Uzun illərdir ki, muxtar respublikamız sürətli inkişaf yoluna qədəm qoyub.

Əvvəllər bu qədim diyar Naxçıvana gələnləri özünün yeraltı və yerüstü sərvətləri, tarix-mədəniyyət və təbiət abidələri ilə heyrətə salırdısa, indi muxtar respublikanın qonaqları siması tanınmaz dərəcədə dəyişilən, müasirləşən, yeniləşən yurd yerindəki qaynar həyatı da görür, bu prosesdə insan amilinə göstərilən yüksək qayğının şahidi olurlar. Burada elmin, mədəniyyətin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin geniş vüsəti də xüsusi qeyd edilməlidir. Sovet dönəmində təhrif olunan  həqiqətlərin üzə çıxarılması ilə bağlı görülən işlərə gəldikdə isə qürur hissi keçirməmək mümkün deyil. Qədim yurd yerinin ulu keçmşinin öyrənilməsi kökə bağlılığın və ehtiramın ifadəsi kimi yüksək dəyərləndirilir.Tam cəsarətlə deyə bilərəm ki, Naxçıvanın hər daşı, qayası tarixdir, bu tarixi öyrənmək isə hər bir naxçıvanlının vəzifəsidir. Bu vəzifəni öz üzərimdə hiss edərək Naxçıvanın ən qədim yurd yerlərindən biri olan Şahbuzkənd haqqında bu yazını qələmə almağı özümə borc bildim. Bölgənin möhtəşəmlik simvoluna çevrilən Şahbuzqalanın ətəyinə sığınan, el arasında “Çay Şahbuz”, “Kənd Şahbuz” adlanın Şahbuzkənd haqqında tarixi mənbələrdə, kəndin yaşlı sakinlərində kifayət qədər maraqlı məlumatlar var. Bu məlumatlardan biri elə həmin qala haqqındadır.

Şahbuzqala (Şahpurqala) tarixin daş yaddaşı

AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin tarix elmləri doktoru Əziz Novruzlu ilə birlikdə yazdığı “Şahbuz bölgəsinin arxeoloji abidələri” adlı kitabında qala haqqında müəyyən məlumatlara rast gəldim. Qala Naxçıvançayın sol sahilində yerləşir. Müəlliflər bildirirlər ki, abidə kimi Şahbuzqala 1990-cı ildə qeydə alınıb. 1300 kvadratmetr sahəsi olan qalaya gedən yol qayalıqlardan keçir. Həmin yolun üstündə yerli əhalinin inanc yeri olan pir yerləşir. Pirdən bir qədər yuxarıda meydança var. Meydança dörd bir tərəfdən qayalarla əhatə olunub. Tədqiqatlar zamanı burada tikinti qalıqlarına və çəhrayı rəngli gil qab qırıntılarına rast gəlinib. Sahəsi çoxbucaqlı meydança şəklində olan Şahbuzqalanın yeganə yolu cənub-şərq tərəfdəndir və qayalar üzərində salınıb. Qayanın üzərində uzunluğu 1,3 metr olan dairəvi quyu var. Qalanın içərisindəki qayada çapılan və formaca bir-birinə oxşar 3 otaq yerləşir. Birinci otağın divarında romb şəkilli, içərisi çoxüzlü formada olan taxça düzəldilib. Bu otaqda his izi aşkar edilib. Taxçanın altında isə divar yarımdairəvi şəkildə yonulub. Burada yaşayış olduğunu təsdiq edən daha bir amil isə bişmiş kərpicdə qurulan dairəvi formada olan ocaq yeridir.

Müəlliflər abidədədən tapılan maddi mədəniyyət nümunələri barədə məlumat verirlər. Həmin nümunələrin böyük əksəriyyəti şirli və şirsiz saxsı qabların qırıqlarından ibarətdir. Nimçə, kasa tipli qablar gildən hazırlanıb. Küpə tipli qablar hazırlanarkən gilə həm də qum qatılıb. Tədqiqatçıların fikrincə, bütün bunlar belə deməyə əsas verir ki, burada eramızın ilk əsrlərdən başlayaraq  XV-XVI əsrlərədək yaşayış olub. Şahbuzqaladan müdafiə və gözətçi məntəqəsi kimi istifadə edilib.

