Həsən bəy Zərdabinin bizə miras qoyduğu ana dilli mətbuatımızın yaranmasından 145 il ötür.

Geridə qalan bu 145 il vətənin dumanlı səmasında günəş olmağı bacardı. Elə bir günəş ki, qaranlıq zirzəmidə gözü bağlı qalan xalqının üzərinə nur çilədi. Böyük Zərdabi bizə təkcə mətbuatımı verdi? İlk təbiətşünas alim, ilk teatr tamaşası göstərən insan, el nəğmələrini toplayıb yazıya alan mədəni-irs keşikçisi, ilk müəllimlər qurultayının təşkilatçısı və daha bizim bilmədiyimiz hansı ilklərin imza sahibi...

Qapı-qapı düşüb uşaqları məktəbə səsləyən, millətin gələcək taleyinə biganə mövqedə olanların daşlaşmış vicdanını oyatmağa çalışan, möfhumatçı mollaları, yalançı tacirləri  xalqın balalarına “gün ağlamağa” çağıran maarifpərvər ziyalı acı həqiqəti bilirdi: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”. Əbədilik məşəl yandırmaq, bir nəsnəni oxumaq üçün məktəb şərtdir. İnsanları qəzet oxumağa səsləyəndə düşünürdü: “axı, bu insanlar heç öz dillərində oxumağı bacarmırlar”...

Sənin səsinə səs verməyən, çağıranda gəlməyənlər, dediklərini qanmayanların maariflənməsi, fəqir-füqarənin balalarının oxuması uğrunda etdiklərin 145 ildən sonra belə bir güzgü kimi intəhasız və aydındır, böyük Zərdabi. Sən  bu xalqa öz dilində nə isə pıçıldamaq, oxumaq haqqı tanıdın. O dil ki, sadəcə fəqir və kobud adlanırdı, nə “Allahların” dili idi, nə də “Şahnamənin dili”. “Tərəkəmə dilində heç kəs oxumaz” deyib irad tutanlara qulağının dibindəcə öz ana dilində bağırırdın:

“İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun-buna dil verin, türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapın verin, onlar yaşasın qabağa getsin”.

Və sən bilirdin bir xalqı yox etməyin ən asan üsuludur dilini məhv etmək. Yaşatmağa çalışdığın dil əslində xalqın elə özü idi. İndi bu dildə 50 milyondan artıq insan danışır. Vətənin rəsmi dövlət dilində saysız-hesabsız qəzet, jurnal çap olunur. Əlinə qələm alan yüzlərcə mətbuat nümayəndələri sorğusuz-sualsız, maneəsiz öz ana dilində düşünür, öz ana dilində yazır.

Oğlanların məktəbdən, elmdən uzaq qaldığı bir zamanda  qızların oxuması üçün çalışanda onlar sənə dəli kimi baxırdılar. Ancaq yüzlərlə azərbaycanlı qızı oxumaq üçün məktəbə cəlb elədin və sənə qarşı olanları inandırmağa çalışdın: qadını oxumamış bir cəmiyyəti işıqlandırmaq mümkünsüzdür.

“Bunların kişilərinin savadlanmasından qorxursunuz. Qadınları da savadlanmış olursa onların öhdəsindən gəlmək mümkün olmaz”-bütün aləmi-islam bu alaq fikirlərlə çalxalananda nə böyük ürək sahibi idin ki, tək başına böyük bir kütləyə qarşı gəlib, öz doğrularından dönmürdün. Və illər sonra Azərbaycan qadını ilk seçmək-seçilmək haqqını sənin kimi aydınların gücüylə qazandı. Tərəddüdsüz demək olur ki, sənin  başlatdığın Azərbaycan qadınını təhsilli və azad görmək istəyi, bu yoldakı damla kimi daş əridən inadının zirvəsi, kulminasiyasıdır bu günün azad  təhsilli qadını. Və ötən 145 ildə yaranmış mətbuat nümunələrində yüzlərlə qadın imzası göründü.  Zamanı ayna kimi şəffaf göstərən, istər ölkə əhəmiyyətli, istərsə də region, rayon qəzetlərində qadın imzaları hər gün biraz daha artmaqdadır...

