Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən fəaliyyət proqramında muxtar respublikada elm və təhsilin inkişafının əsas istiqamət kimi götürüləcəyi, bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi əsas prioritet sahə kimi müəyyənləşdirilib. 

Muxtar respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğı sayəsində bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin səviyyəsinin artırılması məqsədilə ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulubdur. Muxtar respublikada təkcə 2018-2020-ci illərdə ümumilikdə 16 yeni məktəb binası yenidən bərpa olunub, təhsil müəssisələri lazımi avadanlıqlarla təchiz edilib, məktəblərdə şagirdlərə təhsil almaq üçün əlverişli şərait yaradılıb.

Əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də tikinti quruculuq işlərinin önündə təhsil quruculuğu dayanır. Təkcə 2020-ci ilin birinci yarımili ərzində 656 şagird yerlik 2 ümumtəhsil məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

2020-ci ildə tikintisi davam edən məktəblər

Hazırda uğurlu quruculuq işlərinin davamı olaraq Şərur rayon Qaraburc kənd ümumi orta, Şərur rayon Şəhriyar, Babək rayon Nəcəfalıdizə, Ordubad şəhər 1 nömrəli, Ordubad rayon Nüsnüs, Culfa rayon Camaldın kənd tam orta məktəbləri, həmçinin Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün inzibati binada da əsaslı təmir-bərpa işləri aparılır.

Yenidən bərpa olunaraq müasir məktəblərin sırasına qoşulmağa hazırlaşan Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbi də yeni imkanlarla şagirdlərin ixtiyarına veriləcəkdir. 558 şagird yerlik, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq yeni məktəb binasında sinif otaqları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar, laboratoriya, kompüter və şahmat otaqları, elektron lövhəli otaqlar, idman zalı və hərbi kabinə yenilənəcək.

Culfa rayon Camaldın kənd tam orta məktəbi də yenidən bərpa olunur. Hazırda məktəbdə tikinti işləri davam edir. 252 şagird yerlik yeni bina 2 mərtəbəli olacaq. Məktəbdə sinif otaqları, kitabxana, elektron lövhəli otaq, direktor və müəllimlər otağı, kompüter, şahmat, soyunub-geyinmə otaqları və idman zalı yenilənəcək. Yeni məktəb binasının bir hissəsində yerləşəcək zirzəmi qatında idman müəllimi üçün otaqlar, elektron lövhəli laboratoriya otaqları, hərbi kabinə, bufet və anbar yerləşəcək.

Yeni tikilən təhsil ocaqlarından biri də 2 mərtəbə və 3 korpusdan ibarət olacaq Culfa Rayon Təhsil Şöbəsinin yeni binasıdır. Binanın birinci mərtəbəsində rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərəcək 13 otaqdan ibarət 3 məktəbdənkənar təhsil müəssisəsi Gənc Turist və Diyarşünaslıq, Texniki Yaradıcılıq və Uşaq Gənclər Yaradıcılq Mərkəzləri fəaliyyət göstərəcək. Uşaq Gənclər Yaradıcılq Mərkəzində xidməti otaq, Rəqs, Memarlıq, Rəsm, Qum sənəti, Xalçaçılıq dərnəkləri, Texniki Yaradıcılıq Mərkəzində xidməti otaq, Robotexnika, Bujiteriya, Ağac üzərində oyma, Ağac üzərində yandırma, Mental-aritmetik dərnəkləri, Gənc Turist və Diyarşünaslıq mərkəzində isə xidməti otaq, Toxuma, Bədii tikmə, Heykəltəraşlıq və Dulusçuluq  dərnəkləri yaradılacaqdır.

Binanın ikinci mərtəbəsində isə Culfa Rayon Təhsil Şöbəsi üçün 12 iş otağı - müdir və gözləmə otağı, baş məsləhətçi, baş mühasib, metod kabinetin müdiri, mühasib köməkçisi, 2 metodist, timis və kadrlar üzrə məsləhətçi, aparıcı məsləhətçi üçün otaqlar və akt zalı yerləşəcəkdir.

Hazırda binada son tamamlama işləri görülür, həyətyanı sahədə abadlıq işləri aparılır. Bundan əlavə binanın arxa hissəsinin zirzəmisində elektrik otağı və qazanxana yerləşir. Həmçinin burada işıqlandırma sisitemi, yaşıllıq zolağı və gülkarlıq da yaradılacaqdır.

