Məşhur alman alimi Albert Eynşteyn deyib ki, bilik məhdud, yaradıcılıq isə sonsuzdur.

Çox nadir insanlar olur ki, onların yaradıcılıq qabiliyyəti sərhəd tanımasın. Belə insanlardan biri də Məmməd Qasımovdur. Məmməd Qasımov 1943-cü ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra sovet hökumətinin müvafiq qərarına əsasən, ölkənin istənilən ali məktəbinə imtahansız daxil olmaq hüququ əldə etmişdi. Lakin onun seçimi bəlli idi. Hələ uşaq yaşlarından onun arzusu teatr rəssamı olmaq idi və o, məhz bu yolu seçir. Əgər ali təhsil dalınca getsəydi, onun seçdiyi istənilən sahədə yüksək nailiyyətlər əldə edəcəyi şübhəsiz idi.

Məmməd Qasımov yaradıcı insan əzmkarlığının böyük simasıdır. O, fədakar, sənətə bağlı, insanları sevən, yaşından, kimliyindən asılı olmayaraq, hər kəsə yüksək hörmətlə yanaşan, hamını öz dilində danışdırmağı bacaran sənətkar olub. Az və ya çox yüksək qabiliyyəti olan insanlar zaman-zaman sənətkarlıq zivəsinə qalxa bilər, amma hərtərəfli sənətkar olmaq hər kəsə nəsib olmur. Bu mənada Məmməd Qasımov hərtərəfli sənətkar idi. Rəssamın əsərləri hər kəsi öz dilində dindirir, danışdırır. Az-çox sənət anlayışı olanlar sənətkarın yaratdıqları qarşısında heyranlıqlarını gizlədə bilmirlər. Onun böyük yaradıcılığı önündə duyduqlarını ifadə etmək istərkən sözlər adiləşdiyindən sadəcə susursan. Rəssamın əsərlərinə baxarkən səbrinin, əzmkarlığının, fədakarlığının, sevgisinin ən yüksək məqamını müşahidə edirsən.

Sənətkarın şəxsiyyəti və sənəti kimi, həyat hekayəsi də olduqca maraqlıdır. O, 1925-ci ildə mömin Məşədi Ələkbərin ailəsində dünyaya göz açıb. Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra atasına Naxçıvan şəhərinin mərkəzindəki on bir otaqlı malikanəsində yaşamağa icazə verilməyib, əvəzində ona ikiotaqlı mənzil təklif edilib. Həmin vaxtlar Məmmədin atası yenicə ailə qurmuşdu. Hökumətin bu münasibəti Məşədi Ələkbəri çox sarsıdır və o, mülkünü o zamankı hökumətə təhvil verərək Gürcüstana köçür, Tiflisdə (Tbilisi) uzun müddət tacirliklə məşğul olur. Ömürlərinin 20 ilini Tiflisdə keçirən Məşədi Ələkbər və həyat yoldaşı Xədicə xanımın 5 övladı dünyaya gəlir.

Məmməd Qasımov uşaqlıq və gəncliyini Tiflisdə keçirir. 1943-cü ildə Tbilisi Rəssamlıq Akademiyasına daxil olan Məmməd Qasımov orada dünya şöhrətli, o zamankı gənclər üçün əlçatmaz sayılan İ.Y.Repinin tələbəsi olan məşhur rəssam M.İ.Toidzedən və digər görkəmli fırça ustalarından bu sənətin sirlərini öyrənir. Gözlənilmədən Tbilisi Rəssamlıq Akademiyasında Azərbaycan bölməsinin bağlanması səbəbindən ali təhsili yarımçıq qalan Məmməd Qasımov 1943-cü ildə dədə-baba yurdu Naxçıvana gəlir.

Tale elə gətirir ki, gənc Məmməd iş üçün Naxçıvan Dövlət Dram Teatrına müraciət edir. O, hələ orta məktəbdə oxuyarkən Gürcüstan Dövlət Azərbaycan Dram Teatrının tamaşalarından təsirlənərək özü üçün müxtəlif pyeslərə onlarla dekorasiya və geyim eskizləri çəkmişdi. Məmməd çəkdiklərini Səməd Mövləviyə göstərir. Eskizlərlə tanış olan Səməd Mövləvi gənc istedadı yüksək qiymətləndirir və hazırladığı Cəlil Məmmədquluzadənin “Ölülər” (1943) tamaşasının rəssam işini tamamilə ona həvalə edir. “Ölülər” tamaşasından sonra icraçı rəssam kimi teatrda işə qəbul edilən gənc rəssamın ikinci işi yenə də Səməd Mövləvinin hazırladığı Üzeyir Hacıbəyovun “Ər və arvad” (1943) operettası olur.

Beləcə, Məmməd Qasımovun yaradıcılığında yeni səhifə açılır. Sonralar o, yaradıcılıq ezamiyyətlərində də olur. Onun 1946-cı il Tbilisi ezamiyyəti təkcə yaradıcılıq uğuru ilə deyil, həmçinin şəxsi həyatındakı hadisələrlə də yaddaqalan olur. Həmin il o, iki ay “Toy kimindir?” tamaşası üzərində işləyir. Tamaşanın yekun işləri bitdikdən sonra yaradıcı qrup Tiflisə yola düşür. Nəhayət, tamaşanın premyerası baş tutur. Rəssamın Tbilisidəki yaradıcılıq uğuru onu yaratmağa daha da ruhlandırır. Bəlkə də, Məmmədin bu uğurunun ailəsinə də təsiri olur ki, onlar da Naxçıvana dönməyi planlaşdırırlar.

Bu zaman artıq İkinci Dünya müharibəsi də başa çatmışdı. Həmin il atası Məşədi Ələkbər ailəsi ilə birgə Naxçıvana qayıdır. 7 nəfərlik ailə Naxçıvanda ikiotaqlı mənzilə sığınır. Ailəsinin yanında olması Məmmədi ruhlandırır, maddi sıxıntıları azalır. O, ailəsinin maddi və mənəvi dəstəyi ilə 1947-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində ixtisas təhsilini davam etdirmək qərarına gəlir. Bütün varlığı ilə Naxçıvana, xüsusilə Naxçıvan Dövlət Dram Teatrına bağlı olan sənətkar özünün “ikinci evi” saydığı Naxçıvan Teatrından müvəqqəti ayrı düşür.

Həmin illərdə Məmməd Qasımov, gənc olmasına baxmayaraq, muxtar respublikanın istedadlı rəssamlarından biri kimi tanınırdı. O, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil aldığı zaman Naxçıvan Dövlət Dram Teatrı ilə yaradıcılıq əlaqələrini kəsmir, qocaman sənət ocağında hazırlanan bir neçə tamaşanın rəssamı təyin olunur, ard-arda yeni yaradıcılıq uğurları əldə edir.

Məmməd Qasımov 1952-ci ildə təhsilini bitirdikdən sonra ixtisaslı kadr kimi Naxçıvana qayıdır və həmin ildən baş rəssam kimi Naxçıvan Teatrında yorulmaq bilmədən 35 il fəaliyyət göstərir. Rəssamın bədii quruluş verdiyi 100-dən artıq tamaşanın hər biri öz orijinallığı, yüksək bədii keyfiyyəti ilə diqqəti cəlb edir. O, Naxçıvan Teatrında “Vaqif”, “Almaz”, “Evlənmə”, “Bir gəncin manifesti”, “Sehrli küpə”, “1905-ci ildə”, “Pəri cadu”, “Hacı Qara”, “Solğun çiçəklər”, “Vətən” və onlarla digər tamaşaya quruluş vermişdir. O, quruluş verdiyi hər bir tamaşaya həssaslıqla yanaşardı.