Getdiyi hər yerə özüylə ziya daşıyan, nəsihətində belə ancaq elmi və təhsili düşünən, qız məktəbi yaratmaq üçün “dəridən qabıqdan” çıxan Zərdabi. “Hər on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar”-bu, bir  damla ümid, bir damla inad idi. O inad qara daşın belə deşiləcəyinə inanırdı. Şəxsinə qarşı təqiblər, təzyiqlərin ardı-arası kəsilmədi, cəmi-cümlətəni iki ildən sonra qurutsalarda “Əkinçi”nin bulağın, ancaq sənin əkdiyin tumlar göyərdi, yenidən yeni adlarla, yeni ünvanlarda yaşamağa başladı. Mübarizən və qaranlığı yarmaq əzmin bir dəfə  qalib gəlmişdi dövrün “yeddi başlı əjdahalarına”. “Su gələn arxa birdə gələr” buna inanırdı Zərdabi. “Əkinçi”nin əkdiklərini yerindəcə qurutmağa çalışan, havasız-susuz qoymağa cəhd edənlər “Molla Nəsrəddin”in işığında korlaşdılar, öləzidilər.

Sən millətini öz dilində dinləməyi, öz dilində danışmağı, dərdləşməyi öyrətdin. Bir dəfə bu xoşbəxtliyi yaşamış, “qaranlıq dünyanın sakinləri” ilk yandırdıqları çıraqla yenidən “Əkinçi”nin izinə düşdülər. Və sənin əkdiyin “Əkinçi”nin toxumları həqiqətən də xalqı birləşdirməyə bais oldu. Arzuların, ideyaların 1918-ci ilə yenidən göyərdi. Harayın əsrə əks-səda verdi. Biz o ideyaları bir neçə il sonra şərqdə ilk demokratik cümhuriyyət yaradanların müqəddəsləşmiş məfkurələrində gördük. Artıq insanlar milli mənliyin və milli kimliyin fərqində idilər. Xalqa özünü tanıtmışdın...

Bu gün  sənin məfkurə məktəbindən doğan mətbuat yenidən “Əkinçi” nin izində. 143 il öncə “Əkinçi” baba naxoşlayıb”- deyib ayrıldın... bu əbədi bir ayrılıq oldu. Zərdabi imzası öz doğru bildiyi həqiqətindən ayrılmadan yoluna davam etsə də, “Əkinçi” qurudu, ancaq, əkdikləri əsla...

Azərbaycan mətbuatı zaman-zaman büdrədi, ancaq səndən geridə qalan “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun” nəsihətini qulaq ardı etmədi. 70 il sovet dönəmində  belə bu ideyalar qismən gizli, qismən açıq davam etdi. Və əsrin əvvəllərində milləti birləşdirməyə çalışan mətbuat əsrin sonunda yenidən bu  amalla silahlandı.

Vətənin taleyindən daim narahat olan, elə bu nigarançılıqla da dünyadan köçən Zərdabi sanki özündən sonra millətinə sahib çıxacaq, ən çətin zamanlarda xalqa hayan olan,  milli şüurun oyanışına hesablanmış bir ordu qoyub getdi. Bu ordu  milli birliyə səsləniş şüarı ilə silahlanan mətbuat idi. Zaman irəliyə doğru artıqca o möhtəşəm ordunun əsgərlərinin sayı da artdı. Təkcə Cümhuriyyət dönəmində ölkədə 100-dən artıq qəzet və jurnal faəliyyət göstərirdi. Əvvəlcə jurnal, sonra radio və televiziya... Bunlar “Əkinçi”nin gövdəsindən boy alan pöhrələr oldu. İllər təkcə qəzet və jurnalların sayını artırmadı, həm də azad, senzurasız mətbuatı formalaşdırdı.

Hə..., “Əkinçi” baba. Sənin illər əvvəl yana-yana söylədiyin  “Siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa adamı yoxdur” hıçqırığını əsrin bu üzündən duya bilirik. Tək bir fikrin bilə dövrün salnaməsi olmağa yetir. Bu gün sənin arzularından da daha böyük Vətənin hər qarışına, Azərbaycan insanın güzəranına ayna  tutan ən müasir avadanlıqlarla  “silahlanan”, qorxusuz, qadağasız Azərbaycan mətbuatı var. Yolu mətbuatdan keçənlər onlara nə böyük xəzinə qoyub getdiyinin fərqindədirlər...

Və 145 il sonra o nurani qocanı nəvələri, nəticələri, kötükcələri özünə bir qibləgah bilir. Çünki “Əkinçi” bir tarixdir, “Əkinçi” ədəbiyyatdır, “Əkinçi” bir məktəbdir-yüzlərlə yaranacaq mətbuat nümunəsinə ideya verən, yol göstərən, yetişdirən ocaq,“Əkinçi” sözə vurulmuş möhür, zülmətin qapısını açan açardır, “Əkinçi” zəngdir, milləti təhsilə, elmə səsləyən zəng, “Əkinçi” artıq özlüyündə bir məktəb kimi formalaşan Azərbaycan mətbuatının əlifbası, jurnalistlərə mətbuatın əsas amalının yalnız və yalnız xalqa xidmət etmək  olduğunu xatırladan əvəzsiz bir müəllimdir. Üzümüzü hara dönsək, yenə o məbədin böyüklüyün görəcəyik. Yazılanlara, pozulanlara, yazacaqlarımıza yenə onun yandırdığı çırağın işığı düşəcək. Bizi öz xoşbəxt ləpirləri ilə gələcəyə aparacaq.  

