Azərbaycanın dövlətçiliyi qədər, onun beynəlxalq əlaqələri və xarici siyasəti də qədim bir tarixə malikdir.

Müxtəlif tarixi zamanlarda bu dövlətçiliyin İranzu, Atropat, Sara xatun, Şah İsmayıl, Əli Mərdan bəy Topçubaşov, nəhayət Heydər Əliyev kimi dahi simaları, beynəlxalq münasibətlər sahəsində, diplomatiya aləmində söz sahibi olub, öz zəkaları ilə tanınıblar.

Bu sıradan biri də dahi azərbaycan alimi və dövlət xadimi, mütəfəkkiri və diplomatı Xacə Nəsirəddin Tusi olubdur. Nəsirəddin Tusi İranın Məşhəd (Tus) şəhərində doğulsa da, bir çox araşdırmaçılar bu etnik azərbaycanlının mənşəcə  məhz Naxçıvanın Ordubad bölgəsindən olduğunu təsdiq etməkdədirlər.

Tusi təqribən 20 il Hülakilər dövlətində, sarayda böyük nüfuz sahibi olub, həmin dövlətlərin xarici siyasətinə, qonşu hökmdarlarla münasibətlərinə yaxından təsir göstəribdir. Tusi Əlaəddin və Rüknəddin kimi hökmdarların məsləhət­çi­si, Hülakular imperiyasında  Hülaku xan və Abaqa xanın müşaviri, hətta bəzi məlumatlara görə vəziri vəzifələrində çalışaraq böyük hörmət və etibar qazanıb. Monqol imperatoru Münkə xaqan da, Abbasi xəlifəsi Möhtəsim də, digər yaxın-uzaq başqa hökmdarlar da onun bəhs edilən sahədəki bacarıq və istedadını etiraf etməli olublar.

Beynəlxalq münasibətlər, xarici siyasət, müharibə və sülh məsələləri bir dövlət xadimi olaraq Tusinin nəinki gündəlik əməli fəaliyyətində, eləcə də çox saylı elmi əsərlərində öz əksini tapıbdı. Bu əsərlərin içərisində alimin 1232-1233-cü illərdə İsmaililər sarayında olarkən hökmdar Möhtəşəmin adına yazdığı “Əxlaqi-Nasiri” mühüm yer tutur.

Tusi həmin əsərdə bir çox digər məsələlərlə yanaşı, xarici siyasət məsələlə­ri­nə toxunur, onun müxtəlif cəhətlərinə aydınlıq gətirirdi.

Böyük humanist olan Tusi işğalçılıq müharibələrini pisləyir və hesab edirdi ki, dövlətlərarası münaqişələri həll etmək üçün müharibələr heç də həmişə zəruri deyildir. Buna görə də dövlətlərarası münasibətlərin yaxşılaşması üçün dövlət başçısı müntəzəm olaraq öz tərəf-müqabilləri ilə görüşməlidir.

O, “düşmənləri yola gətirib onlarla saziş bağlamağa son dərəcə səy göstər­mə­li və ehtiyatlı olmalıdır, elə etməlidir ki, müharibə və ölüb-öldürməyə ehtiyac qalmasın. Şah, gərək hiylə işlətmək, tədbir görmək, düşmənlər arasına təfriqə salmaq yolu ilə çalışmalıdır ki, silaha əl atmağa ehtiyac qalmasın. Çünki, müdriklərin fikrincə qamçı kifayət edən yerdə çomaqdan, toppuz işlədilə bilən yerdə qılıncdan istifadə etməzlər. Müharibə son tədbir olmalıdır”.

Tusinin fikrincə, “İnsan müdrikdir. O, müharibə istəmir. Heç bir xalq müharibə istəmir. Onları bu qırğına hökmdarlar məcbur edirlər”. 

Ümumiyyətlə işğalçılıq müharibələrini pisləyən mütəfəkkirin  düşüncəsinə görə, müharibə edən tərəflərdən hücuma keçənin məqsədi ədalət və cihaddan başqa bir şey olmamalıdır. Tusi göstərirdi ki, hökmdar düşmənləri dəf etməkdə, …sər­həd­lərini qorumaqda, keşikçilərin halına qalmaqda …etinasızlıq göstərməməlidir, çünki şahın ölkəni mühafizə etmək haqqındakı tədbirləri böyük orduların qüvvə­sin­dən daha güclü olar. Bunun üçün lazımdır ki, xəfiyyə işçiləri, kəşfiyyatçılar düşmənlərin vəziyyətini, gizli fikirlərini aşkara çıxarsınlar. Çünki düşmənlərə müqavimət göstərmək üçün ən qüdrətli silah onların nə edəcəklərini əvvəlcədən bilməkdir.

Tusinin fikrincə hücuma o halda keçmək doğru olardı ki, üstün gəlib qələbə çalmağa əminlik olsun. Qələbəyə ümid yoxsa, əlbəttə müharibəyə başlan­ma­ma­lı­dır. Tusi hərbi əməliyyatlar zamanı səbatlı, təmkinli olmağı lazım bilir, düşmənə məhəl qoymamağı, onu kiçik saymağı, səhlənkarlıq edib öz qüvvələrini tam səfərbərliyə almamağı ağılsızlıq hesab edirdi. Çünki, “Azların Allahın köməyi ilə çoxlara qələbə çalması az olmamışdır”.

Tusi hesab edirdi ki, “müharibə zamanı müdafiədə durmaq lazım gələrsə, gərək­dir ki, səngərlər qazılsın, pusqular düzəldilsin, düşmən üzərinə gecə basqın­la­rı təşkil edilsin. Müharibəyə məcbur olmuş şəhərlərə gəldikdə isə, onlar müqavi­mət göstərməyə qadir olmadıqda, lazımdır ki, qabaqcadan tədbirlər görsünlər, sülh bağlamaq üçün hiylələr işlətsinlər, mal-dövlət bəxş etsinlər”.

Böyük insanpərvər alim müharibələr zamanı mülki əhali içərisində itkiləri mümkün qədər azaltmaq məqsədilə, məsləhət bilirdi ki, adamları etibarlı, möhkəm, yaxşı qorunan yerlərə, qalalara toplamaq lazımdır.

Mütəfəkkirin fikrincə, qələbədən sonra  qətl və qırğınlar dayandırılmalı, əsir tutmaq mükün olduğu halda məğlublar öldürməməlidirlər: “Qələbədən sonra, əlbət­tə, kin və nifrətdən əl çəkməli, ədavətə son qoyulmalıdır, çünki qələbədən sonra məğlub edilmişlər qulam və rəiyyət yerində olarlar…Bir dəfə Aristatalisə (Aristotelə) xəbər çatır ki, İskəndər bir şəhəri məğlub etdikdən sonra yenə onun əhalisini qırmaqdan əl çəkməmişdir. Aristatalis dərhal ona bir nəsihətamiz məktub yazır və orada deyir: “Zəfərdən əvvəl düşməni öldürməyə üzürlü  idinsə, qələbədən sonra öz rəiyyətini öldürməyə nə bəhanə gətirə bilərsən”…Əfv edib bağışlayan şahlar bağışlamayanlardan daha yaxşıdırlar, çünki gücü göstərdikdən sonra bağışlamağın başqa hüsnü var”.

Böyük humanist olan Tusinin fikrincə, fəth edilmiş ölkənin rəiyyətinə zülm edilməsi hökmdarın zəifliyi əlamətidir. Rəvayətə görə  Cəlaləddin Xarəzmşahın Təbrizi tutarkən xalqa etdiyi zülm barədə eşidən Hülaku xan demişdi: “Biz, Allaha şükür olsun, həm dünyanı fəth edirik, həm də onu idarə edirik. Düşmənlərçin mən işğalçıyam, tabe olanların hökmdarı. Mən Cəlaləddin kimi zəif və gücsüz deyiləm”.

Böyük mütəfəkkir ədalətli müharibələrə haqq qazandırsa da belə, dövlət başçılarını sülhə səsləyir, onlara Qurani-Kərimin məlum əmrini xatırladırdı: “Hamı­nız bir yerdə sülhə gəlin. Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir… Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz”.

Beləliklə, dahi alimin və siyasətçinin dövlətlərarası münasibətlər, sülh və müharibə məsələləri barəsində strateji mülahizələri və taktiki tövsiyələri  bu sahədə əldə edilmiş tarixi təcrübəni ümumiləşdirməyə, gələcəyi hədəfləməyə istiqamət­lən­ibdi. Tusinin bu barədəki tövsiyə və düşüncələri beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl prinsipləri ilə üst-üstə düşür.

Şamxal Məmmədov

Naxçıvan Dövlət Universiteti

Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

02-07-2020-19-30 Xəbərlər

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də “Naxçıvanbank” Açıq S...

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

02-07-2020-19-21 Rəsmi

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam e...

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

02-07-2020-18-11 Xəbərlər

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmi...

Naxçıvanda sabaha olan hava proqnozu

02-07-2020-17-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Muxtar respublikada əkin dövriyyəsi artıb

02-07-2020-17-31 Xəbərlər

Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Rənglərin cazibəli harmoniyası

02-07-2020-16-04 Xəbərlər

Rənglərin cazibəli harmoniyası

Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da ola...

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

02-07-2020-15-20 Xəbərlər

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

Muxtar respublikada “2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhs...

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

02-07-2020-14-40 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun reakti...

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

02-07-2020-12-57 Xəbərlər

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

Muxtar respublikamızda taxıl biçini mütəşəkkil həyata keçirilir. Culfa rayonunda...

Ötən günün mənzərəsi - VİDEO

02-07-2020-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Sosial şəbəkələrdə - VİDEO

02-07-2020-11-13 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

02-07-2020-10-35 Xəbərlər

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

Mövcud vəziyyətlə əlaqədar olaraq ölkəmizin paytaxtı Bakı şəhəri ilə muxtar resp...

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

02-07-2020-09-37 Xəbərlər

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Azərbaycanda zəlzələ baş verib

02-07-2020-08-42 Xəbərlər

Azərbaycanda zəlzələ baş verib

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal g...

Naxçıvanda sabaha olan hava proqnozu

01-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

01-07-2020-17-01 Xəbərlər

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliy...

Bələdiyyələrə metodiki köməklik göstərilib

01-07-2020-15-13 Xəbərlər

Bələdiyyələrə metodiki köməklik göstərilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə yeni formal...

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

01-07-2020-14-32 Xəbərlər

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qoruq ərazisində son vaxtlar gici...

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

01-07-2020-14-10 Xəbərlər

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını ...