VƏ YA USTAD HÜSEYN HƏŞİMLİYƏ ONUN OLMADIĞI DÜNYADAN MƏKTUB.

Salam, Müəllim. Mən böyümüşəm. Ölüm xəbərlərinə alışır qulaqlarım... Bu xəbərlər daha uzaqlardan yox, lap yaxınlardan gəlir.

Sonuncu yazdığım şeirdə belə bir misra var idi: "Daha ölümlər də ağlatmır məni..." Elə zənn etmişdim, bütün varlığımla donduğumu, həyatın məni heykələ çevirdiyini sanmışdım. Sizin xəbəriniz gələnə qədər...

Qrup yoldaşımla danışırdım, birdən titrək səslə mesajlara baxmağımı istədi, baxdım... "Hüseyn Həşimli öldü" deyə bir cümlə yazılmışdı. Sizin adınız və ölüm... Heç vaxt bu sözlərin eyni cümlədə işlənə biləcəyi ağlıma gəlməmişdi. Həmin an ölüm acısının nə demək olduğunu anladım. İndiyə qədər qohumlardan, tanışlardan ölümünü eşitdiyim, hətta şahidi olduğum adamlar olub. Amma heç vaxt ölümü bütün ruhumla hiss edə bilməmişdim. Siz bizə tək ədəbiyyatı, həyatı yox, ən sonda ölümü də öyrətdiniz, Müəllim.

Tələbələriniz ən doğmasını itirmiş kimi hönkür-hönkür ağladı. Gecələr gözlərə yuxu getmədi, sözlər boğazlarda düyünlənib qaldı, hamı özünü böyük bir yalanın içində hiss edirdi. Hərə bir öz itkisinə üzülürdüsə, bir də Nəqşi-Cahanın, Azərbaycanın, ədəbiyyatın itkisinə üzülürdü. Həyatı, Tanrını, ədaləti sorğuya çəkənlər də az olmadı. Sizi tanımayan adamlar belə sizə olan sevginin qarşısında heyrətlənib qaldı. Bu qədər sevilməyi, könüllər fəth etməyi necə bacardınız, Müəllim?! Dünyada savadlı alimlər, müəllimlər çoxdur, amma əksəriyyətinin şəxsiyyəti ilə elmi fəaliyyəti üst-üstə düşmür. Siz isə dünyadakı ən gözəl şeyləri - mənəviyyatı, mədəniyyəti, elmi özünüzdə birləşdirmişdiniz. Mən Naxçıvan Dövlət Universitetini ən çox sizə görə sevdim. Sizin dərsiniz olan günlər universitetə həvəslə gəlirdim. İndiyə qədər sizdən soruşduğum bütün sualların düzgün cavabını vermisiniz. İndi bir sualım olanda soruşmağa kimsəm yoxdur...

Artıq universiteti bitiririk, yoldaşlarla xatirələrdən danışırıq. Bilirsiniz, xoş xatirələrimizin böyük bir qismi sizinlə bağlıdır. Hamımız qürurla deyirik ki, - "Biz Hüseyn Həşimlinin tələbələriyik!" Naxçıvan Dövlət Universitetində Hüseyn Həşimlinin dərs keçdiyi son şanslı tələbələrdən...

Siz bizi dörd il ərzində bircə dəfə belə incitmədiniz. Haradan bilərdik ki, ölümüylə bizi hamıdan çox incidən elə siz olacaqsınız...

Darıxırıq, Müəllim... "Ay müəllim" deyə səsləndiyimizdə bütün səmimiliyiniz, içdənliyinizlə "Ay bəli" deməyiniz üçün darıxırıq... Hansısa mövzudan söhbət düşəndə həmin mövzuya uyğun bir hekayə, əhvalat danışmağınız üçün darıxırıq... Bizə "Gələcəyin filoloqları" deyə xitab etməyiniz üçün... Hələ Füzulidən, Nəsimidən, orta əsrlərin adını belə eşitmədiyimiz şairlərindən dediyiniz o qəzəllər... Mühazirə dəftərlərimizi dolduran bir-birindən dəyərli məlumatlar... Masanızın üzərindəki kağızlar da darıxır, axı onlar toplanıb bir kitab olacaqdı...

Bəzən bizə gülməli əhvalatlar danışardınız, indi onları xatırlayanda gözlərimiz yaşarır. Xatirələr həmişə acı verir, Müəllim, acısı da, şirini də...

Kitab rəfimin bir gözündə ancaq sizin kitablarınız var. Tək müəllifi olduğunuz kitablar yox, həm də ədəbiyyatşünaslıqla bağlı hədiyyə etdiyiniz başqa kitablar. Hansı kitabdan sizdə iki ədəd olsa, birini mütləq mənə verərdiniz. O kitablar sizin mənə olan inamınızın, güvəninizin ifadəsidir. Məndən bədii, elmi əsərlər yazmağımı gözləyirdiniz, amma indi sizə sizin nəfəsiniz gəlməyən dünyadan məktub yazıram...

