Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, tədbirdə öncə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, ermənilər zaman-zaman xalqımıza qarşı terror, soyqırımı siyasəti həyata keçirib, dəhşətli cinayətlərə əl atıblar. 

Ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı daha amansız olub. Həmin dövrdə Bakıda, Naxçıvanda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilib. 1918-ci ilin mart soyqırımı S.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin əli ilə həyata keçirilib.

Digər çıxış edənlər bildiriblər ki, 1988-ci ildən başlayaraq ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti soyqırımı siyasətinin növbəti mərhələsi olub, torpaqlarımız işğal olunub, Xocalı soyqırımı törədilib. Lakin 1990-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu qədim Azərbaycan torpağında ermənilərin növbəti soyqırımı və işğal siyasətinin həyata keçirməsinin qarşısını alıb.

Röyal Kərimov

NTVxəbər

 

www.naxcivantv.az