Qurban islamda hicrətin ikinci ilində Allah tərəfindən əmr edilibdir. İslama görə, qurban “Allaha yaxınlaşdıran şey” mənasına gəlir.

Qurban - Allah rizası üçün müəyyən olunmuş günlərdə qoyun, keçi, dana və dəvənin kəsilməsinə deyilir.

Quranda Allaha qurbanın kəsilməsi haqqında bir neçə ayə (əl-Bəqərə - 2:196; Həcc - 22:34; Kövsər - 108:2) yer alıbdır ki, qurbanlıq cütdırnaqlı heyvanlar hər il Zülhiccə ayının 10-da keçirilən Qurban bayramı günləri kəsilir. Həmçinin, Qurani-Kərimin bir neçə ayəsində (əl-Ənam - 6:143-144; əz-Zumər - 39:6) qurbanlıq heyvanların məziyyətlərindən bəhs edilir.

Qurbanlıq heyvanların kəsilməsi ilə bağlı mövcud vəziyyət

Bəzən qəssablar və digər şəxslər baytar həkimlərinin iştirakı olmadan qurbanlıq heyvanları kəsdiyi üçün heyvanların kəsimdən əvvəl və kəsimdən sonrakı müayinəsi aparılmır, bununla da insanların sağlamlığı təhlükə altında qalır.

Elmi və dini ədəbiyyatlarda qurban kəsiləcək heyvanların kateqoriyası, onların alqı-satqısı, kəsilmə qaydaları və tullantıların təmizlənməsi məsələləri tam araşdırılmayıb müəlliflər tərəfindən bəzən bir-birini təkzib edən və baytar-sanitar tələblərə cavab verməyən mülahizələr yürüdülməkdədir. Qurbanlıq heyvanlara acı çəkdirmədən onların kəsim üsuluna müvafiq olaraq onların kəsilmə qaydaları, habelə tullantıların təmizlənməsi mühüm elmi, dini, ictimai və praktik əhəmiyyət kəsb edir. Koronavirus (COVİD-19) infeksiyası və digər xəstəlik ağırlaşmalarının baş verdiyi hallarda bu problemlərin öyrənilməsi aktuallığı ilə seçilir.

Qurbanlıq heyvanların kateqoriyaları

Dini baxımdan inək, dəvə, qoyun və keçinin həm erkəyindən, həm də dişisindən qurban ola bilər. Bəzən camışların da qurbanlıq heyvan qismində kəsilməsi adətinə ədəbiyyatlarda rast gəlinir.

Qurbanlıq heyvanların seçilməsi və alınması

Heyvan varlığının davamı kimi əvvəlcə erkək heyvanların qurbanlıq qismində kəsilməsi təşviq edilməlidir. Bu heyvanların bütün orqanları qüsursuz və yaş baxımından uyğun olmalıdır. Bu səbəblə qoyun və keçi 1 yaşını, qaramal 2 yaşını, dəvə isə 5 yaşını tamamlamasa, qurban qismində kəsilə bilməz. Ancaq qoyun (quzu) 6 aylıq olduğu halda bir yaşındakı kimi cüssəli və orta köklük dərəcəsində, yəni fizioloji inkişafını tamamlamışsa, qurban edilə bilər.

Heyvanların canlı müayinəsi quduzluq, çiçək, dabaq, qarayara və süngərvari ensefalopatiya (dəli dana) xəstəliyi kimi zoonoz xəstəliklərin diaqnostikasında mühüm rol oynayır. Ayrıca heyvanların ümumi vəziyyəti, bəslənməsi, irqi, yaşı və cinsi kimi xüsusiyyətlərə də diqqət yetirilməlidir.

Bir çox insanlar qurbanlıq heyvanları fərdi təsərrüfatlarında saxlayıb bəsləyir və Qurban bayramında onu niyyət edərək kəsib istifadə edirlər. Bəzən də elə olur ki, qurban edən şəxsin özü heyvan saxlamır və bəsləmir, yalnız Qurban bayramı günü qurbanlıq heyvanı satın alaraq onu özü kəsir və ya inandığı bir şəxsə kəsdirir. Bu cür durumlarda sağlam qurban əti əldə etmək üçün üç təməl meyara diqqət yetirilməsi zəruridir:

1) kəsiləcək heyvanın sağlam və bəslənmiş olması;

2) kəsimin gigiyenik şəraitdə aparılması;

3) ətin gigiyenik və uyğun şəraitdə doğranılması və paylanması.

