Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi  “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir. 

Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media fədailəri gündəmə gətirilir.

“KADRARXASI”nın bu dəfəki qonağı uzun illərdir “Şərq qapısı” qəzetində kompüter operatoru işləyən Şərəf Mənsimovadır.

Qısa təqdimat:

-Mənsimova Şərəf Nağı qızı

-28 sentyabr 1960-cı ildə Naxçıvan şəhərində anadan olub

-1977-ci ildə Nəsrəddin Tusi adına Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbini bitirib

-Ailəlidir, 2 övladı var

…Biz onu “Şərəf xala” deyə çağırardıq. Çağırardıq deyirəm çünki, tələbəlik illərimdə bir müddət “Şərq Qapısı” qəzetində müxbir kimi fəaliyyətim olub. Şərəf xala ilə tanışlığım da o dövrdə başlayıb. Əvvəllər hər gün görüb söhbətləşdiyim xanım ilə indi başqa ampulada söhbətimiz olacaq. Həm də elə 60 yaşının tamam olacağı bu günlərdə. Peşəkar kompüter operatoru yola saldığı 60-ın 43 ilini sər-tamam “Şərq qapısı”qəzetinə həsr edib. Elə söhbətimizə də 43 ilin gerisindən başlayırıq...

Orta məktəbi bitirdikdən sonra universitetə qəbul olmaq istəyi baş tutmayıb. İş üçün mətbəəyə müraciət edib və qəzetlə də ilk tanışlığı buradan başlayıb. Deyir ki, qəzet həmin dövrdə “LİNOTİP” adlı maşınlarda yığılırdı:

-“LİNOTİP həcmcə böyük maşın idi. Qəzetlərin hamısı bu maşının köməyi ilə çapdan çıxırdı. İlk vaxtlar maşını işlətməkdə çətinlik çəksəmdə sonradan hərşey öz axarına düşdü. Hətta elə sürətli işləyirdimki, dəfələrlə vaxtından əvvəl dərəcələr alırdım. Uzun müddət bu maşınlarda işlədikdən sonra, 90-cı illərdə kompüter sisteminə keçid baş verdi. Artıq qəzetin mətnləri kompüterdə yazıldıqdan sonra çapa hazırlanırdı. 2000-ci ildən sonra isə “Şərq qapısı” qəzeti ayrılıqda öz fəaliyyətinə başladı. Elə həmin ildən də kompüter operatoru kimi burada işləməkdəyəm…”

43 ildir ki, mətbuatın gizli fədailərindən olduğu hər cümləsində öz əksini tapır Şərəf xalanın. Dəfələrlə iş saatı bitsə belə redaksiyada qalıb qəzetin çapa tam hazırlanmasını gözlədiyini deyir:

-“Bu məsuliyyət redaksiya olaraq hamımızın üzərindədir. Qəzet çapa hazırlanmamış dəfələrlə oxunur, qramatik, orfoqrafik səhvlər araşdırılır. Bu işin ilk məsuliyyəti də mənim kimi kompüterdə işləyənlərin üzərində düşür. Gərəkdir ki, orfoqrafiyanı yaxşı biləsən. Sözlərin düzgün yazılışına diqqət edəsən. Mənim buraxacağım bir səhv gözdən yayınarsa, sonradan problemlərlə qarşılaşa bilərik.”

Yadda qalan günlərdən, xoş xatirələrdən söhbət düşür. Şərəf xala çox maraqlı bir məqama diqqət çəkir:

-“Məlumdur, mətnlər redaktorlar tərəfindən yazılır və bizə verilir ki, həmin əlyazmaları kompüterə köçürdək və çapa hazırlayaq. Əvvəllər əməkdaş olduğum redaktorlarla hansısa məclisdə və ya tədbirdə qarşılaşarkən mənə deyirlər ki, bizim ilk oxucumuz sən olmusan, Şərəf xala. Hansı ki, mətnimizi ilk sən oxuyub qiymət vermisən, elektron formaya salmısan. Hətta bəzi məqamlarda mətnlərlə bağlı məsləhətlərini də diqqətə almışıq və öz nəticəsini verib...

Hər yeni iş gününə ilk iş günü kimi həvəslə, həyəcanla getdiyini deyir:

-“Mətbuat elə bir sahədir ki, bu sahədə işləyən hər bir şəxs hər gün yeni informasiya və məlumat bolluğunda olur. Yeni olan hər nə varsa, təbii ki, insan üçün maraq kəsb edir. Maraq olan yerdə isə darıxmağa heç bir səbəb yoxdur, məncə.  İşimi çox sevirəm. Yaşımın irəliləməsinə baxmayaraq, özümü hələ gənc hiss edirəm. Buna gənclərlə işləməyimin də təsiri çoxdur. İnşallah hələ uzun illər burada işləmək mənə nəsib olar.”