Ordubad rayon Nüsnüs kənd tam orta məktəbi də yenilənən məktəblər sırasındadır. 2 mərtəbə və zirzəmidən ibarət olmuş köhnə məktəb binasında mart ayından başlayaraq əsaslı təmir işləri aparılır. 414 şagirdin təhsil alması üçün zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeni məktəb binasında sinif otaqları, laboratoriyalar, elektron lövhəli otaq, şahmat, kompüter otağı, idman zalı, bufet yenilənəcək, müasir tələblərə cavab verəcək hərbi kabinə və kitabxana yaradılacaq.

Əsaslı yenidən qurulan Şərur rayon Qaraburc kənd ümumi orta məktəbində də tikinti işləri davam etdirilir. Müəllim və şagirdlərin istifadəsinə veriləcək 3 mərtəbədən ibarət müasir tipli məktəb tədrisin keyfiyyətinin yüksəldilməsi üçün ən müasir avadanlıqlarla təchiz ediləcək. 120 şagird yerlik olacaq yeni məktəb binasında sinif otaqları, idman zalı, kitabxana yenilənəcək, köhnə tikilidə olmayan laboratoriya və şahmat otaqları, soyunub-geyinmə otağı, elektron lövhəli siniflər və  bufet də inşa olunaraq şagirdlərin istifadəsinə veriləcək.

Geniş imkanların yaradılacağı 2 mərtəbədən ibarət Şəhriyar kənd tam orta məktəbi 226 şagird yerlik olacaq. Təhsil ocağında laboratoriya otaqları, bufet, şahmat otağı, hərbi kabinə yaradılacaq, sinif otaqları, idman zalı və kitabxana yeniləşərək müasir görkəmə qovuşacaq. Məktəbdə internetə çıxışı olan kompüter və elektron lövhə quraşdırılacaq. Məktəbin kitabxana fondu da zənginləşdiriləcək. Binanın həyətində abadlıq işləri aparılacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq.

2001-ci ildən tikilib, istifadəyə verilmiş Babək rayon Nəcəfalıdizə kənd tam orta məktəbində bu ilin mart ayından başlayaraq geniş quruculuq işləri aparılır. Cəmi 7 otaqdan ibarət 50 şagird yerlik köhnə tikili müasir tələblərə cavab verən 3 mərtəbədən ibarət 78 şagird yerlik 13 sinif otaqlı bina ilə əvəz ediləcəkdir. Məktəbdə keçirilən dərslərin keyfiyyətini artırmaq məqsədilə şahmat sinfi, kitabxana, elektron lövhəli sinif, hərbi kabinə, laboratoriya otaqları və idman zalı qazanxana və bufet inşa olunacaq. Həmçinin binada açıq idman qurğusunun yaradılması da nəzərdə  tutulub.  Yeni məktəb binasında şagirdlərin rahat şəkildə təhsil almaları üçün hər cür şərait yaradılacaq.

Bütün  bunlar muxtar respublika rəhbərliyi tərəfindən təhsil sahəsinə çox böyük töhfədir. Onu da qeyd etmək yerinə düşər ki, muxtar respublikada təhsillə bağlı həyata keçirilən tədbirlərin real nəticələridir ki, yeni məktəblər təhsil göstəricilərinin yüksək olması ilə fərqlənir. Şəraiti əlverişli olan hər bir təhsil ocağında tərbiyə olunan uşaqlar da yaxşı oxumalı, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün bilikli, savadlı olmalıdırlar.

Ali Məclis Sədrinin müntəzəm dəstəyi və qayğısı sayəsində muxtar respublikada yeni məktəblər inşa edilir, ucqar yaşayış məntəqələrindəki azkomplektli məktəblər belə yeni tipli müasir binalarla əvəz edilir. Ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi, infrastrukturunun yenidən qurulması sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin keyfiyyətinin yaxşılaşmasına, təlim-tərbiyə şəraitinin, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib. Görülmüş tədbirlərlə əlaqədar muxtar respublikada vaxtilə təhsilin keyfiyyəti baxımından fərqlənməyən bir sıra məktəblərdə son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda müsbət dəyişikliklər müşahidə olunmaqdadır.

Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması, eləcə də fənlərin məzmununun təkmilləşdirilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsində böyük rol oynayıbdır. Bununla yanaşı, muxtar respublikanın təhsil müəssisələrində milli-mənəvi dəyərlər zəminində şagirdlərin tərbiyəsi istiqamətində bir sıra pilot layihə və müsabiqələr təşkil edilib, məktəb və valideyn əlaqələrinin möhkəmləndirilməsi və yerli təhsil orqanları ilə ümumi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi sahəsində məqsədyönlü işlər aparılıbdır. Muxtar respublika məktəbliləri arasında fənn olimpiadalarının təşkili şagirdlərimizin Respublika fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında ildən-ilə daha da çox uğur qazanmaları ilə nəticələnir. Ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi bir dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdən biridir.

Ümumiyyətlə, bu gün muxtar respublikada yeni məktəblərin tikintisi, məktəblərdə aparılan əsaslı təmir işləri, əlavə korpusların inşası böyük vüsət alıb. Muxtar respublikanın təhsil sahəsində həyata keçirilən abadlıq və quruculuq işləri gələcəyimiz olan şagirdlərin inkişafına xidmət edir. Hazırda muxtar respublikanın ən ucqar kəndlərində belə yeni obyektlərin, müəssisələrin tikilib istifadəyə verilməsi hər kəs tərəfindən sevinclə qarşılanır.

Ülviyyə Hacıyeva

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

27-09-2020-19-10 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

Prezident İlham Əliyev sentyabrın 27-də Hərbi vəziyyət elan edilməsi haqqında Fə...

Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir

27-09-2020-19-00 Xəbərlər

Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir

Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatının qarşısının alınması istiqamə...

Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı

27-09-2020-18-48 Xəbərlər

Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı

“28 sentyabr saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan e...

Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

27-09-2020-18-44 Xəbərlər

Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

Azərbaycan Resbuplikasında hərbi vəziyyət elan edilməsi ilə bağlı Fərman imzalan...

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27-09-2020-18-38 Xəbərlər

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəs...

Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO

27-09-2020-18-21 Xəbərlər

Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO

Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nət...

Azərbaycan parlamenti bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq olunması ilə bağlı qərar qəbul edib

27-09-2020-18-10 Xəbərlər

Azərbaycan parlamenti bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq olunması ilə bağlı qərar qəbul edib

Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirili...

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

27-09-2020-16-33 Xəbərlər

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunu...

Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

27-09-2020-15-58 Xəbərlər

Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalınd...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəzi xarici saytlarda yer alan təxribat xarakterli məlumatları təkzib edib

27-09-2020-15-54 Xəbərlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəzi xarici saytlarda yer alan təxribat xarakterli məlumatları təkzib edib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidm...

Düşmənin döyüş texnikaları belə məhv edildi - VİDEO

27-09-2020-15-33 Xəbərlər

Düşmənin döyüş texnikaları belə məhv edildi - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ön xətdə döyüş texnikalarının məhv edilməs...

Hikmət Hacıyev: Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır

27-09-2020-15-22 Xəbərlər

Hikmət Hacıyev: Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır

Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya ya...

Prezidentin mətbuat xidmətinin məlumatı

27-09-2020-14-27 Xəbərlər

Prezidentin mətbuat xidmətinin məlumatı

Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbay...

Anar Eyvazov: Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib - YENİLƏNİB

27-09-2020-14-08 Xəbərlər

Anar Eyvazov: Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib - YENİLƏNİB

Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsind...

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

27-09-2020-14-05 Xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 27-də Azərbaycan Respu...

Türkiyə parlamentinin sədri: Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir

27-09-2020-12-59 Xəbərlər

Türkiyə parlamentinin sədri: Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir

Ermənistan təkcə Azərbaycan üçün bir təhdid deyil, bölgədə sülhə təhlükə yaradan...

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

27-09-2020-12-53 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraci...

Polkovnik-leytenant Anar Eyvazov: Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

27-09-2020-12-41 Xəbərlər

Polkovnik-leytenant Anar Eyvazov: Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var.

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

27-09-2020-12-35 Xəbərlər

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Sahil Tahirli yazır...

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

27-09-2020-12-16 Xəbərlər

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovda...

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur

27-09-2020-12-14 Xəbərlər

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur

Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur.

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

27-09-2020-12-10 Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

Ermənistan silahlı qüvvələri bu gün cəbhə bölgəsində genişmiqyaslı hərbi təxriba...

Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb

27-09-2020-12-02 Xəbərlər

Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb

Ermənistan ölən hərbiçilərin bir qisminin adlarını açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciət edir - YENİLƏNƏCƏK

27-09-2020-11-53 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciət edir - YENİLƏNƏCƏK

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 27-də Azərbaycan Respu...

Yaxın dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti yayımlanacaq

27-09-2020-11-36 Xəbərlər

Yaxın dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti yayımlanacaq

Yaxın dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa mür...

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

27-09-2020-11-15 Xəbərlər

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşı...

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

27-09-2020-10-51 Xəbərlər

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyas...

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

27-09-2020-10-34 Xəbərlər

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə i...