“Təbiət ana qucağıdır” ifadəsini əbəs yerə işlətməyiblər.

Çünki orada gözəllik də var, rahatlıq da, dinclik də. Bəlkə də elə buna görə insan işdən-gücdən yorulan kimi təbiətin qoynunda olmaq, orada dinclik tapmaq istəyir. Ağac kölgəsi, bulaq şırıltısı, çay zümzüməsi, göy  çəmənlər, gül-çiçəklər ruha sakitlik və xoş duyğular bəxş edir. Təbiətin varlığı, onun bütün gözəllikləri yer üzünün əşrəfi sayılan insan üçündür. Yer üzündə nə qədər gözəlliklər varsa, ulu tanrı  bunları  Ordubad torpağına  bəxş etməkdə xəsislik etməyib. Hər qarışı füsunkar, cənnətməkan olan Ordubadın  təbiət gözəllikləri yay fəslində daha çox  hiss  olunur. Uca dağları, şiş qayaları, çayları, gölləri,  şəlalələri  bura yolu düşənləri ovsunlayır.  Rayonun  ucqar kəndləri olan Tivi, Bist, Xurs, Ələhi, Parağa, Unus və Pəzməri kəndləri isə adı çəkilən gözəlliklər seyrəngahıdır desək, yəqin ki, yanılmarıq. 

İnsana sanki bir nağıl təsiri bağışlayan, uca dağlar qoynunda yerləşən Unus  kəndinin havası təmiz, təbiəti füsunkardır. Kənddən axan Gərdəni  çayı, baldırğanlı dərələr, istirahət məkanları, bir də şəlalələri  turizm potensialından xəbər verir. Kənd sakinləri son illər  bu sahədən də gəlir götürə bilirlər. Belə ki, bura gələn qonaqlar həm kənd evlərində qalır, həm də sakinlərin hazırladıqları təbii məhsullardan alıb aparırlar. Tez-tez  bu gözəllikləri görmək üçün muxtar respublikamızın başqa bölgələrindən bu yerlərə turlar təşkil olunur. İsti  yay günlərində belə turların birinə mən də qoşuluram. Culfa-Ordubad  magistral yolundan sola qıvrılan  avtomobil Ordubadın bu istiqamətdəki  neçə-neçə kəndini keçdikdən sonra Unus kəndinə çatır. Yayın isti günlərində səhərlər günəşi buralarda qarşılamaq, kəndin ortasından axan çayın kənarındakı şehə-suya bələnmiş otların, çiçəklərin ətrini  duymaq və çay boyunca  yerimək ruha sığal çəkir.

“Un”, “su”- bolluq, bərəkət mənasını verən  Unus kəndinin yuxarısında “Çimənək” piri yerləşir. Ziyarətgahın olduğu ərazi həm də yaz-yay aylarında insanların istirahət yeridir. Yerli sakinlər tərəfindən  burada müəyyən istirahət guşələri yaradılıb. “Çimənək”  pirini  ziyarətə gələn  insanlar mütləq  bir qədər aralıda yerləşən şəlaləyə də baş çəkir, bu təbiət möcüzəsinə tamaşa edirlər.

