Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Avqustun 13-14-də:

-cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;

- I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək abituriyentlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından avqustun 7-dən etibarən çap edib götürə bilirlər.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına imtahana buraxılış vərəqəsi ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi cəlb edilib.

Avqustun 13-də 19 min 197, avqustun 14-də 18 min 102 nəfər olmaqla, ümumilikdə 37 min 299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Bunlardan 14 min 232 nəfər II ixtisas qrupu, 22 min 607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, imtahandan 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

27-09-2020-19-10 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb

Prezident İlham Əliyev sentyabrın 27-də Hərbi vəziyyət elan edilməsi haqqında Fə...

Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir

27-09-2020-19-00 Xəbərlər

Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir

Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatının qarşısının alınması istiqamə...

Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı

27-09-2020-18-48 Xəbərlər

Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı

“28 sentyabr saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan e...

Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

27-09-2020-18-44 Xəbərlər

Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

Azərbaycan Resbuplikasında hərbi vəziyyət elan edilməsi ilə bağlı Fərman imzalan...

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27-09-2020-18-38 Xəbərlər

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəs...

Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO

27-09-2020-18-21 Xəbərlər

Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO

Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nət...

Azərbaycan parlamenti bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq olunması ilə bağlı qərar qəbul edib

27-09-2020-18-10 Xəbərlər

Azərbaycan parlamenti bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq olunması ilə bağlı qərar qəbul edib

Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirili...

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

27-09-2020-16-33 Xəbərlər

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunu...

Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

27-09-2020-15-58 Xəbərlər

Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalınd...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəzi xarici saytlarda yer alan təxribat xarakterli məlumatları təkzib edib

27-09-2020-15-54 Xəbərlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəzi xarici saytlarda yer alan təxribat xarakterli məlumatları təkzib edib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidm...

Düşmənin döyüş texnikaları belə məhv edildi - VİDEO

27-09-2020-15-33 Xəbərlər

Düşmənin döyüş texnikaları belə məhv edildi - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ön xətdə döyüş texnikalarının məhv edilməs...

Hikmət Hacıyev: Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır

27-09-2020-15-22 Xəbərlər

Hikmət Hacıyev: Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır

Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya ya...

Prezidentin mətbuat xidmətinin məlumatı

27-09-2020-14-27 Xəbərlər

Prezidentin mətbuat xidmətinin məlumatı

Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbay...

Anar Eyvazov: Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib - YENİLƏNİB

27-09-2020-14-08 Xəbərlər

Anar Eyvazov: Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib - YENİLƏNİB

Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsind...

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

27-09-2020-14-05 Xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 27-də Azərbaycan Respu...

Türkiyə parlamentinin sədri: Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir

27-09-2020-12-59 Xəbərlər

Türkiyə parlamentinin sədri: Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir

Ermənistan təkcə Azərbaycan üçün bir təhdid deyil, bölgədə sülhə təhlükə yaradan...

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

27-09-2020-12-53 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraci...

Polkovnik-leytenant Anar Eyvazov: Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

27-09-2020-12-41 Xəbərlər

Polkovnik-leytenant Anar Eyvazov: Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var.

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

27-09-2020-12-35 Xəbərlər

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Sahil Tahirli yazır...

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

27-09-2020-12-16 Xəbərlər

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovda...

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur

27-09-2020-12-14 Xəbərlər

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur

Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur.

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

27-09-2020-12-10 Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

Ermənistan silahlı qüvvələri bu gün cəbhə bölgəsində genişmiqyaslı hərbi təxriba...

Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb

27-09-2020-12-02 Xəbərlər

Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb

Ermənistan ölən hərbiçilərin bir qisminin adlarını açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciət edir - YENİLƏNƏCƏK

27-09-2020-11-53 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciət edir - YENİLƏNƏCƏK

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 27-də Azərbaycan Respu...

Yaxın dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti yayımlanacaq

27-09-2020-11-36 Xəbərlər

Yaxın dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti yayımlanacaq

Yaxın dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa mür...

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

27-09-2020-11-15 Xəbərlər

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşı...

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

27-09-2020-10-51 Xəbərlər

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyas...

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

27-09-2020-10-34 Xəbərlər

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə i...