Çoxdandır yazmırdım. Baxanda, jurnalist də  idmançı kimidir. 

Bir müddət davamlı olaraq işləmirsə, formadan düşür. Jurnalistin işləməyi isə təbii ki, mütəmadi süjet hazırlayıb, yazılar yazmaqdır...

...Uzun müddət idi ki, işim daha çox Xəbərlər  redaksiyasının daxilində olduğu üçün çəkilişə çıxmırdım. Amma Şərur Rayon Baytarlıq İdarəsinin əməkdaşlarının Şahbuz rayonunda məskunlaşan Şərur obalarına profilaktik tədbirlə bağlı yaylaqlara qalxacaqlarını   biləndə çəkiliş üçün digər əməkdaşlarla yanaşı özüm də getməyi qərara aldım. Açığı Qanlıgöl yaylağına, Keçəldağ ətrafına məşhur alim Pavlovun dediyi kimi, “bəşəriyyətin sağlamlığını qoruyan” baytarlarla  beş il qabaq getmişdim. Onda da məqsəd yaylaqlarda keçirilən profilaktik tədbirləri televiziyada işıqlandırmaq, baytarlarımızın Ermənistanla həmsərhəddə məskunlaşan oba sakinlərinin mal-qarasına göstərdiyi xidmət və yaylaq sakinlərinin həyatı ilə bağlı süjet hazırlamaq idi. Etiraf edək ki,   düşmən ölkədə heyvanlar arasında yoluxucu xəstəliklər həmişə tüğyan edib. Sərhədlərimiz isə həssas olduğu üçün Dövlət Baytarlıq Xidmətinin əməkdaşları mütəmadi olaraq burada saxlanan mal-qara arasında profilaktiki tədbirlər görürlər.  Beş il qabaq  çox xoşuma gəlmişdi bu yerlər. Dəniz səviyyəsindən 3 min metr hündürlükdəki  dağların zirvəsində hələ də qalan bir “əlçim” qar, yamyaşıl yamaclar, bumbuz bulaqlar yay günündə insan ruhuna təkcə sərinlik vermir, həm də qəribə bir qürur hissi yaşadırdı. Dağlar insana sanki yüksəkliyi və bu zirvədə qərar tutmağı  öyrədir. Bu zirvələri görəndən sonra onları bir də ziyarət etmək istəyirsən. Bəlkə də bu dağın özünəməxsus cazibədarlığıdır...

Yaylaq mənzərələrini: yal-yamaca yayılan sürüləri, obalarda məskunlaşan insanları görəndə niyəsə ağlıma  Azərbaycan milli mətbuatının ilk “qaranquşu” olan “Əkinçi” qəzetindəki  bəzi yazılar gəldi. Bəlkə də son günlər mütəmadi bu mövzu gündəmdə olduğu üçün bu müqayisə şüuraltından baş qaldırmışdı. Axı bu il ilk nəşrinin 145 illiyini qeyd edəcəyimiz “Əkinçi”nin səhifələrində də bu mövzuya toxunulur, hətta “Əkin və ziraət xəbərləri” adlı ayrıca bölüm də hər nömrədə yer alırdı. Bunun üçün tez-tez sadə kənd adamlarına, təsərrüfat sahiblərinə məsləhətlər verilir, Həsən bəy Zərdabinin peşəkar təbiətşünas alim kimi tövsiyələri təqdim olunurdu. Bu qəzetdə ictimai-siyasi əhəmiyyətli hadisələrlə yanaşı,  kənd təsərrüfatı ilə bağlı məlumatlar, elmi bilikləri bölüşmək bir növ əsas qayəni təşkil edirdi. Çünki Həsən bəy Zərdabi Rusiyada təhsil aldığı və zəmanəsinin çox ağıllı insanlarından biri olduğu üçün yaxşı bilirdi ki, hər bir ölkənin kənd təsərrüfatı onun iqtisadiyyatının dayağıdır. O zaman Azərbaycan da əsasən aqrar ölkə kimi kənd təsərrüfatına əhəmiyyət verirdi. Ölkədə heyvandarlıq və bağçılıq geniş yayılsa da  inkişaf hələ də bəsit və primitiv qaydalarla aparılırdı. Məhz buna görə “Əkinçi” öz səhifələrində sadə kənd adamını, əkinçini, maldarı, təsərrüfatçıları maarifləndirmək üçün bu addımları atırdı. Hədəf sözsüz ki, mükəmməl kənd təsərrüfatına sahib olan ölkə insanı yetişdirmək idi.  İki ilə (1875-77-ci illər) cəmi 56 nömrəsi çıxan qəzetin bütün nömrələrində bununla bağlı yazılar, xəbərlər, məlumatlar yer alıb. Amma o günlə bu günün arasında olan fərq zaman və müasirlik baxımından təbii ki, tamam başqadır...