Qurbanlıq heyvan satın alınarkən aşağıdakı xüsusiyyətlərə diqqət edilməli, bunlardan biri və ya bir neçəsi olan heyvanlar satın alınmamalı və qurban qismində kəsilməməlidir:

  1.  baytarlıq şəhadətnaməsi, sürü siyahısı (qaimə) və yol jurnalı olmayan;
  2. pasportu (heyvan kimliyi) və kəsim haqqında arayışı olmayan;
  3. çox zəif, gözləri içəri batmış;
  4.  boğaz heyvan;
  5.  yenicə doğmuş (süd verən);
  6. yüksək hərarəti olan;
  7. çox gənc və əti yetişməmiş;
  8. tükləri qarışıq və pırpızlaşmış;
  9. baxışları və ümumi görünüşü canlı olmayan;
  10.  pis qoxulu ishalı olan;
  11.  öskürək, tənəffüsün çətinləşməsi, ağızdan selik gəlməsi, gözdə və (və ya) burunda axıntısı olan və s.

Yuxarıda göstərilən xəstəlik əlamətləri və ya onlardan fərqli qüsurlar və patoloji vəziyyətlər nümayiş etdirən heyvanlar aşkar edildikdə həmin heyvanlar qurbanlıq qismində alqı-satqı müqaviləsinin predmeti kimi satın alına və kəsilə bilməz. Lakin heyvanın doğularkən buynuz çıxıntıları yerinin olmaması, çaş, bir qulağının dəlik və ya yırtılmış olması heyvanın qurban edilməsinə mane olmayan qüsurlardır. Eyni zamanda yuxarıda göstərilən xəstəliklərə yoluxmuş heyvanlar sağaldıqdan, qüsurları, patoloji və fizioloji vəziyyətləri aradan qaldırıldıqdan sonra onların qurbanlıq heyvan qismində alqı-satqısına və kəsilməsinə yol verilir.

Qurbanlıq heyvanların kəsiminə verilən məhdudiyyətlər və kəsimə hazırlıq

Qurbanlıq heyvanlar insanların kütləvi toplaşdığı, habelə park, bağça, küçə və qanunla qadağan olunmuş digər yerlərdə kəsilməməlidir.

Qurbanlıq heyvana əzab verməklə, küt alətlə başını kəsmək qadağandır. Həmçinin, bir heyvanın yanında digərini kəsmək, heyvanın gözü qarşısında kəsim üçün istifadə olunan alətləri itiləmək qadağan edilir.

Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların xəstələnməməsi üçün bayrama 7-10 gün qalmış onların yem rasionunu dəyişdirmək olmaz. Heyvanları kökəltmək və ya xəstəlik səbəbi ilə onlara müxtəlif dərman, peyvənd, vitamin, hormon və ya hormona bənzər maddələr verilməməlidir.

Qurbanlıq heyvanın gündüz kəsilməsi uyğun, bayramın birinci günü kəsilməsi daha fəzilətlidir.

Kəsimdən əvvəl heyvanlar ən azı 6 saat aclıq rejimində saxlanılır. Bir çox hallarda qurbanlıq heyvanlara kəsim anına qədər su verilir. Bu mədə-bağırsaq traktının boşalmasına, yaxşı qansızlaşmaya, ətin yetişməsinə, uzun müddət saxlanılmasına və dərinin tez çıxarılmasına (soyulmasına) səbəb olur.

Qurbanlıq heyvanların kəsimi

Qurbanlıq heyvanların kəsimi texniki və gigiyenik şəraiti olan uyğun bir ət kombinatı və ya kəsim məntəqəsində aparılmalıdır. Əgər belə bir imkan yoxdursa, kəsim təmiz bir yerdə aparılmalıdır. Buna qapıda kəsim və ya həyətyanı sahədə kəsim də deyilir.

Bəzən Qurban bayramında yox, insanlar il ərzində öz mülahizələrinə uyğun olaraq Əshabi-Kəhf kimi ziyarətgah və pirlərdə də qurban kəsməli olurlar. Göstərilən baytar-sanitar qaydalar eyni qaydada həmin qurbanlıq heyvanların da kəsiminə şamil edilir.

