- Ətraflı
- Bölüm: Xəbərlər
Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir standartlara cavab verən müəssisələr fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb.
Bu gün sənayenin inkişafına yeni təkan vermək, özəl sektorun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye zonalarının yaradılması uğurla davam etdirilir.
Son illərdə muxtar respublikanın gələcək inkişaf dinamikasını müəyyənləşdirən sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən sənaye məhəllələrinin qurulması, ixracyönümlü sənaye məhsulları istehsalının genişləndirilməsi, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması diqqətdə saxlanılıbdır. Bunun nəticəsidir ki, 2020-ci ilin ötən dövrü ərzində 450 milyon 876 min manatdan çox sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Sosial-iqtisadi inkişafa dair bu günə qədər reallaşan üç Dövlət proqramının icrası çərçivəsində muxtar respublikada da böyük işlər görülüb, infrastruktur layihələri həyata keçirilib. İnvestisiya mühiti xeyli yaxşılaşıb, yeni iş yerləri yaradılıb. Cari ilin ötən dövrü ərzində iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 81 istehsal və xidmət sahəsi istifadəyə verilib, 38 sahənin yaradılması davam etdirilibdir. Yeni yaradılan bu müəssisələr hesabına ümumilikdə 352 yeni iş yeri açılıb ki, bu da əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Həyata keçirilən kompleks islahatlar onu deməyə əsas verir ki, muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilibdir. Bu gün muxtar respublikada minlərlə sahibkarlıq subyektinin fəaliyyət göstərməsi, xarici iş adamlarına əlverişli mühitin yaradılması, ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 87 faizi ötməsi bu siyasətin real bəhrələridir.
Naxçıvanda sаhibkаrlıq fəаliyyətinə kənаr müdахilələrin qаrşısının аlınmаsı, onların hüquqlаrının müdаfiəsi diqqətdə saxlanılır. 2020-ci ilin ötən dövrü ərzində “Qаynаr хətt” vаsitəsilə 2679 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılıb, müxtəlif tədbirlər haqqında məlumatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişаfı istiqаmətində аrdıcıl, səmərəli və sistеmli tədbirlər görülüb, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılıbdır. Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublika üzrə 2000-ci ildən ötən dövr ərzində 1432 layihənin maliyyələşdirilməsinə 160 milyon manatdan çox vəsait ayrılıb. Təkcə 2020-ci ilin ötən dövrü ərzində Fond tərəfindən sahibkarlara 62 layihənin maliyyələşdirilməsinə ümumilikdə 7 milyon 790 min manatdan çox kredit vəsaiti verilibdir. Bundan sənaye məhsulu yönümlü 4 layihənin maliyyələşdirilməsinə 6 milyon 236 min manat, kənd təsərrüfatı yönümlü 58 layihənin maliyyələşdirilməsinə 806 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilibdir.
Aqrar sektorun aparıcı qüvvələrindən olan ailə təsərrüfatlarının formalaşaraq kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də onların fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının sayının gündən günə artmasına səbəb olub. Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 26 ailə təsərrüfatına 231 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilibdir.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Məhz bu amil nəzərə alınaraq, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. Son illərdə 400-də çox sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 383 növdə məhsul istеhsаl оlunması, 350 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir.
2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması yerli istehsal məhsulların ixrac imkanlarını artmaqla yanaşı iqtisadi əlaqələrin daha da genişləndirilməsinə böyük stimul veribdir. İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi, yeni tərəfdaşların tapılması, ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirlərini gücləndirmək də əsas prioritetlərdəndir. Belə ki, cari ilin ötən dövründə biri onlayn olmaqla 4 sahibkarlıq subyektinin və 1 ailə təsərrüfatçısının 18 nümayəndəsi 4 beynəlxalq əhəmiyyətli tədbirdə iştirak edib.
Muxtar respublikada özəl sektora göstərilən hərtərəfli diqqət və qayğının nəticəsidir ki, sahibkarlıq mühiti getdikcə daha sürətlə inkişaf edir, ümumi iqtisadiyyatda öz çəkisini artırır.
Mehparə Məmmədova
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi
Bölmənin digər xəbərləri
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
17-11-2020-18-25 Xəbərlər

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...
Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
17-11-2020-16-27 Rəsmi

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...
Ermənistan XİN rəhbərinin müavini də istefa verdi
17-11-2020-15-49 Xəbərlər

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...
Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı
17-11-2020-12-54 Xəbərlər

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...
Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib
17-11-2020-11-20 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...
30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır
17-11-2020-00-00 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...
Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib
16-11-2020-20-32 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...
Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”
16-11-2020-18-41 Xəbərlər

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
16-11-2020-18-19 Rəsmi

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı
16-11-2020-14-34 Xəbərlər

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...
Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi
16-11-2020-12-50 Xəbərlər

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
16-11-2020-11-26 Xəbərlər

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.
Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?
16-11-2020-10-35 Xəbərlər

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...
Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb
16-11-2020-09-48 Xəbərlər

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...
Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
16-11-2020-09-00 Xəbərlər

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...
General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir
15-11-2020-16-46 Xəbərlər

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...
Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib
15-11-2020-15-21 Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...
Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır
15-11-2020-15-11 Xəbərlər

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...
Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar
15-11-2020-14-24 Xəbərlər

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...
Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb
15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...
Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb
14-11-2020-17-56 Xəbərlər

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...
Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan
14-11-2020-15-55 Xəbərlər

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...
Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi
14-11-2020-12-45 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...
Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur
14-11-2020-11-24 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib
14-11-2020-11-05 Xəbərlər

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...
Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib
13-11-2020-16-05 Xəbərlər

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...
Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib
13-11-2020-14-57 Xəbərlər

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...
Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi
13-11-2020-12-18 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...
Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
13-11-2020-10-50 Xəbərlər

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...
Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib
13-11-2020-09-24 Xəbərlər

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...