Şərəf xala ilə işdən sonrakı fəaliyyəti ilə bağlı da söhbətimiz oldu. Bildirdi ki, boş vaxtlarını və istirahət günlərini ailəsinə, nəvələrinə həsr edir. Gəzintilərə getməyə və kitab oxumağa vaxt ayırır. Eyni zamanda Azərbaycan filmlərinə də marağı çox böyükdür.

Əməkdaş olduğum zamanda da, indi də tam rahatlıqla deyə bilərəm ki, hər zaman hörmət bəslənən xanım olub Şərəf xala. Söhbətimizin səmimi alınması təkcə tanışlığımızdan yox, bir Naxçıvan qadını kimi onun mehriban, gülərüz, alicənab olmasından qaynaqlanır.

Hər zaman oxucularını maraqlı məlumatlarla təmin edən “Şərq qapısı”qəzetinin internet saytı fəaliyyət göstərir ki, bu da qəzet oxucusunun sayına müsbət təsir göstərib. Qəzet üçün yaradılmış maddi-texniki baza, yüksək yaradıcılıqla çalışan heyət  kompüter operatorlarından da məsuliyyətli və dəqiq olmağı tələb edir.

Qəzet kütləvi işi sevir”-deyir Şərəf xala. Qəzet jurnalistləri,muxbirlər hansı sevgi və dəqiqliklə yazıları yazıb ərsəyə gətirirsə gərəkdir ki, biz də o hisslərlə çapa hazırlayaq. Gün boyu hər birimiz onlarla çap məhsulu-qəzet, jurnal oxuyuruq. Oxuduğumuz hər bir materialda yazının bizə çatdırdığı fikir, yazının üslubu,müəllifinin imzası qədər buraxılan səhvlərdə diqqətimizi çəkir. Ömrümün yarıdan çoxu bu işlə bağlıdır və illər ərzində öyrəndiyim həqiqət budur ki, işini düzgün yerinə yetirmək həm də qəzet oxucusuna böyük hörmətdir.

Bundan sonrakı həyatında da Şərəf xalaya uzun ömür və sağlam həyat arzulayırıq.

Cahangir Mehdiyev

“NUHÇIXAN”

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

07-08-2020-13-30 Xəbərlər

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsu...

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

07-08-2020-12-50 Xəbərlər

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün star...

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

07-08-2020-09-56 Xəbərlər

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində...

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

07-08-2020-09-18 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

07-08-2020-00-00 Xəbərlər

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsid...

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

06-08-2020-18-02 Xəbərlər

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

Naxçıvan balı öz dadı, tamı, üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zaman...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

06-08-2020-17-39 Xəbərlər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki...

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

06-08-2020-15-00 Xəbərlər

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satı...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-14-35 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

06-08-2020-14-27 Xəbərlər

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin a...

Muxtar respublikada yaradılan yeni meliorasiya və irriqasiya sistemləri aqrar sektorun inkişafını təmin edir

06-08-2020-13-50 Xəbərlər

Muxtar respublikada yaradılan yeni meliorasiya və irriqasiya sistemləri aqrar sektorun inkişafını təmin edir

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sa...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-12-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

2020-ci il Naxçıvan üçün uğurlu tarixə çevrilməkdədir

06-08-2020-10-36 Xəbərlər

2020-ci il Naxçıvan üçün uğurlu tarixə çevrilməkdədir

Bunu ilin birinci yarısının yekunları məlum olan ötən ayın sosial mənzərəsi də t...

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

05-08-2020-16-56 Xəbərlər

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

“Naxçıvan” Universitetinin  Beynəlxalq əlaqələr şöbəsi yeni akademik  ildə daha ...

Ötən günün mənzərəsi - VİDEO

05-08-2020-11-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

05-08-2020-11-32 Rəsmi

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev avqustun 5-də Bakı şəhərinin Yasamal rayonu ərazisində av...

AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

04-08-2020-20-44 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi katibi, biologiya üz...

Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin altı ay ərzində yerli hava xətləri ilə 58 mindən artıq sərnişin daşınıb

04-08-2020-19-42 Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin altı ay ərzində yerli hava xətləri ilə 58 mindən artıq sərnişin daşınıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanınd...

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

04-08-2020-17-47 Rəsmi

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 4-də Na...

Naxçıvanda sabaha olan hava proqnozu

04-08-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb...

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

04-08-2020-13-31 Xəbərlər

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtaha...

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

04-08-2020-10-46 Xəbərlər

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ o...

Nakhchivan news - VİDEO

04-08-2020-10-02 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

03-08-2020-18-39 Xəbərlər

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda Naxçıvanbank Açı...