Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsidir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə bütün sahələrdə olduğu kimi elm sahəsinin inkişafında da əvəzsiz xidmətlər göstərmişdir. Görkəmli dövlət xadiminin ölkə elminin inkişafı sahəsində qəbul etdiyi mühüm tarixi qərarlardan biri də 7 avqust 2002-ci il tarixli Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkili və formalaşdırılması ilə əlaqədar ulu öndərin sədrliyi ilə 2002-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında müşavirə keçirilmişdir. Müşavirədə bölmənin yaradılması zəruriliyindən bəhs edən ümummilli lideri Heydər Əliyev demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüflər olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib...”.

Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində Bölmənin Aparatı, Tarix, Etnоqrafiya və Arxeоlоgiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar və Biоresurslar institutları müasir tələblərə cavab verən binalarla təmin edilmişdir. Batabat Astrоfizika Rəsədxananın Batabat stansiyası və Biоresurslar İnstitutunun “Nəbatat bağı”nın, Оrdubad rayоnunun Aşağı Əylis kəndində həmin institutun “Biоkimyəvi tədqiqatlar labоratоriyası” üçün inzibati binalar tikilib istifadəyə verilmiş, rəsədxananın teleskop sistemi yenidən qurulmuşdur. Bölmənin nəzdində müasir avadanlıqlarla təchiz olunan “Tusi” nəşriyyatı, Yaşıl aptek, “Arxeologiya və Etnoqrafiya muzeyi”, Distant Təhsil Mərkəzi, İnformasiya Kommunikasiya Texnologiyaları otağı yaradılmışdır. Seysmoloji xidmət şöbəsi zəruri müasir avadanlıqlar və proqram təminatı ilə təchiz olunmuşdur. “Nəbatat bağı” ərazisində yenidənqurma işləri aparılmış, işıqlandırma sistemi, eyni zamanda ərazidə “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana qurulmuşdur. Həmçinin ötən müddətdə bölmənin Elmi Kitabxanasının bazasında elektron kitabxana yaradılmış və 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, 6 oxucu yeri olan elektron oxu zalı istifadəyə verilmişdir. Kitabxana surət köçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün bir ədəd televizor və mobil elektron lövhə ilə təmin edilmişdir. Bundan əlavə, bölmədə Vətən tarixi, Arxeologiya, Fiziki kimya ixtisası üzrə dissertasiya şuraları yaradılmışdır ki, bu şuralar da muxtar respublikada elmi kadr hazırlığında mühüm rol oynayır. Bölmə kоmpüter, kоmpüter avadanlıqları ilə təmin оlunmuş, internet şəbəkəsinə mütəmadi qоşulmaq imkanı yaradılmışdır. Müxtəlif elmi-tədqiqat laboratoriyaları ən müasir avadanlıq, elmi cihazlar və kimyəvi reaktivlərlə təchiz edilmişdir.

Muxtar respublika ərazisində etnoqrafik və epiqrafiq, onomastik, dialektoloji və folklor, təbii sərvətlər, flora və fauna, o cümlədən qədim çap kitab və əlyazmaların toplanılması, elmi ekspedisiyaların aparılması, qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən analiz edilməsi bölmə qarşısında duran əsas vəzifələrdəndir. Şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanması, eləcə də elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmin istehsalata tətbiqi də diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Ötən illərdə bölmədə müəyyən olunan müvafiq profillərə uyğun tədqiqat işləri aparılmış, mühüm elmi nəticələr əldə edilmiş və çoxsaylı elmi əsərlər ortaya qoyulmuşdur.

