-29 Xəbərlər

İsti yaz günlərində ağaclara qulluq qaydası

Əkilən ağacların bitiş faizinin yüksək olması üçün yay aylarında onlara düzgün a...

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

26-05-2020-09-31 Xəbərlər

Naxçıvanın şanlı tarixinə şahidlik edən abidə - Naxçıvanqala

Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən b...