Qurbanlıq heyvanların kəsilməsinin müxtəlif üsulları arasında iki fərqli üsul mövcuddur. Əsas üsul – uzadılaraq (üfüqi vəziyyətdə) kəsim ölkəmizdə geniş tətbiq edilən üsuldur, şəriətdə buna zebh kəsimi də deyilir. Digər bir üsul dik (şaquli vəziyyətdə) kəsimdir. Dik vəziyyətdə kəsim zamanı xəncər heyvanın boğaz nahiyəsindən soxularaq ürəyə doğru aparılır və damarlar bazu-baş kötüyü ilə aorta qövsünə çatanadək kəsilir ki, bu da qısa müddətdə (8-10 saniyə ərzində) qansızlaşmaya səbəb olur. Zebh kəsimi ilə nəhr kəsimi arasındakı əsas fərq də bundan ibarətdir. Dik vəziyyətdə kəsimin başqa forması şəriət qaydaları ilə dəvənin kəsilməsi üsuludur ki, buna nəhr deyilir.

Qurbanlıq heyvanın kəsim yeri müəyyənləşdirildikdən sonra qan töküləcək yer yarım metrədək dərinlikdə qazılır.

Qurban bayramı namazından sonra heyvanın üzü Qibləyə tərəf, yəni sol tərəfi yerə doğru, sağ tərəfi isə üstdə olmaqla heyvanın başı tutularaq ayaqları möhkəm iplə təsbit edilir. Qoyun və keçilərin üç ayağı təsbit edilir, üst tərəfdə qalan arxa ayağı isə köməkçi şəxs tərəfindən tutulur. Bəzən heyvanın gözləri parça ilə örtülür. Qiblənin istiqaməti belə təyin edilir: üzümüzü cənub istiqamətinə tutub sol qolumuzu çiynimiz səviyyəsinə qaldırıb gün çıxan tərəfə, sağ qolumuzu isə çiynimiz səviyyəsinə qaldırıb gün batan tərəfə tutub saxladıqda, üzümüz namaz qıldıqda olduğu kimi, düz Qibləyə tərəf tutulmuş olur. Qiblənin təyin edilməsinin digər üsulları da mövcuddur. Bundan sonra qəssab və ya heyvan kəsən şəxs niyyət edərək Allahın adını çəkir, yəni “Bismillah” və ya “Allahu Əkbər” deyir. Bu zaman qurban edən şəxs inanıb etibar etdiyi qəssab və ya heyvan kəsən şəxsin yanında olması və onun da niyyət edərək bu sözləri deməsi tövsiyə olunur. Bir çox hallarda bu sözlərdən sonra qurban duası oxunur və bundan sonra heyvanın başının kəsilməsinə başlanılır. Qəssab və ya heyvan kəsən şəxs heyvanın başının asan kəsilməsi üçün onu arxa tərəfə elə gərir ki, sanki Qiblə tərəfdən çəkilən düz xətt heyvanın kəsilməli olan orqanlarından ardıcıllıqla keçib iliyi vurulan nöqtədə bitsin. Bunun üçün heyvanın başına mümkün qədər yaxın olan nahiyədə - alt çənə bucağının arxasından dəri və dərialtı toxuma ilə birlikdə qırtlaq baş tərəfdə qalmaq şərtilə, nəfəs borusu, qida borusu, vidaci venalar və yuxu arteriyaları ardıcıllıqla və bir dəfəyə bıçaq ənsə sümüyü ilə birinci boyun fəqərəsi - atlas arasındakı atlas - ənsə oynağına çatanadək kəsilir və bu vəziyyətdə qanın tam axması gözlənilir. Qansızlaşma kəsim anından etibarən qoyun və keçilər üçün 5-6 dəqiqə, inək və dəvələr üçün 8-10 dəqiqə davam edir. Bu müddətdə onurğa sütunu daxilindəki fəqərə arteriya və venası beyinə qan daşımağa davam edərək heyvanın ölümünü iliyi kəsilənədək gecikdirməklə yaxşı qansızlaşmaya səbəb olur. Yalnız qansızlaşma bitdikdən sonra qurbanlıq heyvanın iliyi kəsilə və üzü Qiblə tərəfindən başqa səmtə çevrilə bilər. İliyin kəsilməsi - başın atlas-ənsə oynağından - ənsə sümüyü ilə birinci boyun fəqərəsi atlas arasından kəsilməsi, yəni baş beynin onurğa beynindən ayrılması deməkdir. İlik kəsilən zaman heyvanın ayaqları və bədənindəki bəzi əzələlərin titrəməsi müşahidə olunur.

Qansızlaşma bitdikdən sonra heyvanın ayaqları açılır, iliyi kəsilir, heyvanın başı və ayaqları ayrılır. Dərinin soyulma xətləri çəkilərək onun düzgün və zədəsiz soyulmasına başlanılır. Soyma zamanı dərinin çirkli tərəfi və qəssabın dərini tutan kirli əli ətə dəyməməlidir.

Qoyun və keçilərin dərilərinin asanlıqla soyulması üçün dərilərinin altına xüsusi cihazla hava vurularaq heyvan şişirilir. Qəssab və ya heyvan kəsən şəxsin pülüyərək heyvana hava vurması, bioetik qaydalara zidd olduğu üçün yolverilməzdir.

Mədə möhtəviyyatının cəmdəyi bulaşdırmaması üçün, heyvan kəsildikdən sonra qida borusuna düyün (liqatura) vurulmalıdır. İşgənbə və bağırsaqlar 30-45 dəqiqədən gec olmayaraq çıxarılmalı, daxili orqanların normal görünüşdə və formada olmasına diqqət verilməlidir.

Ət kombinatı və ya kəsim məntəqələrindən kənarda aparılan kəsimlər

Ət kombinatı və ya kəsim məntəqələrindən kənarda aparılan qurbanlıq heyvanların kəsimində aşağıdakı xüsusiyyətlərə diqqət yetirilməlidir:

1) kəsim sağlam, anlaqlı və peşəkar şəxslər (qəssab və ya bu işi bacaran) tərəfindən aparılmalıdır. Kəsimi aparan şəxs gigiyenik qaydalara (təmiz paltar, maska, əlcək, çəkmə və s. geyinməlidir) əməl etməlidir. Əlində yara, sızanaq və s. olan insanlar heyvan kəsməməlidir. İstifadə olunan alətlər (bıçaq, balta, qarmaq, kötük və s.) təmiz, bıçaqlar son dərəcə iti olmalıdır. Hər kəsimdən sonra kəsim alətləri təmizlənməlidir;

2) keyfiyyətli ət əldə etmək üçün heyvanlar qışda ən azı 8, yayda isə 12 saat dincəldirilməli, kəsim qabağı stresə səbəb olan hallar aradan qaldırılmalı və qanın tam axıdılması gözlənilməlidir;

3) kəsim aparılan yer heyvan bəsləndiyi yerdən (axur, yataq yeri və s.) uzaqda yerləşməklə, üstü qapalı olmalı və ya çadırla örtülməlidir;

4) kəsim aparılan yer təmiz olmalı, tez təmizlənən və dezinfeksiya edilən avadanlıqlardan quraşdırılmalıdır. Kəsim yerində uyğun və yetərincə miqdarda təmizlik və dezinfeksiyaedici maddə olmalıdır. Əllər spirt tərkibli, bina, səthlər, yer və s. xlor tərkibli maddələrlə dezinfeksiya edilməlidir;

5) kifayət qədər keyfiyyətli soyuq və isti su olmalıdır;

6) mümkündürsə, heyvan keyləşdirilərək və asqıya alınaraq (keyləşdirildikdən sonra heyvanın arxa ayaqları bağlanaraq yuxarı qaldırılır və şaquli vəziyyətdə) kəsilməlidir. Bu durum ətin gigiyenası baxımından son dərəcə önəmlidir;

7) kəsimdən sonra kəsim yeri və onun ətrafı qan və tullantılardan tam təmizlənməli və dezinfeksiya edilməlidir. Yerdə su, qan və tullantılar qalmamalıdır;

8) kəsimdən sonra tullantıların toplanması və məhvi üçün ətrafın mühafizəsi işləri aparılmalı, tullantılar zibil qutularına atılmamalıdır. Baytar həkimlərinin icazəsindən sonra tullantılar bunun üçün xüsusi quraşdırılmış və “utilə” və ya “məhv edilməli” sözləri ilə işarələnmiş qablara toplanıb daşınmalıdır;