Naxçıvan Bölməsi fəaliyyəti dövründə bir çox uğurlar əldə etmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi və qayğısı ilə 2 cildlik “Naxçıvan Ensiklоpediyası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklоpediyası”, 3 cildlik “Naxçıvan Tarixi”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvan teatrının salnaməsi”, 3 cildlik “Naxçıvan folkloru antologiyası”, 2 cildlik “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, Azərbaycan və rus dillərində “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, Azərbaycan, ingilis və rus dillərində ““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası”, 2 cildlik “Naxçıvan coğrafiyası” və digər fundamental elmi əsərlər hazırlanaraq nəşr edilmişdir. Bölmədə Naxçıvan ərazisində qeydə alınmış 1200-dən artıq arxeoloji, tarix və mədəniyyət abidəsi haqqında elmi məlumatlar hazırlanmış və pasportlaşdırılmışdır.

Muxtar respublika ərazisində aparılan araşdırmaların nəticələri əsasında elmin müxtəlif sahələrinə işıq salan çoxsaylı tədqiqat əsərləri təkcə Naxçıvanın deyil, ümumillikdə Azərbaycan elminin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bölmənin fəaliyyəti dövründə əməkdaşların 228 monoqrafiyası, 210 kitabı, 8761 elmi məqalə və konfrans materialı, 219 tezisi, 50 bukleti, 28 metodik vəsaiti, 7 kitabça, 6 dərs vəsaiti, 22 xəritə olmaqla 5 tövsiyəsi çap olunmuşdur. Əsərlərdən 24 monoqrafiya, 19 kitab, 1862 məqalə və konfrans materialı, 71 tezis xaricdə işıq üzü görmüşdür. Bu gün bölmə əməkdaşlarının ölkəmizlə yanaşı Türkiyə, İran, Rusiya, ABŞ, Almaniya, İtaliyada türk, alman, ingilis və rus dillərində çap olunan kitab və monoqrafiyaları, beynəlxalq kodlu jurnallarda işıq üzü görən çoxsaylı sanballı elmi əsərləri, Türkiyə, İran və Fransanın müxtəlif qəzetlərində dərc olunan elmi-kütləvi məqalələri Naxçıvanda aparılan elmi araşdırmaların beynəlxalq aləmdə tanınmasına zəmin yaradır. Bu dövrdə 28 patent alınmışdır. Bölmə əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Fundamental Tədqiqatlar Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun elmin müxtəlif istiqamətləri üzrə keçirdiyi qrant müsabiqələrində iştirak edərək 19-u respublika və 4-ü beynəlxalq səviyyəli olmaqla 23 qrant layihəsinin qalibi оlmuşlar.

Dövlətin dəstəyi ilə hər il elmi ezamiyyələrə göndərilən bölmə əməkdaşları ötən illərdə Türkiyənin İstanbul şəhərinin Süleymaniyə Kitabxanasında və Topqapı Sarayı Muzeyində, Rusiya Dövlət Tarix Arxivində, Rusiya Dövlət Hərbi-Tarix Arxivində, Gürcüstan Milli Arxivində, Gürcüstan Milli Mərkəzi Kitabxanasında, Gürcüstan Dövlət Tarix Muzeyində, İngiltərənin Milli arxivlərində və digər arxiv, muzey və kitabxanalarında olmuş, orada Naxçıvanla bağlı toplanılan yeni materialları tədqiqata cəlb etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illər fundamental tədqiqat işləri həyata keçirən bölmənin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatlar aparılır. Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müalicəvi əhəmiyyətli “Şorsu” palçığının bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında kimyəvi analizi aparılmış, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanmış, həm krem, həm də quru toz formasında qablaşdırılaraq əczaxanalara satışa göndərilmişdir. Həmçinin Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılmış, eyni zamanda Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılır. Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi bölmə əməkdaşları tərəfindən müəyyən edilmiş, gil əsasında yuyucu tozun hazırlanması istiqamətində tədqiqatlar davam etdirilir. Naxçıvan Muxtar Respublikası ərazisində yem, dərman, efir yağlı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, saponinli, flavanoidli, vitaminli, kosmetik və sair olmaqla, ümumilikdə 30 faydalı bitki qrupu müəyyən edilmişdir. Bioresurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudulan dərman bitkilərindən qarışıqların hazırlanması üçün sertifikatlar alınmış, dərman bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılmış və bölmənin “Yaşıl aptek”inə, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən digər əczaxanalara satış üçün göndərilmişdir. Bundan başqa, bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasının bazasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılmış və gülab istehsal edilmişdir. Laboratoriyanın imkanlarından istifadə etməklə gül suyunun istehsalını artırmaqla nanə cövhəri, çaytikanı, kəklikotu, yovşan, razyana, çöl nanəsi, üzərlik yağları, sarı çiçəkdən həm rəng, həm də toxumundan yağ, o cümlədən itburnu doşabı, müxtəlif çeşidli mürəbbələr və kompotlar istehsal etmək nəzərdə tutulmuşdur.

