Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da olacaq.

Rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan, görmədiyimiz bəzi məqamlarda olan gözəllikləri bizlərə aşılayan bir sənət növüdür. Rəssamların çəkdikləri əsərlərdə bir ruh sanki insanı onlara qibtə etməyə çağırır. Bugünkü həmsöhbətimiz incəsənətlə sıx bağlı olan, sənətşünas rəssam, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Təsviri İncəsənət kafedrasının müəllimi Ləman Məmmədovadır.

Ləman xanım,  söhbətimiz  özünüz haqda oxuculara  məlumat verməklə başlayaq...

Mən 1978-ci il iyunun 16-da Naxçıvan şəhərində anadan olmuşam. 1985-1995-ci illərdə Naxçıvan şəhər 3 saylı tam orta məktəbi bitirmişəm. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr, 1999-2001-ci illərdə həmin universitetin magistratura pillləsində təhsil almışam. 2001-ci ildən bugünədək Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul oluram. Rəssamlıqla lap özümü dərk edəndən məşğul oluram. Rəngkarlıq, qrafika sahəsində fərdi sərgim təşkil olunub. Əsərlərim bir çox beynəlxalq sərgilərdə nümayiş olunub.

Özündən çox danışmağı sevməyən rəssama növbəti sualımı ünvanlayıram. Deyirlər rəssamlar özlərini çəkir, yazıçılar özlərini yazır. Bəs, Ləman Məmmədova,  əsərlərində özünə nə qədər yer ayırır?

Əsərlərimdə mənim heyran olduğum təbiət var.Yaradıcılığımda demək olar ki, təbiət təsvirləri üstünlük təşkil edir. Naxçıvan təbiətinə, gözəl yerlərinə  vurğunluğum yaradıcılığımda da öz əksini tapır.

Rəssamın işi rənglərlədir, rənglərin sehrinə düşdüyünüz anlar olubmu?

Bəli, bu anlar çox olub. O qədər əsərimə başım qarışdığı anlar olub ki, hətta səhərin açılmağından, axşamın düşməyindən  xəbərim olmayıb. Amma, mən sizə deyərdim ki, elə ən gözəl əsərlər də məhz həmin dövrdə yaranıb. Rəsm ruhumun qidası, ürəyimin nəğməsidir. O qədər bağlıyam ki, bu işə sanki rəsm çəkdiyim zaman rahatladığımın fərqinə varıram. Mən deyərdim ki, rəssam ancaq öz hissləriylə, duyğusuyla rəsm çəkir, sanki öz qəlbini ortaya qoyur.

Elmi əsərlərim illərin təcrübəsi, zəhmətimdir. Sənətim qəlbimin nəğməsi, ruhumun qidasıdır.

Sizin bütün əsərlərinizdə müsbət enerji, xoş əhval var. Deyəsən, ancaq əhvalınız yaxşı olanda rəsm çəkirsiz?

Mənə görə yaradıcılıq könül işidir. Ancaq ürəyim istəyəndə rəsm çəkirəm. Özümü heç vaxt rəsm çəkməyə məcbur etmirəm. Əhvalım yaxşı olanda rəsm çəkirəm,   yəqin bu da əsərlərimə sirayət edir.

Ləman Məmmədovanın ən çox sevdiyi tablosu hansıdır?

Bir qədər çətin sualdır. Hər bir yaradıcı şəxs üçün onun əsərləri onun övladıdır. Mən də hər övladını əzizləyən bir ana kimi əsərlərimə fərq qoya bilmirəm. Əsərlərimin hər hansısa biri əlimdən çıxanda ya kiməsə hədiyyə verəndə, ya sərgi keçirilib bəyəniləndə bir tərəfdən onlardan ayrıldığım üçün üzülürəm, amma digər tərəfdən isə qürurverici hiss duyuram ki, mənim əsərlərim sevilir, sərgilənir, kimlərsə tərəfindən bəyənilir.

Hər bir rəssamın bir idealı olur. Siz necə, idealınız olan əsəri çəkmisinizmi?

Məncə öyrənməyin yaşı yoxdur. İnsan hansı yaşa gəlirsə-gəlsin öyrənməkdən yorulmamalıdır. Mən hələ də öyrənirəm. Düşünürəm ki, hələ idealım olan rəsmi çəkməyimə çox var.