Naxçıvanda ilk məktəblərdən biri

Şahbuzluların “canlı ensiklopediya” adlandırdıqları 98 yaşlı Əli Xəlilov məhz bu kəndin sakinidir. Əvvəlcə onu qeyd edim ki, Şahbuz rayonunda böyük bir ziyalı nəslinin yetişməsində Əli müəllimin danılmaz xidmətləri var. Əli Xəlilov 1922-ci ildə anadan olub. İkinci Dünya Müharibəsi əlilidir. Mozdokdan Berlinə qədər döyüş yolu keçən el ağsaqqalı ilə söhbət zamanı çox maraqlı və lazımlı məqamlardan agah oldum. 1896-ci ildə bu kənddə fəaliyyətə başlayan ikisinifli rus-tatar məktəbinin ilk müəllimlərindən biri Əli Xəlilovun atası Mirzə Sadıq olub. Məktəbə ilk müdirliyi isə dövrünün maarifçisi və xeyriyyəçisi Məhəmməd bəy Zamanbəyov edib. Xeyriyyəçi kimi həmin məktəbin binasını da o tikdirib. Məhəmməd bəy Zamanbəyovdan sonra məktəbə Mirzə Sadıq rəhbərlik edib. Qeyd edək ki, Mirzə Sadığın təhsil almasına Cəfərquluxan Naxçıvanski köməklik göstərib. O, Qori Müəllimlər Seminariyasında görkəmli şairimiz Hüseyn Cavidlə birgə təhsil alıb. Mirzə Sadıq ərəb və rus dillərini müəkəmməl bilib və kənd sakinlərinin maariflənməsi üçün əlindən gələni əsirgəməyib. Şahbuzun bütün kəndlərindən bu yeni üsullu məktəbə təhsil almaq üçün üz tutublar. Ona görə ki, bu, bölgədə yeganə dünyəvi təhsil verən məktəb idi. Zaman keçdikcə məktəbin şöhrəti ətraflara yayılır, bu təhsil ocağı 7 illik məktəbə çevrilir. 1947-ci ildən isə orta məktəb kimi fəaliyyətini davam etdirir.  Mirzə Sadıq Xəlilovun adını daşıyan 124 yaşlı qocaman təhsil ocağının yüzlərlə məzunu olub. Bunlardan Azərbaycan elminə böyük töhfələr verən Firudin Hüseynov, İbrahim Bağırov, Müzəffər Hüseynov, Əli Xəlilov, Xəlil Xəlilov, Quşdan Bağırov, görkəmli şairimiz Məmməd Araz və başqalarının adını çəkə bilərəm.

Bu kənddə Naxçıvan xanlarının izləri yaşayır

Əli müəllimlə  söhbətim zamanı  çalışdım  ki, “canlı ensiklopediya”dan mümkün qədər daha çox faydalanım. Həmsöhbətim də maraqlı müsahibdir. Yaddaşını çözələyərək bildirir ki, bu kəndin adı çəkiləndə Naxçıvan xanları yada düşür. Gözəl iqliminə, saf havasına görə Kalbalı xan tərəfindən göndərilən çapar Kəngərli xanlarının yayda dincləməsi üçün Şahbuzkəndi (eyni zamanda Ordubad rayonunun Gənzə kəndini) yaylaq kimi seçir. Kalbalı xan, Cəfərqulu xan, Rəhim və Rüstəm xan Şahbuzkənddə yaşamaq üçün özlərinə şərait yaradırlar. Onlar sakinlərin içməli su problemini həll etmək üçün kənddə kəhriz də vurdururlar. Həmin kəhrizdən indi də istifadə olunur. Deyilənlərə görə, Cəfərqulu xan yay fəslində istirahətə gəldiyi bu kənddə su qıtlığını görüb və kəhriz tikilməsi təşəbbüsü qaldırıb.  Bu məqsədlə o vaxt Almaniyadan gətirilən mütəxəssisin məsləhəti və yerli sənətkarların iştirakı ilə həmin kəhrizi tikdirib. Təssüflər olsun ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xan-bəy nəslinə qarşı yönələn riyakar münasibət bu kənddən də yan keçməyib. Şahbuzkənddə Naxçıvan xanlarına məxsus mülklər məhv edilib, bu təbəqənin varlığı hər vəchlə yaddaşlardan silinməyə başlanılıb.

