Osmanlı Türkiyəsinin XX əsr hərb tarixində böyük xidməti olan hərbi xadimlərdən biri də Xəlil paşadır.

Xəlil paşa Azərbaycanda ilk müstəqil demokratik cümhuriyyətin qurulmasında (1918-1920) böyük əmək sərf etmiş Nuru paşa və Ənvər paşanın əmisi oğludur (Xəlil paşa yazılarında onlardan yeyənim (qardaşoğlu) deyə bəhs etməkdədir). Məlumdur ki, erməni və rusların Azərbaycanda törətdikləri soyqırımın qarşısını almaq üçün, ölkənin müdafiəsi üçün gənc demokratik respublikamızın başçılarının müraciəti üzərinə 1918-ci ildə Osmanlı Türkiyəsinin baş komandanı Ənvər paşa tərəfindən İraq cəbhəsindən geri çağırılan Nuru paşa Qafqaz İslam Ordusunun komandanı, Xəlil paşa isə Şərq Ordular qrupunun komandanı olaraq bölgəyə göndərilmişdi. Nuru paşa və Xəlil paşanın böyük əzmkarlığı, təşkilatçılığı və fədakarlığı sayəsində  1918-ci ilin 15 sentyabr tarixində Azərbaycanın əbədi paytaxtı olan Bakı şəhərinin başı üzərini almış təhlükə aradan qaldırıldı. Ona görə də 15 sentyabr 1918-ci il Azərbaycanın şanlı qəhrəmanlıq tarixinə qızıl xətlə yazılmışdır. Onu da qeyd edim ki, türk xalqının bu görkəmli sərkərdəsi Xəlil paşa iki dəfə Qafqaza gəlmişdi: birinci dəfə, yuxarıda da göstərdiyimiz kimi, Osmanlı ordusunun vəzifəli şəxsi sifətilə Bakının düşmənlərdən azad edilməsi üçün gəlmişdi. Onun bölgəyə ikinci səfəri isə artıq 1920-ci ilin əvvəllərinə təsadüf edir. Bu zaman artıq Osmanlı dövləti və bu dövlətin ordusu yox idi. Amma Xəlil paşa var idi və vətənə, türklüyə, xüsusilə də Qafqaz türklərinə xidmət etmək istəyirdi. Bunun üçün o, keçmiş silahdaşı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tövsiyələrini, mühüm tapşırıqlarını yerinə yetirmək üçün, yeni dövr türk-rus münasibətlərini genişləndirib inkişaf etdirmək üçün Azərbaycana və Rusiyaya yollanır.

Ənvər paşa və Nuru paşa haqqında Azərbaycan mətbuatında az-çox məlumatlar olsa da, Hafiz Kamal bəy oğlu Xəlil paşa haqqında oxucularımızda kifayət qədər məlumat yoxdur. Bu səbəbdən Xəlil paşanın Türkiyədə bir neçə dəfə böyük tirajla nəşr olunmuş “İttihad və Tərəqqidən cümhuriyyətə bitməyən savaş” adlı xatirələr kitabını dilimizə uyğunlaşdırıb Azərbaycanımızda nəşr etdirmək qərarına gəldim. Hörmətli oxuculara təqdim etdiyim bu yazı da həmin kitabın bir bölməsini (ixtisarla) təşkil etməkdədir.

BAKININ İŞĞALDAN AZAD EDİLMƏSİ

...Düşmən qüvvələri çəkilərkən ümumi qərargahdan gələn bu şifrəni əmr zabitim gətirib mənə verdi. Orada yazılmışdı: “VI ordu əmrinizdə qalmaq surətilə Qafqaz ordularının da birləşdirilməsi ilə təşkil edilən Şərq orduları qrupu komandanı vəzifəsinə təyin edilmişsiniz. Yeni vəzifənizi qəbul etmək üzrə İstanbul üzərindən Qafqaza hərəkət etməniz nəzərinizə çatdırılır.

Baş komandan əvəzi Ənvər”.

Yoldaşlarımla vidalaşaraq Nusaybin üzərindən qatarla İstanbula gəldim. Dərhal başkomandanlıq qərargahını ziyarət edərək Şərq orduları komandanı vəzifəsi haqqında məlumat aldım, bir neçə gün ailəmlə qaldıqdan sonra “Gülnihal” gəmisi ilə təkrar müharibə yolunu tutdum. Batumda gəmidən enəndə Şərq ordularının vəziyyəti belə idi:

III ordu komandanı: yanyalı Mehmet Esat paşa, mərkəzi: Batum (Vehib paşanın böyük qardaşı).

