Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində infrastruktur yenilənir. 

Nüsnüs kəndində 414 şagird yerlik məktəb binası yenidən qurulur. Əvvəllər yararsız vəziyyətdə olan təhsil ocağının inşası bitdikdən sonra məktəb müasir maddi-texniki baza ilə təmin olunacaq. Kənddə, həmçinin kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası da tikilir. Xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunan yerli məhsulların satışına üstünlük veriləcək. 

Yuxarı Əndəmic kəndinin sakinləri üçün də kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi inşa olunur. Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq malları mağazası və anbar fəaliyyət göstərəcək. 

Qeyd edək ki, muxtar respublikada hazırda 212 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ötən il 13 kənd, 15 xidmət mərkəzi tikilərək sakinlərin ixtiyarına verilib. 

Röyal Kərimov 

www.naxcivantv.az