Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.  

Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edəcək.  Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən  media  fədailəri gündəmə gətiriləcək. Beləliklə, rubrikanın ilk kadrı Fərhad Zamanbəyovla açılır...

Qısa təqdimat:

-Zamanbəyov Fərhad Qılman oğlu

-1977-ci il aprelin 6-da  Naxçıvan şəhərində anadan olub.

- 1994-cü ildə Naxçıvan şəhər 3 nömrəli   tam orta məktəbini, 1998-ci ildə  “Naxçıvan” Universitetini bitirib.

-1994-cü ildən Naxçıvan televiziyasında səs rejissoru asistenti, səs rejissoru, efir rejissoru, daha sonra   rejissor  kimi fəaliyyət göstərib. Hazırda  televiziyanın baş rejissorudur.

-2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

-Ailəlidir, 2 övladı var.

O, 26 ildir ki, hər səhərini Naxçıvan  televiziyasında açır. Hər gün işə yeni bir məqsəd, yeni düşüncə tərzi və ideyalarla gəlməyi bacarır. Və beləcə neçə-neçə filmlərə həyat, Naxçıvan televiziyasının efirinə rəngarənglik verilir. Fərhad Zamanbəyovun imza atdığı filmlər televiziyanın   qızıl fondu,  müasir Naxçıvanın kinoxronika tarixi kimi əbədiləşir...

...Televiziya mühüm bir kütləvi informasiya orqanı olmaqla yanaşı, həm də yaradıcılıq məbədidir. Hazırlanan hər bir videomaterial, veriliş, film tarixin salnaməsidir. Məhz  televiziyada nəyi, niyə və necə göstərmək  yüksək sənətkarlıq təxəyyülü tələb edir. Cəsarətlə deyə bilərəm ki, Fərhad Zamanbəyov “Nəyi, necə göstərməyin” ustasıdır. Hazırladığı hər bir filmdə onun gərgin əməyini, yaradıcılıq qabiliyyətini, özünəməxsus dəst-xəttini duymaq mümkündür.

Həyat kimi, televiziyanın da öz qayda qanunları, nizamları vardır:  Adətən, aysberqin görünən tərəfindəkiləri – apıcını, redaktoru, jurnalisti tamaşaçı daha tez tanıyır, görür və duyur. Ancaq kamera arxasındakı fədailərin tanınması  bəzən uzun illərin gərgin əməyi, zəhməti ilə başa gəlir... Jurnalistin sözlə, müxtəlif təsvir və ifadə vasitələri ilə çatdırdığı məqamları bəzən adi bir  kadrla “dilləndirmək” isə rejissorun ən ümdə işidir. Və çoxlarımız bilməsək də,  bu da bir gerçəklikdir ki, hazırlanan hər bir televiziya materialının, filmin ikinci bəzən isə elə gerçək müəllifi rejissordur. Fərhad Zamanbəyov istər rejissoru, istər ssenari müəllifi, istərsə də quruluşçu rejissoru olduğu bütün materiallarda öz sözünü deməyi, möhürünü vurmağı bacarır.

...Sənətə kiçikhəcmli videoçarxlar

hazırlamaqla başlayıb.

Kinooperator Zaur Seyidovla birgə çəkdiyi rəssam Şəmil Mustafayev haqqında  film isə onun yaradıcılıq ilkidir. Gənc rejissorun ilk ekran işi uğurlu alınır və sevilir. Bu, həm də böyük sənət yolunun başlanğıcı idi. Film ona görə sevilir ki, o vaxta qədər hazırlanan formatdan kənar idi və tamamilə yeniliklərlə müşaiyət olunurdu.  İzləyicilərin bu filmlə bağlı müsbət fikirdə olması rejissoru həvəsləndirir və beləcə yeni filmlər  yaranmağa başlayır.

Fərhad Zamanbəyov həm də doğma kanalda  yarım əsrə qədər kinooperator kimi çalışan və buranın ən təcrübəli operatorlarından olan Qılman Zamanbəyovun oğludur. Hələ məktəb illərindən atası ilə birgə televiziyaya gələn Fərhad müəllim heç ağlına da gətirmirmiş ki, nə vaxtsa bu qocaman ailəyə daxil ola bilər.

