Alıcıya lazımi keyfiyyətli olmayan mal, habelə istehlakçının tələblərini ödəməyən qeyri-ərzaq malı satıldıqda istehlakçının hüquqları ilə bağlı məsələlər müvafiq qanunvericiliklə  tənzimlənir.

Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 624-cü və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə görə alıcı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə (yəni alıcıya lazımi keyfiyyətli olmayan qüsurlu mal satıldıqda), öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aldığı malı lazımi keyfiyyətli malla dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının satıcı tərəfindən təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını, malın qüsurlarının aradan qaldırılmasına alıcının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, qüsurlu malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini və alqı-satqı müqaviləsinin ləğv edilməsini, yəni malın geri qaytarılması və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququ vardır.

Alıcıya keyfiyyətsiz ərzaq malı satılan halda isə keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunarsa, satıcı həmin malı keyfiyyətli mal ilə dəyişdirməli və ya həmin malın dəyərinin məbləği alıcıya qaytarmalıdır.

Satıcı alıcıdan lazımi keyfiyyətli olmayan malı geri götürməyə və alıcının yuxarıda göstərilən tələblərindən birini yerinə yetirməyə borcludur. Alıcının malı dəyişdirmək tələbi olduqda tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya öz aralarında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Qüsurlu malı dəyişdirmək tələbi, mal olmadıqda isə müvafiq tələbin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda alıcı digər tələblərinin yerinə yetirilməsini tələb edə bilər. Qeyd etmək lazımdır ki, alıcı lazımi keyfiyyətli olmayan malın dəyişdirilməsi və geri qaytarılması ilə bağlı tələblərini o zaman verə bilər ki, satıcı tərəfindən ona lazımi keyfiyyətli olmayan mal satılsın və satılan malın qüsurları barədə ona əvvəlcədən bildirilməsin.  

Bununla yanaşı, qanunvericilikdə lazımi keyfiyyətli, lakin istehlakçının tələblərini ödəməyən qeyri-ərzaq malının dəyişdirilməsi və ya geri qaytarılması ilə bağlı hallar müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 623-cü və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə görə lazımi keyfiyyətli qeyri-ərzaq malı formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa, onun tələbatını ödəmirsə və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.

Lakin qanunvericilikdə istehlakçının tələblərini ödəməyən lazımi keyfiyyətli malın alındığı yerdə uyğun mala dəyişdirilməsi üçün bəzi şərtlər müəyyən edilmişdir.

Belə ki, alıcı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, mal və ya kassa qəbzi və ya mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, yalnız bu halda satıcı tərəfindən dəyişdirilə bilər. Malın dəyişdirilmə anında satışda uyğun mal yoxdursa, yalnız bu halda alıcı dəyəri yenidən hesablanmaqla istənilən başqa bir mal almaq və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək və ya malı qaytararaq ödədiyi məbləğ dəyərində pulu geri almaq hüququna malikdir.

Lakin bir sıra mallar vardır ki, onlar dəyişdirilməyən mallar siyahısındadır və bu malların siyahısı isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu mallara qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.

Sadiq Babayev

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ermənistan müxalifətinin lideri həbs olunub

26-09-2020-10-51 Xəbərlər

Ermənistan müxalifətinin lideri həbs olunub

Yerevan Ümumi Hüquq Məhkəməsi müxalif “Çiçəklənən Ermənistan” partiyasının lider...

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur

25-09-2020-18-06 Rəsmi

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur

Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi ...

Dövlət vergi orqanlarına keçirilən imtahanlarda 22 nəfər müvafiq keçid balını toplayıb

25-09-2020-17-41 Xəbərlər

Dövlət vergi orqanlarına keçirilən imtahanlarda 22 nəfər müvafiq keçid balını toplayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna bu il 60 qədim əlyazma və çap kitabı daxil olub

25-09-2020-16-00 Xəbərlər

Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna bu il 60 qədim əlyazma və çap kitabı daxil olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Bölmənin Əlyazmalar Fondunda...

Naxçıvanın beşqat dünya mükafatçısı

25-09-2020-13-17 Xəbərlər

Naxçıvanın beşqat dünya mükafatçısı

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu ta­nınmada güləşçiləri...

Naxçıvanın bugünkü inkişafı müstəqil dövlət quruculuğuna böyük töhfədir

25-09-2020-12-56 Xəbərlər

Naxçıvanın bugünkü inkişafı müstəqil dövlət quruculuğuna böyük töhfədir

Gözlərimiz qarşısında gündən-günə cavanlaşan, müasirləşən, şəhərsalma mədəniyyət...

Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır

25-09-2020-11-59 Xəbərlər

Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır

Tələbə adı qazanmış şəxslərbu gündən oktyabrın 7-dək sənədlərini daxil olduqları...

Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edirlər - VİDEO

25-09-2020-11-39 Xəbərlər

Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edirlər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olara...

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib - VİDEO

25-09-2020-10-43 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda “Ən yax...

Naxçıvanda sabaha olan hava proqnozu

24-09-2020-18-41 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 25-nə gözlənilən hava proqnozu açıqla...

Payız-qış mövsümündə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi üçün hazırlıqlara başlanıldı

24-09-2020-17-34 Xəbərlər

Payız-qış  mövsümündə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi üçün hazırlıqlara başlanıldı

Muxtar respublikada payız-qış mövsümündə rabitə və internet xidmətlərinin keyfiy...

Naxçıvanda valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı evlərdə keçirilən monitorinqlər davam etdirilir

24-09-2020-16-25 Xəbərlər

Naxçıvanda valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı evlərdə keçirilən monitorinqlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi...

100 yaşlı Hüseyn Hümbətovla görüş olub

24-09-2020-15-45 Xəbərlər

100 yaşlı Hüseyn Hümbətovla görüş olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Ahıllar Günü ərəfəsind...

Naxçıvan nümayəndəliyinin rəhbəri İran səfiri ilə görüşüb

24-09-2020-14-44 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İran səfiri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24-09-2020-12-56 Xəbərlər

Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyya...

Ötən günün mənzərəsi - VİDEO

24-09-2020-10-40 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib - VİDEO

24-09-2020-09-54 Xəbərlər

Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının ...

Gələcək polislərin and içmə mərasimi keçirilib

24-09-2020-09-35 Xəbərlər

Gələcək polislərin and içmə mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəb...

Al şəfəqli məmləkətim - Naxçıvan

23-09-2020-17-27 Xəbərlər

Al şəfəqli məmləkətim - Naxçıvan

Deyirlər hər kəsin Vətən adlı  bir dünyası var. 

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb - VİDEO

23-09-2020-17-08 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında t...

Cəhri qəsəbəsindəki tarixi “Heydərxanlı” məscidinə ikinci həyat verilir - VİDEO

23-09-2020-16-10 Xəbərlər

Cəhri qəsəbəsindəki tarixi “Heydərxanlı” məscidinə ikinci həyat verilir - VİDEO

Tarixi və mənəvi dəyərlərə sahib çıxmaq, onu qorumaq bu gün hər kəsin vətəndaşlı...

Naxçıvanda rentgen-flüoroqrafik müayinələri aparılıb

23-09-2020-15-10 Xəbərlər

Naxçıvanda rentgen-flüoroqrafik müayinələri aparılıb

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən əhali ar...

Naxçıvanda hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 4000 manat olub

23-09-2020-13-38 Xəbərlər

Naxçıvanda hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 4000 manat olub

Muxtar respublikada 2020-ci ilin yanvar-avqust aylarında 1 milyard 840 milyon 97...

Naxtel muxtar respublikanın ucqar kəndlərində baza stansiyalar qurur - VİDEO

23-09-2020-12-29 Xəbərlər

Naxtel muxtar respublikanın ucqar kəndlərində baza stansiyalar qurur - VİDEO

Muxtar respublika əhalisinin, xüsusilə də gənclərin böyük əksəriyyəti Naxtel 4G ...

Muxtar respublika əhalisinin sayı artıb

23-09-2020-11-32 Xəbərlər

Muxtar respublika əhalisinin sayı artıb

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xid...

Naxçıvanda ənənəvi “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək - VİDEO

23-09-2020-11-07 Xəbərlər

Naxçıvanda ənənəvi “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, festival sentyabrın 26-ı və 27-i ...

Ötən günün mənzərəsi - VİDEO

23-09-2020-10-54 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilib

23-09-2020-09-00 Xəbərlər

“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlavə təhsilin məzmunu, təşkili və...

Azərbaycana payız gəldi...

22-09-2020-17-30 Xəbərlər

Azərbaycana payız gəldi...

Azərbaycana payız fəsli daxil olub.

Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı

22-09-2020-16-40 Xəbərlər

Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı

Bu günə qədər ABŞ-ın “Eurasia Review” qəzetində Naxçıvan Muxtar Respublikası bar...