Müəllim, indi daha yaxşı anlayıram. Həyatın boyası öz ürəyimizdə gizlənirmiş... Biz də duyğularımızla eyni olan rəngi ürəyimizdən götürüb gözlərimizin önünə çəkirik və bütün dünya o rəngə bürünür. Sevinəndə masmavi, kədərlənəndə qapqara... İndi həyat qaradır, Müəllim. Ürəyimdə qaradan başqa bir rəngə əlim çatmır... Elə bilirəm ki, universitetin divarları tozlanıb, siniflərdə kimsəsizlik əyləşib, pillələrdən ölüm yuvarlanır. Bağçadakı bütün güllərdən qərənfil iyi gəlir... İnsanların üzündən təbəssüm oğurlanıb, hamı elə kimisə axtarır. Həmişə ora-bura tələsən adamların yerişi də yavaşıyıb. Tək universitetmi belədir? Yox! Sizinlə yenidən görüşməyi, dərslərinizdə iştirak etməyi həvəslə gözləyən tələbələrin evlərində ümidlər ölür. Keçib getdiyiniz küçələr sanki, ölümlə sulanıb. Kainatın sükutu qulaq batırır... Hələ dostlardan, ailədən danışmıram...

Maksim Qorkinin "Ana" əsərində işarələdiyim cümlələrdən biri də belədir: "Biz kiminsə haqqında "ölübdür" deməyə tələsirik..." "Şirin portağal ağacım"da Zeze də ölümdən danışır, deyir ki, - "Sevməyi dayandırırsan və o insan bir gün ölür". Deməli, ölən insanların hamısı sevilməyən insanlardır. Heç kim sizin ölümünüzə inanmır, Müəllim. Qoy elə inanmasınlar, bu qədər sevilən insan necə ölə bilər axı?!

Kimisə itirəndə üzülməyimizlə əslində, bir az eqoist davranmış oluruq. İtirdiyimiz adamdan çox, onsuz qalacağımıza üzülürük. Çünki ölüm qurtuluşdur, azadlıqdır. Həmişə içimizdə çırpınan, uçmağa can atan o varlığın qanadlandığı andır. Ölüm ölənə yox, öləndən sonra qalana acı verir. Nəfəsimiz kəsildiyi an onunla birlikdə artıq olan bütün yükləri ruhumuzdan atırıq. Azadlıq qazanırıq! Azadlıq! Amma indi bunlarla təsəlli tapa bilmirəm, Müəllim! Çünki yarımçıq qalmış əsərlərinizin, tədqiqatlarınızın olduğunu bilirəm. Onu da bilirəm ki, siz ədəbiyyat üçün bu həyata dözərdiniz, ölümün rahatlığındandırsa, bu narahat dünyada yaşayıb yenə də ədəbiyyat üçün nələrsə etməyi üstün tutardınız. Amma həyat... Hamı gedir, Müəllim... Kimisi dünyanın tozuna, dumanına qarışıb gedir, kimisi də ürəklərə, yaddaşlara axıb gedir... Göy üzü bir gün göy adamlarını canına çəkib qucaqlayır, yerdən qoparır. Ey ədəbiyyat adam, şeir adam, söz adam!  Biz üzülürük, canımız yanır... Amma indi siz getdiyiniz yerdə hər şey xoşbəxtdir. Bəlkə də göy üzü, günəş, ay.. Ya da adını bilmədiyimiz başqa bir dünya, sizin kimi nadir insanların toplaşdığı başqa bir məkan...

Müəllim, icazə verin, sizə son sualımı da verim. Deyin də mənə, oralardan dünya necə görünür? Görünür, ya yox?!

Gülay Tahirli

"525-ci qəzet"

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

07-08-2020-13-30 Xəbərlər

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsu...

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

07-08-2020-12-50 Xəbərlər

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün star...

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

07-08-2020-09-56 Xəbərlər

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində...

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

07-08-2020-09-18 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

07-08-2020-00-00 Xəbərlər

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsid...

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

06-08-2020-18-02 Xəbərlər

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

Naxçıvan balı öz dadı, tamı, üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zaman...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

06-08-2020-17-39 Xəbərlər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki...

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

06-08-2020-15-00 Xəbərlər

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satı...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-14-35 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

06-08-2020-14-27 Xəbərlər

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin a...

Muxtar respublikada yaradılan yeni meliorasiya və irriqasiya sistemləri aqrar sektorun inkişafını təmin edir

06-08-2020-13-50 Xəbərlər

Muxtar respublikada yaradılan yeni meliorasiya və irriqasiya sistemləri aqrar sektorun inkişafını təmin edir

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sa...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-12-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

2020-ci il Naxçıvan üçün uğurlu tarixə çevrilməkdədir

06-08-2020-10-36 Xəbərlər

2020-ci il Naxçıvan üçün uğurlu tarixə çevrilməkdədir

Bunu ilin birinci yarısının yekunları məlum olan ötən ayın sosial mənzərəsi də t...

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

05-08-2020-16-56 Xəbərlər

“Naxçıvan” Universiteti beynəlxalq layihəyə tərəfdaş seçilib

“Naxçıvan” Universitetinin  Beynəlxalq əlaqələr şöbəsi yeni akademik  ildə daha ...

Ötən günün mənzərəsi - VİDEO

05-08-2020-11-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

05-08-2020-11-32 Rəsmi

Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev avqustun 5-də Bakı şəhərinin Yasamal rayonu ərazisində av...

AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

04-08-2020-20-44 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi katibi, biologiya üz...

Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin altı ay ərzində yerli hava xətləri ilə 58 mindən artıq sərnişin daşınıb

04-08-2020-19-42 Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin altı ay ərzində yerli hava xətləri ilə 58 mindən artıq sərnişin daşınıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanınd...

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

04-08-2020-17-47 Rəsmi

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 4-də Na...

Naxçıvanda sabaha olan hava proqnozu

04-08-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb...

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

04-08-2020-13-31 Xəbərlər

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtaha...

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

04-08-2020-10-46 Xəbərlər

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ o...

Nakhchivan news - VİDEO

04-08-2020-10-02 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

03-08-2020-18-39 Xəbərlər

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda Naxçıvanbank Açı...