Naxçıvan şəhərindən səhər nə qədər tez çıxsan, yaylaqlara günorta üstü çatarsan. Yaylaq yolları yaz vaxtından kürənib hazır və rahat olsa da (jurnalistlə yola çıxanlar yaxşı bilər) hər dəfə maraqlı bir təbiət mənzərəsi görəndə maşını saxladıb operatordan o mənzərəni kameranın yaddaşına köçürməyi xahiş edən televiziya işçisi ilə o yerlərə daha tez çatmaq mümkün deyil. Günorta üstü Kükü kəndinin yamacları ilə qalxıb Qanlıgöl yaylağına çatanda burada adamı tamam başqa mənzərə qarşılayır. İlk qarşımıza çıxan hələ 19-cu əsrin sonlarında Naxçıvan xanları tərəfindən inşa edilən “Qanlıgöl” süni suvarma gölüdür. Gölün  yaxınlığında iri qaya parçasının üstündə ərəb, fas və rusca yazılan bir lövhə var. Kitabədən görünür ki, “Qanlıgöl”ün qarşısındakı bənd 1865-ci ildə Naxçıvan mülkədarı 2-ci Kalbalı xanın himayəsi ilə qəza rəisi Şahingirey tərəfindən inşa etdirilib. İri həcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. Bu suyun ətrafında toplanan qoyun-quzu sürülərinin, naxırın səsi dağlarda həyatın rəngarəngliyindən xəbər verir. Yaxınlığından keçdikcə avtomobili saxladıb, təkidlə alaçığına, halal süfrəsinə dəvət edən ailə təsərrüfatçılarını, ağsaqqalları inandırmağa çalışırsan ki, hələ işimiz çoxdur. Çünki yaylaqda olan digər obaları da gəzmək lazımdır. Sadəcə bir şərtlə yaxanı onlardan qurtara bilərsən, növbəti dəfə gəlib məhz onun alaçığına qonaq düşməklə bağlı söz verməklə.

Yaylaqlardakı obaları gəzdikcə hər bir təsərrüfatçının özü üçün yaratdığı şərait diqqəti çəkir. Sərin, buz kimi suyu olan bulaqların başında müasir avadanlıqlardan qurulan çadırlar, oba evləri hər cür rahatlığı ilə seçilir. Yan-yana düzülən oba alaçıqları, bir tərəfdə isə dəmir torlarla əhatələnən heyvan yataqları-sərdənlər, arxaclar, digər tərəfdə yamaca yayılan sürülər, isti günəşin altında suyun ətrafına toplanan naxır, yad adamın hənirtisini  hiss edib ağıza-ağıza verərək hürən qurdbasan köpəklər və kişnərtisi ilə dağları “silkələyən” atlar... Bu indi Naxçıvan dağlarının yaylaq mənzərəsidir. Bütün bu mənzərini tamamlayan isə buradakı insanların gündəlik qayğılarıdır. Daha doğrusu hərənin öz işi ilə sakitcə, peşəkarcasına məşğul olmasıdır.

Yolumuz bir qədər uzağadır. Buradan – “Qanlıgöl” obasından sonra  Taxça yurd obasına da getməliyik. Baytarlar orada da peyvəndləmə tədbirləri aparacaqlar. Yolüstü bir alaçığın qonağı oluruq. Alaçığın xanımı bizi kəklikotulu çaya qonaq edir. Alaçığın içərisinə göz gəzdirirəm. Hər tərəf səliqəli, yerə qalın xalça döşənib, yük olaraq çarpayı qoyulub. Oturmaq üçün qalın döşəkcələr, yastıqlar xalçanın üstünə sərilir.  Küncdə kiçik masa var və üzərində  fleş kartla işləyən radioqəbuledici qoyulub. Görünür axşamlar musiqiyə qulaq asırlar. Naxçıvanın məşhur gilənar mürəbbəsi ilə çay içib qalxırıq. Yenə yadıma hələ tələbəlik illərində  Şərur rayonun Qarxun kəndindən olan qocaman pedaqoq-jurnalist  Seyfulla müəllimin təəssüflə danışdığı “Əkinçi”də yer alan bir məqaləni yadıma salıram. Seyfulla müəllim deyirdi ki, Həsən bəy Zərdabi bu hekayəsi ilə o zaman çar Rusiyasının bir əyalət kimi baxdığı Azərbaycanda heyvandarların çətin həyatına qarşı etirazını bildirirdi. 1876-cı ilin sentyabr nömrəsində “Daxiliyyə” bölməsində (bu bölmədəki yazıları H. Zərdabi özü yazırdı) nəşr edilən həmin yazının bir məqamını təqdim edirik: 

“...Buxarının qabağında oturub qazmaya baxırıq. Onun bir küncündə buxar yanır ki, hərdəm külək onun tüstüsünü içəri doldurur. Bir küncündə bir yaralı keçi və iki təzə doğulmuş buzov bağlanıb. Bir küncündə qarıcıq eşşək yanı xotuxlu bağlanıb. Bir küncündə hacının tulası doğub öz küçüklərini əmizdirir. Divarın üstə köndələn bərkinmiş ağacın üstə 5-6 toyuq yatıb. Hacı buxarının qabağında çöməlib qabax qəlyanı rahatlayıb, başında od qoyub bizə verib danışır. O cümlədən öz övrəti Şahpərinin vəfat etdiyini belə nağıl edir: bu il yayda biz dağda olan zaman rəhmətlik Şahpəri naxoşlayıb gecə nalə edirdi. Bizim qız da yatmışdı. Gördüm çöldə itlər bərk basır. Nə qədər səslədim olmadı. Çölə çıxıb heç kəsi görməyib, itlərə acıqlanıb, içəri girib, gördüm başına döndüyüm Şahpəri Allah rəhmətinə gedib. Mən evi yıxılmış heç bilmişəmmi ki, itlər basan əzrail imiş, çıxıb itlərin ağzından onu qurtarmışam, o boynusınmış alaçığın o biri tərəfindən girib Şahpərinin canını alıb gedib... Ey bu kəlmələri oxuyan, dəxi bəsdir, bizim hacı başqa danışdığı sözlərdən və Tükəz bişirdiyi aşdan danışmıram, amma bunu ərz edim ki, Allah o aşı heç kafirə nəsib və hacını heç kimsəyə həmsöhbət etməsin”.

Təbii ki, burada müəllifin məqsədi qazmanın içərisindəki müxtəlif canlıların insanlarla  bir yerdə yaşamasını təsvir etməklə Hacının arvadının vəfatını dolayı yolla   antisanitariyadan olduğuna diqqəti çəkməkdir. Nə isə, bu 144 il əvvəlki mənzərədir...

...Hər həftə yaylaqdakı obalarda məskunlaşan insanlara, oba sakinlərinə dövlət tərəfindən məişət və tibbi xidmət də göstərilir. Hər bir rayonun müvafiq təşkilatlarının əməkdaşları buraya mütləq baş çəkib, yaylaqdakıların problemləri, qayğıları ilə maraqlanırlar. Onları müayinə və müalicə edirlər.  Baytarlar isə heyvanlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktiki tədbirlər görürlər. Hətta deyirlər ki, təkcə Şahbuz rayonunun yaylaqlarında ümumilikdə  55 mindən artıq  xırdabuynuzlu heyvan və mal-qara saxlanır. Bütün profilaktiki tədbir isə onların hamısını əhatə edir. Bu rəqəm həm də  o deməkdir ki, yay boyu  yaylaqların özünəməxsus, qaynar yaşam dolu həyatı  var.

P.S. Bu dağlarda, yaylaqlarda sağlam bəslənən qoyun-quzular, sürülər, naxırlar elin varı, ruzi-bərəkətidir. Sağlam qida sağlam insan, sağlam vətəndaş deməkdir. Sağlam vətəndaş isə möhkəm cəmiyyət, güclü iqtisadiyyat, qüdrətli dövlətin təməlidir. Elə 145 il bundan əvvəl çap edilən  “Əkinçi” qəzetinin də arzusu bu deyildimi?

                                                                      Səməd Canbaxşiyev

                                                   Xəbərlər redaksiyasının baş redaktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

04-08-2020-17-47 Rəsmi

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 4-də Na...

Naxçıvanda sabaha olan hava proqnozu

04-08-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb...

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

04-08-2020-13-31 Xəbərlər

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtaha...

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

04-08-2020-10-46 Xəbərlər

Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ o...

Nakhchivan news - VİDEO

04-08-2020-10-02 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

03-08-2020-18-39 Xəbərlər

Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda Naxçıvanbank Açı...

Sərxanlı kəndində yeni içməli su şəbəkəsi qurulacaq - VİDEO

03-08-2020-18-11 Xəbərlər

Sərxanlı kəndində yeni içməli su şəbəkəsi qurulacaq - VİDEO

Muxtar respublikada insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində hə...

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

03-08-2020-17-45 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında y...

Türkiyəli hərbçilər Naxçıvanla yaxından tanış olublar

03-08-2020-17-30 Xəbərlər

Türkiyəli hərbçilər Naxçıvanla yaxından tanış olublar

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda keçirilən Azərbaycan-T...

Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək

03-08-2020-16-58 Xəbərlər

Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək

Avqust 5-dən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonl...

Yas mərasimlərinə qoyulan qadağa davam edəcək

03-08-2020-16-52 Xəbərlər

Yas mərasimlərinə qoyulan qadağa davam edəcək

31 avqust tarixinədək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, e...

Əshabi-Kəhf ziyarətgahı Qurban bayramı günlərində insanların ən çox üz tutduğu məkanlardan biridir - VİDEO

03-08-2020-16-36 Xəbərlər

Əshabi-Kəhf ziyarətgahı Qurban bayramı günlərində insanların ən çox üz tutduğu məkanlardan biridir - VİDEO

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ən qədim zamanlardan müqəd...

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib

03-08-2020-16-11 Xəbərlər

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alı...

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə

03-08-2020-14-20 Xəbərlər

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də rezidenturaya qəbul imtaha...

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

02-08-2020-15-20 Xəbərlər

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə b...

Viruslara qarşı mübarizənin təbii vasitəsi – heyvanın faydaları

02-08-2020-14-31 Xəbərlər

Viruslara qarşı mübarizənin təbii vasitəsi – heyvanın faydaları

Tərkibi vitamin və minerallarla zəngin olan heyva qədim zamanlardan bir çox xəst...

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

01-08-2020-16-55 Xəbərlər

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda Azərbaycan-Türkiyə bir...

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

01-08-2020-14-00 Xəbərlər

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur şəhər Sutəmizləyici Qurğula...

Ötən günün mənzərəsi - VİDEO

01-08-2020-12-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

01-08-2020-11-50 Xəbərlər

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib.

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

01-08-2020-09-00 Xəbərlər

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər ...

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

31-07-2020-15-49 Xəbərlər

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayram...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

31-07-2020-14-47 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustda havanın orta aylıq...

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

31-07-2020-14-18 Xəbərlər

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

Muxtar respublikamızın böyük sənaye müəssisələri arasında xüsusi yeri ilə seçi...

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO

31-07-2020-12-20 Xəbərlər

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri “TurAz Qartalı-2020” birgə təli...

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

31-07-2020-11-43 Xəbərlər

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1 avq...

Müdafiə Nazirliyi: Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

31-07-2020-11-24 Xəbərlər

Müdafiə Nazirliyi: Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya N...

Həmrəylik, mərhəmət və xeyirxahlıq bayramı

31-07-2020-11-14 Xəbərlər

Həmrəylik, mərhəmət və xeyirxahlıq bayramı

Niyyət və əməl bir-birini tamamlayan ruh və bədən kimidir.

Muxtar Respublikaya idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin olunub

31-07-2020-09-38 Xəbərlər

Muxtar Respublikaya idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin olunub

NUHÇIXAN İnformasiya Agentliyi məlumat verir ki,  Naxçıvan Muxtar Respublikası A...