Teatr və kino sənətinin qüdrətli aktyorlarından olan Əməkdar artist, respublika Dövlət mükafatı laureatı Hamlet Xanızadə cəmi 49 il ömür sürüb.

Bu unudulmaz aktyor yaradıcılığı boyu can verdiyi obrazları ilə mədəniyyətimizin elə zirvələrini fəth etdi ki, yaratdıqları həmişəyaşar oldu. Güclü yaradıcı potensiala malik olan Hamlet Xanızadə zəngin daxili aləmə və istedada malik idi. Bu səbəbdən də müxtəlif xarakterli rolları yaratmaqda çətinlik çəkmirdi. Hansı rolu oynamasından asılı olmayaraq onun təqdim etdiyi obraz canlı və yaddaqalan alınırdı. Bunun başlıca səbəbi ondan ibarət idi ki, Hamlet rollarının daxili aləminə məharətlə nüfuz etməyi, onları təbii və səmimi çatdırmağı bacarırdı.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün böyük sənətkarın anadan olmasından 79 il ötür.

Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Uşaqlıqdan teatra həvəsi vardı. Amma atası Bəbir kişi oğlunu aktyor görmək istəmirdi. Onun uşaqlığı İkinci Dünya müharibəsinin dəhşətli qovğalarına təsadüf etdi. Xüsusilə də ağlı kəsəndən maraqla baxdığı filmlər gənc Hamletin arzularını məhz bir istiqamətə yönəltmişdi. Elə buna görə də teatr institutunda təhsil alan Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başladı. Bu möhtəşəm səhnədə ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf-müqabili olub, - bilmirik. Amma onun rollarının sırasına boylananda heyrətlənməyə bilmirsən. Son dərəcə fərqli və ziddiyyətli surətləri bir aktyor öz ruhundan, varlığından keçirərək onları necə ustalıqla yarada bilmişdi: Həsən Səbbah ("Xəyyam"), İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") və başqaları. Əgər bir az da diqqət yetirsək ki, Hamlet Xanızadə məhz hansı müəlliflərin əsərlərində özünü bir aktyor kimi taparaq təsdiq edirdi, - onda sənətkarın yaradıcılığı haqqında müfəssəl düşüncəyə sahib ola bilərik. Təbii ki, ilk növbədə Hamlet Xanızadənin məftun olduğu, sevdiyi dramaturqlar vardı: Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və başqaları. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb. Tanrının bağışladığı istedad öz yerində, Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlardan öyrənərək həm də öz məktəbini yaradırdı.

Unudulmaz aktyorun yaradıcılığında ikinci bir mərhələni də kino sənətindəki xidmətləri təşkil edirdi. "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı"... və nəhayət, "Qətl günü" filmlərində yaratdığı müxtəlif xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus orijinal yozumu hiss olunmaqdadır. O, bu obrazları elə bir şəkildə təqdim edib ki, ikinci bir ifaçı haqqında düşünmək belə ağla gəlmir. "Qətl günü" filmindəki Sədi Əfəndi onun son rolu oldu. Həyat yoldaşı Nailə xanımın sözləridir: "Çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: "Gör biz neçə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq".

Həyatın bu amansızlığı imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın tamaşaçılar tərəfindən necə maraqla qarşılandığının şahidi olsun.

Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.

Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.

Cəmi 49 il ömür sürmüş Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib!

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verildi

11-07-2020-18-44 Xəbərlər

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabi...

Naxçıvanda sabaha olan hava proqnozu

11-07-2020-17-50 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb....

Muxtar respublikada təbiətə qayğı göstərilir

11-07-2020-16-57 Rəsmi

Muxtar respublikada təbiətə qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin hə...

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

11-07-2020-16-52 Xəbərlər

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 11-də Naxçıvan Muxtar Resp...

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

11-07-2020-16-25 Xəbərlər

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının  istifadə...

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11-07-2020-14-23 Xəbərlər

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərc...

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

11-07-2020-13-27 Xəbərlər

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublik...

Ötən günün mənzərəsi - VİDEO

11-07-2020-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanın 24 aborigen üzüm sortu ABŞ-ın Kaliforniya ştatında əkilib

11-07-2020-10-53 Xəbərlər

Naxçıvanın 24 aborigen üzüm sortu ABŞ-ın Kaliforniya ştatında əkilib

Torpağı və xalqı təkcə silahla müdafiə etmirlər.

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

10-07-2020-17-27 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

Son illər Muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

10-07-2020-15-59 Xəbərlər

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndiri...

145-in KADRARXASI – Ziya Məmmədov

10-07-2020-15-39 Xəbərlər

145-in KADRARXASI – Ziya Məmmədov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

10-07-2020-14-57 Xəbərlər

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə, məktəblilərin yay tətilində asud...

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

10-07-2020-14-37 Xəbərlər

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun aidiyyatı idarə ...

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

10-07-2020-14-18 Xəbərlər

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyun...

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

10-07-2020-14-00 Xəbərlər

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyy...

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

10-07-2020-12-38 Xəbərlər

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər...

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

10-07-2020-12-15 Xəbərlər

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsa...

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

10-07-2020-11-56 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçiril...

Ötən günün mənzərəsi - VİDEO

10-07-2020-11-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

10-07-2020-10-37 Xəbərlər

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

Bu gün ölkənin ən tirajlı gündəlik qəzetlərindən biri olan "İki sahil”in ilk nöm...

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

10-07-2020-09-19 Xəbərlər

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün sə...

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

09-07-2020-17-54 Xəbərlər

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin xüsusi bandrolu ilə “Akademisyen Ki...

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu hesabat verdi

09-07-2020-17-12 Xəbərlər

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu  hesabat verdi

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən ...

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

09-07-2020-16-50 Xəbərlər

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redak...

Naxçıvanda sabaha olan hava proqnozu

09-07-2020-16-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb....

Ali Məclisin Sədri Sərəncam imzaladı

09-07-2020-14-53 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc...

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

09-07-2020-14-00 Xəbərlər

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Şərur Rayon Baytarlıq İ...

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

09-07-2020-12-48 Xəbərlər

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ...

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09-07-2020-12-04 Xəbərlər

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...