Əldən-ələ qələm dəyişdikcə, çiyindən-çiyinə mətbuatın ağırlığı, bu ağırlığı çiyninə qaldıran simalar da dəyişəcək. Ancaq biz bilirik, heç bir vədə yükümüz  səninki qədər ağır olmayacaq, Həsən bəy Zərdabi. Bütöv bir millətin dərdini “Əkinçi”yə yazıb çiyninə qaldırıb, bunu o dar və qaranlıq məqamlarda yorulmadan, üzüağ çıxarmağın çətinliyini 145 il sonra anlayırıq, duyuruq. Və sənin müqqədəs ruhun qarşısında səcdə edirəm... İzinə düşdüyümüz  “Əkinçi” likdə sənə və ideyalarına layiq olmağı Tanrı bizə rəva görsün...

                                                                     Fizzə Bağırova

                                                                        NUHÇIXAN

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

13-07-2020-17-43 Xəbərlər

MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələr...

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub

13-07-2020-17-18 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub. 

Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

13-07-2020-16-57 Xəbərlər

Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən i...

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb

13-07-2020-16-36 Xəbərlər

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi...

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

13-07-2020-16-01 Xəbərlər

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

İyulun 13-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Ru...

Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

13-07-2020-15-42 Xəbərlər

Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

Azərbaycan Ordusunun Ermənistanın hücumu nəticəsində şəhid olan əsgəri Xəyyam Da...

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

13-07-2020-15-33 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedə...

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər təqdim olunub

13-07-2020-15-30 Xəbərlər

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər təqdim olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki “Sarvanlar” ...

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuzda dəfn edilib

13-07-2020-15-24 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuzda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan digər hərbçisi dəfn edilib.

Vaqif Dərgahlı: Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər

13-07-2020-14-21 Xəbərlər

Vaqif Dərgahlı: Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər

Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər.

Naxçıvan ədəbi mühiti: Nağı Nağıyev

13-07-2020-12-54 Xəbərlər

Naxçıvan ədəbi mühiti: Nağı Nağıyev

2020-ci ildə görkəmli ziyalı yazıçı-nasir, dramaturq, tərcüməçi, redaktor, rəssa...

Misir mətbuatında Azərbaycanın səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb

13-07-2020-10-38 Xəbərlər

Misir mətbuatında Azərbaycanın səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb

Misirin “Youm7”, “Aldiplomasy” nəşrləri və “Asiyaelyoum” informasiya agentliyi E...

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO

13-07-2020-09-11 Xəbərlər

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən g...

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb

13-07-2020-08-59 Xəbərlər

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik mina...

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

13-07-2020-03-14 Xəbərlər

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın vurulmas...

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

13-07-2020-01-09 Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik mi...

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - YENİLƏNİB

13-07-2020-00-57 Xəbərlər

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - YENİLƏNİB

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gər...

Daha bir hərbi qulluqçumuz şəhid olub

12-07-2020-22-22 Xəbərlər

Daha bir hərbi qulluqçumuz şəhid olub

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan döv...

Naxçıvanda sabaha olan hava proqnozu

12-07-2020-19-21 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 13-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib

12-07-2020-16-26 Xəbərlər

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin böl...

Naxçıvan şəhərində yaşayış binaları təmir olunur

12-07-2020-12-03 Xəbərlər

Naxçıvan şəhərində yaşayış binaları təmir olunur

Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sakinlər...

Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı və mətbuatın yaranması “Əkinçi”dən başlayır

12-07-2020-10-01 Xəbərlər

Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı və mətbuatın yaranması “Əkinçi”dən başlayır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası...

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verildi

11-07-2020-18-44 Xəbərlər

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yeni internet saytı istifadəyə verildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabi...

Naxçıvanda sabaha olan hava proqnozu

11-07-2020-17-50 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb....

Muxtar respublikada təbiətə qayğı göstərilir

11-07-2020-16-57 Rəsmi

Muxtar respublikada təbiətə qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin hə...

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

11-07-2020-16-52 Xəbərlər

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 11-də Naxçıvan Muxtar Resp...

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

11-07-2020-16-25 Xəbərlər

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının  istifadə...

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11-07-2020-14-23 Xəbərlər

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərc...

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

11-07-2020-13-27 Xəbərlər

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublik...

Ötən günün mənzərəsi - VİDEO

11-07-2020-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...