Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakla görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, qarşıda duran fəaliyyət istiqamətləri, rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

www.naxcivantv.az