Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Culfa rayon ümumtəhsil müəssisələrinin şagirdləri arasında ekstremal idman yürüşü üzrə rayon birinciliyi  keçirilib.

Naxcivantv.az xəbər verir ki, Hava və Ekstrimal İdman Növləri Federasiyasının rayon bölməsi, Culfa rayon Gənclər və İdman idarəsi ilə təhsil şöbəsinin birgə təşkil etdikləri yürüşdə 25 komandanın tərkibində 160 idmançı mübarizə aparıb.

Yarışda iştirak edən 85 oğlan idmançı arasından Arif Əlizadə 8 km məsafəni daha tez qət edib. Əhməd Bayramzadə  ikinci, Asim Ağayev isə üçüncü olub.

Yarışa qatılan 75 qız arasında da maraqlı mübarizə qeydə alınıb. Nəticələrə əsasən, 4 km məsafəyə yürüşdə finiş xəttinə Arzu Mustafayeva birinci, Məsmə Allahverdiyeva ikinci, Aytən Bayramova isə üçüncü çatıb.

Qalib gələn idmançılara təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.

Təbriz Əliyev

NTVxəbər

www.naxcivantv.az