Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “31 mart Azərbaycanlıların soyqırımı günüdür” -  mövzusunda şeir və inşa-yazı müsabiqəsi təşkil edilib. Müsabiqədə şəhər və rayon üzrə keçirilən müsabiqələrdə birinci yerin qalibi olan şagirdlər iştirak ediblər.

Müsabiqə başlanmazdan öncə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Rüstəm Həsənov, Naxçıvan MR-sı Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev və şair Əbülfəz Ülvi çıxışlarında qeyd ediblər ki, belə şeir və inşa-yazı müsabiqəsinin keçirilməsi şagirdlərin ermənilərin vəhşiliyini, azərbaycanlılara qarşı törətdikləri cinayətləri bilmələri, onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyəti var. Şəhər və rayon üzrə keçirilən müsabiqələrdə birinci yerin qalibi olan şagirdlər müsabiqədə iştirak edirlər.

Məktəblilər vətəni, qəhrəmanlığı tərənnüm edən şeirləri bədii qiraət ediblər.

Münsiflər in rəyi ilə Şərur rayonunun Axaməd kənd tam orta məktəbinin şagirdi  Ramilə İsmayılova 1-ci, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin şagirdi Rza Babayev 2-ci, Naxçıvan Qızlar Liseyinin şagirdi  Nuray İsmayılova 3-cü yerlərə layiq görülüb.

Tədbirdə inşa-yazı müsabiqəsinin qalibləri də müəyyənləşdirilib.  Sədərək rayonunun Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Sahib Səfərli 1-ci, Şərur şəhər fizika-riyaziyyat təmaüllü liseyin şagirdi Azər Babayev 2-ci, Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Sədaqət Babayeva 3-cü yerin qalibi olublar.

Şeir və inşa-yazı müsabiqəsinin qaliblərinə diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Arif Həbibov

NTVxəbər

www.naxcivantv.az