Şahbuzkənd bu gün

Şahbuzkənd də digər yaşayış məntəqələrimiz kimi ağır günlər yaşayıb. Ancaq kənd adamlarının heç biri doğma yurddan üz döndərib başqa yerlərə getməyiblər. Çətinliklərin məngənəsində sıxılsalar da dözüblər. İndi kəndə gələn adam bu yurd yerini tanıya bilmir. Müasir Azərbaycan kəndinin canlı nümunəsi olan, qədim tarixi ilə öyünən Şahbuzkənd bu gün qəsəbə timsallıdır. Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işləri bu kəndi də əhatə edib, kompleks quruculuq tədbirlərinin həyata keçirilməsi kənddə mövcud olan problemləri aradan qaldırıb.  2007-ci ildə həkim ambulatoriyasının istifadəyə verilməsi şahbuzkəndlilərə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə imkan verib. Səhiyyə ocağı müasir avadanlıqlarla, dərman preparatları ilə təchiz olunub. 2008-ci ildə Şahbuzkənddə geniş tikinti quruculuq işləri aparılıb. Həmin ilin oktyabr ayında bir neçə obyekt istifadəyə verilib. Onlardan biri də güclü maarifçilik ənənələri olan kənd məktəbinin binasıdır. 216 şagird yerlik ikimərtəbəli binada 12 sinif otağı, hərbi kabinə, 2 laboratoriya, kompüter sinfi, kitabxana, idman zalı, müəllim və şagirdlərin ixtiyarına verilib. Şahbuzkəndlilərə digər bir qayğı isə bu yaşayış məntəqəsində fəaliyyət göstərən təşkilatlarda xidmətin səviyyəsini yaxşılaşdırmaq məqəsdilə kənd mərkəzi üçün binanın istifadəyə verilməsidir. Burada kəndin bütün təşkilatları üçün hərtərəfli şərait yaradılıb.

Kənd sakinlərinə nümunəvi ticarət xidməti göstərmək üçün qurulan binada yerli istehsal məhsullarının satışına üstünlük verilir. Burada həm də məişət evi fəaliyyət göstərir.  

Başqa bir məsələ: bu gün kəndin avtomobil yolları dünya standartları səviyyəsində yenidən qurulub. Bu yollar “sovet yolları” ilə müqayisə olunası deyil. 2008-ci ildə il Şahbuzkəndə gedən yoldakı körpü təmir olunaraq, kəndin yolu abadlaşdırılıb. Görülən işlərin davamı kimi, 2012-ci ildə Şahbuzkənddə yaşayış məntəqəsini iki yerə bölən Keçili çayının üzərində yeni körpü istifadəyə verilib. Onu da qeyd edim ki, kənd adamlarının içməli və suvarma suyuna olan tələbatını ödəmək məqsədilə müxtəlif vaxtlarda məqsədyönlü tədbirlər həyata keçirilib. Külüs kəndinin aşağısından bu yaşayış məntəqəsinə arx çəkilib. Kəndin yuxarı hissəsində su anbarı inşa olunub. Təmir olunan kəhriz və 3 artezian kənd sakinlərinin içməli suya olan tələbatını tam ödəyir.

Kəndin iqtisadi mənzərəsi

254 hektar pay və şəxsi torpaq sahəsindən istifadə edən şahbuzkəndlilər təsərrüfatın müxtəlif sahələri ilə məşğul olurlar. Əkinçilik, maldarlıq, arıçılıq və s. Şahbuzkənddə inkişafına ciddi önəm verilən sahələrdən biri də tərəvəzçilikdir. Hər il hektarlarla ərazidə tərəvəz əkini həyata keçirilir, bol məhsul yığılır.

 Kənd sakinləri 1091 iribuynuzlu, 6077 xırdabuynuzlu heyvan saxlayırlar. Süd məhsulları – yağ, xama, pendir, qatıq, şor-kərə və yumurta istehsal edən kəndlilər bu məhsullarla öz ailələrini təmin etməklə yanaşı, həm də onları bazara çıxarmaqla, digər məhsullara olan ehtiyaclarını ödəyirlər. Şahbuz rayonunun digər yaşayış məntəqələri kimi, Şahbuzkənddə də arıçılığın inkişafı üçün geniş imkanlar mövcuddur. Belə ki, hər il tonlarla keyfiyyətli bal istehsal olunur və kənd adamları arıçılıqdan xeyli gəlir əldə edirlər. Kənddə şəxsi təsərrüfatlarda 1113 arı ailəsi saxlanılır. Kənd məktəbində  pedoqoji fəaliyyətlə də məşğul olan arıçı Xəqani Həzrətquliyev nə az, nə çox 100 arı ailəsi saxlayır.