Sənətdə təsvir olunan səma deyil, çay deyil, dəniz deyil… Təsvir olunan qəlbin ənginliyidir. Mən deyərdim ki, insanların xarici görünüşü ilə daxili aləminin zənginliyi tam bir vəhdət təşkil edir. Hər kəsin üzünə ən əsası isə gözlərinə baxanda onun qəlbinin nələrə qadir olduğunu kəşf etmiş olursan. Gözəllik özlüyündə təbiətin gizli qanunlarının təzahürüdür. Qəlbinin gözəlliyini tablolalara köçürən Ləman Məmmədova üçün gözəllik nə deməkdir?

- Gözəllik axtarmaq üçün bütün dünyanı gəzsək də bunu birinci növbədə özümüzdə daşımalıyıq, yoxsa onu tapa bilmərik. Gözəllik anlayışına qısa şərh vermək demək olar ki, mümkün deyil. Amma, mənim üçün gözəllik insanın daxili dünyasıdır. Mən gözəlliyi görülən işlər, yaxşı əməllər, insanlara olan münasibətdə görürəm. Daxili dünyası zəngin olan insanın xarici aləmi də istər-istəməz gözümüzdə ucalır.

Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir. Ləman Məmmədovanın qarşısına hansı insanlar daha çox çıxıb?

Bəli, məni başa düşən, qiymətləndirən insanlar qarşıma çıxmasaydı mən Ləman Məmmədova olmayacaqdım. Bu səviyyəyə çatmağım üçün məni hərtərəfli qiymətləndirən, başa düşən insanlara borcluyam. Xalq rəssamı, professor Hüseynqulu Əliyev isə mənim ustadım, hər zaman dərs ala biləcəyim müəllimimdir. Hüseynqulu müəllim hər zaman  mənə deyir ki, “Sənin ən yaxşı tərəfin odur ki, səndə elmlə sənət vəhdətdə birləşib, çünki sənətşünas rəssamsan”. Bax, budur mənim yeganə qazancım- müəllimlərimdən xoş sözlər eşitmək, onların xeyir-duasını almaq.

Ləman müəllim, həm də elmi fəaliyyətlə məşğuldur. İncəsənət fakültəsi Təsviri incəsənət kafedrasının müəllimi kimi incəsənətin sirlərini tələbələrə öyrədir.  Ləman Məmmədova üçün müəllimlik nə deməkdir? 

- Mən Naxçıvan Dövlət Universitetində artıq 20 ildir ki elmi-pedaqoji fəaliyyətlə məşğul oluram, Tələbələrlə işləmək mənə o qədər zövq verir, gənclərlə işləmək o qədər həvəsləndirir, ruhlandırır ki, dəslərdə zamanın belə necə keçdiyinin fərqində olmuram. Mən gənc kollektivlə ünsiyyətdə olduqca sanki ruhumun da hər zaman gənc qaldığının fərqinə varıram. Bugünə qədər hər bir dərs prosesini usanmadan tədris etmişəm. Düşünürəm ki, müəllim öz savadı, tədris üsulları ilə bərabər əsl pedaqoq olmalıdır, gələcəyin müxtəlif peşə sahibinə əsl sənət, həyat dərsi verməlidir. Biz də bu yolda savadlı, ixtisasını dərindən bilən və əsl pedaqoq olan müəllimlərdən dərs almışıq və öyrəndiyimiz metodları da bacardığımız qədər tələbələrə aşılayırıq. İxtisasıma dair bir çox kitabların da müəllifiyəm. “Təsviri sənət nəzəriyyəsi”, “Miniatür sənəti”, Heykəltaraşlıq və rəngkarlıqda insan gözəlliyinin təcəssümü” , “ İncəsənət tarixi fənni üçün tədris metodik vəsait”,  Almaniyada nəşr olunan “İntibah dövrünün rəssamları” kitablarım nəşr olunub.

Xalqımızın yaşayış tərzini, tarixini, mədəniyyət və incəsənətini özündə əks etdirən  xalçaçılığa dair “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin də müəllifisiniz...