Rəssamların dünyaya baxışı fərqli olur. Məmməd Qasımov da həm bir insan kimi, həm də öz işinin böyük ustası kimi dünyaya fərqli baxan insan olub. Rəssamın üstün cəhətlərindən biri əsərlərində fantaziyanı reallığa tabe etməsidir. O, öz yaradıcılığını məhz dekorativ reallıq üzərində inkişaf etdirmişdir. Dəyərli fırça ustasının yaradıcılığını analiz edərkən görürük ki, onun üçün əsas prinsip dekorativ reallıqdır. Dəqiqlik, elmi əsaslar, dünyəvilik, incəlik rəssamın əsas yaradıcılıq prinsiplərindəndir. Bu məqamları, xüsusilə dekorativ reallığı onun quruluş verdiyi “Hücum” tamaşasının səhnə həllində də görürük. Əsərdə tarixi “Avrora” gəmisində inqilab ərəfəsindəki son bir neçə gündə baş verən hadisələr ümumiləşdirilmişdir.  Əlamətdar günə həsr olunmuş həmin tamaşaya baxmaq üçün o vaxt Leninqrad Dövlət Akademik Dram Teatrının iki əməkdaşı Naxçıvana gəlmiş və həmin tamaşaya baxdıqdan sonra onun yaradıcı heyətini – quruluşçu rejissor Baxşı Qələndərlini, aktyor heyətini təbrik etmiş, quruluşçu rəssam Məmməd Qasımovun səhnə həllindən vəcdə gəldiklərini gizlətməmişlər. Onlar səhnədəki dekorasiyaların, geyim və qrimlərin onları valeh etdiyini bildirərək tamaşa haqqında belə demişlər: “Azərbaycanın bir əyalət teatrında bu məşhur əsərin  belə yüksək səviyyədə təqdim olunacağını gözləmirdik. Hətta Leninqrad Dövlət Akademik Dram Teatrında görkəmli rejissor və məşhur teatr rəssamı Nikolay Akimov belə bu tamaşanı Naxçıvanda gördüyümüz səviyyədə təqdim edə bilməmişdir. Sizlər xoşbəxtsiniz ki, teatrınızda belə bir geniş dünyagörüşlü, yüksək erudisiyalı, istedadlı bir rəssam vardır.”

Tamaşanın rəssam işi – səhnədə sanki həqiqi bir gəminin görünməsi onları xüsusilə təəccübləndirmişdi. Bu tamaşa rəssamın yaradıcı həyatında dönüş nöqtəsi olmuş və onu sənət zirvəsinə qaldırmışdır. Məhz bu tamaşadan sonra həmin il (1967) Məmməd Qasımov Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

1987-ci ilin iyun ayında Naxçıvan Dövlət Musiqili Dram Teatrının gecikmiş 100 illik yubileyi keçirilir. Həmin il Naxçıvan Teatrı üçün əlamətdar illərdən biridir. Amma 1987-ci il həm də Məmməd Qasımov ömrünün son səhifəsidir. Böyük sənətkar 1987-ci il yanvar ayının 28-də Naxçıvan şəhərində əbədiyyətə qovuşur. 62 yaşında dünyasını dəyişən fırça ustasının ailəsi, xüsusilə həyat yoldaşı, şairə  Kəmalə Ağayeva üçün, onun ikinci evi olan Naxçıvan Teatrında uzun illər birgə işlədiyi dostları, yoldaşları  üçün bu itki çox ağır olur.

Teatrın yubiley mərasimində çıxış edən professor Kərim Kərimov deyir: “Mən teatrın bugünkü 100 illik təntənəsində 17 yaşından ömrünü bu teatra bağlayan və son 35 ildə Naxçıvan Teatrının baş rəssamı kimi yorulmaz fəaliyyət göstərən, bu il qəflətən dünyasını dəyişmiş istedadlı teatr rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Məmməd Qasımovu hörmətlə anıram. Məmməd Qasımov təkcə Naxçıvan Teatrında 100-dən artıq tamaşaya bir-birindən maraqlı bədii quruluş vermişdir. Mən tez-tez işlətdiyim ifadəni bu gün bir daha təkrarlamaq istəyirəm ki, Azərbaycanda səhnədə öz sözünü deyə bilən və adı böyük hərflərlə yazılası üç teatr rəssamı tanıyıram. Onlardan ikisi Bakıda – Nüsrət Fətullayev və Elçin Aslanov, üçüncüsü isə Naxçıvanda – Məmməd Qasımovdur...”

Məmməd Qasımovun istər həyatı, istərsə də yaradıcılığı bugünkü gənc nəslin dünyagörüşünün formalaşmasında çox böyük tərbiyəvi əhəmiyyətə malikdir. Hər kəs Məmməd Qasımovun nümunəsində əxlaqi dəyərləri, Vətənə, ailəyə, işlədiyi yerə bağlılığı, sevməyi, yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəsə hörmətlə yanaşmağı öyrənə bilər. Bu mənada sənətkarın zəngin irsinin tədqiqi, öyrənilməsi, öyrədilməsi olduqca mühüm əhəmiyyətə malikdir.