Fəaliyyəti dövründə AMEA Naxçıvan Bölməsinin 68 əməkdaşı Türkiyə, İran, Rusiya, Gürcüstan, Fransa, Almaniya və başqa xarici ölkələrdə keçirilən 482 beynəlxalq konfrans, konqres və simpоziumlarda iştirak etmişdir. Eyni zamanda bölmədə müxtəlif elm və tədris müəssisələrinin iştirakı ilə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: İlkin şəhər və Duzdağ”, “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə”, “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı”, “Naxçıvan qalaları: tarixdə və günümüzdə”, “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” və digər beynəlxalq simpozium və konfranslar keçirilmiş, Türkiyə, İran, Rusiya, ABŞ, Misir və digər ölkələrdən öz araşdırmaları ilə elm aləmində tanınan tədqiqatçılar dəvət olunmuşlar.

Bölmənin arxeoloq alim və gənc tədqiqatçıları 2006-cı ildən başlayaraq Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının tərkibində muxtar respublikanın Ovçulartəpəsi, Duzdağda və 2013-cü ildən I Kültəpə, Uçan Ağıl, Şorsu, Zirincli, Uzunoba yaşayış yerlərində arxeoloji tədqiqat aparmışlar. Tədqiqatlarda Türkiyə, Almaniya, Suriya, Macarıstan, İtaliya, Kanada və digər ölkələrin mütəxəssisləri də yaxından iştirak etmişdir. Azərbaycan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyası 2008-ci ildə Oğlanqala, 2014-ci ildən isə Qızqala yaşayış yerində və onun ətrafında AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə ABŞ-ın Pensilvaniya, Avstraliyanın Monash, Böyük Britaniyanın Oksford universitetlərinin arxeoloqları ilə birlikdə arxeoloji tədqiqat aparmışlar. Beynəlxalq ekspedisiyanın əldə etdiyi nəticələr “Amerikan Arxeoloji Jurnalı”, “İranica Antica”, “Российская археология”, “TUBA-AR” və digər Tomson Science indeksinə daxil olan jurnalında, beynəlxalq məcmuələrdə nəşr olunmuşdur. Aparılan tədqiqatlarla bağlı “Naxçıvanın Eneolit mədəniyyətinin Yaxın Şərq ölkələri ilə əlaqələri”, “Naxçıvantəpədə 2017-2018-ci illərin arxeoloji tədqiqatları”, “Erkən və Orta Tunc dövründə Şərqi Anadolu və Gürcüstanın mədəni əlaqələri”, “Naxçıvançay və Sirabçay vadisi abidələrinin tədqiqi”, “Oğlanqalada arxeoloji araşdırmalar”, “Qızqalası yaşayış yeri və nekropolunun Şərqi Anadolu və Azərbaycanın Boyalı qablar mədəniyyətinin öyrənilməsində əhəmiyyəti” və sair mövzularda beynəlxalq konfranslarda məruzələr edilmişdir. Naxçıvanın tarixi ilə yanaşı, onun təbiəti də beynəlxalq ekspedisiyaların diqqət mərkəzindədir. Bioloq alimlərimiz müxtəlif illərdə türkiyəli mütəxəssislər ilə birgə ot bitkilərinin öyrənilməsi, Macarıstan Quşlar Müdafiə Cəmiyyətinin üzvləri ilə birlikdə muxtar respublikanın orta dağlıq zonasında quşların yerləşməsi və mövcud vəziyyətinin araşdırılması, Fransanın Milli Kənd Təsərrüfatı İnstitutunun alimləri ilə bərabər bitkilərdə virus xəstəliklərinin araşdırılması, Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin alimləri ilə birgə yabanı arıların tozlanma prosesindəki iştirakına dair tədqiqatlarda, Almaniyadan gələn ornitologiya üzrə beynəlxalq ekspedisiyalarda muxtar respublikanın ayrı-ayrı ərazilərində tədqiqat işləri aparmışlar. Bununla yanaşı Bioresurslar institutunun əməkdaşları Rusiya Elmlər Akademiyasının əməkdaşları ilə “Naxçıvanda qışlayan Ağqaşqaz və digər su quşlarının öyrənilməsi” layihəsi üzrə tədqiqat aparmış və nəticələri “Kazarka” jurnalında dərc edilmişdir.