           Qafqaz islam orduları komandanı: Fahri Ferik Nuru paşa (qardaşım oğlu) mərkəzi: Gəncə

           IX ordu komandanı: Şevki paşa, mərkəzi: Qars

           VI ordu komandanlığı: mənzildə ordu, cəbhədə korpus komandanı səlahiyyətilə Əli İhsan bəy (Sabis)

Batumda iki gün qaldım, qoşun birliklərini təftiş etdikdən sonra Tiflisə keçdim. Burada yeni qurulmuş olan və bizimlə dost olaraq yola getməyə qərar vermiş gürcü hökumətini təbrik edərək qərargahımı dəmir yollarının qovşağı üzərindəki Gömrüdə qurdum.

Baş qərargahdan verilən əmr belə idi: ”Batum-Tiflis-Bakı dəmir yolundan bir mənzil yolu olaraq yararlanmaq surəti ilə Xəzər dənizində üstünlük ələ alınacaq, dəniz yolu ilə Bakı-Ənzəli yolu qurulacaqdır”. Məqsəd bu yolla Bəsrə körfəzinə çatmaq, beləcə İraqdakı bütün ingilis qüvvələrini mühasirəyə almaqdı. İngilis donanmasının qaz və benzin ehtiyacının çoxu Disful-Şüştər bölgəsindən təmin edildiyi üçün neft mərkəzlərinin ələ keçirilməsi ilə ingilis qüvvələri çətin vəziyyətə düşərək geri çəkilmək məcburiyyətində qalacaqdı. İngilislərin İraq ordusunun bu geri çəkilməsi də müharibənin gedişatını dəyişdirmiş olacaqdı.

Rus ordusunun dağılıb çəkilməsindən sonra ingilislər bu qüvvələrdən bir qismini əmr altına almış və ermənilərdən təşkil olunmuş dəstələrlə və yenə ingilislərdən yardım almış Biçeraxovun başçılıq etdiyi kazaklar İran yoluyla ingilislərlə birlikdə gəlib Bakıya yerləşmişdilər.

İlk iş Bakının işğaldan azad  edilməsi və bu qüvvələrin dağıdılmasından ibarət idi. Bu səbəbdən Bakıya hücum edəcək idim.

Cənubi Qafqazda Mərkəzi Tiflis olmaq üzrə qurulmuş olan gürcü hökumətini müttəfiqimiz olan almanlar xüsusi bir şəkildə himayələrinə almağa və bu hökumət üzərində hakim olmağa çalışırdılar. Almanlar bu arada gürcülərlə arası sərin olan erməni hökumətini də ələ almağa səy göstərirdilər. Bir miqdar alman əsgəri ilə Tiflisdə işləyən general Fon Kres buralarda durmadan dolanmaqda idi. Azəri türklərinin qurduğu Azərbaycan cümhuriyyətinin müvəqqəti mərkəzi də Gəncədə yerləşirdi ki, Bakı fəth edildikdən sonra bu mərkəz Bakıya köçürüləcəkdi.

Qafqaz bölgəsində yerləşmiş üç ordudan ən qüvvətlisi IX ordu idi. İslam ordusu Bakını dörd bir yandan əhatə etmiş, sarmış və onu ələ keçirmək üçün döyüşlərin başlanmasını gözləyirdi, ancaq qüvvəsi möhkəm mövqeyi ələ keçirəcək qədər deyildi.

Bakının işğaldan azad edilıməsi bizim üçün mütləq bir vəzifə idi və bunun üçün qardaşoğlum Nuru paşanın başçılıq etdiyi ordunun gücləndirilməsi, təkviyə edilməsi lazım idi.Təkviyə üçün də ən uyğun yol Gömrü-Tiflis-Gəncə dəmiryolundan faydalanmaqdı.

Dəmiryolunun açılmasından sonra göndərilən birliklərlə artıq təkviyə qüvvələrinin göndərilməsini dayandırdım, çünki göndərilən və orada olan qüvvələr Bakının alınmasına kifayət edərdi. Mən də Gəncə üzərindən Bakı ətrafına getdim.

İslam ordusunun Bakı ətrafında tutduğu mövqe düşmən mövqeyinə topçu atəşi ilə hakimdi. Təkviyə məqsədilə gətirilən ağır topçu bateryaları lazımi yerlərə yerləşdirildi. Axşam olduqda birlik komandirlərini toplayıb bu əmri verdim:

--Bütün birliklər gecə ikən düşmən xəttinə yaxınlaşacaqlar. Dan yeri ağaranda basqın şəklində hücum başlayacaqdır. Bütün yoldaşlar birliklərinin başına!

