Azərbyacan xalqının milli oyanışında və ictimai fikir tarixində önəmli hadisə olan anadilli mətbuatımızın yaradılmasının növbəti yubileyi də mürəkkəb pandemiya şəraitinə baxmayaraq, ölkəmizdə təntənə ilə qeyd edilir.

Xalqımız özünün mətbu söz tarixinə bir daha nəzər salır, maarifçilik və istiqlal düşüncəsinin yayılmasında, dövlət müstəqilliyinin bərpasında və möhkəmlənməsində milli jurnalistikamızın oynadığı misilsiz rolu göz önünə gətirdikcə, haqlı olaraq, öyünc duyur.

Azərbaycan milli mətbuatının 145 illik yubileyi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir: “145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qa­baqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”.

Milli mətbuatımızın qaranquşu olan “Əkinçi” qapadıldıqdan sonra Həsən bəy Zərdabiyə bir daha ana dilində jurnalistika ilə məşğul olmaq imkanı verilmədi. “Ziya” və “Kəşkül” kimi nəşrlərin fəaliyyəti də uzun sürmədi. Bundan sonra 12 il ana dilində heç bir nəşr işıq üzü görmədi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları ana dilində qəzet və ya jurnallar çıxarmaq üçün dəfələrlə hökumət dairələrinə müraciət etdilər. Lakin çar hökuməti Azərbaycanda maariflənmə kimi, mətbuatın da inkişafına mane olur, buna imkan vermirdi. Ona görə də Azərbaycan əhalisi Yaxın Şərq ölkələrində çıxan mətbuat orqan­larını mütailə edirdi.

Lakin çar hökuməti müsəlman vətəndaşların yad təsirlərin altında qalmasına da göz yuma bilməzdi, ona görə də bu sahədə bəzi güzəştlərə getmək məcburiyyətində qaldı. Belə bir dözülməz şəraitdə çarizmin irəli sürdüyü maneələri aşmaq cəhdi XX əsrin ilk illərində fədakar maarifçi Məhəmməd ağa Şah­taxtlıya nəsib oldu. O, Parisdən qayıdaraq 1902-ci il aprelin 2-də Rusiyanın Mətbuat işləri üzrə baş idarəsinə xahişnamə ilə müraciət etdi. Böyük çətinliklərlə ana dilində “Şərqi-Rus” adlı qəzetin Tiflisdə nəşrinə icazə ala bildi. Böyük maarif fədaisi burada “Məhəmməd ağa Şahtaxtinski mətbəəsi” adlı bir mətbəə də təşkil etdi.

1903-cü il martın 30-da xal­qımızın mədəniyyəti tarixində, mətbuatımızın tarixində əlamətdar bir hadisə baş verdi: həmin gün zi­yalılarımızın çoxdan bəri həsrətlə gözlədikləri əsrin ilk milli mətbuat nümunəsi meydana çıxdı. “Şərqi- Rus” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi xəbəri böyük əks-səda verdi.

Beləcə, XX əsrin əvvəllərində xalqın milli-mənəvi inkişafı uğrun­da hərəkat daha da genişlənmiş oldu. Bu gəlişmələrdən ruhlanan böyük ədib yazırdı: “Güman edirəm ki, bütün müsəlman ziyalıları, həmçinin, ümumiyyətlə, zəhmətkeş, tərəqqiyə can atan kiçik xalqımızın inkişafı­nın insanpərvər dostları məni müdafiə edəcək və bu işin mədəni əhəmiyyətini layiqincə anlaya biləcəklər”. Böyük satirik şairimiz Sabirin “Dindirir əsr bizi dinməyiriz, atılan toplara diskinməyiriz” – de­diyi bir dövrdə – çarizmin istismarı, cəhalət və xurafatın tüğyan etdiyi şəraitdə “Şərqi-Rus” qəzeti dövrün mütərəqqi ziyalılarını öz ətrafına toplayaraq zülm altında əzilən xalqların xoşbəxt həyat arzularının tərcümanına çevrildi. Bu orqan XX əsr anadilli mətbuatın, milli mədəni birliyin ilk qaranquşu oldu.