Göstərilən dövlət qayğısı nəticəsində bölmənin beynəlxalq əlaqələri də genişlənmişdir. Bu elm ocağı hazırda Türkiyənin İstanbul, Ankara, Ərzurum, İğdır, Qars universitetləri, İranın Təbriz Dövlət Universiteti, Təbriz Milli Kitabxanası, Şimali Makedoniya Respublikasının “Vision” Universiteti, Rusiya Federasiyasının Elmlər Akademiyası, Moskva Dövlət, Tomsk universitetləri, Yer Maqnetizmi, Krım Astrоfizika Rəsədxanası, Ümumdünya Təbiəti Mühafizə Fondu, Gürcüstan Respublikası Batumi Botanika Bağı, ABŞ, Fransa və digər xarici ölkələrin elmi müəssisələri ilə yaxından əməkdaşlıq edir. Bölmə əməkdaşları muxtar respublika ərazisində ABŞ-ın Pensilvaniya, Avstraliyanın Monash, Oksford universitetlərinin arxeoloqları, o cümlədən Almaniyanın Humboldt Universitetinin, ingilis, fransız, holland və digər xarici ölkələrdən gələn bioloq mütəxəssisləri ilə birgə tədqiqatlar aparmışlar. Beynəlxalq ekspedisiyaların əldə etdiyi nəticələr də “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir. Tədqiqatların nəticələri ilə bağlı beynəlxalq konfranslarda məruzələrlə çıxış edilmişdir. Ölkə hüdudlarından kənarda da tanınan və xarici tədqiqatçılar tərəfindən elmi əsərlərinə istinad edilən alimlərimizin uğurlu nailiyyətlərinin beynəlxalq səviyyədə qəbul edilməsinin nəticəsidir ki, bölmə əməkdaşlarından bir neçəsi elm və təhsilin inkişafındakı xidmətlərinə görə xarici ölkələrin mükafatlarını almış, eyni zamanda beynəlxalq  qurumların və jurnalların redaksiya heyətinə üzv seçilmişlər.

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində bölmə alimlərinin rəhbərliyi ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif layihələrdə uğurlu nəticələr əldə edib, diplom və medallar qazanmışlar.

Bölmə əməkdaşlarının elm və təhsilin inkişafında göstərdiyi səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamları əsasında 3 nəfər “Əməkdar elm xadimi”, 2 nəfər “Əməkdar müəllim”, 4 nəfər “Tərəqqi” medalı, 2 nəfər isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmuşdur. Bir əməkdaş Prezident təqaüdünə, bir əməkdaş isə prezident mükafatına layiq görülmüşdür. O cümlədən, 3 nəfər ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar “Yubiley qızıl medalı”, 2 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanına, bir nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunmuşdur. Bölmənin 4 əməkdaşına Naxçıvan şəhərində mənzil, bir əməkdaşa isə torpaq sahəsi verilmişdir. Bütün bunlar ölkəmizdə elm adamlarına, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin işinə göstərilən diqqətin, dövlət qayğısının bariz nümunələridir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları qarşıya qoyulan vəzifələrin bundan sonra da yüksək səviyyədə yerinə yetirilməsinə, mövcud elmi potensialdan səmərəli istifadə etməklə elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılmasına çalışacaqlar.