Sitat: “Atamdan daha çox dayım Arif Qədimov məni bu sənətə  həvəsləndirib, o mənim həm də idealım idi. Həm rəssam idi, həm də film çəkirdi, mənim uşaqlığım onun filmlərinə baxmaqla keçib. Dayımın  kinostudiyası var idi. Bir faktı xatırlayıram ki, onun Gəmiqaya haqqında çəkdiyi film Argentinada yer tutmuşdu. Bir Naxçıvanlının çəkdiyi filmin Argentinada  mükafata layiq görülməsi  o vaxt üçün çox  önəmli bir uğur  idi.  O mənə bir mayak oldu. Mən çalışıram ona oxşayam. Mənə ilk dəfə kinokamera ilə işləməyi də o öyrədib.  Elə ilk həvəsdə  məndə belə yarandı.”

 Deyirlər ki,  yaxşı bir ssenariyə yaxşı bir rejissor dahiyanə bir film çəkər. Eyni ssenariyə pis rejissor adi bir film çəkər. Ancaq pis ssenariyə heç  bir yaxşı rejissor film çəkə bilməz. Fərhad Zamanbəyovun xoşbəxtliyi həm də Naxçıvan televiziyasında işə başlaması, bu məbədin qələmli, geniş dünyagörüşlü jurnalist və ssenaristləri ilə birgə çalışmasında idi.  Özündən əvvəl burada çalışan rejissorların təsiri, illərlə qazanılan təcrübə, məsuliyyət, hazırlanan filmlərə yaradıcı münasibət Fərhad Zamanbəyovun yaradıcılığının əsas özəyini təşkil edir. Çəkiliş pavilyonunda operatordan işıqçıya, dekorçudan redaktora, montajçıdan musiqi tərtibatçısına qədər hər kəsin işinə nəzarət etmək, cavabdeh olmaq, hər bir nüansı süzgəcdən keçirib tamaşçıya mükəmməl bir əsər təqdim etmək  məsuliyyətli və dəqiq olmaq tələb edir. Bütün bunlarla yanaşı jurnalistin, ssenari müəllifinin sözünə güzgü tutmaq, onu görüntüdə işıqlandırmaq və öz yaradıcılığını ortaya qoymaq da heç kəsə asan gəlməməlidir.  Hər halda Fərhad Zamanbəyov bunu bacarır. Artıq geridə qalan 25 ildə sayını elə özünün də unutduğu yüzlərlə ekran işi tamaşaçı qarşısına çıxıb. Bu bir tamaşaçı qənaətidir ki, televiziya işindən məlumatı olan, olmayan  hər kəs asanlıqla onun yaradıcılıq üslubunu, yaradıcılığının ritmini  duya bilər.

Ən böyük arzum Naxçıvan haqqında yaxşı  bir film çəkməkdir. Təbii ki, yaxşılar çəkilib, amma daha yaxşısını çəkə  bilərəm

Müstəqillik dövründə nəinki Naxçıvan mediasında, o cümlədən ölkə mediasında muxtar diyarın tarixinə, mədəniyyətinə, incəsənətinə, folkloruna, tarixi şəxsiyyətlərin ömür yoluna, təbiətinə güzgü tutan saysız filmin titrlərində onun adını oxuyuruq.

Deyirlər tarix iki cür yazılır. Biri kitabların və daşların yaddaşına, biri də kadrların. Sanki yaşayıb geridə qoyduğumuz tarixi, bu günü yenidən yazır Fərhad müəllim. Bütün gizli və açıq qalan məqamları, görünən və görünməyən tərəfləri ilə...  “Naxçıvan təbiəti-bulaqlar”dan “Kitabi-Dədə Qorqud və Naxçıvan”a qədər, “Göy-göl” televiziya filmindən “Mən ruhumla bu torpağa bağlıyam”a qədər, “Elmin Fəxri”ndən “Xalqın müəllimi”nə, “Sərkərdə”dən “Azərbaycanın ürəyidir Naxçıvan”a, “Naxçıvanın ilkin şəhər mədəniyyəti”ndən “Ziyalı ömrü”nə, “Tar qəlbimin işığıdır”a, “Məndən bu dünyaya nə qaldı görən”ə, “Dağlardan baxıram yer kürəsinə”, “Sənətin Bəhruz zirvəsi”nə, “Obalar”a, “Günəş doğan yerdə”yə, “Vətən sənə canım qurban”dan “Səbət” filminə qədər televiziyanın qızıl fondunda saxlanılan yüzlərlə ekran əsərinə imza atıb.