“Şərqi-Rus” 1905-ci il yan­varın 15-dək nəşr olunmuşdur. M.Şahtaxtlı Peterburqa getməsi ilə əlaqədar 1904-cü ilin 23 noyabrından inanıb etibar etdi­yi Cəlil Məmmədquluzadəni öz yerinə müvəqqəti redaktor təyin etmiş, görkəmli ədibimiz qəzet bağlanana qədər bu vəzifəni icra etmişdir. Bu qəzetin mədəniyyət və ədəbiyyatımız tarixində çox böyük xidmətləri olmuşdur. Belə ki, Məmməd Əmin Rəsulzadənin xalqa müraciəti, Ömər Faiq Nemanzadənin dərin məzmunlu, alovlu publisistik əsərləri, Firudin bəy Köçərlinin ədəbi əsərləri, Cəlil Məmmədquluzadənin ilk mətbu əsəri olan “Poçt qutusu” hekayəsi bu qəzetdə nəşr olunmuşdu. Məmməd Səid Ordubadinin, Mirzə Ələkbər Sabirin, Abdulla Surun, Əliqulu Qəmküsarın ilk mətbu əsərləri də bu qəzetdə işıq üzü görmüşdü.

Cəlil Məmmədquluzadənin bir jurnalist kimi yetişməsində “Şərqi-Rus” ilk yaradıcılıq məktəbi rolunu oynamışdır. “Xatiratım”da o, bu hadisəyə belə qiymət verir: “Möhtərəm ədibimiz M.Şahtaxtlı öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi”.

“Şərqi-Rus” iki ildən az bir müddət çap olunmasına bax­mayaraq, Azərbaycan ictimai fikri tarixində, milli mətbuatımızın tarixində böyük bir hadisə olmuş­du. Böyük naşir “Şərqi-Rus”un fəaliyyəti ilə XX əsr Azərbaycan milli mətbuatına yol açdı. Bu qəzet, eyni zamanda, “Molla Nəsrəddin” jurnalının baş məşqinə çevrilmişdi.

O zaman Azərbaycanda mətbuat işində çalışan olmadığı üçün Məhəmməd ağa Şahtaxt­lı əvvəl həftədə 3 gün, sonra həftədə 5 gün nəşr olunan qəzet üçün ədəbi işçi, mürəttib tapa bil­mirdi. Bu iş üçün o, daha çox varlı­ğı ilə bağlı olduğu doğma torpaq­dakı, Naxçıvandakı həmyerlilərinin gücündən istifadə etməyə ça­lışırdı. Qəzet öz səhifələrində Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi, ədəbi mühitə də qayğı göstərir, nəzm və nəsr yazanları həvəsləndirirdi. Təsadüfi deyildir ki, yuxarıda da qeyd etdiyimiz kimi, böyük satira ustası Mirzə Cəlilin mətbuat dünyasına gətirən yol “Şəri-Rus”dan başlayırdı.

Məhəmməd ağa digər Naxçı­van ziyalıları ilə də əlaqə saxla­yır, məktublaşır, onları qəzetin redaksiyasına cəlb etmək istəyirdi. Görkəmli ədib xüsusilə o dövrün tanınmış Naxçıvan ziyalıların­dan Məhəmməd Tağı Sidqini, Qurbanəli Şərifzadəni qəzetdə işləməyə, onunla əməkdaşlıq etməyə dəvət edirdi.

M.T.Sidqi əziz dostunun Tiflisə qəzet redakiyasında işləməyə dəvətini ailə vəziyyəti ilə əlaqədar qəbul etməmiş, ancaq Naxçıvan­da yaşayıb qəzetin abunə işlərinə kömək etmiş, qəzetdə sanballı məqalələrlə iştirak etmişdir. Bunu Sidqinin M.Şahtaxtılıya yazdığı məktublarda da müşahidə edirik.

Pedaqoji fəaliyyətlə yanaşı, publisistika, jurnalistik fəaliyyətlə də məşğul olan M.T.Sidqi dövrün bir sıra mətbuat orqanlarında çıxış etmiş, əsl mənada qəzetçi kimi tanınmışdı. Ona görə də ana dilində “Şərqi-Rus” qəzetinin nəşri xəbəri böyük maarif xa­dimini ürəkdən sevindirmişdi. M.T.Sidqi qəzetin nə vaxt işıq üzü görəcəyini, bunun milli tərəqqi yo­lunda mühüm bir hadisə olacağını “Şərqi-Rus”un redaktoruna yazdığı məktubda önəmlə vurğulayırdı: “Az müddətdən sonra “Şərqi-Rus” qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq və bilik və mərifət çırağı cəhalət çölündən səadət-xoşbəxtlik sarayına apa­racaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır”.

