Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi də təşkil olunub.

Naxcivantv.az xəbər verir ki, sərgini giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Azərbaycanın müxtəlif bölgələrində  xalqımıza qarşı ermənilər tərəfindən törədilən ağlasığmaz vəhşiliklərdən və cinayətlərdən danışıb. Rektor, belə sərgilərin təşkilinin əhəmiyyətli olduğunu vurğulayıb. Sonra sərgiyə baxış olub.

Sərgidə mart soyqırımı gənc rəssamların təsəvvürlərində yenidən canlandırılaraq ictimaiyyətə rənglərin dili ilə çatdırılıb, rəssamların  soyqırım hadisələrinə olan  münasibətlərini əks etdirən işləri təqdim edilib.

Nərmin Cabbarova

NTVxəbər

www.naxcivantv.az