Məsuliyyət, zamanı düzgün bölmək və dəqiqlik...

Fərhad Zamanbəyov deyir ki, işə məsuliyyət mənim  xarakterimdən irəli gəlir. Bir işin üstündə çox düşünürəm, çox var-gəl edirəm. Heç bir işə səthi yanaşmıram. Düşünür ki, rejissorun ürəyinə yatan ssenarinin efir həlli daha yaxşı olur, keyfiyyətli olur, maraqlı olur. Bu bir həqiqətdir ki, filmin yaradıcısı həm də rejissordur, ssenari isə filmin təməlidir. Ürəyimcə olan ssenari bəzən qarşıma çıxmır. Özümün ssenari müəllifi olduğum filmlər, qısametrajlı filmlər daha ürəyimcə olur. Əsas məsələ fikirdə, ideyadadır. Hər şey ondan yaranır. Əgər fikir mükəmməldirsə, ssenari yaxşıdırsa, təbii ki, film də gözəl alınacaq.

Fərhad müəllim  özünə tələbkar olduğu qədər, həm də tənqidi yanaşır. Hər çəkilən filmdən sonra daha yaxşısını hazırlamağın mümkün olduğuna inanır. Ekranda öz işinə tamaşaçı kimi baxmağı, onu ələkdən keçirməyi bacarır. Deyəsən elə işinin sirri də bundadır...

Rejissor  sənəti özündə bir çox keyfiyyətləri ehtiva edir: səbr, psixoloji durum, duyum, bədii təxəyyül, təqdim etmək bacarığı, yüksək peşəkarlıq və s. Bu keyfiyyətlərə malik olan Fərhad müəllimin araya-ərsəyə getirdiyi filmlər izləyiciləri ovsunlaya bilir, tamaşaçının ruhunu ələ alır.

Müasir  Naxçıvana ayna tutmaq və olduğu kimi əks etdirmək vətəndaşlıq borcudur. Hər kəs işi ilə Vətənimizə öz töhfəsini verməlidir

 Fərhad Zamanbəyovun rejissoru olduğu və doğma kanalın efirində geniş izləyici kütləsi toplayan filmlər  həm də ona görə qiymətlidir ki, hər ilməsində tarix, mədəniyyət, incəsənət saxlayan o kadrlar bu gündən gələcəyə ünvanlanan namələrdir. Çəkilən hər film bu günü sabaha daşıyan bir-birindən qiymətli MİRASDIR. Fərhad Zamanbəyovun yaradıcılıq və karyerasının qırmızı xəttini isə Doğma diyarla bağlı çəkilən filmlər təşkil edir. “Nuhun yurdu Naxçıvan”, “Qədim və müasir Naxçıvan memarlığı”, “Tarixin 90 ili”  məhz bu qəbildəndir. Bu ensiklopediya qədər qiymətli olan filmlərin davamı isə “Azərbaycanın ürəyidir Naxçıvan” filmidir. Bu film öz rejissorunun imzasını həm də xarici tamaşaçılara tanıtdı. Yurdumuzun tanıdılması və təbliği baxımından mühüm önəmə malik olan film 2020-ci ildə 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalında “Turizm məkanı” kateqoriyası üzrə “Sənədli film” kateqoriyasında  qalib gəldi.

Naxçıvanın çox zəngin teatr tarixi, zəngin teatr rejissorluğu məktəbi vardır. Lakin televiziya rejissorluğu məktəbi  ötən əsrin sonlarından yaranmağa başlayıb. Və qətiyyətlə demək olar ki, Fərhad Zamanbəyov bu məktəbin ən əlaçı şagirdlərindən biridir. Məhz ona görə də   yaradıcılığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Ölkə başçısının sərəncamı ilə ona  “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.  

Zənnimcə, Fərhad müəllimin işinin uğuru həm də ondadır ki, çəkdiyi hər kadr, həyatdan gördüyü və götürdüyü, mavi ekrana daşıdığı, izləyiciyə sunduğu həyatın hər anı öz səmimi, təbii duyğularından yoğrulur. O izləyiciyə həyatın da, tarixin də  tam şəffaf üzünü, elə lap özünü göstərir. Fərhad Zamanbəyov pafosdan, süni parıltıdan uzaq gerçək həyatı ekrana daşıyır.

Və həm də Naxçıvan televiziyası bir məktəbdir, özünün zəngin ənənələri olan və onu yaşadan məktəb. Bu gün  Naxçıvan rejissorluq məktəbi də məhz Fərhad Zamanbəyovun çiyinlərində gələcəyə yol alıb. O, bu yolun davamı üçün həm də yeni ardıcıllar hazırlayır. Naxçıvan televiziyasının gənc rejissorları Razim İsmayıllı, Arzu Novruzov, Vüqar Mehdiyev, Aydın Çingizoğlu və başqaları bu məktəbdə yetişirlər.

Barəsində

(Sahil Tahirli, Televiziya komitəsinin sədri)

“Məsuliyyət Fərhad Zamanbəyov deməkdir. Ona görə də Fərhad müəllimə iş tapşıranda istədiyim nəticəni alacağımı bilirəm. Ona işlərində uğurlar və sağlamlıq arzulayıram. Fikirlərimi yazanda başımı qaldırıb televizora baxdım.  NTV-nin efirində “Ehsan xan Kəngərli” tamaşası Naxçıvan Dövlət Musiqili Dram Teatrından canlı yayımlanırdı. Tamaşa elə ustalıqla təqdim olunur ki, canlı yayım olduğunu hiss etmirsən. Bu, peşəkarlıqdır... Fərhad Zamanbəyov peşəkarlığı... Kaş Naxçıvan televiziyasında Fərhaddan çox olardı...”

Fizzə Bağırova,

NUHÇIXAN

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

04-07-2020-17-57 Xəbərlər

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsind...

Babək rayonunda taxıl biçini davam edir

04-07-2020-14-50 Xəbərlər

Babək rayonunda taxıl biçini davam edir

Babək rayonunda taxıl biçini davam edir. 

Ötən günün mənzərəsi - VİDEO

04-07-2020-10-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

02-07-2020-19-30 Xəbərlər

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də “Naxçıvanbank” Açıq S...

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

02-07-2020-19-21 Rəsmi

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam e...

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

02-07-2020-18-11 Xəbərlər

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmi...

Naxçıvanda sabaha olan hava proqnozu

02-07-2020-17-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Muxtar respublikada əkin dövriyyəsi artıb

02-07-2020-17-31 Xəbərlər

Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Rənglərin cazibəli harmoniyası

02-07-2020-16-04 Xəbərlər

Rənglərin cazibəli harmoniyası

Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da ola...

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

02-07-2020-15-20 Xəbərlər

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

Muxtar respublikada “2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhs...

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

02-07-2020-14-40 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun reakti...

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

02-07-2020-12-57 Xəbərlər

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

Muxtar respublikamızda taxıl biçini mütəşəkkil həyata keçirilir. Culfa rayonunda...

Ötən günün mənzərəsi - VİDEO

02-07-2020-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Sosial şəbəkələrdə - VİDEO

02-07-2020-11-13 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

02-07-2020-10-35 Xəbərlər

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

Mövcud vəziyyətlə əlaqədar olaraq ölkəmizin paytaxtı Bakı şəhəri ilə muxtar resp...

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

02-07-2020-09-37 Xəbərlər

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Azərbaycanda zəlzələ baş verib

02-07-2020-08-42 Xəbərlər

Azərbaycanda zəlzələ baş verib

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal g...

Naxçıvanda sabaha olan hava proqnozu

01-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

01-07-2020-17-01 Xəbərlər

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliy...