Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir. 

Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media  fədailəri gündəmə gətirilir.

“KADRARXASI”nda bu dəfə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin  dövlət əhəmiyyətli tədbirlər üzrə peşəkar videomontaj operatoru, illərdir saysız-hesabsız efir materiallarını zərgər dəqiqliyi ilə işləyib tamaşaçılara çatdıran Elşən  Məhərrəmovdur.

Qısa təqdimat:  

-Məhərrəmov Elşən Müslüm oğlu

-1980-cı ildə Babək rayonunun Qahab kəndində anadan olub.

-Cəmşid Naxçıvanski adına 11 nömrəli orta məktəbi, sonra isə İdman-Hərbi Təmayüllü Oğlanlar Gimnaziyasını  bitirib.

-Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində təcrübə kusu keçərək 2005-ci ildən  videomontaj operatoru kimi işləməyə başlayıb.

-Ailəlidir, iki övladı var.

Televiziyada montaj prosesi, necə deyərlər, çiy halda olan kadrları “emal edib”, onları səliqəli və yaradıcı tələblərlə nizama düzməkdir.  Bu gün Naxçıvan televiziyasının müasir təhcizata malik montaj otaqlarında  onlarla gənc və peşəkar montajçı çalışır. Elşən Məhərrəmov isə həmin  montajçıların ən peşəkarıdır. Televiziya onun üçün  doğma  bir ocaq, çalışdığı montaj otağı evi, hər gün əhatəsində olan redaktorlar, müxbirlər  isə öz ailəsinin üzvləridir.

Təbii ki, televiziya işi gərgin və kollektiv  əməyin məhsuludur. Bu informasiya  məkanında  işə məsuliyyət və operativlik ən önəmli amildir. Bu işlərdə yaxından iştirak edən montajçılar sözü kadra  çevirməyi bacarmaqla yanaşı, eyni zamanda, özlərinin rejissor ideyalarını  da  ortaya qoyurlar.  İşlərinə o qədər aludə olurlar ki, çox vaxt montaj otağına kiminsə daxil olmağından belə xəbərsizdirlər.

Televiziya işinə az-çox bələd olanlar bilir ki, montaj otaqları hazırlanan efir materiallarının “mətbəxidir”. Və o “mətbəx” tamaşaçının ruhunu ələ ala biləcək, diqqətini çəkəcək materialları “bişirib” onlara təqdim edir. Elşən Məhərrəmovun çalışdığı “Xəbərlər” redaksiyasının montaj otaqlarında da hər gün gərgin iş rejimi  hökm sürür. Günün hansı saatında olursa-olsun onun çalışdığı  montaj otağına gözucu nəzər yetirsək zamanla yarışdığını görərik. Baş redaktor, redaktor və müxbirlər gah kadrarxası səsləri oxuyur, gah da ki, Elşənin montaj edib efirə hazırladığı xəbər süjeti və reportajlara ilk və son baxışı keçirirlər.  Gün ərzində 5 dəfə efirə çıxan NTV-nin xəbərlər buraxılışları bax beləcə, gərgin əməklə ərsəyə gəlir. Bəzən adi bir kadrı arxivdən əldə edib yerində işlətməyə saatlarla vaxt sərf olunur. Lakin buna baxmayaraq, Elşən Məhərrəmov bütün videomaterialları hədsiz səbr və təmkinlə, ustalıqla efirə hazırlayır. Hətta ən gərgin anlarda da gənc müxbirlərin, tələbə-jurnalistlərin xətrinə dəymir, onlara olan səmimiyyətini, dost köməyini əsirgəmir. O, həm də dövlət əhəmiyyətli rəsmi tədbirlərin montajçısı kimi də yüksək peşəkarlığa malikdir. Naxçıvanda Ali Məclis Sədrinin iştirakı ilə keçirilən rəsmi tədbirlər, açılışlar, konfrans və müşavirələr məhz Elşənin yaradıcılıq süzgəcindən keçərək izləyicilərə təqdim olunur.  

“NTV ailəsinin bir üzvü olmaq  mənim üçün böyük  xoşbəxtlikdir”....

“Naxçıvan televiziyasına 2005-ci ildə burda montajçı  işləyən bacım Gülşən Məhərrəmovanın  tövsiyəsi ilə gəldim. Sonralar montaj işini  öyrənməyimdə də ən  böyük dəstəkçim elə bacım oldu. Amma o zaman televiziyada madi-texniki sarıdan kasadlıq idi. Kameralar videokasetlərlə işləyirdi, elə montajlar da. Videokasetlə montaj çox ağır, üzücü və böyük vaxt itkisi demək idi. Redaksiyada bir kasetli montaj avadanlığı ilə  bütün işi görürdük,  bunun üçün  hətta gecəni də işləməli olurduq ki, xəbərləri vaxtında çatdıraq. Dəfələrlə  gecə yarılarına qədər qalıb, xəbər süjetləri  işləmişəm.  Ancaq  indi maddi-texniki baza çox güclənib. Təkcə “Xəbərlər” redaksiyasının 4 montaj otağı və biri 10 min manat dəyərində olan HD montaj kompyuterləri və qurğuları var.  Əvvəllər gecə saat 11-ə qədər gördüyümüz işi indi operativ olaraq 3-4 saata və fiziki yorğunluq çəkmədən başa çatdırırıq. İndi elə montaj proqramları da var ki, bir neçə işi eyni vaxtda görə bilirik. Lakin proqramlar, avadanlıqlar dəyişsə də yaradıcılıq prinsipləri eynidir”

Elşən Məhərrəmovun 15 illik əmək fəaliyyətinin  3 ili televiziyanın digər redaksiyalarında verilişlərin montajına, 12 ili  isə “Xəbərlər” redaksiyasında  montaj işinə həsr olunub. O, 2014-cü ildən “Xəbərlər” redaksiyasında həm də rejissor  işini də aparır.

“Montajçı    müxbir və operatorun  gördüyü işə güzgü tutan,  efir üçün  hazır vəziyyətə gətirən,  televiziya  işinin əsas sütunlarından biridir. O ki qaldı  televiziyanın  Xəbərlər redaksiyasında  montaj işini görmək, bu, ikiqat məsuliyyət, həm də həddindən artıq operativlik deməkdir. Həmişə  çalışmışam ki, hər bir xəbər materialını efirə vaxtında və qüsursuz  çatdıram.  Xəbərin  yaxşı alınması   kollektiv əməyin bəhrəsidir.  Yaxşı montaj olunmayan xəbər tamaşaçını razı sala bilməz...”

     Elşən Məhərrəmovu digər montajçılardan fərqləndirən əsas keyfiyyətlərdən  biri də  onun  teleradionun arxivini yaxşı bilməsidir. Deyir ki, hazır çəkilişlərdən əlavə  bəzən elə olur saatlarla arxivdən  kadr seçirik, çalışırıq ki, hər kadr yerində işlədilsin və jurnalistin tamaşaçıya çatdırdığı fikri açıqlasın. Montaj işi sadəcə  kadrları “kəsib-doğramaq” deyil, ən incə  məqamları nəzərə almaqdır.  Kadrların ardıcıllığı tamaşacıya yol göstərir. Montajçı tamaşaçının görmədiyi çox şeyi görür, amma nə lazımdırsa onu göstərir. Çevik və operativ olmaq həm də diqqətcil olmaq tələb edir. Gördüyün işin sevincini isə  montaj etdiyi süjetləri  vaxtında çatdıranda və  mavi ekranda  ərsəyə gətirdiyi  işə baxanda  yaşayırsan...

Elşən Məhərrəmov həm də televiziyaya yeni gələn gənc montajçılara da bu işin sirlərini öyrədir. Bir də  gənc montajçıların onun zəhmətini, ümidlərini doğrultduğunu görəndə sevinir. Həmişə onlara tövsiyəsi  bu olur : “Çalışın  siz işin əlində yox, iş sizin əlinizdə olsun.”

Yaradıcı iş elədir ki, ona bağlanmalısan...

Hər bir insanın gördüyü işə sevgisi olmalıdır . Əgər o sevgi olmasa   iş yaxşı alınmaz.   Hər halda, televiziyada  gərgin  və saatı bəlli olmayan  iş mühitində  çalışan   Elşən Məhərrəmovun   15 illik əmək fəaliyyəti peşəsinə  olan  sevgidən irəli gəlib. Fədakar əməyinə görə dəfələrlə  teleradiomuzun rəhbərliyi  tərəfindən həvəsləndirici mükafatlara, fəxri fərmanlara  layiq görülüb. Yuxarıda vurğuladığım kimi, o, həm də təvazökar, səbirli, təmkinli və imanlı insandır. İşindəki doğruluq və düzgünlük onun  xarakterinə hopub.

Hər  gün yeni  bir həyatdır. Bu həyatın axarında isə  hər birimizin üzərinə düşən işlər, məsuliyyətlər var. O da hər səhər doğma kanalın tamaşaçılarına xəbərləri zamanında işləyib təqdim etmək üçün montaj otağında olur. Gün ərzində görüləcək işlər isə çoxdur... Ən əsası isə tamaşaçıya  keyfiyyətli material təqdim edilməlidir. Axı tamaşaçı hər şeyi kinooperatorların və montajçıların gözü ilə görür. İstedadlı və peşəkar montajçı Elşən Məhərrəmov da illərdir ki, gördüyü işin öhdəsindən  gərgin əməyi  və sevgisi ilə  gəlir, vəzifəsinin haqqını verir.  

                                                                            Türkanə Əmoyeva

                                                                                   NUHÇIXAN

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verildi

11-07-2020-18-44 Xəbərlər

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabi...

Naxçıvanda sabaha olan hava proqnozu

11-07-2020-17-50 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb....

Muxtar respublikada təbiətə qayğı göstərilir

11-07-2020-16-57 Rəsmi

Muxtar respublikada təbiətə qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin hə...

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

11-07-2020-16-52 Xəbərlər

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 11-də Naxçıvan Muxtar Resp...

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

11-07-2020-16-25 Xəbərlər

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının  istifadə...

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11-07-2020-14-23 Xəbərlər

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərc...

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

11-07-2020-13-27 Xəbərlər

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublik...

Ötən günün mənzərəsi - VİDEO

11-07-2020-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanın 24 aborigen üzüm sortu ABŞ-ın Kaliforniya ştatında əkilib

11-07-2020-10-53 Xəbərlər

Naxçıvanın 24 aborigen üzüm sortu ABŞ-ın Kaliforniya ştatında əkilib

Torpağı və xalqı təkcə silahla müdafiə etmirlər.

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

10-07-2020-17-27 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

Son illər Muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

10-07-2020-15-59 Xəbərlər

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndiri...

145-in KADRARXASI – Ziya Məmmədov

10-07-2020-15-39 Xəbərlər

145-in KADRARXASI – Ziya Məmmədov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

10-07-2020-14-57 Xəbərlər

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə, məktəblilərin yay tətilində asud...

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

10-07-2020-14-37 Xəbərlər

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun aidiyyatı idarə ...

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

10-07-2020-14-18 Xəbərlər

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyun...

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

10-07-2020-14-00 Xəbərlər

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyy...

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

10-07-2020-12-38 Xəbərlər

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər...

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

10-07-2020-12-15 Xəbərlər

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsa...

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

10-07-2020-11-56 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçiril...

Ötən günün mənzərəsi - VİDEO

10-07-2020-11-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

10-07-2020-10-37 Xəbərlər

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

Bu gün ölkənin ən tirajlı gündəlik qəzetlərindən biri olan "İki sahil”in ilk nöm...

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

10-07-2020-09-19 Xəbərlər

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün sə...

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

09-07-2020-17-54 Xəbərlər

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin xüsusi bandrolu ilə “Akademisyen Ki...

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu hesabat verdi

09-07-2020-17-12 Xəbərlər

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu  hesabat verdi

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən ...

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

09-07-2020-16-50 Xəbərlər

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redak...

Naxçıvanda sabaha olan hava proqnozu

09-07-2020-16-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb....

Ali Məclisin Sədri Sərəncam imzaladı

09-07-2020-14-53 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc...

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

09-07-2020-14-00 Xəbərlər

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Şərur Rayon Baytarlıq İ...

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

09-07-2020-12-48 Xəbərlər

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ...

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09-07-2020-12-04 Xəbərlər

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...