9) dəri soyulduqda həzm traktının möhtəviyyatı və dərinin tüklü hissəsi cəmdəyə, yəni gövdəyə bulaşdırılmamalıdır. Həzm orqanlarının yırtılmasından və ya dəlinməsindən sonra cəmdək möhtəviyyata bulaşdığı üçün çox təhlükəli olur. Əgər bulaşarsa, həmin nahiyə ilıq su ilə yuyulmalıdır;

10) qurbanlıq heyvanın dərisinin daşınması əsnasında qan sızmasına yol verilməməli və ətrafın çirklənməsinə səbəb olmamalıdır;

11) cəmdək, yaxud orqanlarda ola biləcək düyün, irinlik və kistlər partladılmamalı, lazımsız kəsişlər aparılmamalıdır. Bu vəziyyət həm cəmdəyi, həm də ətrafı çirkləndirir və xəstəlik törədicilərinin ətrafa yayılmasına səbəb olur;

12) məhv edilməli orqan və ya cəmdək hissələri pişik və itlərə yedizdirilməməli, ətrafa atılmamalıdır. Çünki bu vəziyyət xəstəliklərin, xüsusilə də parazitar xəstəliklərin dövriyyəsini davam etdirir və (və ya) xəstəlik törədicisi başqa yerlərə daşınır. Beləliklə, zoonoz (heyvanlardan insanlara yoluxan) və zoonoz olmayan bir çox xəstəlik ətrafa yayıla bilir. Bu səbəbdən xəstə və ya istifadə edilməyən orqan və ya cəmdək hissələri kilidlənən qapalı bir yerdə mühafizə edilməli, kəsimdən sonra hər hansı bir ət kombinatının və ya kəsim müəssisəsinin util sexinə daşınmalıdır. Əgər util sexinə göndərilməzsə, uyğun bir yerdə 1-2 metr dərinliyində quyu qazılmalı, orqan və ya cəmdək hissələri bu quyuya atılıb üzərinə yanıcı bir maddə tökülüb yandırılmalıdır. Bu da mümkün olmadıqda  tullantılar torpağa basdırılmamalı, sızdırmaz, davamlı, çox qalın polietilen torbalara qoyulmalı və ağzı möhkəm qapadılıb bağlanaraq bayram günləri və ya ondan dərhal sonra bələdiyyələrə və ya əlaqəli dövlət qurumlarına məxsus tullantıların emalı sexlərinə təhvil verilməlidir;

13) bioloji tullantıların zərərsizləşdirilməsi, utilizasiyası və məhv edilməsi zamanı baş verən ekoloji problemlərin və onların ətraf mühitə emissiyasının (yayılmasının) qarşısı alınmalıdır;

14) çarpaz kontaminasiyanın (sirayətlənmənin) qarşısının alınması üçün hər proses başa çatdıqdan sonra təmizlik işləri aparılmalı, alqı-satqı əsnasında sosial məsafə (1-2 metr) gözlənilməlidir;

15) cəmdək hissələrə - tikələrə doğranıldıqdan sonra üç bərabər hissəyə bölünüb birinci hissəsi yoxsullara, ikinci hissəsi qohum-qonşuya, üçüncü hissəsi isə qurban edən şəxsin özünə saxlanılmaq şərtilə təmiz qablara yığılaraq dərhal paylanmalıdır.

Qurban bayramı günlərində heyvanların kütləvi kəsimini nəzərə alaraq, həmin sahəyə baytarlıq nəzarətini həyata keçirən baytar həkimləri kəsim qabağı və kəsim sonrası bütün kəsim məhsullarının və xammalın - ət, daxili orqanlar, dəri və s. keyfiyyətinə nəzarəti təmin etməlidirlər. Bunun üçün onlara müvafiq şərait yaradılmalı, təchizat materialları ilə təmin edilməlidirlər. Bu həm xalq sağlığı, həm də qida təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi üçün çox önəmlidir.

Qurbanınız qəbul olsun!

                                                                      Yunis Rüstəmli   

Naxçıvan Dövlət Universitetinin

Baytarlıq təbabəti kafedrasının müdiri,

baytarlıq üzrə fəlsəfə doktoru, dosent

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

01-08-2020-16-55 Xəbərlər

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda Azərbaycan-Türkiyə bir...

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

01-08-2020-14-00 Xəbərlər

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur şəhər Sutəmizləyici Qurğula...

Ötən günün mənzərəsi - VİDEO

01-08-2020-12-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

01-08-2020-11-50 Xəbərlər

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib.

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

01-08-2020-09-00 Xəbərlər

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər ...