Unus kəndinin bir addımlığında yerləşən Pəzməri kəndi də eyni adlı şəlaləsi ilə ölkə miqyasında tanınan yaşayış məntəqəsidir. Bu kəndin adı, füsunkar təbiət gözəllikləri haqqında çox eşitsəm də, yolum buralara ilk dəfə düşürdü. Kənddən üzü  dağlara sarı yol alanda qeyri – adi təbiət gözəllikləri ilə qarşılaşdıq. Uzaqdan  baxanda hər bucaqda bir şəlalə gözə dəyirdi. Coşqun axan dağ çayları yüksəkliklərdən tökülərək bu təbiət incilərini yaradıb. Qar və bulaq suları ilə qidalanan Ayıçınqıllı çayının  Vənənd çayına  töküldüyü yerdə  yaranan  Pəzməri şəlaləsi  uzaqdan peşəkar bir rəssamın yağlı boya ilə işlədiyi rəsm əsərini xatırladır. Dəniz səviyyəsindən 2161 metr yüksəklikdə yerləşən Pəzməri şəlaləsi Naxçıvan Muxtar Respublikasındakı ən böyük və bolsulu şəlalədir. Yaxın, uzaq ellərdən insanları yaz-yay aylarında Pəzməri kəndinə gətirən təkcə kəndin sərin havası, gözəl təbiəti deyil, eyni zamanda  bu füsunkar abidədir. Dağlarda çağlayan  neçə-neçə bulaqdan su alan, 25 m yüksəklikdən tökülən Pəzməri şəlaləsinə çatmaq bir qədər  çətin olsa da, bu əziyyətə qatlaşıb şəlalənin yanına getməyə dəyər. Şəlalə Pəzməri kəndindən 4-5 km aralıda yerləşir. Daşlı, qayalı dağlardan  bir qədər aşağı endikcə şəlalənin səsi eşidilir və  biz bu təbiət gözəlliyini görməyə tələsirdik... Dərəyə endikdə isə  ağ gəlin libasına bürünən  bu gözəllik qarşısında heyrətimizi gizlədə bilmədik.  Cənnət dedikləri bu ola gərək... Ətrafa çilənən  su damcıları  yağış damlalarını xatırladır. Lakin bu yağış damlaları səmadan deyil, bir qayadan, bir təbiət incisindən ətrafa çilənir. Haylı-küylü bu təbiət incisinin səsi gözəl bir nəğmədir. Sanki  sözsüz bir mahnı oxuyur, bu mahnının musiqisini isə  tanrı özü bəstələyib. Qeyri-adi, bir qədər də təlatümlü olan bu səs insan ruhuna sakitlik bəxş edir, mənfi emosiyaları uzaqlaşdırır.  Özünü qayalardan atan, görkəmindən ətrafa  inci səpələyən  şəlalə ölkəmizin hər yerində, habelə dünyada tanınır. Yaz, yay aylarında yamyaşıl təbiət qoynunda ətrafa bəxş etdiyi sərinlik, soyuq qış aylarında isə buz bağlayan görkəmi ilə insanları heyrətləndirən  şəlaləni görməyə gələnlər onun altında, sərt qayaların, daşların əhatəsində  fotoşəkillər çəkdirir, yaşadıqları anı ölümsüzləşdirirlər. 

Pəzməri şəlaləsindən bir qədər yuxarıda-Qaplançayın üzərində eyniadlı daha bir şəlalə var. Ensiz dağ yolu ilə  bu şəlaləyə qalxmaq insana xüsusi zövq verir. Qaplançay şəlaləsi o qədər də hündür deyil. Pilləvari görünüşü ilə diqqət çəkən şəlalənin başı isti yay aylarında həmişə qonaq-qaralı olur. Bu təbiət incisinin sorağına gələnlər bumbuz suyunda ayaq saxlayıb fotoşəkillər çəkdirir, şəlalənin sahilində yaradılan istirahət  guşəsində dağların saf bulaq sularından dəmlənən samovar çayından içir, təbiətin füsunkar mənzərəsinin seyrinə dalırlar. Ağappaq şəlalənin gözəlliyinə tamaşa edən və onun ətrafında dincələn qonaqlar isə bura yenə qayıdacaqlar. Qayıdacaqlar ki, bu gözəllikləri  bir də görsünlər. Buralardan atlarla dağları səyahətə çıxmaq,  baldırğanlı dərələrdən keçmək, dağlardakı kəklikotundan yığmaq insan oğluna zövqü-səfa bəxş edir.  

Bir də buralarda olanda qəribə bir duyğu insana hakim kəsilir. Bir azdan yay fəsli də sona çatacaq, sonra payız, sonra qış gələcək. Qış aylarında təbiətdəki sakitlik şəlalələrin də hüsnünə çökəcək, suları buz bağlayacaq... Amma bu hal çox çəkməyəcək. Sonra yenə bahar gələcək, günəşin isti şəfəqləri buz bağlamış şəlalələrin də  donunu açacaq. Beləcə,  bu füsunkar  təbiət gözəllikləri də ahəngini pozmayacaq, daha gur çağlayacaq.

Türkanə Əmoyeva

NUHÇIXAN

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...