Rəssamın əməyi sağlığında yüksək dəyərləndirilibdir. O, fəxri fərmanlarla, “Əməkdə fərqlənməyə görə” medalı, “Əlaçı mədəniyyət işçisi” döş nişanı ilə qiymətləndirilib, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülübdür. Ancaq onun ən böyük mükafatı xalq sevgisidir. Sənətkarı yaşadan xalqdır. Məmməd Qasımov xalqın layiqli sənətkarı kimi bu gün də yaddaşlarda yaşayır, sevilir. Onun zəngin irsi illər, qərinələr keçməsinə baxmayaraq, daim yaşayacaq və bu yaradıcılıq kolleksiyası sənətdə kövrək addımlarını atan gələcək sənətkarlar, teatrsevərlər üçün bir mayak olacaqdır.

Fizzə QULİYEVA,

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və

 dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

13-07-2020-17-43 Xəbərlər

MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələr...

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub

13-07-2020-17-18 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub. 

Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

13-07-2020-16-57 Xəbərlər

Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən i...

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb

13-07-2020-16-36 Xəbərlər

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi...

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

13-07-2020-16-01 Xəbərlər

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

İyulun 13-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Ru...

Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

13-07-2020-15-42 Xəbərlər

Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

Azərbaycan Ordusunun Ermənistanın hücumu nəticəsində şəhid olan əsgəri Xəyyam Da...

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

13-07-2020-15-33 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedə...

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər təqdim olunub

13-07-2020-15-30 Xəbərlər

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər təqdim olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki “Sarvanlar” ...

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuzda dəfn edilib

13-07-2020-15-24 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuzda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan digər hərbçisi dəfn edilib.

Vaqif Dərgahlı: Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər

13-07-2020-14-21 Xəbərlər

Vaqif Dərgahlı: Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər

Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər.

Naxçıvan ədəbi mühiti: Nağı Nağıyev

13-07-2020-12-54 Xəbərlər

Naxçıvan ədəbi mühiti: Nağı Nağıyev

2020-ci ildə görkəmli ziyalı yazıçı-nasir, dramaturq, tərcüməçi, redaktor, rəssa...

Misir mətbuatında Azərbaycanın səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb

13-07-2020-10-38 Xəbərlər

Misir mətbuatında Azərbaycanın səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb

Misirin “Youm7”, “Aldiplomasy” nəşrləri və “Asiyaelyoum” informasiya agentliyi E...

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO

13-07-2020-09-11 Xəbərlər

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən g...

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb

13-07-2020-08-59 Xəbərlər

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik mina...

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

13-07-2020-03-14 Xəbərlər

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın vurulmas...

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

13-07-2020-01-09 Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik mi...

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - YENİLƏNİB

13-07-2020-00-57 Xəbərlər

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - YENİLƏNİB

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gər...

Daha bir hərbi qulluqçumuz şəhid olub

12-07-2020-22-22 Xəbərlər

Daha bir hərbi qulluqçumuz şəhid olub

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan döv...

Naxçıvanda sabaha olan hava proqnozu

12-07-2020-19-21 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 13-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib

12-07-2020-16-26 Xəbərlər

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin böl...

Naxçıvan şəhərində yaşayış binaları təmir olunur

12-07-2020-12-03 Xəbərlər

Naxçıvan şəhərində yaşayış binaları təmir olunur

Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sakinlər...

Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı və mətbuatın yaranması “Əkinçi”dən başlayır

12-07-2020-10-01 Xəbərlər

Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı və mətbuatın yaranması “Əkinçi”dən başlayır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası...

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verildi

11-07-2020-18-44 Xəbərlər

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabi...

Naxçıvanda sabaha olan hava proqnozu

11-07-2020-17-50 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb....

Muxtar respublikada təbiətə qayğı göstərilir

11-07-2020-16-57 Rəsmi

Muxtar respublikada təbiətə qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin hə...

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

11-07-2020-16-52 Xəbərlər

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 11-də Naxçıvan Muxtar Resp...

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

11-07-2020-16-25 Xəbərlər

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının  istifadə...

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11-07-2020-14-23 Xəbərlər

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərc...

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

11-07-2020-13-27 Xəbərlər

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublik...

Ötən günün mənzərəsi - VİDEO

11-07-2020-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...