 

Türkanə Bəylərli,

AMEA Naxçıvan Bölməsinin

Beynəlxalq əlaqələr və informasiya

şöbəsinin əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

27-09-2020-19-10 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

Prezident İlham Əliyev sentyabrın 27-də Hərbi vəziyyət elan edilməsi haqqında Fə...

Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir

27-09-2020-19-00 Xəbərlər

Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir

Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatının qarşısının alınması istiqamə...

Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı

27-09-2020-18-48 Xəbərlər

Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı

“28 sentyabr saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan e...

Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

27-09-2020-18-44 Xəbərlər

Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

Azərbaycan Resbuplikasında hərbi vəziyyət elan edilməsi ilə bağlı Fərman imzalan...

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27-09-2020-18-38 Xəbərlər

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəs...

Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO

27-09-2020-18-21 Xəbərlər

Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO

Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nət...

Azərbaycan parlamenti bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq olunması ilə bağlı qərar qəbul edib

27-09-2020-18-10 Xəbərlər

Azərbaycan parlamenti bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq olunması ilə bağlı qərar qəbul edib

Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirili...

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

27-09-2020-16-33 Xəbərlər

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunu...

Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

27-09-2020-15-58 Xəbərlər

Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalınd...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəzi xarici saytlarda yer alan təxribat xarakterli məlumatları təkzib edib

27-09-2020-15-54 Xəbərlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəzi xarici saytlarda yer alan təxribat xarakterli məlumatları təkzib edib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidm...

Düşmənin döyüş texnikaları belə məhv edildi - VİDEO

27-09-2020-15-33 Xəbərlər

Düşmənin döyüş texnikaları belə məhv edildi - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ön xətdə döyüş texnikalarının məhv edilməs...

Hikmət Hacıyev: Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır

27-09-2020-15-22 Xəbərlər

Hikmət Hacıyev: Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır

Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya ya...

Prezidentin mətbuat xidmətinin məlumatı

27-09-2020-14-27 Xəbərlər

Prezidentin mətbuat xidmətinin məlumatı

Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbay...

Anar Eyvazov: Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib - YENİLƏNİB

27-09-2020-14-08 Xəbərlər

Anar Eyvazov: Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib - YENİLƏNİB

Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsind...

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

27-09-2020-14-05 Xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 27-də Azərbaycan Respu...

Türkiyə parlamentinin sədri: Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir

27-09-2020-12-59 Xəbərlər

Türkiyə parlamentinin sədri: Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir

Ermənistan təkcə Azərbaycan üçün bir təhdid deyil, bölgədə sülhə təhlükə yaradan...

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

27-09-2020-12-53 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraci...

Polkovnik-leytenant Anar Eyvazov: Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

27-09-2020-12-41 Xəbərlər

Polkovnik-leytenant Anar Eyvazov: Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var.

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

27-09-2020-12-35 Xəbərlər

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Sahil Tahirli yazır...

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

27-09-2020-12-16 Xəbərlər

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovda...

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur

27-09-2020-12-14 Xəbərlər

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur

Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur.

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

27-09-2020-12-10 Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

Ermənistan silahlı qüvvələri bu gün cəbhə bölgəsində genişmiqyaslı hərbi təxriba...

Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb

27-09-2020-12-02 Xəbərlər

Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb

Ermənistan ölən hərbiçilərin bir qisminin adlarını açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciət edir - YENİLƏNƏCƏK

27-09-2020-11-53 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciət edir - YENİLƏNƏCƏK

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 27-də Azərbaycan Respu...

Yaxın dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti yayımlanacaq

27-09-2020-11-36 Xəbərlər

Yaxın dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti yayımlanacaq

Yaxın dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa mür...

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

27-09-2020-11-15 Xəbərlər

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşı...

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

27-09-2020-10-51 Xəbərlər

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyas...

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

27-09-2020-10-34 Xəbərlər

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə i...