Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin:

1.1.Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılsın:

1.1.1.siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

1.1.2.xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin

fəaliyyəti;

2

1.1.3.sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

1.1.4.kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

1.1.5.elektrik enerjisinin istehsalı və təchizatı;

1.1.6.meliorasiya və su təsərrüfatı;

1.1.7.rabitə xidmətləri; 1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

1.1.9.dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

1.1.10.boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

1.1.11.fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

1.1.12.neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

1.1.13.fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

1.2.Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilsin:

1.2.1.həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

1.2.2.yaxın qohumların dəfnində iştirakla əlaqədar.

1.3.Xüsusi təyinatlı, qəza-bərpa, təcılı tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.

2.Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçırılməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin edilsin.

3.Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

34. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

5.Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

6.Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

02-07-2020-19-30 Xəbərlər

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də “Naxçıvanbank” Açıq S...

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

02-07-2020-19-21 Rəsmi

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam e...

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

02-07-2020-18-11 Xəbərlər

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmi...

Naxçıvanda sabaha olan hava proqnozu

02-07-2020-17-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Muxtar respublikada əkin dövriyyəsi artıb

02-07-2020-17-31 Xəbərlər

Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Rənglərin cazibəli harmoniyası

02-07-2020-16-04 Xəbərlər

Rənglərin cazibəli harmoniyası

Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da ola...

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

02-07-2020-15-20 Xəbərlər

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

Muxtar respublikada “2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhs...

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

02-07-2020-14-40 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun reakti...

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

02-07-2020-12-57 Xəbərlər

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

Muxtar respublikamızda taxıl biçini mütəşəkkil həyata keçirilir. Culfa rayonunda...

Ötən günün mənzərəsi - VİDEO

02-07-2020-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Sosial şəbəkələrdə - VİDEO

02-07-2020-11-13 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

02-07-2020-10-35 Xəbərlər

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

Mövcud vəziyyətlə əlaqədar olaraq ölkəmizin paytaxtı Bakı şəhəri ilə muxtar resp...

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

02-07-2020-09-37 Xəbərlər

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Azərbaycanda zəlzələ baş verib

02-07-2020-08-42 Xəbərlər

Azərbaycanda zəlzələ baş verib

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal g...

Naxçıvanda sabaha olan hava proqnozu

01-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

01-07-2020-17-01 Xəbərlər

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliy...

Bələdiyyələrə metodiki köməklik göstərilib

01-07-2020-15-13 Xəbərlər

Bələdiyyələrə metodiki köməklik göstərilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə yeni formal...

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

01-07-2020-14-32 Xəbərlər

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qoruq ərazisində son vaxtlar gici...

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

01-07-2020-14-10 Xəbərlər

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını ...