Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əmək yarmarkası vakant həkim və orta tibb işçisi yerləri üzrə təşkil olunacaq.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarka sentyabrın 17-si  saat 10:00-da  Səhiyyə Nazirliyinin inzibati binasında baş tutacaq

Qeyd edək ki, yarmarkada iş axtaran ali və orta tibb təhsilli məzunların iştirakı məqsədəuyğundur.

www.naxcivantv.az