Dan yeri ağarmağa başlamışdı ki, piyadaların özünəməxsus hayqırışları ilə bomba və süngü döyüşü başladı. Hücum qolunun sağına və soluna hücum edən düşmənin ehtiyat qüvvələri qəmə (xəncər) şəklində irəliləyən birliklərimin sağa və sola açdıqları yelpazə atəşi ilə geri oturdulurdu.

Qəmənin (xəncərin) önündəki birliklər düşmən cəbhəsini yararaq, şəhərin mərkəzinə doğru irəliləyirdilər. Düşmən bəzi hallarda  əks hücuma keçir, ancaq bizim birliklər təkrar onların üstünə atılır, hamısını yerindəcə əzib keçirdilər. Düşmənin ehtiyat hissələri şəhərin mərkəzinə çəkilməyə məcbur oldu.

Bakının müstəhkəm mövqeyinin sol yanında, yəni mövqeyin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunların varlığını onlara məxsus bateryaların atəşindən anlayırdıq. Səhər tezdən başlayan döyüşlər axşama qədər davam etdi. Və bu döyüşlərdə bəzən özümü əlimdə mauzer ön xəttə atdığım zaman da oldu. Bir ara hücumdaydıq ki, bir döyüşçünün yalvara-yalvara yanıma yüyürdüyünü gördüm:

--Komandan paşam, mən səninlə lap əvvəldən bəri, Ərəbistan ellərindən bəri bərabərəm... Bax yenə özünü qorumursan, güllə dəyəcək, komandan paşam, azca da olsa başını qoru.

Qucaqlayıb bu yaşı qırxı keçən igidin alnından öpdüm. Çiyinlərini ötürəndə ovcumun içində qan laxtasını gördüm:

--Yaralısan, oğlum.

Əlini çiyninə apardı. Bərk sıxdı. Sifəti ağrıdan büzüşdü:

--Unutmuşam, komandan paşam, -dedi və sıçraya-sıçraya irəli süründü. Və imperatorluq dastanla davam edirdi. Yanımdan bir zabiti gənc bədəni parçalanmış halda keçirib apardılar. Pulemyot biçib aparmışdı yarısını...

Axşam qaranlıq düşəndə döyüşlərin dayandırılmasını əmr etdim. Səhərə qədər son hücum hazırlığı görüldü. Hava işıqlananda qəti hücuma keçib Bakını ələ keçirəcəkdim..

Revolverimi təmizlədim, əmrbərim mauzerimi sildi, alıb yoxladım. Ön xəttə yüyürdüm, ilk hücuma keçəcək birliyin başına keçdim, birlik komandirini çağırdım:

-Bu birliyin komandirliyini öz üzərimə götürürəm. Komandanlıq qərargahı buradır. Səni əmr zabiti vəzifəsinə təyin edirəm.

Sərt bir hərbi salam verdi. “Ölüncəyə qədər əmrinizdəyəm” deyir kimi gözlərini gözlərimin içinə dikdi.

Sübh çağı başlayan hücumumuz yavaş-yavaş genişlənirdi ki, birlik komandanları ilə Bakının alovlar içində yanmasını seyr etməyə başladıq. Gecədən gəmilərə mindirilmiş olan ingilis qüvvələri əlli gəmilik eşalon, qafilə şəklində şimala doğru uzaqlaşmaqda idilər.

Və Bakı 1918-ci ilin sentyabrında ələ keçdi.

İngilis birlikləri geri çəkilərkən yerdə qalan digər düşmən qüvvələr Bakıdakı böyük bir qazarmaya dolmuşdular. Xəbər alan kimi böyük bir cəbhə təşkil edə biləcək qazarma topçu atəşilə darmadağın edildi.

Şəhərdə silah səsləri gecə-gündüz davam edirdi. Şəhər ingilislərin nəzarəti altında olduğu zaman ermənilər və bolşeviklər yerli türk xalqına qarşı geniş bir qətliam törətməyə girişmişdilər. Şəhərin hər məhəlləsində ermənilər türklərdən meyit qalaqları düzəltmişlər.Və bütün vəhşiliklərini göstərmişlər. Körpə uşaqlar qala bürcləri olmuş, qadınlar süngülənmiş və yolların üstünə atılmışdı. İndi növbə yerli xalqa gəlmiş, onların da qabağını almaq mümkün deyil. Düşmən birlikləri və ermənilər küçə döyüşlərində yerə sərilirdi. Hərbi üstünlüyü olan birliklərin dəstəyi ilə türkləri qətl etmək  qabiliyyəti, bacarığı göstərən ermənilər indi onlarla eyni gücdə olan yerli türk xalqının qarşısında qoyun sürüsü kimi qırılırdı...