Görkəmli publisist milli dildə, ana dilində qəzetin nəşri xəbərini böyük sevinclə qarşıla­dığını bəyan edərək göstərirdi ki, həqiqətən bu xoş xəbər bütün elm və mədəniyyət xadimlərinə, xüsusilə, bu vilayətin bütün elm sahiblərinə yeni bir ruh və sevinc bəxş etmişdir. İnsana elə gəlirdi ki, guya Şərqdə yeni günəş doğdu və ulduzlar parladı.

O, redaktoru bu münasibətlə ürəkdən təbrik etmiş, bundan son­ra Azərbaycan dilində milli qəzetin nəşrinin millətin alim və ədibləri ilə “avam və cahilləri arasında vasitə olub nəşri-maarifə” davam edəcəyinə ümidvar olduğunu bildirmişdi. Maarifçi ədibin qəzetdə nəşr etdirdiyi bir neçə məqalə, xüsusilə, “Qazetə, yaxud qəzet nədir” məqaləsi diqqəti cəlb edir: “Xülasə, uzun bir mərəkə...və illa yerdə qalan əhalinin hamı­sı qəzetədən rugərdan olub və bəlkə qazet kəlməsindən tənəffür edirlər. Bu günə müsəlmanlar arasında ərəbi olsun, farsi olsun, türki olsun, adına ki, qazet dedin iş tamamdır. Ondan sonra hər nə desən məhəlli-etina və layiqi-təvəccöh deyildir”.

Böyük təəssüf hissilə qeyd etməliyik ki, görkəmli pedaqoq və publisist Məhəmməd Tağı Sidqi cəmi 49 il ömür sürmüşdür. Sidqi­nin qəflətən vəfat etməsi bütün zi­yalıları yasa boğduğu kimi, “Şərqi- Rus”un əməkdaşlarını da dərindən kədərləndirmişdi. Təsadüfi deyildir ki, burada Sidqinin ölümü ilə əlaqədar bir sıra yazılar, vida məqalələri çap olunmuşdu.

“Şərqi-Rus”un ədəbiyyat aləminə təqdim etdiyi istedadlı gənclərdən biri də yuxarıda adını çəkdiyimiz görkəmli tarixi roman ustası M.S.Ordubadi olmuşdur. Şair Hacağa Fəqir Ordubadinin ailəsində yetişmiş Məmməd Səid uşaqlıqdan poeziya həvəskarı idi. M.Sidqinin yetirməsi olan Məmməd Səidin təbrik mövzu­sunda ilk mətbu şeiri də “Şərqi- Rus”da işıq üzü görmüşdü. Şairin “Şərqi-Rus” qəzeti ilə əməkdaşlığı onun yaradıcılığına müsbət təsir göstərmişdi. Səid bu illərdə mütaliəyə böyük həvəs göstərir, özünün yazdığı kimi, şeirə və yazı­çılığa marağı gündən-günə artırdı, 1904-cü ildə “Qəflət” əsərini yazıb bitirmişdi.

Naxçıvanın tanınmış ziyalıla­rından Əyyub ağa Kəngərlinski də “Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq edirdi. Səbur təxəllüsü ilə şeirlər yazan Ə. Kəngərlinski qəzetə şeiri ilə yanaşı göndərdiyi təbriknaməsində bildirirdi: “Müddətlərcə intizarını çəkdiyimiz “Şərqi-Rus” qəzetəsi şükr olsun ki, mətbuat aləminə qədəm qoydu və bu səadətli gündə bizim ana dilimizdə və milli lisanımızda nəşr olunan ruznaməyə həsrət olan gözlərimiz onun mütaliəsi ilə işıq­landı. Şad ol gözüm, həmişə ki, şad eylədin məni!”

Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri kimi şair-dramaturq Hüseyn Cavid də XX əsrin ilk anadilli qəzetinin nəşrini alqışlayanlardan biri olmuşdur. Qəzetin nəşr olunduğu illərdə Cənubi Azərbaycanda- Urmiyədə müvəqqəti yaşayan görkəmli sənətkar Tiflisdən uzaqlarda olmasına baxmayaraq, qəzetin ən fəal oxucularından biri idi və bu mətbuat orqanında üç publisistik məqalə ilə çıxış etmişdir.

