Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud yeniyetmələr arasında rəsm müsabiqəsi keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Ayaz Cabbarov və Naxçıvan şəhər Sosial Müdafiə mərkəzinin müdiri  Arzu Zeynalov gənclərə göstərilən diqqət və qayğıdan danışdıqdan sonra 11 nəfərin qatıldığı rəsm müsabiqəsinə  start verilib. Rəsm müsabiqəsində iştirak edən rəssamların hər birinə bir ədəd kətan və yağlı boya dəsti təqdim olunub. Yeniyetmələr yaratdıqları sənət nümunələri ilə əsl möcüzə yaradıblar. Bir- birindən gözəl rəsmlər,  maraqlı təbiət mənzərələri bu yeniyetmə və gənclərin  istedadını  göstərib.

Sonda  tədbir müddətində çəkilmiş rəsm əsərlərinin sərgisi təşkil olunub və qaliblər müəyyənləşdirilib.

 

Adilə Səfərova

www.naxcivantv.az