Azərbaycanı dünya incəsənəti tarixində tanıdan sahələrin ən önəmlilərindən biri xalça sənətidir. Xalqın sənət süzgəcinin məhsulu olan xalçalar muzeylərin eksponatı, estetik zövqü, məişətin interyer bəzəyi, qiymətli sərvəti olub. Bu el sənətinin yaşadılması istiqamətində mütərəqqi addımlar atılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2018-ci il aprel ayının 9-da “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə verilən böyük önəmin ifadəsi olan bu Sərəncamlar öz növbəsində xalçaçılıq sənətinin dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar yaradır. Ali təhsil müəssisələrinin bakalavr, magistr, həmçinin xalça sənəti ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitab xalçaçılığa dair çoxillik tədqiqatların, dəyərli əsərlərin əsasında tərtib edilibdir. Kitabda Azərbaycan dekorativ tətbiqi sənət növlərindən, Azərbaycan xalçaçılığı tarixindən məlumat verilib. Xalçaların təsnifatı, Azərbaycan xalçaçılıq məktəbləri Qarabağ, Quba, Təbriz Naxçıvan, Bakı, Gəncə, Şirvan xalçaları özünəməxsus xüsusiyyətlərinə görə ayrılıb.  Sonda isə xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığına, xalçaçılıq sahəsində gördüyü misilsiz xidmətlərdən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəssamlar Birliyinin “Yurdumun rəngləri” festival-müsabiqə ekpozisiyasında sərgilənən əsərlər içərisində sizin də rəsminiz var. Plakat nominasiyası üzrə rəsmdə fərqləndirici yeri tutmusunuz.

Çəkdiyim rəsmdə sülh simvolu olan göyərçinlərdən “Naxçıvan 95” sözünü yazmışam. Bununla muxtar respublikada sülh, əmin-amanlıq, firavanlıq, barış olduğunu demək istəmişəm.

60-dan çox elmi məqalənin, bir çox monoqrafiyaların, dərs vəsaitləri və proqramların, elmi məqalələrin və tədris metodiki vəsaitlərin müəllifi olan Ləman Məmmədovanın məqalələri Türkiyədə, Amerika Birləşmiş Ştatlarında, Rusiyada, İngiltərədə, Almaniyada və. s dərc olunubdur. Beynəlxalq konfransların iştirakçısı olan Ləman müəllim yerli və xarici fəxri fərmanlarla, diplomlarla təltif olunubdur.  Ləman Məmmədovanın qarşıda qoyduğu hədəfləri nədən ibarətdir?

Mən Naxçıvan Dövlət Universitetində işlədiyim üçün həqiqətən fəxr duyuram. Müəllimlik peşəsi mənim üçün çox dəyərli və əvəzsiz bir peşədir. Burada müəllimlərimlə birgə çiyin-çiyinə çalışmaq isə məni elmə, sənətə daha da ruhlandırır. Hal-hazırda bir əsər üzərində işləyirəm. Elmi fəaliyyətim də davam edir, yeni tədqiqatlar üzərində çalışıram.

Müsahibə üçün sağolun.

Gözlərimizin və qəlbimizin gözəllikləri görməsi və duyması ümidilə rənglərin cazibəli harmoniyasında görüşərik!!!

Səadət Əliyeva

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

07-08-2020-13-30 Xəbərlər

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsu...

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

07-08-2020-12-50 Xəbərlər

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün star...

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

07-08-2020-09-56 Xəbərlər

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində...

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

07-08-2020-09-18 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

07-08-2020-00-00 Xəbərlər

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsid...

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

06-08-2020-18-02 Xəbərlər

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

Naxçıvan balı öz dadı, tamı, üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zaman...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

06-08-2020-17-39 Xəbərlər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki...

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

06-08-2020-15-00 Xəbərlər

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satı...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-14-35 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

06-08-2020-14-27 Xəbərlər

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin a...

Muxtar respublikada yaradılan yeni meliorasiya və irriqasiya sistemləri aqrar sektorun inkişafını təmin edir

06-08-2020-13-50 Xəbərlər

Muxtar respublikada yaradılan yeni meliorasiya və irriqasiya sistemləri aqrar sektorun inkişafını təmin edir

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sa...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-12-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

2020-ci il Naxçıvan üçün uğurlu tarixə çevrilməkdədir

06-08-2020-10-36 Xəbərlər

2020-ci il Naxçıvan üçün uğurlu tarixə çevrilməkdədir

Bunu ilin birinci yarısının yekunları məlum olan ötən ayın sosial mənzərəsi də t...

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

05-08-2020-16-56 Xəbərlər

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

“Naxçıvan” Universitetinin  Beynəlxalq əlaqələr şöbəsi yeni akademik  ildə daha ...

Ötən günün mənzərəsi - VİDEO

05-08-2020-11-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

05-08-2020-11-32 Rəsmi

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev avqustun 5-də Bakı şəhərinin Yasamal rayonu ərazisində av...