Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin Təbii Ehtiyatlar İnstitutunda baş tutan  onlayn elmi konfrans görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, akademik Həbibulla Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr olunub.

Tədbirdə institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev alimin həyat və fəaliyyətindən, onun kimya elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Həbibulla Şahtaxtinskinin elmi fəaliyyəti analitik kimya və qeyri-üzvi maddələrin texnologiyası sahələrini əhatə edir. Onun rəhbərliyi ilə metallurgiya sobalarından atmosferə buraxılan tullantı qazlarından qazvari reduksiyaedicilərlə sərbəst kükürdün alınma texnologiyası işlənilib hazırlanmış və yarımsənaye qurğusunda sınaqdan keçirilib.

Qeyd olunub ki, Həbibulla Şahtaxtinskinin apardığı elmi və praktiki araşdırmaların nəticələri alimin “Zəylik yatağı süxurlarından alüminium duzlarının alınması”, “Alunitin kompleks emalından qalliumun alınması”, “Maqnezium və kalsiumun arsenat metodu ilə təyini”, “Miqdari kimyəvi analiz” və digər əsərlərində yer alıb. 7 monoqrafiya və dərsliyin, 380 elmi əsərin müəllifi olan akademikin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə doktoru hazırlanıb.

Daha sonra institut əməkdaşlarının akademikin elmi fəaliyyətinə həsr olunan  məruzələri dinlənilib.

Tədbirin sonunda institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüb

www.naxcivantv.az