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

31-07-2020-15-49 Xəbərlər

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayram...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

31-07-2020-14-47 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustda havanın orta aylıq...

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

31-07-2020-14-18 Xəbərlər

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

Muxtar respublikamızın böyük sənaye müəssisələri arasında xüsusi yeri ilə seçi...

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO

31-07-2020-12-20 Xəbərlər

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri “TurAz Qartalı-2020” birgə təli...

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

31-07-2020-11-43 Xəbərlər

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1 avq...

Müdafiə Nazirliyi: Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

31-07-2020-11-24 Xəbərlər

Müdafiə Nazirliyi: Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya N...

Həmrəylik, mərhəmət və xeyirxahlıq bayramı

31-07-2020-11-14 Xəbərlər

Həmrəylik, mərhəmət və xeyirxahlıq bayramı

Niyyət və əməl bir-birini tamamlayan ruh və bədən kimidir.

Muxtar Respublikaya idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin olunub

31-07-2020-09-38 Xəbərlər

Muxtar Respublikaya idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin olunub

NUHÇIXAN İnformasiya Agentliyi məlumat verir ki,  Naxçıvan Muxtar Respublikası A...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

31-07-2020-08-41 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2020-ci ilin iyul ayı ərzin...

Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir

31-07-2020-08-20 Xəbərlər

Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram h...

Naxçıvanda sabaha olan hava proqnozu

30-07-2020-17-39 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 31-nə gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvan şəhərində bu ilin birinci yarısında 413 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub - VİDEO

30-07-2020-16-56 Xəbərlər

Naxçıvan şəhərində bu ilin birinci yarısında 413 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub - VİDEO

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2020-ci ilin birinci yarısında  Naxçıvan şəhə...

Qurban kəsmənin mahiyyəti

30-07-2020-16-18 Xəbərlər

Qurban kəsmənin mahiyyəti

Qurban islamda hicrətin ikinci ilində Allah tərəfindən əmr edilibdir. İslama gör...

Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri Gəncə şəhərinə gəlib - VİDEO

30-07-2020-15-13 Xəbərlər

Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri Gəncə şəhərinə gəlib - VİDEO

“TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə ...

Naxçıvanda qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla reallaşdırılır

30-07-2020-14-21 Xəbərlər

Naxçıvanda qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla reallaşdırılır

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri...

Hüseyn Həşimlinin kitabının təqdimatı keçirildi

30-07-2020-12-17 Xəbərlər

Hüseyn Həşimlinin kitabının təqdimatı keçirildi

Hüseyn Həşimli “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanı...

Ədliyyə Nazirliyində ötən altı ayda görülən işlər müzakirə olundu

30-07-2020-11-16 Xəbərlər

Ədliyyə Nazirliyində ötən altı ayda görülən işlər müzakirə olundu

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından...

Muxtar respublikada məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb

30-07-2020-10-15 Xəbərlər

Muxtar respublikada məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb

Naхçıvan Muхtar Rеspublikasında hüquq institutlarının təkmilləşdirilməsi və ədal...

Ötən günün mənzərəsi - VİDEO

30-07-2020-09-37 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 14 mindən çox şagird buraxılış imtahanı verəcək

30-07-2020-09-00 Xəbərlər

Bu gün 14 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış (qəbul) imtahan...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kollegiya iclası keçirildi

29-07-2020-17-39 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kollegiya iclası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Prokur...

Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirildi - VİDEO

29-07-2020-16-53 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirildi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Al...

“Ərəbdilli əlyazma və çap kitablarının kataloqu” çap olunacaq

29-07-2020-15-31 Xəbərlər

“Ərəbdilli əlyazma və çap kitablarının kataloqu” çap olunacaq

AMEA-nın Naxçıvan Bölməsininn Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇ...

Ordubad təbiətinin inciləri-şəlalələr

29-07-2020-13-30 Xəbərlər

Ordubad təbiətinin inciləri-şəlalələr

“Təbiət ana qucağıdır” ifadəsini əbəs yerə işlətməyiblər.

Gömür kəndinin möcüzəvi bulaqları - VİDEO

29-07-2020-12-44 Xəbərlər

Gömür kəndinin möcüzəvi bulaqları - VİDEO

Tanrı Nuhun torpağına min bir dərdin dərmanı olan mineral bulaqlar  bəxş edib.