Ordu yorğun düşmüşdü. Orduya bir günlük istirahət verdikdən sonra birliklər şəhəri ələ keçirdi. Bir yandan yanğınlar söndürüldü, digər tərəfdən də asayişi təmin etməyə başladıq. Nuru paşa məndən daha əvvəl şəhərə girərək böyük bir oteli  qərargah olaraq seçdi, mən daha sonra şəhərə girdim. Cəngavər ruhlu və böyük vətənsevər Nuru paşanın bu bəlkə də həyatının ən gözəl günü idi...

Mən şəhərə girərkən qərargah rəisim polkovnik Parakuin ilə ikinci rəis polkovnik Basri bəy vardı. Şəhərin dalda yerində döyüş zamanı öldürülmüş, ancaq meyitləri götürülməmiş bir neçə ölü gördük. Parakuin birdən-birə əsəbiləşdi və var səsi ilə bağırmağa başladı:

--Burada silahsız insanlar öldürülmüşdür.

--Əsəbiləşməyin, dostum, bu bir müharibədir, silahlı ya da silahsız insanlar ölə bilər... Sakit olun,-deyə onu susdurmağa məcbur oldum.

Otelə çox az qalmışdı ki, meydan kimi bir yerdə qırx üç adamın Nuru paşa tərəfindən asdırılmış meyidlərini gördük. Bunlar  ingilis qoşunları şəhərdə ikən yerli türk xalqına zülm etmiş və müharibə zamanı evlərin talan edilməsi ilə məşğul olmuş bəzi ermənilər idi. Nuru paşa müharibə dövrünün şərtlərinə əməl etmiş, onları hərbi divanının qərarı ilə asdırmışdı. Parakuin bu dəfə axmaqcasına danışmağa başladı:

--Bu doğru deyildir, bu qətliamdır...

Artıq səbrim tükənmişdi. Ona veriləcək cəza eyni dar ağacından asılmaq ola bilərdi, çünki onun hərəkəti müharibə qaydalarına zidd idi. Biz bir dövlət üçün vuruşurduq, onun-bunun fikri bizi maraqlandırmırdı. Görəsən, Parakuin eyni şəkildə asılmış türkləri görsə, eyni etirazı göstərərdimi... Ona sərt bir şəkildə bunları dedim:

--Parakuin, ya səsini kəs, ya da sənin aqibətin  hərb divanında bəlli olar...

   Susdu və oteldə yanıma gələrək: “Mən artıq sizin yanınızda xidmət edə bilməyəcəyəm”,-dedi.

--Sizin xidmətinizə ehtiyacımız yoxdur, azadsınız,-dedim.

Bu zaman  küçələrdə ermənilər tərəfindən qətl edilmiş yerli türklərin meyitləri toplanır və yüzlərlə uşaq, cavan, qoca arvad və kişi onlar üçün qazılmış qəbirlərdə əbədi uyumaq üçün torpağa tapşırılırdı.. İnsanlığın gördüyü vəhşiliklərdən biri də ingilislərin işğalı altında olan Bakıda türk xalqının başına ermənilər tərəfindən gətirilmiş bu vəhşilikdir.

Parakuindən sonra qərargahımın ikinci şöbə müdiri olan mayor Qrossman  da istefa verməyə məcbur olduğunu bildirdi. Bu mayoru çox sevirdim, Parakuinin təsiri altında qalaraq istefa etdiyini anladım. Sonra da belə bir elan verdim: “Qərargahımda olan bütün alman zabitləri istefalarını verərək Tiflisdəki Fon Kresin əmrinə girəcəklər”.

Alman zabitlərinin əsl incikliklərinin səbəbi başqa idi. Bunun Fon Kres tərəfindən Bakının azad edilməsinə qatılmaq üçün göndərilmək istənilən birliklərinin bu qələbəyə qatılmalarının qarşısı alındığından qaynaqlandığı məlum idi. Alman zabitləri verdiyim əmrə əsasən toplandılar və hamısı bir yerdə Tiflisə doğru yola çıxdılar. Bakıda işim qalmamışdı artıq... Buranı Nuru paşaya təhvil verib Tiflis üzərindən  Gömrüdəki qərargahıma qayıtdım.   

 

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...