Cavid əfəndinin “Naxçıvandan təbsirə” başlığı altında başqa bir publisistik məqaləsi qəzetin 27 av­qust 1904-cü il tarixli nömrəsində dərc olunmuşdur. Müəllif əvvəlki məqaləsindəki fikirləri burada davam etdirir, islam tarixinə nəzər salır. Son dövrlərdə elmi və texniki inkişaf sahəsində Avropa­nın Şərqdən xeyli irəli getdiyini göstərir. Bu inkişaf oxumaq və ma­arif sayəsində həyata keçirilmişdir deyə yazır. Bu sahədə gənclərə dil öyrənməyin vacibliyini tövsiyyə edir.

Görkəmli satirik şair və jur­nalist Əliqulu Qəmküsar məşhur Molla Nəsrəddinçilərdən biri kimi tanınır. Amma onun ilk mətbu əsərləri hələ 1903-cü ildə XX əsrin ilk Azərbaycan dilli mətbuat orqanında-”Şərqi-Rus”da işıq üzü görmüşdü. Naxçıvanda yaşadığı dövrdə o, “Şərqi-Rus” qəzeti ilə sıx əlaqə saxlayırdı. Yaşadığı bölgədə rast gəldiyi hadisələri, təsadüf etdiyi problemləri qəzetdə işıqlandırırdı. Onun “Culfadan” sərlövhəli pubsisit yazılarında qəflət yuxusu, cəhalət, mövhumat, fanatizm qətiyyətlə tənqid olunur­du. “Şərqi-Rus”un təsirilə artıq qəflət əleyhinə mübarizə kütləvi və kəskin xarakter almış, qələm əhlinin mənəvi borcuna çevrilmiş­di. Ə.Qəmküsarın “Culfadan” adlı silsilə publisistik məqalələrinin birində epiqraf kimi verilmiş “Dinəndə yandı dilim, dinməyəndə dil yandı; nə dərdi gizlədə bildim, nə aşikar elədim” beyti təkcə bir müəllifin deyil, bütövlükdə qəzetin, ziyalıların ədəbi mövqeyini ifadə edirdi.

“Şərqi-Rus” və onun naşiri böyük maarif fədaisi M.Şahtaxtlının ədəbi-elmi yaradıcılığı, publisistik irsi sovet dövrü ədəbiyyatşünaslığında, demək olar ki, öz layiqli qiymətini almamışdır. Nə yaxşı ki, Naxçıvan Ali Məclisinin Sədrinin 27 fevral 2006-cı il sərəncamı ilə böyük maarif fədaisinin anadan olmasının 160 illiyi qeyd olunmuşdur. Həmin sənəddə göstərildiyi kimi, Məhəmməd ağa Şahtaxtlı mədəniyyətlərin yaxınlaşmasına, Qərb maarifçiliyinin ən yaxşı ənənələrinin Azərbaycana gətirilməsinə çalışmış, xalqımızın maariflənməsi və mətbuatın tərəqqisi yolunda səyini əsirgəməmişdir.

Görkəmli ədibin seçilmiş əsərləri ilk dəfə nəşr olunmuş, elmi irsi milli müstəqilliyimizin verdiyi imkanlar səviyyəsində tədqiq edilmişdir. Naxçıvan şəhərindəki kitab evinə onun adı verilmişdir. Doğma diyardakı küçələrdən biri maarifçi ədibin adını daşıyır. Eyni zamanda, anadan olduğu Şahtaxtı kəndində Şahtaxtinskilərin ev muzeyi təşkil olunmuşdur.

Bu günlərdə yaradılmasının 145 illiyi tamam olan milli mətbuatımızın tarixinə adı XX əsrin ilk anadilli mətbuat orqanı, ilk dəfə həftədə 3 və 5 dəfə çıxan gündəlik qəzet kimi daxil olan “Şərqi-Rus” öz ictimai amalı və təcrübəsi ilə sonrakı dövrdə mətbu fəaliyyətin artıb-çoxalmasına ciddi təkan vermiş, jurnalistika salnaməmizi zənginləşdirmiş və şərəfləndirmişdir.

Əbülfəz QULİYEV,
AMEA-nın müxbir üzvü, professor

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...