Hər dəfə doğma kəndimə gedəndə yadıma bir xatirə düşür: Orta məktəbin birinci sinfində oxuyurdum. Novruz bayramına 3-4 gün qalmışdı. Kənd mağazası da evimizin təqribən 100-200 metrliyində yerləşirdi. Xəbər yayıldı ki, bayram münasibətilə mağazaya xurma gəlib. Cəmi 15 kiloqram olan xurma çox az adama çatdı və mən ilk dəfə onda xurma gördüm . İndi isə kənd dükanında istər ərzaq, istər sənaye malı olsun, - hər şey tapmaq mümkündür. Kənd adamlarının çoxunun qapısında müxtəlif markalı minik maşınlarının olmasını hələ demirəm. Bu gün kəndli pay torpağında istədiyini əkir, məhsullarını istədiyi bazarda satır. Təxminən 20 il bundan əvvəl torpağını satmaq və ya icarəyə vermək istəyən mülkiyyətçilər artıq bu fikirlərindən vaz keçiblər. Artıq torpaqlarını özləri əkib-becərir və yaxşı da qazanc əldə edirlər. Paytaxt Bakıya, Rusiya və Türkiyəyə  üz tutan adamlar indi öz kəndimizə qayıdırlar. Müstəqilliyimizin ilk illərində yaranan çətinliklər hər yerdə olduğu kimi,  Şahbuzkənddə də aradan qaldırılıb. İnsanların həyat şəraiti durmadan yaxşılaşır. Bunları deməkdə məqsədim odur ki, şəhərlərimiz, qəsəbə və kəndlərimiz bu gün sürətlə inkişaf edir, daha abad olurlar. Ən başlıcası isə, biz müstəqil ölkənin müstəqil  vətəndaşlarıyıq. Fəxr etməliyik ki, müstəqilliyimizin bərpasının şahidi olmuşuq və Naxçıvanın hər bir guşəsi kimi, mənim kəndimin də xoş, firavan günləri, çağları başlayıb. Necə deyərlər, uca yaradan bizə bu günləri çox görməsin.

 

Nihad Bayramlı

Naxçıvan Televiziyasının baş redaktoru

Yazı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

02-07-2020-19-30 Xəbərlər

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də “Naxçıvanbank” Açıq S...

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

02-07-2020-19-21 Rəsmi

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam e...

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

02-07-2020-18-11 Xəbərlər

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmi...

Naxçıvanda sabaha olan hava proqnozu

02-07-2020-17-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Muxtar respublikada əkin dövriyyəsi artıb

02-07-2020-17-31 Xəbərlər

Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Rənglərin cazibəli harmoniyası

02-07-2020-16-04 Xəbərlər

Rənglərin cazibəli harmoniyası

Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da ola...

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

02-07-2020-15-20 Xəbərlər

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

Muxtar respublikada “2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhs...

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

02-07-2020-14-40 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun reakti...

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

02-07-2020-12-57 Xəbərlər

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

Muxtar respublikamızda taxıl biçini mütəşəkkil həyata keçirilir. Culfa rayonunda...

Ötən günün mənzərəsi - VİDEO

02-07-2020-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Sosial şəbəkələrdə - VİDEO

02-07-2020-11-13 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

02-07-2020-10-35 Xəbərlər

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

Mövcud vəziyyətlə əlaqədar olaraq ölkəmizin paytaxtı Bakı şəhəri ilə muxtar resp...

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

02-07-2020-09-37 Xəbərlər

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Azərbaycanda zəlzələ baş verib

02-07-2020-08-42 Xəbərlər

Azərbaycanda zəlzələ baş verib

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal g...

Naxçıvanda sabaha olan hava proqnozu

01-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

01-07-2020-17-01 Xəbərlər

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliy...

Bələdiyyələrə metodiki köməklik göstərilib

01-07-2020-15-13 Xəbərlər

Bələdiyyələrə metodiki köməklik göstərilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə yeni formal...

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

01-07-2020-14-32 Xəbərlər

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qoruq ərazisində son vaxtlar gici...

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

01-07-2020-14-10 Xəbərlər

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını ...